Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-251/2022 22.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqavilələri üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin e-2(034)- 74/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Zəngilan Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, e-2(034)-74/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 16033,99 manat əsas, 630,61 faiz borcu olmaqla, cəmi 16664,60 (on altı min altı yüz altmış dörd manat altmış qəpik) manat borcun İddiaçı Asıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh2 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. (hakim Gülsarə İmanova) Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək, Zəngilan Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, e2(034)-74/2020 saylı qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 16033,99 manat əsas, 630,61 faiz borcu olmaqla, cəmi 16.664,60 manat borc və 30 manat ödənilmiş dövət rüsmunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 arasında bağlanmış 06.04.2018-ci il tarixli, 102GTK180960001saylı kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə, illik 22 % faiz dərəcəsi ilə 17441,54 manat kredit verilmişdir. Həmin tarixdə digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqavilələrinə əsasən cavabdehlər müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Nəticədə Cavabdeh1 İddiaçı ASC-yə 25.11.2019-cu il tarixinə 16033,99 manat əsas borc və 630,61 manat faiz borcu olmaqla, cəmi 16664.60 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması cavabdehlər tərəfindən təmin edilməmişdir. Buna görə də iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh X1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual huquq normalarını düzgun tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə işə onun iştirakı olmadan baxmışdır. O, 11 avqust 2017-ci il tarixdə İddiaçı ASC-nin Mərkəz filialında Cavabdeh1 11.800 manat məbləğində 36 ay müddətinə illik 29,84% olmaqla bağlanmış kredit müqaviləsinə zaminlik müqaviləsi bağlamışdır. Bundan sonra borclu Cavabdeh1 17.441,51 manat 60 ay müddətinə illik 22 faiz olmaqla 06 aprel 2018-ci il tarixli 102GTKR172230504 saylı zaminlik müqaviləsi bağlanmışdır. Borclu Cavabdeh1 öhdəliyini icra etməmiş, bununla bağlı onun əmək haqqından tutulmalar bağlamışdır. İddiaçı ASC-nin Mərkəz filialında bağlanmış 06 aprel 2018-ci il tarixli Z- 102RGTK180960001 saylı zaminlik müqaviləsindən onun xəbəri olmamış və bununla bağlı onun razılığı alınmamışdır. 06 aprel 2018-ci il tarixli Z-102GTK180960001 saylı zaminlik müqaviləsi onun razılığı olmadan həmin öhdəlik dəyişdirilərək onun məsuliyyətinin artmasına səbəb olmuşdur. Bu əsaslarla o, Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir və hazırda həmin mülki iş hakimin icraatındadır. Zəngilan Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli 2(034)-74/2020 saylı qətnaməsini ləğv edərək, iş üzrə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə tərəflər səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 06 aprel 2018-ci il tarixli, 102RGTK180960001 saylı kredit müqaviləsindən və kassa məxaric orderindən görünür ki, həmin müqviləyə əsasən ona illik 22 faiz dərəcəsi ilə 60 ay müddətinə 17.441,54 manat məbləğində kredit verilmişdir. Yenə işdə olan 06 aprel 2018-ci il tarixli, Z-02RGTK ********* saylı zaminlik müqaviləsindən görünür ki, kreditin təminatı kimi Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Yenə də iş materiallarında olan 03 dekabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Banka 16033,99 manat əsas, 630,61 faiz borcu olmaqla, cəmi 16.664,60 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş AR Ali Məhkəməsinin 14.12.2021-ci il tarixli, 2(102)- 5903/2021 saylı qərarından məlum olur ki, hazırki iş üzrə cavabdeh-zamin Cavabdeh2 İddiaçı ASC-yə qarşı Nəsimi Rayon Məhkəməsində iddia qaldıraraq onunla bank arasında bağlanmış 06.04.2018-ci il tarixli zaminlik müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli qətnaməsilə iddia təmin edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin mülki kollegiyaları tərəfindən dəyişdirilmədən saxlanılmışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apelyasiya şikayətindən göründüyü kimi cavabdeh-zamin Cavabdeh2 qətnaməni yalnız zamin kimi özünə aid hissədə mübahisələndirərək bilidrir ki, hazırki mübahisə üzrə istinad edilən zaminlik müqaviləsini o, imzalamamış, həmin müqavilədən onun xəbəri olmamışdır. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-nin 372.6-ci maddəsinin tələblərini, həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarını rəhbər tutaraq hesab edir ki, hazırda Zəngilan Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, e2(034)-74/2020 saylı qətnaməsi Cavabdeh1 16033,99 manat əsas, 630,61 faiz borcu olmaqla, cəmi 16664,60 (on altı min altı yüz altmış dörd manat altmış qəpik) manat borcun İddiaçı Asıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissəsində apelyasiya baxışının predmeti ola bilməz. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Zəngilan Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, e2(034)-74/2020 saylı qətnaməsi 16033,99 manat əsas, 630,61 faiz borcu olmaqla, cəmi 16664,60 (on altı min altı yüz altmış dörd manat altmış qəpik) manat borcun Cavabdeh2 müştərək qaydada İddiaçı Asıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia ona aid hissədə təmin edilməməli, qətnamə qeyd edilən borc məbləğinin Cavabdeh1 tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 06.04.2018-ci il tarixli, 102GTK180960001saylı kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 22 % faiz dərəcəsi ilə 17441,54 manat kredit verilmişdir. Həmin tarixdə digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqavilələrinə əsasən cavabdeh borclu müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Nəticədə Cavabdeh1 İddiaçı ASC-yə 25.11.2019-cu il tarixinə 16033,99 manat əsas borc və 630,61 manat faiz borcu olmaqla, cəmi 16664.60 manat borcu yaranmışdır. Həmçinin, o da müəyyən olundu ki, hazırki iş üzrə cavabdeh-zamin Cavabdeh2 "xxxx" ASC-yə qarşı Nəsimi Rayon Məhkəməsində iddia qaldıraraq onunla bank arasında bağlanmış 06.04.2018-ci il tarixli zaminlik müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli qətnaməsilə iddia təmin edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin mülki kollegiyaları tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Başqa sözlə, hazırki halda iddianın cavabdeh-zamin Cavabdeh2 aid hissədə təmini üçün heç bir hüquqi əsas qalmamışdır. AR MPM-nin 82.3-cü maddəsinin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda qeyd edildiyi kimi qanuni qüvvəsini almış məhkəmə qətnaməsilə Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış 06.04.2018-ci il tarixli zaminlik müqaviləsi etibarsız hesab edilmişdir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Belə olan halda məhkəmə kollegiyası əlavə araşdırmaya zərurət görmür. Belə ki, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 471-ci maddəsinə görə isə zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Yenə həmin Məcəllənin 331.1-ci madddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinin tələblərinə görə isə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İşdən göründüyü kimi iddiaçı bankın Cavabdeh2 qarşı iddiası qeyd olunan zaminlik müqaviləsinə əsaslanmışdır. Qeyd edildiyi kimi həmin müqavilə artıq etibarsız hesab edilmişdir. Belə olan halda isə Cavabdeh2 hazırki iddia üzrə iddiaçı bank qarşısında hər hansı öhdəliyindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 öz apellyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilmişdir və bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğvi üçün yetərlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün ödənilmiş cəmi 30 manat dövlət rüsumu İddiaçı ASC-dən tutulub Cavabdeh2 ödənilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaşı İddiaçı ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Zəngilan Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, e-2(034)- 74/2020 saylı qətnaməsi 16033,99 manat əsas, 630,61 faiz borcu olmaqla, cəmi 16664,60 (on altı min altı yüz altmış dörd manat altmış qəpik) manat borcun Cavabdeh2 müştərək qaydada İddiaçı Asıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, eləcə də 30 manat dövlət rüsumunun ondan tutulması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh2 aid hissədə iddia təmin edilməsin Qətnamə Cavabdeh1 16033,99 manat əsas, 630,61 faiz borcu olmaqla, cəmi 16664,60 (on altı min altı yüz altmış dörd manat altmış qəpik) manat borcun İddiaçı Asıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaşı İddiaçı ASC-yə ödənilsin. Apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün ödənilmiş cəmi 30 manat dövlət rüsumu İddiaçı ASC-dən tutulub Cavabdeh2 ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qfari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-251/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-251/2022
22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver