Məhkəmə qərarları › İş №2(105)-2508/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2508/2020

31.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2508/2020 31.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(074)-342/2020 saylı qərardadından İddiaçı verdiyi şikayət üzrə işə baxaraq, MÜƏYYƏN ET Dİ: Şamaxı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(074)-342/2020 saylı qərardadı ilə (hakim E.Z.Hümbətov) İddiaçı cavabdeh “Cavabdeh İnşaat Turizm Sənaye ve X2” İnşaat Şirkətinə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-342/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh “Cavabdeh İnşaat Turizm Sanayi və X3”-nə qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilat tərəfindən ona vurulmuş 2017, 2018, 2019-cu ilin əkin ili üçün 2400 manat məbləğində maddi zərərin ödənilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabadeh “Cavabdeh İnşaat Turizm Sanayi və X3” məhkəməyə vəsatət ilə müraciət edərək mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİNDƏLİLLƏRİ VƏTƏRƏFLƏRİNİZAHATİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsi xx xxx 2020-ci il tarixli qərardadı qəbul edərkən Azərbaycan Respublikası MPM-nin 35.2 və 39.1-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdeh tərəfin faktiki fəaliyyət göstərdiyi ünvan Şamaxı rayonu ərazisi olmuş, idarəçilik buradan olmuş və faktiki olaraq törəmə müəssisə Şamaxı rayonu Həmyəli kəndi yaxınlığında yerləşir. Bundan əlavə ona məxsus əmlak Şamaxı rayonunda yerləşir, madi ziyan da ona həmin rayon ərazisində dəymişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabadeh “Cavabdeh İnşaat Turizm Sanayi və X3” vəsatətlə məhkəməyə müraciət edərək, mülki işin baxılması üçün cavabdehin rəsmi qeydə alındığı yer (hüquqi ünvan) ünvan 2 mərtəbə 17 olmaqla Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatətə əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin kommersiya qurumunun dövlət reyestrindən **********935800 nömrəli çıxarışdan görünür ki, “Cavabdeh İnşaat Turizm Sanayi və X3”-nin hüquqi ünvanı ünvan 2 mərtəbə 17-dir. Azərbaycan Respublikasının MPM-nin 35.1-ci maddəsinin tələblərinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən işə həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verə bilər. Azərbaycan Respublikasının MPM-nin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi vəsatəti təmin edib, İddiaçı cavabdeh “Cavabdeh İnşaat Turizm Sənaye ve X2” İnşaat Şirkətinə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işin aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə göndərilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Ona görə də, qərardadın ləğv edilməsi üçün əsas olmadığından şikayət əsassız hesab edilib təmin edilməməlidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələblərinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: İddiaçı verdiyi şikayət təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(074)-342/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar