Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2512/2021 22.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(012)-247/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia tələbinin təmin edilməsi, Cavabdeh İddiaçı MMC-nin xeyrinə avtoqəza hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 5655 (beş min altı yüz əlli beş) manat və 30 (otuz) manat məbləğində pul vəsaitinin tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat İddiaçı MMC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı MMC Cavabdeh Sərhəd oğluna qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iş üzrə Cavabdeh Sərhəd oğlundan avtoqəza hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 6000 manat, 30 manat dövlət rüsumu, cəmi 6030 manat tutularaq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 08 yanvar 2019 cu il tarixdə saat 17:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazsində keçən 44.5-ci kilometrliyində Cavabdeh idarə etdiyi “Mercedes Benz C220” markalı ** UO *** dövlət qeydiyyat nişanlı avtomobilə, Bakı şəhər istiqamətinə hərəkətdə olarkən qarşıda eyni istiqamətdə hərəkətdə olan zaman "xxxx" MMC-yə məxsus X1 idarə etdiyi “JAC HFC 1040K YÜK” markalı **-AB-*** dövlət qeydiyyat avtomobili arxa hissədən vurmuşdur. “Mercedes Benz C 220” markalı ** UO *** qeydiyyat nişanl avtomobil arxadan “JAC HFC 1040 K YÜK” markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Avtoqəza nəticəsində İddiaçı MMC məxsus avtonəqliyyat vasitəsi içərisi damazlıq yumurta ilə yüklü olan maşın yoldan çıxmış və aşmışdır. Yol nəqliyyat hadisəsi zamanı “Azərquşçuluq“ MMC-yə məxsus olan avtomobilə 2000 (iki min) manat dəyərində ziyan dəymişdir. Bundan başqa avtomobilin yük yığılan hissəsində olan 16460 ədəd (bir ədədi 0.58 qəp) olan damazlıq yumurtadan 7000 (yeddi min) ədədi tamam ilə qırılmış, yerdə qalan 9460 (doqquz min dörd yüz altmış) ədəd yumurta isə damazlıq üçün tam yarasız olduğundan məhv edilmişdir. Ümumilikdə avtoqəza nəticəsində “Azərquşçuluq“ MMC-yə məxsus olan “JAC HFC 1040K YÜK” markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilə və avtomobilin yük daşıma hissəsində olan 16460 ədəd damazlıq yumurta məhv olmuşdur. Nəticədə “Azərquşçuluq“ MMC-yə dəymiş ziyanın həcmi 11546.80 AZN təşkil etmişdir. “Mercedes Benz C 220” markalı ** UO *** qeydiyyat nişanl avtomobil avtomobilin sahibi Cavabdeh haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, TP ******* saylı İnzibati tənbeh qərarı verilmişdir. Bundan başqa “Mercedes Benz 220 CDİ” markalı ** UO *** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı MMC-yə vurduğu zərərin qarşılığını ödənilməsi üçün müraciət məktubu ünvanlamışdır. Bundan başqa İddiaçı MMC-nin sürücüsü 08.01.2019-ci il tarixdə sərxoşluq hallarının təyin məqsədi ilə aparılan tibbi müayinənin 2/233 saylı protokolunda göstərilir ki, sürücü ayıq vəziyyətdə olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdeh Abşeron Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və aidiyyət qaydaları pozulduğu üçün işin aidiyyəti üzrə göndərilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün tədbir görməmişdir. O, Laçın rayonu, Qarıqışlaq kəndində qeydiyyatda olmaqla, lakin ünvan 1 ünvanında kirayədə yaşayır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2 maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi ərazi aidiyyət qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni cavabdeh mübahisələndirmiş və bu nəticənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni aidiyyət qaydalarını pozmaqla baxdığından, qanuni və əsaslı hesab etmir. İddia ərizəsindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən, iddia ərizəsində cavabdehin ünvanı ünvan 2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 35.1. maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İşdən görünür ki, Cavabdeh Laçın rayonu, Qarıqışlaq kəndində qeydiyyatdadır. Bu mənada məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan maddələrin tələblərini pozaraq iddiaçının iddia ərizəsini icraata qəbul etməklə tələb üzrə yekun məhkəmə aktı qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1. maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 32.3. maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır (Konstitusiya Məhkəməsi Plenumunun 28.03.2013-cü il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi cavabdehin qeydiyyat yeri üzrə Laçın Rayon Məhkəməsində baxılmalı olduğu halda, Abşeron Rayon Məhkəməsi ərazi aidiyyət qaydalarını pozmaqla işi icraata götürərək qətnamə qəbul etməklə, MPM-nin 35.1. maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 44.2.2. maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası MPM-nin 385.1.1. maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prossesual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti prosessual hüquq normalarının pozulması hissəsində əsaslı olduğundan qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi ərazi aidiyyəti üzrə baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 24.2., 26.1., 44.2.2., 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2512/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2512/2021
22.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver