Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2522/2020 22.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı «X6» Məhdud X2mayan Kredit Təşkilatınin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, iddiaçı «X6» Məhdud X2mayan Kredit Təşkilatınin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcu tələbinə dair mülki iş üzrə Xaçmaz rayon Məhkəməsinin 2(067)-83/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz rayon Məhkəməsinin 2(067)-83/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1833 (min səkkiz yüz otuz üç) manat əsas borc, 1640,34 (min altı yüz qırx manat, otuz dörd qəpik) manat məbləğində faiz borcu, 5 (beş) manat məbləğində cərimə borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydada iddiaçı «X6» MMC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir (hakim İlkin Xəlilov) Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək Xaçmaz rayon Məhkəməsinin 2(067)-83/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı “X6” Məhdud X2mayan Kredit Təşkilatı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərdən 1833 manat əsas borc, 1640,34 manat məbləğində faiz borcu, 1200,24 manat məbləğində cərimə, cəmi 4673,58 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb X6 Məhdud X2mayan Kredit Təşkilatının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatdan kollektiv şəkildə Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə 3500 manat kredit götürmüşlər. Həmin krediti üçünün arasında bölmüş, o, öz payına düşən məbləği ödəmişdir. 7 ay mütəmadi olaraq 126 manat, 3 ay isə 77 manat ödəniş etmişdir. Tək qadındır, xəstədir, 130 manat pensiya alır. Başqa gəlir yeri yoxdur. Odur ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)-83/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, iddiaçı təşkilatdan kollektiv şəkildə Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə 3500 manat kredit götürmüşlər. Həmin krediti üçünün arasında bölmüş, o, öz payına düşən məbləği ödəmişdir. 7 ay mütəmadi olaraq 126 manat, 3 ay isə 77 manat ödəniş etmişdir. Tək qadındır, xəstədir, 130 manat pensiya alır. Başqa gəlir yeri yoxdur. O, özünə götürdüyü məbləği tam ödədiyi üçün qalan məbləğlər digər cavabdehlərdən tutulmalıdır.Odur ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-83/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın ona dair hissədə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı «X6» Məhdud X2mayan Kredit Təşkilatınin nümayəndəsi X4 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, Cavabdeh1 ilə Xaçmaz rayonunda yerləşən “X8” MMC arasında bağlanmış xx.xx.2014cü il tarixli 509 №-li Kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə kredit xətti açılmış və xətt daxilində 3500 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə müvafiq olaraq “X6” MMC Bank olmayan Kredit Təşkilatı ilə “X8” MMC arasında “Hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi barədə” bağlanmış xx.xx.2018-ci il tarixli 38 saylı müqaviləyə əsasən “xxxxxxx” MMC cavabdehin kredit borcu ilə bağlı tələb sahibi kimi, bütün hüquq və tələblərini “X6” MMC BOKT-a güzəşt etmişdir. Bu barədə borcluya müvafiq qaydada bildiriş verilmişdir. Borcun ödənilməsi tələbi ilə borcluya dəfələrlə müraciət olunmasına, məsələlərin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq onun tərəfindən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərilməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya məktubu da cavabsız qalmışdır. Bundan başqa Cavabdeh2 və Cavabdeh3 ilə “xxxx” Kredit İttifaqı MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 509 saylı zaminlik müqaviləsinin 4.1.1 bəndinə əsasən, zamin olmuş şəxslər kredit müqaviləsində göstərilən məbləği kredit verənin ilk tələbi əsasında heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdələrinə götürür və buna görə özlərinin bütün əmlakı ilə məsuliyyət daşıyırlar. Hazırki gündə də cavabdehlər üzərlərinə götürdükləri öhdəlikləri icra etməmişdir. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Xaçmaz rayon Məhkəməsinin 2(067)-83/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “X8” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013cü il tarixli №-414 saylı kredit müqaviləsindən görünür ki, “X8” MMC tərəfindən Cavabdeh1 illik 20.4%-lə 60 ay müddətinə 3500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 509 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 xx.xx.2014-cü il tarixli 509 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməsi üçün üzərlərinə tam məsuliyyət götürmüşlər. İş materiallarında olan “Hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi barədə” xx.xx.2018-ci il tarixli 38 saylı müqavilədən müəyyən olunur ki, X6 Məhdud X2mayan Kredit Təşkilatı ilə “X8”MMC ilə cavabdehlər arasında bağlanmış kredit müqaviləsi üzrə bütün tələbləri və hüquqları qəbul etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 745 saylı maliyyə arayışından müəyyən olunur ki, cavabdehin “X6” Məhdud X2mayan Kredit Təşkilatına 1833 manat əsas, 1640,34 manat faiz və 1200,24 manat cərimə olmaqla, cəmi 4673,58 manat borcu vardır. Birinci instansiya məhkəməsi iş materiallarına istinadən “X8”MMC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmasını, cavabdehə 60 ay müddətinə 3500 manat kredit verilməsini, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 Cavabdeh1 zamin durmalarını, lakin cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsini müəyyən edərək iddianı təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1,379.2, 425.1, 385.1, 386.1, 443.1, 448.1, 448.2, 470.1, 472.1, 472.2, MPM-nin 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinə düzgün istinad edərək iddia tələbini 1833 manat əsas və 1640,34 manat məbləğində faiz borcu hissəsində tam təmin etməkdə haqlı olmuşdur. Çünki iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi Cavabdeh1 risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 1933 manat əsas və 1640,34 manat faiz borcu olması da iş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışı (i.v.6) ilə təsdqini tapır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 öhdəliyi lazımınca icra etmədiyi üçün iddiaçının dəbbə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış müqavilənin 2.6-cı bəndinə əsasən hər bir gecikdirilən gün üçün əsas məbləğin 3%-i cərimə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçı bank cavabdehlərdən əsas məbləğə görə 1200,24 manat məbləğində cərimə borcu tələb etmiş, birinci instansiya məhkəməsi qeyd edilən qanunvericilik normalarına istinadən iddiaçının cavabdehdən dəbbə pulu almaq tələbinin əsaslı olması, eyni zamanda əsas borca hesablanmış 1200,24 manat cərimə pulunun yüksək olması qənaətinə gələrək cərimə borcu hissəsində də iddianı qismən təmin edərək cərimə məbləğini 5 manat müəyyən etmişdir ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən bu mövqeyi ilə də razıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bankın ödədiyi 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən qanuni və əsaslıdır. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə də məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası iddia tələbinin borcun cavabdehlərdən müştərək qaydada tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarından müəyyən olunur ki, xx.xx.2014-cü il tarixli 509 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 xx.xx.2014-cü il tarixli 509 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməsi üçün üzərlərinə tam məsuliyyət götürmüşlər. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 509 saylı zaminlik müqaviləsinin 4.1.1 bəndinə əsasən, zamin olmuş şəxslər kredit müqaviləsində göstərilən məbləği kredit verənin ilk tələbi əsasında heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdələrinə götürür və buna görə özlərinin bütün əmlakı ilə məsuliyyət daşıyırlar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticədə haqlı olmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə, pulun üç hissəyə bölünməsi, cavabdehin özünə düşən məbləği ödəməsini, qalan məbləğin isə digər cavabdehlərdən tutulmasına, qiymət verərək qeyd edir ki, məhkəmə qətnaməsi ilə tələb edilən pul məbləğinin hər üç cavabdehdən müştərək qaydada tutulması qət edilmişdir. Bu səbəbdən cavabdehin dəlilləri əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmi Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh1 apelyasiya şikayəti təmin edilməməli və Xaçmaz rayon Məhkəməsinin 2(067)-83/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Xaçmaz rayon Məhkəməsinin 2(067)-83/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlikedən: Lətifə Məmmədova Hakimlər: TelmanQuliyev Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(105)-2522/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2522/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver