Məhkəmə qərarları › İş №2(105)-2567/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2567/2022

13.12.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2567/2022 13.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdeh X2 qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 24 dekabr 2021ci il tarixli, 2(067)-1565/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********22-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən istifadədə maneələrin aradan qaldırılması-torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi və ara hasarının düzəldilməsinə cavabdeh X4 tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-1565/2021 nömrəli qərardadı ilə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan İddiaçı cavabdeh X2 qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-1565/2021 nömrəli qərardadından şikayət verərək, qərardadın ləğv edilərək işə baxılıb nəticə verilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2(067)-1565/2021 nömrəli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)- 1565/2021 nömrəli qərardadından İddiaçı şikayətinin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 2(067)-1565/2021 nömrəli mülki iş xx.xx.2022-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-745/2022 nömrəli qərardadına əsasən İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və şikayətin Azərbaycan Respublikası MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmışdır. Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(067)-1565/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(067)1565/2021 nömrəli qərardadından İddiaçı şikayəti geri qaytarılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə elektron qaydada şikayət verərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-1565/2021 nömrəli qərardadından şikayət verərək, qərardadın ləğv edilərək işə baxılıb nəticə verilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-1565/2021 nömrəli qərardadı ilə İddiaçı Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)- 1565/2021 nömrəli qərardadından şikayəti müddət ötürülməklə verildiyi üçün geri qaytarmışdır. İddiaçı xx.xx.2022-ci il tarixli, 2(067)-1565/2021 nömrəli qərardadından şikayət verərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-1565/2021 nömrəli qərardadının ləğv edilərək sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-1565/2021 nömrəli qərardadı ilə şikayət təmin edilmədən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)1659/2022 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-1565/2021 nömrəli qərardadının ləğv edilməsi, Xaçmaz Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(067)1565/2021 nömrəli qərardadından şikayət vermə müddətinin ötürülməmiş hesab edilməsi, Xaçmaz Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(067)1565/2021 nömrəli qərardadından verilmiş şikayətə MPM-nin 269-cu maddəsinə əsasən baxılması üçün mülki iş materillarının Xaçmaz Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-1565/2021 nömrəli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(067)1565/2021 nömrəli qərardadından iddiaçının xx.xx.2022-ci il tarixdə verdiyi şikayətin təmin edilməməsi, şikayətə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Xaçmaz Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(067)1565/2021 nömrəli qərardadından iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş şikayət onunla əsaslandırılmışdır ki, qərardadla razı deyil, hesab edir ki, qərardad ləğv edilməlidir. Xaçmaz Rayon Məhkəməsində cavabdeh X3 qarşı Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********22-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən istifadədə maneələrin aradan qaldırılması-torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi və ara hasarının düzəldilməsinə cavabdeh X4 tərəfindən törədilən maneələrin aradan qaldırılması tələbinə dair iddia qaldıraraq idianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 261.0.2-ci maddəsinə istinad etməklə qərardadda göstərir ki, işdə olan (cavabdeh məhkəmə iclasında iştirak etməmişdir, qətnamənin surətinin işə kim tərəfindən əlavə edilməsi müəmmalı olduğu qədər şübhəlidir) Sumqayıt Apellyasiya Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2(105)2598/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı Yarəli oğlunu cavabdeh X2 qarşı əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsinə dair iddiası təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Beləliklə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan İddiaçı cavabdeh X1 qarşı mülkiyyətdə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmaq qətiyyən mümkün deyildir. Belə ki, əvvəlki iddiası əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi barədə, yəni torpaq sahəsinin bir hissəsinin cavabdehin qanunsuz sahibliyindən geri tələb edilməsi barədə olmuşdur. Hazırki iddia isə Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********22-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən istifadədə maneələrin aradan qaldırılması-torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi və ara hasarının düzəldilməsinə cavabdeh X4 tərəfindən törədilən maneələrin aradan qaldırılması barədədir. Başqa sözlə hazırki iddiası ilə cavabdehdən torpaq sahəsinin alınıb ona qaytarılması barədə deyildir, yalnız ara hasarın sərhədlərinin müəyyən edilməsi və hasarın düzəldilməsinə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması barədədir. Göründüyü kimi mübahisə eyni tərəflər arasında olsa da eyni predmet barəsində və eyni əsaslar üzrə deyildir. Azərbaycan Respublikasının MPM-nın 261.0.2-ci maddəsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi oldugu halda işin icraatına xitam verilməsini özündə ehtiva edir. Ona görə də məhkəmənin qeyd olunan normanı hazırki mübahisəyə tətbiq etməsi qanuni və əsaslı hesab edilə bilməz. Odur ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli 2(067)- 1565/2021 saylı qərardadını ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materiallarına əsasən araşdırıb belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-1565/2021 nömrəli qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan İddiaçı cavabdeh X2 qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilməsi nəticəsinə gəlmiş, gəldiyi nəticəni də MPM-nin 261.0.2-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsi üzrə icraata xitam verilməsi barədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(105)2598/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Xaçmaz rayonu, Xudat şəhəri, Ə.Vahid küçəsi, ev-49 yerləşən xüsusi mülkiyyətində olan 0,5 sot həyətyanı torpaq sahəsinin cavabdeh X4 tərəfindən tutulmuş hissəsini onun qanunsuz sahibliyindən alınaraq torpaq sahəsinin tamlığını bərpa etməklə, həmin torpaq sahəsindən cavabdehin çıxarılması və ödənilmiş 20 manat dövlət rüsumunun da cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki iddia tələbi isə Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********22-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən istifadədə maneələrin aradan qaldırılması, torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi və ara hasarının düzəldilməsinə cavabdeh X4 tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, digər işdə olan iddia tələbi ünvan 3 ünvanında yerləşən və iddiaçının xüsusi mülkiyyətində olan 0,5 sot həyətyanı torpaq sahəsinin cavabdeh X4 tərəfindən tutulmuş hissəsinin onun qanunsuz sahibliyindən alınaraq torpaq sahəsinin tamlığını bərpa etməklə, həmin torpaq sahəsindən cavabdehin çıxarılması barədə, hazırki tələb isə həmin torpaq sahəsi və fərdi yaşayış evindən istifadədə maneələrin aradan qaldırılması, torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi və ara hasarının düzəldilməsinə cavabdeh X4 tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə olmaqla fərqli tələbdir. Bu səbəbdən məhkəmə kollegiyası yuxarıda qeyd edilən əsaslarla iddia ərizəsi üzrə icraata xitam verilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır və hesab edir ki, iddiaçının şikayəti təmin edilməli, qərardad ləğv edilməli, iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün mülki iş Xaçmaz Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(067)-1565/2021 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh X2 qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması Xaçmaz Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar