Məhkəmə qərarları › İş №2(105)-2483/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2483/2022

24.11.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2483/2022 24.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, Quba Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2(027)-983/2020 nömrəli qərardadından X28, X4, X29, X16, X17, X76, X10, X5, X37, X87, X50, X60, X88, X18, X19, X51, X20, X61, X62, X52, X30, X21, X11, X31, X12, X1, X22, X3, X38, X32, X89, X6, X13, X39, X53, X40, X14, X77, X33, X23, X7, X34, X41, X35, X78, X2, X42 və onların nümayəndəsi Vəkil tərəfindən birgə qaydada verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏNETDİ: Quba Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2(027)-983/2020 nömrəli qərardadı ilə (hakim Rahim Həsənov) Quba Rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli, 2(027)-983/2020 nömrəli qətnaməsindən X40, X77, X33, X24, X23, X78, X5, X39, X16, X89, X29, X32, X17, X22, X60, X11, X25, X54, X12, X1, X2, X51, X20, X19, X14, X18, X4, X6, X7, X41, X26, X63, X8, X37, X10, X42, X50, X38, X87, X30, X21, X61, X31, X13, X76, X35, X9, X88, X52, X43 və onların nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Maraqlı şəxslər qərardaddan şikayət vermişlər. Quba Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(027)-983/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİNHALLARİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, İİ Nügədi sovxoz AİK-nın xx.xx.1998-ci il tarixli, 69 saylı qərarı ilə İİ Nügədi kəndinin “palasa” adlanan sahəsindəki özəl torpaqlarının əkinçilik və bağçılıqla məşğul olmaqları ilə əlaqədar olaraq Qaraçayın “maday” adlanan bəndindən təsərrüfatlarına qədər təxminən 8.0 km uzunluğunda olan 500.00 mm boruya mülkiyyət hüquqlarının tanınması və boruya kənar müdaxilələrin aradan qaldırılmasını xahiş etmişlər. Quba Rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli, 2(027)-983/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilib, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 sahibliyində olan Quba rayonu, İİ Nügədi sovxoz AİK-nın xx.xx.1998-ci il tarixli, 69 saylı qərarı ilə İİ Nügədi kəndinin “palasa” adlanan sahəsindəki özəl torpaqlarının əkinçilik və bağçılıqla məşğul olmaqları ilə əlaqədar olaraq Qaraçayın “maday” adlanan bəndindən təsərrüfatlarına qədər təxminən 8.0 km uzunluğunda olan 500.00 mm boruya cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qərara alınmışdır. Maraqlı şəxslər qətnamədən apellyasiya şikayəti vermişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİNDƏLİLLƏRİ Maraqlı şəxslər verdiyi şikayəti onunla əsaslandırmışlar ki, Quba Rayon Məhkəməsi 08 sentyabr 2022-ci il tarixli qərardadı qəbul edərkən prosessual qanunverciliyin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, borunun iddiaçıların sahibliyinə verilməsinə dair Quba rayonu İİ Nügədi sovxoz AİK-nın xx.xx.1998-ci il tarixli, 69 saylı qərarı vardır”. Göründüyü kimi birbaşa olaraq onun və digər kənd əhalisinin maraqlarına toxunan və hüquqlarını pozan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-63/2009 nömrəli qətnaməsində hazırkı qətnaməyə istinad edilərək yəni su borusunun iddiaçılara aid olması müəyyən edilmişdir. Halbuki məhkəmənin istinad etdiyi Quba rayonu İİ Nügədi kənd sovxozu AİK-nın xx.xx.1998-ci il tarixli, 69 saylı qərarı mövcud deyildir. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 15 mart 2022-ci il tarixli, 264 nömrəli məktubundan görünür ki, Quba rayonu İİ Nügədi sovxoz Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 69 saylı iclas protokolu Azərbaycan Respublikası Dövlət Arxivinə təhvil verilməmişdir. Bundan əlavə 01 iyul 2021-ci il tarixli Quba rayonu Pirvahid kəndində X75 İdarəsinin mühəndisi, əraziyə xidmət edən “Sarıqaya” SİB-in icraçı direktoru, ikinci Nügədi kənd bələdiyyəsinin sədri və digər şəxslərin iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Qaraçaydan qidalanan “Qidalandırıcı” adlı kanaldan su götürən, uzunluğu 8 km olan, 500 mm diametri boru xətti X75 İdarəsinin balansında deyildir. Keçmişdə Quba rayonu Kirovadına sovxozun balansında olan boru xətti 1990-cı illərdə torpaq islahatı aparılan zaman bələdiyyə fonduna daxil edilmişdir. İkinci Nügədi kənd sakini Orxan Zülbalayev boruya müdaxilələrin olunmaması üçün məhkəmə qərarına əsaslanaraq boru xəttinin onlara aid olmasını bildirsə də borudan istifadəyə dair heç bir hüquqi sənədi yoxdur. Bundan əlavə iş matariallarında olan Quba rayonu İİ Nügədi sovxozunun Aqrar İslahatı ilə əlaqədar bələdiyyənin mülkiyyətinə verilən əmlakların siyahısında 18-ci bənddə yeraltı su qurğuları öz əksini tapmışdır ki, bu da həmin su boru xəttidir. Beləliklə göründüyü kimi, məhkəmənin qətnaməsində qeyd edilənlərin əksinə olaraq uzunluğu 8 km olan, 500 mm diametri boru xəttinin iddiaçılara heç bir aidiyyatı yoxdur və onlara məxsus deyidir. Hazırkı qətnamədə uzunluğu 8 km olan, 500 mm diametri boru xəttinin iddiaçılara aid olması müəyyən edilmiş və nəticədə kənd sakinlərinin birbaşa olaraq hüquqlarına və maraqlarına toxunan və onların susuz qalmağıına səbəb olmuşdur. Apellyasiya şikayəti qeyd edilən hallarla əsaslandırılsa da, məhkəmə Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən qətnamədən şikayət verə bilmədiklərini, qətnamə onların marağına toxunmadığından qətnamədən şikayət vermək hüquqlarının olmadığı qeyd edilmişdir. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmırlar. Yuxarıda qeyd edilən hallara əsasən qətnamə onların hüquqlarına toxunduğundan həmin qətnamədən şikayət vermək hüquqları vardır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi maraqlı şəxslər tərəfindən verilmiş apellyasiya şikayətini geri qaytararkən hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-4110/2022 nömrəli qərardadı ilə maraqlarına toxunan şəxslərin birgə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-63/2022 nömrəli qətnaməsi hazırki mübahisəyə müstəsna adiyyat qaydasında Quba Rayon Məhkəməsinə baxılmalı olduğundan ləğv edilmiş və iş aidiyyat qaydasında Quba Rayon Məhkəməsinə göndərilmiş və hazırda iş digər hakimin icraatındadır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. İş materialları ilə müəyyən olur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-4110/2022 nömrəli qərardadı ilə maraqlarına toxunan şəxslərin birgə apellyasiya şikayəti qismən təmin edilib, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-63/2022 nömrəli qətnaməsi hazırki mübahisəyə müstəsna adiyyat qaydasında Quba Rayon Məhkəməsinə baxılmalı olduğundan ləğv edilmiş və iş aidiyyat qaydasında Quba Rayon Məhkəməsinə göndərilmişdir. Eyni zamanda Quba Rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli, 2(027)-983/2020 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 sahibliyində olan Quba rayonu, İİ Nügədi sovxoz AİK-nın xx.xx.1998-ci il tarixli, 69 saylı qərarı ilə İİ Nügədi kəndinin “palasa” adlanan sahəsindəki özəl torpaqlarının əkinçilik və bağçılıqla məşğul olmaqları ilə əlaqədar olaraq Qaraçayın “maday” adlanan bəndindən təsərrüfatlarına qədər təxminən 8.0 km uzunluğunda olan 500.00 mm boruya cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, maraqlı şəxslər həmin iş üzrə tərəf olmadıqlarından və qeyd olunan qətnamə onların hüquq və mənafeylərinə toxunmadığından, həmin şəxslərin mövcud qətnamədən apellyasiya şikayəti vermək hüquqları yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maraqlı şəxslərin apellyasiya şikayətini geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir və maraqlı şəxslərin şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiya məhkəməsinin səlahiyyətidir. MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: X28, X4, X29, X16, X17, X76, X10, X5, X37, X87, X50, X60, X88, X18, X19, X51, X20, X61, X62, X52, X30, X21, X11, X31, X12, X1, X22, X3, X38, X32, X89, X6, X13, X39, X53, X40, X14, X77, X33, X23, X7, X34, X41, X35, X78, X2, X42 və onların nümayəndəsi Vəkil tərəfindən birgə qaydada verilmiş şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2(027)-983/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar