Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2524/2020 04.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyan” tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-614/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-614/2020 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytrılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-614/2020 saylı qərardadı ilə şikayətin təmin olunmaması, şikayətin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası cəzaçəkmə müəssisəsində olan iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədənməhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraqhesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-614/2020 saylı qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən qərardadında göstərmişdir ki, iddia ərizəsinə əlavə edilmiş sənədlər kserosurət olmaqla, lazımi qaydada təsdiqlənmədiyindən MPM-nin 152.1.1-ci maddəsinə əsasən İddiaçı hazırkı iddia ərizəsi geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 149.1-149.2.5-ci maddələrinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. İşdən göründüyü kimi, İddiaçı hazırkı iddia ərizəsini MPM-də göstərilmiş tələblərə uyğun tərtib etmiş və məhkəməyə təqdim etmişdir. Digər tərəfdən, iddia ərizəsinə əlavə edilmiş sənədlərin notarial qaydada təsdiq edilməməsi səbəbi ilə onun geri qaytarılması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmənin MPM-nin 89-cu maddəsinə istinad etməsi də əsasızdır, çünki məhkəməyə təqdim edilən sənədlərin lazımi qaydada təsdiq edilməməsi iddia ərizəsinin geri qaytarılması üçün əsas deyildir, bununla belə, işə baxılarkən təqdim edilmiş sübutları qiymətləndirmək MPM-nin 88-ci maddəsinə əsasən məhkəmənin borcudur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsini geri qaytararkən səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.2-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. İşə yenidən baxılarkən birinci instansiya məhkəməsi hazırkı iddia ərizəsinin MPM-nin 149-cu maddəsində göstərilən tələblərinə uyğun olub-olmamasını yoxlamalı və ərizənin icraata götürülməsi məsələsini həll etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-614/2020 saylı qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2524/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2524/2020
04.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver