Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2569/2021 08.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Lətifə Məhyəddin qızı Məmmədova və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(067)-1190/2021 saylı qətnaməsindən iddiaçı Açıq Səmdar Cəmiyyəti “Xalq” Bankının nümayəndəsi M.M.Hümmətovun verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(067)-1190/2021 saylı qətnaməsi ilə (hakim S.A.Səmədzadə) iddiaçı Açıq Səmdar Cəmiyyəti “Xalq” Bankının Cavabdeh qarşı borc tələbinə dair iddia tələbi qismən təmin edilib, Cavabdeh 1474,10 (bir min dörd yüz yetmiş dörd manat on qəpik) manat məbləğində əsas borc, 07.03.2020-ci il tarixinə qədər kredit xəttindən istifadəyə görə illik 20 faiz dərəcəsi ilə hesablanmış 3,82 (üç manat səksən iki qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin tutularaq iddiaçı ASC “Xalq” Bankının xeyrinə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı Açıq Səmdar Cəmiyyəti “Xalq” Bankının nümayəndəsi M.M.Hümmətov apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(067)- 1190/2021 saylı qətnaməsinin qismən ləğv edilib, idia ərizəsinin tam təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ASC “Xalq” Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 07.03.2019cu il tarixli, MCS-10734/1 №-li kredit xətti müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC “Xalq” Bankı qarşısında 1474,10 (bir min dörd yüz yetmiş dörd manat on qəpik ) manat məbləğində əsas borcu, 07.03.2020-ci il tarixinə qədər kredit xəttindən istifadəyə görə illik 20 faiz dərəcəsi ilə hesablanmış 3,82 (üç manat manat 82 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, 07.03.2020-ci tarixdən 16.03.2021-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 20 faiz dərəcəsi ilə hesablanmış 268,37 (iki yüz altmış səkkiz manat 37 qəpik) manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, cəmi 1746,29 (bir min yeddi yüz qırx altı manat 29 qəpik) manat və 16.03.2021-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20 faiz (iyirmi faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ASC “Xalq” Bankı və Cavabdeh arasında bağlanmış 07.03.2019-cu il tarixli, MCS-10734/1 №-li kredit xətti müqaviləsinə (əmək haqqı kartı vasitəsilə) müvafiq olaraq bank tərəfindən cavabdehə 12 (on iki) ay müddətinə, illik 20 faiz ödənilməsi şərtilə, 1500 (bir min beş yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit xətti müqaviləsinin 2.9-cu bəndinə əsasən kredit xətti üzrə mövcud olan əsas borcu 1.1-ci bəndlə müəyyənləşdirilmiş müddətin sonuncu günündən gec olmayaraq tam olaraq Banka qaytarmağı, faizlərin son ödənişini isə 2.11-ci bəndə əsasən kreditin son ödənişi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş və kredit xəttinin verilməsi müddətinin bitdiyi tarixə, yəni 07.03.2020-ci il tarixinə kredit xətti üzrə əsas borc məbləğini tam şəkildə Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Bundan əlavə Cavabdeh kredit xətti üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka kredit xətti müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 faiz dərəcəsi ilə penya da ödəməlidir ki, Bankın daxili qərarına əsasən kredit xətti müqaviləsi üzrə cərimənin hesablanması dayandırılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq sonuncu ilə bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinin tələb edilməsinə dair 20.08.2020-ci il tarixli, 262 №-li xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı Açıq Səmdar Cəmiyyəti “Xalq” Bankının nümayəndəsi M.M.Hümmətov apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi 05 may 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, idia ərizəsinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, iş materiallarında olan ASC «Xalq» Bankı və Cavabdeh arasında bağlanmış 07.03.2019-cu il tarixli, MCS-10734/1 №-li kredit xətti müqaviləsindən görünür ki, ASC «Xalq» Bankı tərəfindən Cavabdeh 12 (on iki) ay müddətinə, illik 20 faiz ödənilməsi şərtilə, 1500 (bir min beş yüz) manat məbləğində kredit verilmişdir. Xəbərdarlıq məktubundan görünür ki, kredit müqaviləsinin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini gecikdirdiyinə görə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan arayışdan müəyyən olunur ki, Cavabdeh kredit müqaviləsi üzrə 1474,10 manat əsas borcu, 3.82 manat faiz borcu, 07.03.2020-ci tarixdən 16.03.2021-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 20 faiz dərəcəsi ilə hesablanmış 268,37 (iki yüz altmış səkkiz manat 37 qəpik) manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, cəmi 1746,29 (bir min yeddi yüz qırx altı manat 29 qəpik) manat vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımça icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4.-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.12.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən- iddia tələbi “07.03.2020-ci il tarixdən 16.03.2021-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 20 faiz dərəcəsi ilə hesablanmış 268,37 (iki yüz altmış səkkiz manat 37 qəpik) manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzinin Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması” hissəsində əsaslı olduğu üçün həmin hissədə təmin edilməlidir. İddia tələbi ”16.03.2021-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20 faiz (iyirmi faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması” hissəsində qeyri müəyyən və əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilib, iddia qismən təmin olunaraq 07.03.2020-ci il tarixdən 16.03.2021-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 20 faiz dərəcəsi ilə hesablanmış 268,37 (iki yüz altmış səkkiz manat 37 qəpik) manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qətnamə- “Cavabdeh 1474,10 (bir min dörd yüz yetmiş dörd manat on qəpik) manat məbləğində əsas borc, 07.03.2020-ci il tarixinə qədər kredit xəttindən istifadəyə görə illik 20 faiz dərəcəsi ilə hesablanmış 3,82 (üç manat səksən iki qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər tutularaq iddiaçı ASC “Xalq” Bankının xeyrinə ödənilsin” hissəsində mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393, 402-403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı xxxxnın nümayəndəsi M.M.Hümmətovun verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(067)-1190/2021 saylı qətnaməsi qismən ləğv edilsin. İddia qismən təmin edilsin. 07.03.2020-ci il tarixdən 16.03.2021-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 20 faiz dərəcəsi ilə hesablanmış 268,37 (iki yüz altmış səkkiz manat 37 qəpik) manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə- “Cavabdeh 1474,10 (bir min dörd yüz yetmiş dörd manat on qəpik) manat məbləğində əsas borc, 07.03.2020-ci il tarixinə qədər kredit xəttindən istifadəyə görə illik 20 faiz dərəcəsi ilə hesablanmış 3,82 (üç manat səksən iki qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər tutularaq iddiaçı ASC “Xalq” Bankının xeyrinə ödənilsin” hissəsində mübahisələndirilməmişdir. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2569/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2569/2021
08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver