Məhkəmə qərarları › İş №2(105)-2546/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2546/2020

06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2546/2020 06.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X3, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(060)-17087/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(060)-17087/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh2 2000 ABŞ dolları pulun (manat məzənnəsilə) və Cavabdeh1 200 manat və 800 ABŞ dolları pulun (manat məzənnəsilə) İddiaçı xeyrinə tutulması qət edilmişdir (hakim N.Abıyev). Qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apelyasiya şikayəti verərək Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(060)-17087/2020 saylı qətnaməsinin ləğv olunması, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçı Talib qızı Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh2 2.000 ABŞ dolları, digər Cavabdeh1 isə 800 ABŞ dolları və 1.000.000 köhnə Azərbaycan manatı, yəni yeni 200 Azərbaycan manatı məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi bununla əsaslandırılmışdır ki, Cavabdeh2 ona torpaq sahəsi satdığını bildirmiş və o, torpaq sahəsinə baxdıqdan sonra, onunla razılaşaraq, Cavabdeh2 xx xxxxxx 2006-cı il tarixdə 2000 ABŞ dolları pul vermişdir. Sonradan öyrənmişdir ki, Cavabdeh2 başqa şəxslərə borcu olduğu üçün ondan aldığı 2000 ABŞ dollarını borclu olduğu şəxslərə ödəmiş və onu bu günə kimi müxtəlif bəhanələrlə aldadaraq, nə torpaq sahəsi vermiş, nə də ki, pulunu qaytarmamışdır. O, həmçinin digər Cavabdeh1 xx xxxxxx 2007-ci il tarixdə 800 ABŞ dolları və 1.000.000 (200 yeni Azərbaycan manatı) manat borc pul vermişdir. Cavabdeh pul aldığı vaxtdan bu günə kimi onu müxtəlif bəhanələrlə aldadaraq pulunu qaytarmamış, indi isə ona bildirmişdir ki, bu barədə məhkəməyə müraciət edə bilər. Məhkəməyə təqdim etdiyi qəbzlərdən görünür ki, Cavabdeh2 ona qarşı dələduzluq və etibarından sui-istifadə edərək, ona torpaq satmaq adı ilə 2.000 ABŞ dolları pul almış, digər Cavabdeh1 isə ondan 800 ABŞ dolları və 1.000.000 (200 yeni Azərbaycan manatı) manat borc pul alaraq, həmin pulları qaytarmaq vəzifəsini üzərlərinə götürmələrinə baxmayaraq, üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ VƏ S Ü B U T L A R İ : İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə işə birtərəfli qaydada, yalnız qarşı tərəfin mənafeyinə uyğun yanaşmış və qanunsuz nəticəyə gəlmişdir. Belə ki, mübahisə üzrə iddia müddəti ötürülmüşdür, məhkəmə iclasında isə onların iştirakı təmin edilmədiyindən müddətin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilməmişlər. İddiaçı Talib qızını faizə pul verən kimi qaynı arvadı Natella Təhməzova vasitəsilə tanımışdır. Ondan göstərilən məbləğdə faizə pul götürmüş və artıqlaması ilə qaytarmışlar. Bu halı qaynı arvadı Natella Təhməzova məhkəmə iclasında şahid kimi dindirilərsə təsdiq edə bilər. Borcla bağlı İddiaçı Talib qızı şikayət ərizəsilə Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə müraciət etmiş və çikayəti rədd edilmişdir. Hazırkı iddia ərizəsində göstərilənlərlə polisə yazılmış şikayət ərizəsində ciddi fərq vardır. Göstərilən hallar məhkəmə tədqiqatı zamanı yetəri qədər araşdırılmadığından Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(060)-17087/2020 saylı qətnaməsi ləğv edilməli, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdehlər apelyasiya şikayətinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə əlavə etmişlər. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh2, digər Cavabdeh1 nümayəndəsi və vəkili X12 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, qətnamənin qanunsuz olduğundan ləğv edilməsini, iddia müddəti ötürüldüyü üçün müddət tətbiq edilməklə iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh2 bildirdi ki, iddiaçıdan faizə borc götürsə də, onu çoxdan qaytarmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı, həmçinin onun vəkili və nümayəndəsi X10 apelyasiya şikayətini qəbul etmədiyiklərini bildirərək, qətnamənin qanuni olduğunu, buna görə də şikayətin təmin edilmədən, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh2 xx.xx.2006-cı il tarixdə aşağıdakı məzmunda əlyazma yazmışdır: “Mən Rəsulova X2 Almasdan 2.000 ABŞ dolları torpaq üçün beh götürdüm.” Yenə iş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh1 xx.xx.2007-ci il tarixdə aşağıdakı məzmunda əlyazma yazmışdır: “Mən Rəsulova X5 Almasdan 800 ABŞ dolları aldım+100 şirvan da götürdüm qaytarmaq şərtilə. Rəsuova Səadət mənə zamin durur. Mən verə bilməsəm anam verəcək.” Cinayət işinin başlanmasının rədd edilməsi barədə Sumqayıt şəhər Pİ 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı Göyüş Namazovun xx xxxx 2009-cu il tarixli qərarından görünür ki, İddiaçı Cavabdeh2 və Cavabdeh1 ondan pul almaları və qaytarmamaları barədə şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. İddia müddətinin tətbiq edilməsi barədə Cavabdeh2 və Cavabdeh1 ərizəsindən görünür ki, onlar İddiaçı pul tələbi barədə iddiasına iddia müddəti tətbiq edərək, iddianın rədd edilməsini xahiş etmişlər. Apelyasiya baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, tərəfləri tanıyır. Səadət qaynı arvadıdır. Almas faizə pul verir. Onlar arasında olan söhbət 10 il bundan qabaq olan söhbətdir. Səadətin Almazdan borc pul aldığını bilirəm. O, əvvəl Almasa torpaq satmaq üçün ondan beh almışdı, lakin Almas həmin torpağı bəyənmədiyi üçün behi geri qaytarmışdı. Sonradan isə özü və qızı Almasdan borc pul götürüb, faiz ödəyirdilər. Hətta, o, bir dəfə onlara bu faiz söhbətini qurtarmalarını, yoxsa söz-söhbət olacağını bildirmişdi. O, Almasa Səadətin adından pul verməyib. Nə söhbət olubsa öz aralarında olub. Apelyasiya baxışı zamanı şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olub, Dərbəndə mal aparıb-gətirib. Almas ondan 2012- 2013-cü illərdə 2800 ABŞ dolları alıb Səadətə verib. Pulun dalınca Cəadətin evinə də gedib. Səadət bildirib ki, əri bilməsin, pulu qaytaracaq. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi ha-ki-min məruzəsini, tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib apelyasiya şikayətinin dəlillərini, habelə cavabdehlərin iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(060)-17087/2020 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddiaçının iddia ərizəsinə və onun nümayəndəsinin məhkəmə iclasında verdiyi izahata əsaslanmışdır. Belə ki, məhkəmə İddiaçı hazırkı iddia ərizəsindən və nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından müəyyən etmişdir ki, cavabdehlərdən Cavabdeh2 iddiaçı ilə aralarında olan razılaşmanın şərtlərini pozaraq, torpaq sahəsinin alqı-satqısı üçün iddiaçıdan 2000 ABŞ dolları məbləğində beh almasına baxmayaraq, vəd etdiyi torpaq sahəsini ona satmamışdır və buna görə də beh qaytarılmalıdır. Bundan başqa, İddiaçı iddia ərizəsində Cavabdeh1 borc kimi verdiyi məbləğin geri qaytarılmasını xahiş etmişdir və bu borcun verilməsi təsdiq olunur. Lakin Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş, bu miqdarda borcunun olmaması və ya həmin borcun qaytarılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşsa da, mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, cavabdeh Rəsulova X2 Almas Talıb qızına torpaq sahəsi satdığını bildirmiş və o, torpaq sahəsinə baxdıqdan sonra, onunla razılaşaraq, Cavabdeh2 xx xxxxxx 2006-cı il tarixdə 2000 ABŞ dolları pul vermiş, bu barədə tərəflər xx.xx.2006-cı il tarixli yazılı razılaşma tərtib etmişlər. Aradan xeyli müddət keçməsinə baxmayaraq, Cavabdeh2 iddiaçıya nə torpaq sahəsini satmış, nə də verdiyi pulu qaytarmamışdır. Bundan başqa, İddiaçı Cavabdeh1 xx xxxxxx 2007-ci il tarixdə 800 ABŞ dolları və 1.000.000 köhnə manat (200 yeni Azərbaycan manatı) borc pul vermiş, bu barədə Cavabdeh1 xx.xx.2007-ci il arixli qəbz yazmışdır. Uzun müddət keçməsinə baxmayaraq, Cavabdeh1 aldığı borcu qaytarmamışdır. Cavabdehlər tələb edilən pul məbləğini aldıqlarını təsdiq etsələr də, həmin məbləğin qaytarılması barədə dəlillərini sübut edən hər hansı legitim və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər. Halbuki, hazırki halda sübutetmə yükü onların üzərinə düşür. AR Mülki Məcəlləsinin 491.1 və 491.2-ci maddələrinə görə beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 492-ci maddəsinə görə öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı Cavabdeh2 xx xxxxxx 2006-cı ildə beh kimi 2000 ABŞ dolları pul vermiş, Cavabdeh1 isə xx xxxxxx 2007-ci il tarixdə 800 ABŞ dolları və 1.000.000 köhnə manat (200 yeni Azərbaycan manatı) borc pul vermişdir. İşdən görünür ki, iddiaçı tərəfindən pulun verilməsi cavabdehlərin apelyasiya şikayətində özləri tərəfindən etiraf edilir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, hər iki əqd üzrə pulun tutulmasına dair iddianın tələbetmə müddəti İddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Qeyd olunan Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yenə həmin Məcəllənin 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Hazırkı iş üzrə materiallardan da görünür ki, cavabdehlər birinci instansiya məhkəməsinin iclasında iştirak etmədiklərindən, onlar məhkəmə kollegiyasına iddia müddətinin tətbiqi barədə ərizə vermişlər. İş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki iddia ilə birinci instansiyası məhkəməsinə xx xxxxxx 2017-ci il tarixdə müraciət etmişdir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2006-cı il tarixli beh və xx xxxxxx 2007-ci il tarilxi borc müqavilələrinin icra müddəti göstərilməmişdir. Bununla belə, işdən görünür ki, hər iki əqd üzrə pulun qaytarılmasına dair İddiaçı cavabdehlər barəsində hələ 2009-cu ildə polis orqanlarına müraciət etmiş və Sumqayıt şəhər Pİ 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı Göyüş Namazovun xx xxxx 2009-cu il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hər iki müqavilənin bitmə tarixi məhz xx xxxx 2009-cu ildən götürülməlidir. Beləliklə də, bu müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi barədə iddia qaldırmaq üçün son tarix xx xxxx 2012-ci il olduğundan, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı vaxtında məhkəməyə müraciət etməmişdir, yəni beh və borc müqavilələri üzrə iddia müddətinin keçməsi barədə cavabdehlərin dəlili əsaslıdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan mübahisə ilə bağlı iddiaçı iddia müddətini ötürmüşdür. Ona görə də bütün hallarda iddia təmin oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, daha öncə qeyd səbəblər Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(060)-17087/2020 saylı qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı cəmi 2800 ABŞ dolları və 200 manat pulun tutulması barədə iddiası təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(060)- 17087/2020 saylı qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin olunmasın. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid olunsun. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar