Məhkəmə qərarları › İş №2(105)-2518/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2518/2020

13.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2518/2020 13.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şabran rayon Məhkəməsinin 2(031)-372/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şabran rayon Məhkəməsinin 2(031)-372/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx xxxxxxx 2017-ci il tarixli akta əsasən hesablanmış 240 manat məbləğində pul, 115.50 manat abonent borcu, ümumilikdə isə 355.50 manat pulun tutularaq «İddiaçı» İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ0NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN:AZ72İBAZ******************** bank hesabına ödənilməsi, iddianın qalan hissəsinin əsassız olduğundan təmin edilməməsi qət edilmişdir (hakim Çingiz İsgəndərov) Qətnamədən narazı qalan cavabdeh “İddiaçı” İstehsalat Birliyi apelyasiya şikayəti verərək Şabran rayon Məhkəməsinin 2(031)-372/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: «İddiaçı» İstehsalat Birliyi məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3556,30 manat məbləğində pulun və 30 (otkz) manat dövlət rüsumunun, ümumilikdə isə 3586,30 manat pulun tutularaq «İddiaçı» İB-nin ABB Sabunçu filialı,Kod 805573,VÖEN **********, M/HAZ0NABZ******************** SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ Cavabdeh «İddiaçı» İstehsalat Birliyinin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin əsassız mülahizələri əsasında qətnamə qəbul edilmişdir. “İddiaçı” istehsalat Birliyinin Bakı Regional qazın satışı Departamenti ilə Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” xx.xx.2017-ci il tarixli, 10/11019 saylı müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər dedikdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin hesablanması qaydalarına əsasən müəyyən edilmişdir. Həmin qaydalara əsasən istehlakçılar tərəfindən qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Qeyd edilən sənədlərdən göründüyü kimi, cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydalarf’nm 6.5-ci bəndinə əsasən qaz paylayıcı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 -ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zəı ərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulsun. Həmin maddənin 2-ci bəndinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməliolduğu xəclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər) habelə hüququpozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əld ə edəcəyi gəlirlər (əldən çəxmış fayda) başa düşülür.Qeyd olunanlara əsasən Şabran Rayon Məhkəməsinin 2(031)-372/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. P R O S E S İ Ş T İ R A K Ç İ L A R İ N İ N İ Z A H A T L A R İ: Məhkəmə kollegiyasının iclasında iştirak edərkən Cavabdehun nümayəndəsi X1 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, Bakı şəhərində evlərinin olmasına baxmayaraq orada yaşamamışlar. Qaz xəttinə müdaxilə edilmələrindən xəbərləri olmamışdır. Ziyanla bağlı tərtib olunmuş aktlara imza etməmişlər. Çünki onlar rayonda yaşayırlar. Qaz idarəsinin əməkdaşları qaz xəttinə özbaşına qoşulma faktı aşkar etdikləri halda, dərhal həmin ünvana gedən xətti kəsməli, dayandırmalı idilər. Lakin bütün bunlara fikir vermədən onlara əsassız akt tərtib edib ziyanı hesablayıblar. Hətta onlarla iddiaçı təşkilat arasında xx.xx.2017-ci ildə müqavilə bağlandığı halda, artıq xx.xx.2017-ci il tarixinə onlara 432 manat cərimə yazılmışdır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Şabran Rayon Məhkəməsinin 2(031)-372/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçı təşkilatın nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Şabran Rayon Məhkəməsinin 2(031)-372/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşə əlavə edilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə xx xxxxxx 2017-ci il tarixli, 02/3918 saylı müqavilədən görünür ki, «İddiaçı» İB-nin Bakı RQSD ilə Cavabdeh arasında müqavilə bağlanmış və müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İşə əlavə edilmiş Dəymiş ziyanın bərpasına dair tələbnamələrdən və təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı aktlardan görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. Ümumilikdə 3440.80 manat dəymiş ziyan hesablanmışdır. İşə əlavə edilmiş Şabran rayon İHB-nın Şabran şəhəri üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 2717 saylı arayışdan görünür ki, Cavabdeh Şabran şəhəri, ünvan 1 saylı ünvanda ailə üzvləri ilə ilə birlikdə yaşayır. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh 2008-ci ildən ailəsi ilə birlikdə Şabran şəhərində yaşayır. Bakı şəhəri, X4 Göl ünvanda olan evdə yaşamamışdır. Qaz xəttinə Cavabdeh tərəfindən özbaşına qoşulması müəyyən edilmədi. Ziyanın həcminin hesablanması barədə aktlarda cavabdehin imzası yoxdur, məlumatı olmamışdır. Ancaq xx.xx.2017-ci il tarixli Aktda Cavabdeh imzası vardır. Həmin akta əsasən hesablanmış 240 manata görə məsuliyyət daşıyır. Həmçinin cavabdehin 115.50 manat abonent borcu da vardır. Birinci instansiya məhkəməsi qeyd edilən sənədlərə əsasən iddia tələbini qismən təmin edərək xx xxxxxxx 2017-ci il tarixli akta əsasən hesablanmış 240 manat məbləğində pulun və 115.50 manat abonent borcu, ümumilikdə isə 355.50 manat pul tutulması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Belə ki, iş materiallarından görünür ki, “İddiaçı” İstehsalat Birliyi tərəfindən Cavabdeh arasında xx xxxxxx 2017-ci il tarixli 02/3918 saylı müqavilə bağlanmışdır. İş materaillarından görünür ki, iddiaçı təşkilat tərəfindən cavabdehə dair tərtib edilmiş aktlardan yalnız xx.xx.2020-ci il tarixli akt cavabdehin iştirakı ilə tərtib edilmiş və cavabdeh tərəfindən imzalanmışdır. Digər aktların cavabdehin iştirakı ilə tərtib edilməsi, eləcə də həmin aktlar barəsində cavabdehin məlumatlı olmasına dair hər hansı sübut mövcud deyildir. Eyni zamanda məhkəmə iclasında cavabdeh izahatında yalnız xx.xx.2017-ci il tarixli aktı imzalamasını bildirmiş, əvvəlki illərdən 115,50 manat abunə borcu olmasını bildirməklə iddianı qismən qəbul etmişdir. İş materiallarından görünür ki, məhkəmə cavabdehin qəbul etdiyi həcmdə iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Göründüyü kimi, cavabdeh barəsində tərtib edilmiş aktlardan yalnız xx.xx.2017-ci il tarixli akt onun iştirakı ilə tərtib edilmiş və imzalanmışdır. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı təşkilat tərəfindən ilk dəfə xx.xx.2017-ci il tarixdə akt tərtib edilsə də, həmin akt barəsində cavabdeh məlumatlandırılmamış, digər aktlar isə mütəmadi olaraq sonrakı tarixlərdə tərtib edilmişdir. Bununla da iddiaçı təşkilat hərəkətsizlik edərək borc məbləğinin artmasına şərait yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Göründüyü kimi, “Qazdan istifadə qaydaların”ın tələbinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli və qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Hazirki iş üzrə isə cavabdehin iştirakı ilə yanız xx.xx.2017-ci il tarixdə akt tərtib edilmiş, həmin akt tərtib edildikdən sonra qazpaylayıcı tərəfindən Cavabdeh qazdan qeyri-qanuni istifadə etməsi ilə əlaqədar qanunsuz xəttin dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsinin dayandırılması və bundan sonra abonent tərəfindən yenidən qanunsuz qoşulma halı müəyyən edilməmişdir. Halbuki “Qazdan istifadə qaydaları”nın tələbinə görə qazpaylayıcı hər bir akt üzrə tələb olunan qaydalara əməl etmək vəzifəsi daşıdığı halda bunu etməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2017-ci il tarixli aktdan əvvəlki və sonrakı aktlar cavabdehin iştirakı olmadan tərtib edilmiş, ona məlumat verilməmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin təbii qazdan qeyri-qanunu istifadə etməsi ilə bağlı tərtib edilən birinci aktla (xx.xx.2017) sonuncu akt (xx.xx.2019) arasında 3 ilə yaxın vaxt keçmişdir. Belə olan halda bu müddət ərzində cavabdehin təbii qazdan qanunsuz istifadə etməsi ağlabatan sayıla bilməz. Bu baxımdan, xx.xx.2017-ci il tarixdə cavabdehin iştirakı ilə tərtib olunan aktdan əvvəl və sonra tərtib edilən qalan digər aktların cavabdehin təbii qazdan qanunsuz istifadə etməsinin sübutu kimi qəbul edilə bilməz. Bundan əlavə iddia ərizəsində tərtib edilmiş aktlar üzrə borcdan əlavə əvvəlki illərdən cavabdehin istifadə etdiyi təbii qaza görə 115,50 manat borcunun qalması göstərilmiş, cavabdeh də əvvəlki illərdən həmin məbləğdə borcunun olmasını qəbul etmiş, məhkəmə də iddianı əvvəlki illərdən qalan 115,50 manat borc hissəsində də təmin etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-4213/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı “İddiaçı” İstehsalat Birliyinin apelyasiya şikayəti təmin edilməsin. Şabran rayon Məhkəməsinin 2(031)-372/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar