Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2515/2020 14.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi: Aysel Zöhrab qızı Əhmədovanın iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi A.Z.Əhmədova tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Z.Hümbətov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə 036R********** saylı kredit razılaşması üzrə 1325,81 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) məbləğində əsas borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, iddia tələbinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 036R********** saylı kredit razılaşması üzrə 1325,81 ABŞ dolları məbləğində kredit borcu və məhkəmə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 17L000004642 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 60000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 036R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.4167 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4300 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 2974,19 ABŞ Dolları ödəmiş, onun 1325,81 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi A.Z.Əhmədova apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə tərəfindən zaminlərə münasibətdə iddiaçının tələbinin təmin edilməməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi ilə əsaslandırılmışdır. Zaminlərin öhdəliklərin qüvvədə olma müddəti məhkəmə tərəfindən nəzərə alınmamış. İddiaçı tərəfindən zaminlərə qarşı tələb həmin müddət çərçivəsində olmuşdur, yəni artıq 2018-ci il noyabr ayında, iddiaçı tərəfindən bütün cavabdehlərə qarşı məhkəmə müştəvəsində iddia tələbi irəli sürülmüş, lakin Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı iə həmin mülki iş iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmışdır. Daha sonra onlar tərəfindən olunan qərardadda qeyd olunan çatışmamazlıqları aradan qaldıraraq yenidən 2020-ci ilin may ayında həmin məhkəməyə müraciət etmişdir. Zaminlərə qarşı tələb iddia müddəti ötürülməklə irəli sürülmüşdür, məhkəmə tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı maddi və prosessual hüquq pozuntusuna yol verilmişdir. Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(074)-522/2020 saylı qətnaməsini qismən, iddia tələbinin zaminlərə münasibətdə təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissələrdə də təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi A.Z.Əhmədova apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit müqaviləsinin olmasına, cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulmasına, lakin zaminlərə qarşı iddia müddətinin keçirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi A.Əhmədovanın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşə əlavə olan xx.xx.2014-cü il tarixli 17L000004642 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 60000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır İş materiallarında olan xx.xx.2015-ci il tarixli 036R********** saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 İddiaçı QSCdən 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.4167 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4300 ABŞ Dolları məbləğində kredit almışdır. İşə əlavə olan xx.xx.2015-ci il tarixli № 036S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli 17L000004642 saylı kredit müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan kredit razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlik olmuş və üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli № 036S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 17L000004642 saylı kredit müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan kredit razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlik olmuş və üzərinə məsuliyyət götürmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli 8993 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 036R********** saylı kredit razılaşması üzrə İddiaçı QSCyə xx.xx.2020-ci il tarixə 1325,81 ABŞ dolları əsas borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı QSC hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı Cavabdeh1 18 ay müddətinə 4300 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kreditin əsas məbləğini və hesablanmış faizləri hər ay bərabər hissələrlə ödəməyi öhdəsinə götürmüş, lakin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı ilə bağladıqları xx.xx.2015-ci il tarixli zaminlik müqavilələrinə əsasən iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrası ilə bağlı iddiaçı qarşısında Cavabdeh1 ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Cavabdeh1 kreditin qaytarılması üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə iddiaçıya xx.xx.2020-ci il tarixə 1325,81 ABŞ dolları əsas borcu qalmışdır. İddiaçı yaranmış borcu ödəmələrini cavabdehlərə təklif etmiş, lakin cavabdehlər bu təklifə münasibət bildirməmişlər. İddiaçı hazırkı tələb üzrə 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəlləninin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası MM-in 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, tələbin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yönəldilməsi hissəsi üzrə onu qeyd etməyi zəruri sayır ki, MM-in 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İddiaçı məhkəmə tərəfindən zaminlərə qarşı iddia müddətinin düzgün tətbiq edilməməsi barədə gətirdiyi dəlili qəbul etmir. İddiaçının dəlillərindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini xx.xx.2016-cı il tarixdən lazımınca icra etmədiyi halda iddiaçı hazırkı tələblə zaminlin təmin etdiyi öhdəliyin icrası vaxtı çatdığı andan bir il keçdikdən sonra xx xxx 2020-ci il tarixdə müraciət etməklə, hazırkı tələbi zaminliklərinə qanunun tələbinə əsasən xitam verilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yönəltmişdir. Azərbaycan Respublikası MM-in 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminlik müqaviləsində onun verilmə müddəti göstərilməmiş, zaminliyin borclunun bank qarşısında öhdəliklərinin icrasını təmini etmək üçün verildiyi nəzərdə tutulmuşdur ki, bu da “müddət” anlayışına uyğun deyil və zaminliyin müddəti kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.2-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 367.3-cü maddəsinə əsasən müddət həmçinin, hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Qeyd edilən maddi hüquq normalarına əsasən müddət təqvim tarixi və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi, eləcə də hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilməli olsa da, tərəflər arasındakı zaminlik müqaviləsində zaminliyin müddəti MM-in 367.2-ci maddəsində nəzərdə tutulmuş formaya uyğun müəyyən edilməmiş, kredit müqaviləsi üzrə öhdəliyin icra edilibedilməməsi isə borcunun özünün iradəsindən asılı olmaqla, “hökmən baş verməli olan hadisə” sayılmır. Göründüyü kimi tərəflər arasındakı zaminlik müqavilələrində onun verilmə müddəti təyin edilməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun x xxxxxxxx 2012-ci il tarixli Qərarında hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi də nəzərə alınmaqla belə nəticəyə gəlinir ki, zaminlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı qarşısında öhdəliyi kredit müqaviləsi üzrə borclu olan Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəliyini lazımınca icra etmədiyi andan əmələ gəlmişdir. Odur ki, məhkəmə kollegiyası bu hissədə məhkəmənin gəldiyi nəticəni düzgün hesab edir və iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlili qəbul etmir. Beləliklə, məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyini icra etməməsi, nəticədə iddiaçıya 1325,81 ABŞ dolları əsas borcunun yaranması tam təsdiq olunduğundan, eləcə də Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olduğundan, 1325,81 ABŞ dolları əsas borc icra vaxtı manata olan məzənnə ilə, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi ondan iddiaçının xeyrinə tutulmalı, iddia tələbi borcun, ödənilmiş rüsumun tutulmasına dair hissədə və Cavabdeh1 münasibətdə təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçının nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin bu iş üzrə xx xxxx 2020-ci i il tarixli 2(074)-522/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2515/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2515/2020
14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver