Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2481/2022 02.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2928/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qərardadından cavabdeh X4 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(060)-2928/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, 12000 manat pulun və 100 manat dövlət rüsumunun cavabdeh X1 tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bu qətnamədən cavabdeh X4 tərəfindən verilən apellyasiya şikayəti qanunda nəzərdə tutulan prosessual müddətin ötürülməsi səbəbindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2928/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. (hakim E.Abdullayev) Hazırda cavabdeh X4 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin apellyasiya şikayətinin müddətin ötürülməsi səbəbindən geri qaytarılması barədə mövqeyi qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə qərardadında göstərir ki, qətnamə birinci instansiya məhkəməsində icraat zamanı nümayəndə olmuş Vəkil elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yüklənmişdir. O isə həmin qətnamədən yalnız iş icraya yönləndirildikdən sonra icraçı vasitəsi ilə xəbər tutmuş və dərhal dəftərxanaya yaxınlaşaraq qətnamənin surətini əldə etmiş və apellyasiya şikayəti vermişdir. Məhkəmənin gətirdiyi əsaslarla razılaşmır. Belə ki, vəkil ilə müqavilə bağlayarkən onun görəcəyi iş məhkəmənin qərar qəbul etməsi anına qədərdir. O, vəkillə müqavilə bağlayarkən bu formada razılaşamışdı. Sonuncu dəfə onunla danışığı yekun məhkəmə iclasının baş tutduğu xx.xx.2022-ci il tarixdə olub, o, cavabdehə xeyrinə qətnamə qəbul edildiyini bildirmiş və onu arxayın etmişdir. Cavabdehə qətnamənin poçtla gələcəyini və müddətin həmin tarixdən hesablanacağını bilmişdir. Göründüyü kimi nümayəndənin qətnaməni əldə etməsi səbəbindən onun qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin məhz həmin andan hesablanması və qeyd olunan əsasla şikayətin geri qaytarılması onun prosessual hüquqlarının pozulmasına səbəb olmuşdur. O, qətnamədən narazıdır. Bu səbəbdən şikyəti təmin edilməli, qərardad ləğv edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2928/2022 nömrəli, 01 noyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. AR MPM-nin 10.8-1-ci maddəsinə görə bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2928/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə görə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Eyni Məcəllənin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir.(69.1-1.). Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir (73.1.). Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir (74.1.). MPM-in 135.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Bu Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Qeyd olunan Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur (129.3). İş materiallarından aydın olur ki, məhkəmə baxışı zamanı cavabdeh X2 nümayəndəsi kimi Vəkil etibarnamə əsasında onu məhkəmədə təmsil etmişdir. Həmin etibarnamə xx.xx.2024-cü ilə kimi qüvvədədir. Etibarnamədə cavabdehin adından “məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktlarını və sənədlərini almaq” səlahiyyəti Vəkil etibar edilmişdir. Cavabdeh tərəfindən hazırda mübahisələndirilən qətnamə xx.xx.2022-ci il tarixdə Vəkil məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir. Cavabdeh Şəfayə Şıxəliyeva isə həmin qətnaməni sonradan xx.xx.2022-ci il tarixdə məhkəmədən rəsmi qaydada (məhkəmə qəbzini şəxsən imza etməklə) almışdır. Sadalananları nəzərə alaraq kollegiya hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(060)-2928/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti qətnamənin məhz Vəkil məxsus şəxsi elektron kabinetdə yerləşdirildiyi tarixdən hesablanmalıdır. O, isə qətnaməni xx.xx.2022-ci il tarixində rəsmi qaydada almış, qətnamədən apellyasiya şikayəti verilməsi müddəti xx.xx.2022-ci il tarixində bitmiş, apellyasiya şikayəti isə məhkəməyə xx.xx.2022-ci il tarixində, yəni prosessual müddətin buraxılması ilə daxil olduğundan, məhkəmə haqlı olaraq apellyasiya şikayətini geri qaytarmışdır. Apellyasiya kollegiyası həmçinin izah edir ki, hazırkı prosessual nöqsan səbəbindən cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin geri qaytarılması, onun qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosesual müddətinin bərpası barədə ərizə ilə qətnaməni qəbul etmiş məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası MPM-nin 398.0 və 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətini geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2928/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2481/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2481/2022
02.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver