Məhkəmə qərarları › İş №2(105)-2555/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2555/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2555/2020 14.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X10, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1856/2020 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verdiyi apelyasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1856/2020 saylı qətnaməsi ilə (hakim A.M.Behbudova) X3 Cavabdeh qarşı pul tələbinə dair ilk iddia qismən təmin edilib, Cavabdeh 1590,46 manat məbləğində borc və iddia ərizəsinin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınıb X5 verilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh X5 qarşı pul və dəymiş ziyan tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1856/2020 saylı qətnaməsinin ləğv edilib, ilk iddia ərizəsinin rədd edilməsi və qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1971-ci il tarixdə Lerik rayonu Bırkandul kəndində anadan olmuş, Cavabdeh onun anadan olduğu kəndin qonşuluğunda yerləşən Lerik rayon Soru kəndində doğulmuşdur. Bir-birilərini yaxından tanıyırlar. O, gözdən İ (birinci) qrup əlildir, görmə qabiliyyətini tamamilə itirmişdir. Gözdən əlilliyə görə Dövlət Sosial Müdafiə fondunun Lerik rayon şöbəsindən pensiya alır. 2014-cü ilin əvvəlində cavabdeh ondan nə qədər pensiya almağı barədə soruşmuş, o aldığı pensiya məbləği barədə cavabdehə məlumat vermiş, cavabdeh ona bildirmişdir ki, o öz xəstəliyi ilə müqayisədə çox az pensiya alır, pensiyası aldığının 2 qatı olmalı, onun pensiya işinə düzəliş verər, amma bunun xeyli xərci var. O cavabdehlə razılaşmış, lakin istədiyi məbləği birdəfəlik verə bilməyəcəyini bildirmişdir. Cavabdeh onunla razılaşmış, o öz pensiya kartını və bacısı X4 pensiya kartlarını xx xxxx 2014-cü il tarixdə cavabdehə vermişdir. Həmin kartlar 11 ay cavabdehdə qalmış və həmin müddət ərzində kartlardakı pulların hamısını cavabdeh bankomat vasitəsi ilə çıxartmışdır. Həmin müddətdə onun pensiya kartından cəmi 5883,61 manat, bacısı Rübabənin kartından isə cəmi 2530 manat pul çıxartmışdır. Bacısının aylıq pensiyası həmin dövrdə 230 manat olmuşdur. 2014-cü ilin aprel, may və iyun aylarında 700 manat, 2014-cü ilin axırında 1500 manat nağd qaydada əlbə əl cavabdehə vermişdir. Daha sonra 2018-ci ilin axırında yenə də ondan cavabdeh 2000 manat almışdır. O başa düşəndə ki, cavabdeh onu aldadır, artıq gec olmuşdur. O sonradan öyrənmişdir ki, cavabdehin onun pensiyasında heç bir artım aparmaq imkanı yoxdur. Bu dövlətin işidir və buna sərəncam dövlət tərəfindən verilir. Cavabdeh sadəcə onun fiziki qusurundan istifadə edərək onu aldatmış və onun pullarını almışdır. Hazırda cavabdehdən qanunsuz əldə etdiyi vəsaiti geri tələb edir. Ona görə də, Cavabdeh 12613 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı onun tanışıdır, 2017-cı ildə ona müraciət edərək pula ehtiyacı olduğunu bildirmiş və ondan 1200 (min iki yüz) manat məbləğində borc pul almışdır. Lakin həmin vaxtdan xeyli müddət keçsə də cavabdeh ona olan borcunu qaytarmamışdır. Bu müddət ərzində o, cavabdehdən həmin pulu istəmiş, lakin hər dəfə bir bəhanə gətirməklə bu öhdəlikdən yayınmışdır. Lerik Rayon Məhkəməsində Mikayılov Məzahir iddiaçıya qarşı pul tələbinə dair iddia qaldırmış və həmin məhkəmə prosesində İddiaçı ondan 1200 manat məbləğində borc pul aldığını və həmin pula görə özünün və bacısının pensiya kartını ona verdiyini bildirmişdir. Bu azmış kimi məhkəmədə ona qarşı pul tələbinə dair iddia qaldırmışdır. Ona görə də, İddiaçı 1200 manat məbləğində borcun, 10000 manat məbləğində mənəvi ziyana görə təzminatın və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 405, 439, 443, 1096, 1097-ci maddələrinin və Azərbaycan Respublikası MPM-nin 14.1, 77, 78, 88, 217-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddia ərizəsinin rədd edilməsi və qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətinə etiraz edib, təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarında olan Əmək və X15 Nazirliyi yanında DSFM Lerik rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********1 saylı arayışdan görünür ki, İddiaçı Əmək və X15 Nazirliyi yanında DSFM Lerik rayon şöbəsindən İ (birinci) qrup gözdən əlil kimi pensiya alır. İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək cəmi 5883,61 manat pensiya ödənilmişdir. xx xxxxx 2016-cı il tarixdə bağlanmış borc müqaviləsindən görünür ki, İddiaçı X1 Cavabdeh və X11 yanında 3240 manat pul almışdır. Lerik Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(048)-983/2016 saylı qətnaməsi ilə İddiaçı 2900 manat əsas borc, 2320 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzində 30 manat, cəmi 5250 manat alınaraq X6 verilməsi qət edilmişdir. Lerik Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(048)-44/2017 saylı qətnaməsi ilə X2 8500 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzində 30 manat, cəmi 8530 manat alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(106)-2950/2019 saylı qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilib, Lerik Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(048)-983/2016 saylı qətnaməsi İddiaçı 2320 manat faiz borcunun alınaraq X6 verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmişdir. Cavabdeh İddiaçı cəmi 2930 manat alınaraq X6 verilməsi qət edilmişdir. Əmək və X15 Nazirliyi yanında DSFM-nin Lerk rayon şöbəsinin xx xxxxx 2020-ci il tarixli, **********7 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən İ-qrup əlil kimi Əmək və X15 Nazirliyi yanında DSFM-nin Lerk rayon şöbəsindən pensiya alır. İddiaçı 720429 nömrəli kart hesabına xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək 1590,46 manat vəsait köçürülmüşdür. Hazırda İddiaçı aylıq pensiyası 299,45 manatdır. X8 isə şöbədən xx.xx.2016-cı il tarixdən İ-ci qrup əlil kimi pensiya alır. Hal-hazırda R.Mirzəyevanın pensiyasının aylıq məbləği 314,08 manatdır. Birinci instansiya məhkəməsi ilk iddia tələbini qismən təmin edib, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 329.3, 385.1, 425.1 və 442-ci maddələrinə və işin faktiki hallarına istinad edərək hesab etmişdir ki, Əmək və X15 Nazirliyi yanında DSFM-nin Lerik rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli, **********6 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdən 9 saylı TSEK tərəfindən İ (birinci) qrup əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2014-cü il tarixdə DSFM-nin Lerik rayon şöbəsindən pensiya təyin olunması üçün müraciət etmiş, pensiya ödənişi xx.xx.2014-cü il tarixdən başlamışdır. Həmin tarixdən xx.xx.2015-ci il tarixədək kart hesabına 1590,46 manat vəsait köçürülmüşdür. İddiaçı DSFM Lerik rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********1 saylı arayışda göstərilən 5883,61 manat vəsait İddiaçı ümumi hesablanmış pensiya məbləği olmuşdur. DSFM-nin Lerik rayon şöbəsi tərəfindən cavablandırılmış xx.xx.2020-ci il tarixli, **********7 saylı məktubunda göstərilən 1590,46 manat məbləğ ilk iddia tələbi həmin hissədə əsaslıdır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin etməkdən imtina etdikdə Azərbaycan Respublikası MPM-nin 77.1, 106.1-ci maddələrinə və işin faktiki hallarına istinad edərək hesab etmişdir ki, Cavabdeh ilk iddiaçıdan İddiaçı 1200 manat məbləğində borcunun olmasını və mənəvi ziyana görə 10.000 manat tələb etməsinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbini qismən təmin edərkən maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verilmiş və düzgün olmayan bir nəticə gəlmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh 1590,46 manat məbləğində borcun alınıb, B.Ş.Mərzəyevə verilməsi nəticəsinə gəldikdə Əmək və X15 Nazirliyi yanında DSFM-nin Lerk rayon şöbəsinin xx xxxxx 2020-ci il tarixli, **********7 saylı məktubunu iş üzrə tərəflər arasında yaranmış mübahisə üzrə maddi sübut kimi qəbul etsə də, qeyd olunan məktubda qeyd olunan məktubda göstərilən məbləğin heç də Cavabdeh tuulaması üçün əsas yaratmır. Belə ki, ilk iddianın əsasını təşkil edən və tərəflər arasında yaranmış razılaşmaya əsasən İddiaçı və onun bacısı R.Ş.Mirzəyevaya məxsus pensiya alınması üçün nəzərdə tutulmuş plastik kartların pensiya məbləğinin artırılması üçün Cavabdeh verilməsi, plastik kartların xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək istinad olunan müddət ərzində sonuncunun istifadəsində olmaqla, hansı müddət ərzində hansı məbləğdə pulun məhz Cavabdeh tərəfindən məxaric olunması halı sübut olunmur. Məhkəmə kollegiyası qarşılqlı iddia ərizəsi üzrə gəlinmiş nəticə ilə razılaşır və hesab edir ki, qarşılıqlı iddia hissəsində məhkəmə iddianı rədd etdikdə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Ona görə də, məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini nəzə¬¬¬¬rə alaraq, işdə olan sübut¬¬¬ları obyektiv araşdırılmasına əsaslanmaqla qiymət¬¬lən¬¬¬dirərək belə nəticəyə gəlir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti qismən təmin edilib, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin edilmiş hissəsində ləğv edilib həmin hissədə tələb rədd edilməli, qarşılıqlı iddia hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlk iddia tələbi təmin edilmədiyindən X9 tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1856/2020 saylı qətnaməsi «Cavabdeh 1590,46 manat məbləğində borc və iddia ərizəsinin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumu alınıb X5 verilsin» hissəsində ləğv edilsin və ilk iddia həmin hissədə təmin edilməsin. Qətnamə- «X3 Cavabdeh qarşı pul tələbinə dair ilk iddia qalan hissədə təmin edilməsin və Cavabdeh X5 qarşı pul və dəymiş ziyan tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin» hissəsində dəyişdirilmədən saxlansın. İlk iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu X3 özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar