Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2507/2021 21.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı “ABC- Telekom” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(060)-3761/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(060)-3761/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Aynur Behbudova) iddiaçı “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh 571 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun, cəmi 601 manat məbləğində pulun alınıb iddiaçı “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyətinə ödənilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək 04.06.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********38297 olan “Samsung Galaxy A10” markalı telefon üçün 274 manat ödənilməmiş hissə, 19.05.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********72518 olan “Xiaomi Mi A2 Lite” markalı telefon üçün 297 manat ödənilməmiş hissə, ümumilikdə 571 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 601 manatın Cavabdeh alınaraq cəmiyyətə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, cavabdeh “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı 04.06.2019-cu il tarixli və 19.05.2019-cu il tarixli müqavilələrə əsasən İMEİ kodu **********38297 olan “Samsung Galaxy A10” markalı və İMEİ kodu **********72518 olan “Xiaomi Mi A2 Lite” markalı telefonlar almış və nəticədə 571 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və 04.06.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 442 manat (20 ay x 22 manat + 2 manat ilkin ödəniş) olan İMEİ kodu **********38297 olan “Samsung Galaxy A10” markalı telefon üçün 274 manat, 19.05.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 594 manat (18 ay x 33 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********72518 olan “Xiaomi Mi A2 Lite” markalı telefon üçün 297 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 465 manat təşkil edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, bir neçə il olar ailəsi ilə birlikdə Türkiyədə yaşayır, məhkəmə zamanı Azərbaycanda olmamışdır. Qohumları onun barəsində məhkəmə qətnaməsinin çıxarılmasını dedikdən sonra məcbur olub Azərbaycana qayıtmışdır. İddia qaldırılması barədə onun məlumatı olmamışdır. Bununla da məhkəmə ona əsaslandırılmış etiraz təqdim etmək üçün imkan verməmişdir. Borcun əsası olan müqavilə əsassızdır, ona görə də ləğv edilməlidir. Bu müqaviləni o imzalamamışdır, imza da ona məxsus deyildir. İmzanın onun olmamasını müəyyən etmək üçün ekspertiza keçirilməsinə ehtiyac yoxdur, çünki müqavilə onun Türkiyədə olduğu vaxt bağlanmışdır. Belə ki, o, 11.06.2018-ci ildə ölkədən çıxmış və 09.06.2019-cu ildə ölkəyə qayıtmışdır. Hər iki müqavilə bağlananda o, xarici ölkədə olmuşdur. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 00669500 saylı, 19.05.2019-cu il tarixli müqavilədən görünür ki, “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh İMEİ kodu **********72518 olan “Xiaomi Mi A2 Lite” markalı telefon satılmışdır. İş materiallarında olan 00669500 saylı, 19.05.2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan 19.05.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh “Xiaomi Mi A2 Lite” markalı telefonun dəyəri olan 594 manatı hər ay 33 manat olmaqla 18 ay ərzində ödəməlidir. İş materiallarında olan 19.05.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh İMEİ kodu **********72518 olan “Xiaomi Mi A2 Lite” markalı telefonu təhvil almışdır. İş materiallarında olan “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 00701253 saylı, 04.06.2019-cu il tarixli müqavilədən görünür ki, “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh İMEİ kodu **********38297 olan “Samsung Galaxy A10” markalı telefon satılmışdır. İş materiallarında olan 00701253 saylı, 04.06.2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan 04.06.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh İMEİ kodu **********38297 olan “Samsung Galaxy A10” markalı telefonun dəyəri olan 442 manatı hər ay 22 manat olmaqla ödəməlidir. İş materiallarında olan 04.06.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh “Samsung Galaxy A10” markalı telefonu təhvil almışdır. İş materiallarında olan “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyətinin 26.05.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh borcunu ödəməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikasının MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının MM-nin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh dəyərini hissəhissə ödəmək şərti ilə “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyətindən qiyməti 594 manat olan “Xiaomi Mi A2 Lite” markalı telefon, qiyməti 442 manat olan “Samsung Galaxy A10” markalı telefon almışdır. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşdən görünür ki, Cavabdeh nisyə alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Cavabdeh apellyasiya şikayətində müqaviləni imzalamadığını, imzanın onun olmamasını müəyyən etmək üçün ekspertiza keçirilməsinə ehtiyac olmadığını, müqavilələrin onun Türkiyədə olduğu vaxt bağlandığını göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilələrin bağlandığı vaxtda Cavabdeh Türkiyədə olması iş materialları ilə sübuta yetirilmir və cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi pasportun surəti onun müqavilələrin bağlandığı vaxt Türkiyədə olduğunu təsdiq etmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(060)-3761/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2507/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2507/2021
21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver