Məhkəmə qərarları › İş №2(105)-250/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-250/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-250/2021 10.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Heyran Mehman qızı Mürsəlovanın katibliyi, iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-237/2020 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi F.A.Əliyevin verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-237/2020 saylı qətnaməsi ilə (hakim İ.A.Məmmədov) iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmiş və 145 (yüz qırx beş) manat məbləğində ekspertiza xərcinin iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət Xəzinədarlığı Agentliyindəki AZ34CTRE******************** №-li (VÖEN **********; KOD 210005; SFİFT BİK: CTREAZ22; müxbir hesab AZ41NABZ013601**********3944) xüsusi hesabına ödənilməsi qət edilmişdir. İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi F.A.Əliyev apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-237/2020 qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2-1(81)-3619/2016 saylı qərarı ilə «xxxx» ASC ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu «xxxx» ASC-yə ləğvedici təyin edilmişdir. “xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2011-ci il tarixli 138 nömrəli Kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə illik 14 faiz dərəcəsi ilə 41100 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.3, 6.2-ci bəndlərinə və kredit müqaviləsinə əlavə olunmuş kredit və və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən borc alan Cavabdeh kreditdən istifadəyə görə əsas və faiz borcu üzrə banka hər ay sabit olaraq 956.33 manat məbləğində ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq, o bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar olaraq bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də cavadeh Cavabdeh xx xxxxxxxx 2011-ci il tarixli 138 nömrəli Kredit müqaviləsi üzrə “xxxx Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş 7.821,28 (yeddi min səkkiz yüz iyirmi bir manat, 28 qəpik) manat əsas borcu, 570,64 (beş yüz yetmiş manat, 64 qəpik) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu, 2.923,01 (iki min doqquz yüz iyirmi üç manat, 01 qəpik) manat müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə və 1.166,30 (bir min yüz altmış altı manat, 30 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla cəmi 12.481,23 (on iki min dörd yüz səksən bir manat, 23 qəpik) manat məbləğində kredit borcu vardır. Ona görə də, Cavabdeh 7.821,28 (yeddi min səkkiz yüz iyirmi bir manat, 28 qəpik) manat əsas borcu, 570,64 (beş yüz yetmıiş manat, 64 qəpik) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu, 2.923,01 (iki min doqquz yüz iyirmi üç manat, 01 qəpik) manat müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə və 1.166,30 (bir min yüz altmış altı manat, 30 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla cəmi 12.481,23 (on iki min dörd yüz səksən bir manat, 23 qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi F.A.Əliyev verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi xx xxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 385.1-ci maddələrinin və Azərbaycan Respublikası MPM-nin 88, 217.4-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materillarında olan “xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2011-ci il tarixli 138 nömrəli kredit müqaviləsindən görünür ki, cavabdehə 60 (altmış) ay müddətinə, illik 14 faiz olmaqla 41100 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh Banka gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 1712 nömrəli rəyi ilə xx.xx.2011-ci il tarixli, 138 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh ekspertiza qarşısında qoyulmuş sual üzrə xx.xx.2019-cu il tarixə iddiaçı ləğv prosesində olan “xxxx" ASC-nə olan borcunu tam ödəmiş, onun 581,05 manat məbləğində artıq ödəniş etdiyi məlum olmuşdur. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 9/4259 nömrəli təkrar məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilir ki, “xxxx” ASC («Borcverən») və Cavabdeh («Borcalan») arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 138 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixədək 41.100,00 manat məbləğində əsas borc, 16.279.43 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 57.379,43 manat məbləğində borcun ödənilməsi nəzərdə tutulmuş və xx.xx.2016-cı il tarixədək 43.495,94 manat məbləğində əsas borc, 19.246.06 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 62.742,00 manat məbləğində ödənilmişdir. Cavabdeh krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2011-ci ii tarixli, 138 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla sonuncunun xx.xx.2016-cı il tarixdə (sonuncu ödənişin tarixi (28.100 AZN)) banka olan əsas və faiz borcu tam ödənilmiş və 2.395,94 manat məbləğində artıq ödənişi müəyyən edilir. Yəni Cavabdeh xx.xx.2011-ci il tarixli, 138 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixədək banka olan əsas və faiz borcu, müqavilə müddəti bitməmişdən öncə tam olaraq ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunur ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuşdur. İddiaçı Ləğv prosesində olan “xxxx” ASC Cavabdeh xx.xx.2011-ci il tarixli, 138 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam icra olunmadığını göstərərk hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, iş üzrə alınmış Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 1712 saylı və xx xxxxxx 2021-ci il tarixli, 9/4259 saylı rəyləri ilə Cavabdeh həmin kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixədək banka olan əsas və faiz borcunu müqavilə müddəti bitməmişdən öncə tam olaraq ödədiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, Cavabdeh tərəfindən iddiaçı bank qarşısında götürülmüş öhdəlik tam olaraq icra olunmuşdur. İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi F.A.Əliyev apelyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmişdir və birinci instnsiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi hallarını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apelyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyıb, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021ci il tarixli, 9/4259 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Verilmiş apelyasiya şikayəti təmin edilmədiyi üçün ekspertiza tədqiqatının dəyəri iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-dən alınıb AZ.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi F.A.Əliyevin verdiyi apelyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-237/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat iddiaçı Ləğv prosesində olan “xxxx” ASCdən alınıb AZ.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar