Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-251/2021 19.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 2(059)-159/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Siyəzən Rayon Məhkəməsinin 2(059)-159/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. (hakim B.Ələkbərov). Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Siyəzən Rayon Məhkəməsinin 2(059)-159/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx 2019-cu il tarixdə cavabdehlə rəsmi nikah qeyd etdirməklə evlənmiş, xasiyyətləri uyğun gəlmədiyi üçün aralarında olan rəsmi nikah xx xxxxxx 2020-ci il tarixdə pozulmuşdur. 2019-cu ilin aprel ayında qız toyundan əvvəl keçmiş qudaları, yəni cavabdehin valideynləri olan Nüsrət Əkbərov və Bəyzadə Əkbərova ondan 4000 manat pul istəmişlər. O da həmin məbləği 2019-cu ilin aprel ayının əvvəllərində keçmiş qayınatası X6 şəhəri, H.Əliyev küçəsində yerləşən 55 saylı evinin mətbəxində sonuncunun, cavabdehin bacısı Şahid, eləcə də, özünün xalası Rəsmiyyə Salamovanın və uzaq qohumları olan Hekayət Quliyevanın iştirakı ilə Cavabdeh vermişdir. Həmin məbləğin 2500 manatı xalası Rəsmiyyə Salamovaya məxsus olmuş, qalan 1500 manatı isə Hekayət Quliyevadan borc almışlar. Sonradan borc pulu cavabdehdən tələb etsə də, hər dəfə tezliklə qaytaracağına vəd vermişdir. xx xxxxxx 2019-cu il tarixdə cavabdehin qohumları avadanlıqlarını aparan zaman yenidən pulunu tələb edərkən sonuncunun bacısı Şahid əvvəllər pulu qaytarmaq fikri olsa da, hazırda pulu verə bilməyəcəyini bildirmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə şahid qismində dindirilmiş Şahid ifadəsinə düzgün qiymət verməmişdir. Bundan başqa, o, hazırkı iddianı qaldırdıqdan sonra Cavabdeh da məhkəmədə ona qarşı iddiasının həcmini artırmış, yalandan ondan qızıl-zinət əşyalarını tələb etmişdir. Digər tərəfdən, yeni qohum olan şəxslər arasında borc müqaviləsinin yazılı qaydada bağlanmasının tələb edilməsi məntiqsiz və adət-ənənəyə uyğun deyildir. Bu hallara düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı şikayəti müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş AZ-İ 341402 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah xx xxxxxx 2020-ci il tarixdə ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında həmin gün 09 nömrəli qeyd edilmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən tərəflərin vəsatəti ilə şahidlər dindirmişdir. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X3 ifadəsində göstərmişdir ki, İddiaçı bacısı oğlu, Cavabdeh isə bacısının keçmiş gəlinidir. 2019-cu ilin aprel ayında qız toyundan əvvəl bacısının keçmiş qudaları, yəni cavabdehin valideynləri olan Nüsrət Əkbərov və Bəyzadə Əkbərova İddiaçı 4000 manat pul istəmişlər. Həmin pulun 2500 manatı ona məxsus olmuş, qalan 1500 manatı isə uzaq qohumları və həmkəndlisi olan Hekayət Quliyevadan borc alaraq, bacısı oğlu Aqşinə vermiş, sonuncu da 2019-cu ilin aprel ayının əvvəllərində 4000 manat pulu keçmiş qaynatası X6 şəhəri, H.Əliyev küçəsində yerləşən 55 saylı evinin mətbəxində sonuncunun, cavabdehin bacısı Şahid, eləcə də, onun və uzaq qohumları olan Hekayət Quliyevanın iştirakı ilə gələcək arvadı Cavabdeh vermişdir. Həmin vaxt İddiaçı qeyd olunan məbləğdə pulu cavabdehin atasının Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən 55 saylı evindəki mətbəxdə masanın üzərinə qoymuş, Cavabdeh isə pulu oradan götürmüşdür. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, İddiaçılə uzaq qohumdur, cavabdeh isə sonuncunun keçmiş arvadı olmuşdur. Bir-iki dəfə qohumları Rəsmiyyə Salamova və İddiaçılə birgə cavabdehin atasının Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən 55 saylı evinə gedib-gəlmişdir. 2019-cu ilin aprel ayında qız toyundan əvvəl, iddiaçının xalası olan uzaq qohumu və həmkəndlisi Rəsmiyyə Salamova ondan Cavabdeh vermək üçün borc məqsədilə 1500 manat pul istəmiş, o, isə həmin məbləği Rəsmiyyə Salamovaya, sonuncu da Aqşinə vermişdir. Daha sonra, 2019- cu ilin aprel ayında qız toyundan əvvəl İddiaçı, Rəsmiyyə Salamova və o, 4000 manat pulu vermək üçün birlikdə cavabdehin atasının evinə getmişlər. Aqşin və Rəsmiyyə evə girsələr də, o, içəriyə girməyib, qohumlarını evin həyətində gözləmişdir. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X5 ifadəsində göstərmişdir ki, Cavabdeh övladıdır, İddiaçı isə qızının keçmiş əri olmuşdur. O, 2019-cu ilin aprel ayında qızı Aynura toy mərasimi keçirmək üçün iddiaçıdan hər hansı məbləğdə pul istəməmiş, həmçinin onun iştirakı ilə qızı Aynura İddiaçı tərəfindən pul verilməmişdir. Belə ki, ailəsinin maddi durumu yaxşı olduğuna, o cümlədən özü və qızları işlədiyinə görə iddiaçının puluna ehtiyacı olmamışdır Şahid məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Cavabdeh bacısıdır, İddiaçı isə bacısının keçmiş əri olmuşdur. 2019-cu ilin aprel ayında iddiaçı onun yanında bacısı Aynura hər hansı məbləğdə pul verməmişdir. Belə ki, ailəsinin maddi durumu yaxşıdır, toy etmək üçün iddiaçının puluna ehtiyacları olmamışdır. Həmçinin, xx xxxxxx 2019-cu il tarixdə bacısının cehiz əşyalarını iddiaçının evindən götürərkən, qarşı tərəfdən onlara xeyli təzyiq və təsir göstərilmiş, məhz elə həmin vaxt ola bilər ki, o, təşviş içində olduğundan özündən asılı olmadan, qeyri-iradi olaraq iddiaçıya istədiyi pulu verməyəcəyini bildirmişdir. Lakin onun iştirakı ilə iddiaçı cavabdehə hər hansı məbləğdə pul vəsaiti verməmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, Siyəzən Rayon Məhkəməsinin 2(059)-159/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx xxx 2019-cu il tarixdə rəsmi nikah münasibətlərinə girmişlər, lakin onların nikahları xx xxxxxx 2020-ci il tarixdə pozulmuşdur. Hazırda İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia edir ki, 2019-cu ilin aprel ayında qız toyundan əvvəl keçmiş qudaları, yəni cavabdehin valideynləri olan Nüsrət Əkbərov və Bəyzadə Əkbərova ondan 4000 manat pul istəmiş, o da həmin məbləği 2019-cu ilin aprel ayının əvvəllərində keçmiş qayınatası X6 şəhəri, H.Əliyev küçəsində yerləşən 55 saylı evinin mətbəxində sonuncunun, cavabdehin bacısı Şahid, eləcə də, özünün xalası Rəsmiyyə Salamovanın və uzaq qohumları olan Hekayət Quliyevanın iştirakı ilə Cavabdeh vermişdir. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin faktiki hallarından görünür ki, borc kimi tələb edilən vəsaitin məbləği 4000 manatdır, tərəflər arasında isə yazılı borc müqaviləsi bağlanmamışdır. İddiaçı tələbini əsaslandırmaq üçün şahid ifadələrinə istinad etmişdir. Halbuki, AR MPM-in 81-ci maddəsinin tələblərinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Yenə AR Mülki Məcəllənin 740-cı maddəsinin tələblərinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Başqa sözlə, istinad olunan hüquq normalarına əsasən hazırki halda 4000 manat iddia tələbinin əsaslandığı hallar yalnız yazılı formada tərtib edilmiş sübut əsasında təsdiq edilə bilərdi. Qeyd edildiyi kimi tərəflər arasında yazılı formada tərtib edilmiş müqavilə yoxdur. İddiaçı öz dəlillərini sübut etmək üçün şahid ifadələrinə isitinad etdiyi kimi, cavabdeh də şahid ifadələrinə istinad edərək iddianı təkzib edir. İş üzrə dindirilmiş şahidlər isə tərəflərlə yaxın qohumluq münasibətində olan şəxslərdir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Hazırk halda tərəflər arasında hər hansı bir öhdəlik münasibətlərinin yaranması, pulun alınması və ödənilməsi qaydası ilə bağlı bir-birinin qarşısında bu və ya digər formada öhdəlik götürməsi öz təsdiqini tapmır. Bu barədə mötəbər və legitim sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X8 Məhkəməsi "X1rşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, xx xxxx 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, xx xxxx 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən tutarlı əsas gətirilməmiş, əsaslışübhələrdən kənar hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sadalanan maddi hüquq normalarına istinad etməklə mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin 2(059)-159/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-251/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-251/2021
19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver