Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-255/2025 18.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin e-2(074)-1086/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim N.İsmayılov) iddianın qismən təmin edilməsi, Cavabdeh istifadə edilmiş təbii qazın dəyərinə görə 9768,27 manat (doqquz min yeddi yüz altmış səkkiz manat iyirmi yeddi qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 126 (yüz iyirmi altı) manat pul alınaraq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı struktur vahidi olan Ağsu regional Qaz İstismarı İdarəsinin Şamaxı Xidmət Sahəsinin abonenti Cavabdeh təbii qazdan istifadə ilə bağlı yaranmış 11974,55 manat əsas borcun və 126 manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh mənzilində istifadə etdiyi təbii qaza görə Şamaxı Xidmət Sahəsinə 13702,55 manat debitor borcu yaranmışdır. Cavabdehə borcun ödənilməsi ilə bağlı dəfələrlə şifahi və rəsmi müraciətlər edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Cavabdehə xx.xx.2023-cü il tarixli, 14- 2-2-12/2-Q- 19xx-xx/2023-1439 nömrəli və xx.xx.2024-cü il tarixli, 14-2-2-12/2-218/2024 saylı xəbərdarlıq məktubları göndərilmişdir. Cavabdeh həmçinin **********00471 nömrəli hesab üzrə təbii qazın alqı-satqısı ilə bağlı müqavilə də bağlamaqdan imtina etmişdir. Müqavilə bağlanması ilə bağlı xəbərdarlıqlara da heç bir məhəl qoymamışdır. Barəsində Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində olan X1 Agentliyinin Kürdəmir filialı tərəfindən 05 iyun 2024-cü il tarixli, İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərar qəbul edilərək İXM-nin 282.2-ci maddəsi ilə cərimə tətbiq edilmişdir. Görülmüş bütün tədbirlərə baxmayaraq Cavabdeh borcu ödəmir. Cavabdeh borclu olduğu məbləğin yaranması **********00471 kodlu abonent saldosunda əks olunaraq təsdiqini tapmışdır. Cavabdeh barədə yaranmış borc 1728.20 manat borcun ödənilməsi ilə bağlı 05 iyun 2017-ci il tarixli, 2(074)-1538/2017 nömrəli məhkəmə əmri olmasına baxmayaraq həmin məhkəmə əmrini də icra etməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Şamaxı Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, iş üzrə iddia tələbi təmin olunmamaqla yeni qətnamə qət edilməsini məhkəmədən xahiş edirək, iş üzrə texniki ekspertiza təyin olunmasını və onun real istehlak etdiyi qazın həcmi və buna uyğun dəyəri hesablanmaqla həmin borcun ondan tələb olunmasını, qaz xəttində yaranmış texniki nasazlıq səbəbindən ona artıq yazılmış borcun isə silinməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi əsassızdır. Belə ki, əvvəla maddi imkanı olmadığına görə real istehlak etdiyi qazın borcunu tam ödəyə bilməmişdir. Müqavilə bağlamağın lazım olması isə ona deyilməmişdir. Əsas məsələ odur ki, onun evində qaz sızması vardır və bu barədə iddiaçıya dəfələrlə müraciətlər etsə də onlar lazımi təmir işləri aparmayaraq bu problemi həll etməmişlər. Odur ki, belə böyük məbləğdə borcun yaranması təkcə onun istifadə etdiyi qazın həcminin çox olması ilə bağlı deyil, evinə çəkilmiş qaz xəttində nasazlıq olduğundan qaz sızması baş verir ki, nəticədə bu qədər böyük həcmdə qazdan guya istifadə etməsi görüntüsü yaranır ki, nəticədə qaz sayğacı onun borcunu həddindən artıq çox göstərir. Halbuki, bunlar real qiymət deyil. Bütün bunlar barədə İddiaçı struktur vahidi olan Ağsu regional Qaz İstismarı İdarəsinin Şamaxı Xidmət Sahəsinə dəfələrlə xəbərdarlıq məlumatları versə də onlar heç bir ölçü götürməyiblər. Odur ki, məhkəmədən xahiş edir ki, istifadəsində olan qaz xəttinə baxış keçirilməsi üçün ekspertiza təyin edilsin və nəticəsindən asılı olaraq ona hesablanmış bu qədər yüksək məbləğdə qaz borcu silinməlidir. Həqiqətən də o, bu qədər qazdan istifadə etməmişdir. Ona qarşı əsassız olaraq məhz müqavilənin 2.2.5-ci maddəsi tətbiq edilmişdir. Lakin bildirir ki, onun istifadə etdiyi qaz sayğacında və yaxud qaz xəttində texniki nasazlıqların olması və nəticədə qaz sızması səbəbindən külli miqdarda borcun yaranması onun təqsirli hərəkəti anlamına gəlmir. O və ailə üzvləri istifadəsində olan həmin qaz sayğacına və qaz xəttinə heç bir müdaxilə etməmişlər. Ona görə də iş üzrə texniki ekspertiza təyin olunması və dəqiqləşdirilmə aparılaraq onun faktiki istehlak etdiyi qazın həcmi və dəyəri müəyyən olunaraq həmin məbləğ ondan tələb edilməli, artıq yazılmış borc isə silinməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini ddiaçı cavabdehdən istifadə etdiyi təbii qaza görə ödənilməmiş pulu tələb etməkdə haqlı olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmununa əsasən qətnaməni iddianın təmin edilən hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni mübahisələndirilən hissədə aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. İşdən görünür ki, iddiaçı cavabdeh tərəfindən təbii qazdan istifadə ilə bağlı yaranmış borcun ona ödənilməsini xahiş edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci bəndinə görə qaz paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011 -ci il tarixli 80 saylı Qərarı ilə təsdiq “Qazdan istifadə Qaydaları” nın 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qərarın 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların borcudur. İşdən göründüyü kimi cavabdeh təbii qazdan istifadəyə görə ödənişləri yerinə yetirməmiş və nəticədə borcu yaranmışdır. Bu hal işə əlavə edilmiş abonent saldosunda öz əksini tapmışdır. Həmçinin cavabdeh özü də borcun ödənilməməsinin səbəbi kimi evində xəstə uşağının olması və maddi cəhətdən imkanının olmadığını göstərmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniya qarşı” üş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin ekspertiza təyin edilməsi barədə dəlilinə gəldikdə isə qeyd edir ki, hesablanmış borc məbləği istifadə olunan qazın tarifə uyğun olaraq hesablanmaqla abonent saldosunda qeyd edilmişdir. Bu baxımdan həmin məbləğin hesablanması üçün xüsusi bilik tələb edilmədiyindən, ekspertizanın təyin edilməsi barədə dəlili əsassızdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsilə qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-255/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-255/2025
18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver