Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-257/2021 11.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Access Bank” qapalı səhmdar cəmiyyətinin nümayəndəsi X5 iştirakı ilə açıq məhkəmə iclasında, Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2(060)-1030/2020 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyətinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2(060)-1030/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Azər İsmayılov) iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinin cavabdehlər “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyətinə, X10, X11, X6 və X19 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi barədə ilk iddiası qismən təmin edilmiş, “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyəti ilə “Access Bank” qapalı səhmdar cəmiyyəti arasında bağlanılmış 14.08.2014-cü il tarixli, 02L000012240 saylı kredit xətti müqaviləsinə, 25.08.2014-cü il tarixli, 02R000034105 saylı kredit razılaşmasına, 30.04.2015-ci il tarixli, 02R000034105S saylı, 30.10.2015-ci il tarixli, 02R000034105SA saylı, 30.11.2015-ci il tarixli, 02R000034105SB saylı, 26.02.2016-cı il tarixli, 02R000034105SC saylı, 29.09.2016-cı il tarixli, 02R000034105SD saylı, 18.11.2016-cı il tarixli, 02R000034105SE saylı, 28.11.2016-cı il tarixli, 02R000034105SF saylı, 07.04.2017-ci il tarixli, 02R000034105SG saylı sazişlərə xitam verilməsi, cavabdehlər “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyətindən, X7, X2, X13 müştərək qaydada iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinin xeyrinə 1419499,88 ABŞ dolları kredit borcu, 352025,04 ABŞ dolları faiz borcu və 10000 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 1781524,92 ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 84 manat xidmət haqqının tutulması, tələbin X8 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzilinə, X8 mülkiyyətində olan Sumqayıt şəhəri, Azadlıq prospektində yerləşən 2 girişli, 92,05 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına, X15 mülkiyyətində olan ünvan 2ndə 0,6001 ha torpaq sahəsinə, X3 mülkiyyətində olan Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən 1,74757 ha torpaq sahəsi və onun üzərində yerləşən 14 A saylı əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitdən 1781524,92 ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 84 manat xidmət haqqının ödənilməsi, ipoteka predmetləri olan Sumqayıt şəhəri, 30-cu məhəllə, 5/13 saylı evin 27 nömrəli mənzilinin ilkin satış qiymətinin 95000 manat, ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 0,6001 ha torpaq sahəsinin ilkin satış qiymətinin 425000 manat, Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində xüsusi mülkiyyətdə olan 1.74757 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 2174.3 kv.metrdən ibarət olan 14 A nömrəli əmlak kompleksinin ilkin satış qiymətinin ******* manat və Sumqayıt şəhəri, Azərbaycan prospekti ünvanında xüsusi mülkiyyətdə olan ümumi sahəsi 92,05 kv.metrdən ibarət olan qeyri-yaşayış binasının ilkin satış qiymətinin isə 100000 manat məbləğində müəyyən edilməsi, açıq hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyətindən, X7, X2, X13 iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinin xeyrinə müştərək qaydada tutulması, X8 mülkiyyətində olan Sumqayıt şəhəri, 30-cu məhəllə, 5/13 saylı evin 27 nömrəli mənzilinə, X15 mülkiyyətində olan ünvan 2ndə 0,6001 ha torpaq sahəsinə, X3 mülkiyyətində olan Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən 1,74757 ha torpaq sahəsi və onun üzərində yerləşən 14 A saylı əmlak kompleksi kimi müəssisəsinə və X8 mülkiyyətində olan Sumqayıt şəhəri, Azadlıq prospektində yerləşən 2 girişli 92,05 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakların boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, ilk iddia tələbinin qalan hissədə və “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyətinin “Access Bank” qapalı səhmdar cəmiyyətinə qarşı 25.08.2014-cü il tarixli, 02R000034105 saylı krediti razılaşmasının ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmiş, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyəti qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, “Access Bank” qapalı səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək cəmiyyətlə “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanılmış 14.08.2014-cü il tarixli, 02L000012240 saylı kredit xətti müqaviləsinə, 25.08.2014-cü il tarixli, 02R000034105 saylı kredit razılaşmasına, 30.04.2015-ci il tarixli, 02R000034105S saylı, 30.10.2015-ci il tarixli, 02R000034105SA saylı, 30.11.2015-ci il tarixli, 02R000034105SB saylı, 26.02.2016-cı il tarixli, 02R000034105SC saylı, 29.09.2016-cı il tarixli, 02R000034105SD saylı, 18.11.2016-cı il tarixli, 02R000034105SE saylı, 28.11.2016-cı il tarixli, 02R000034105SF saylı, 07.04.2017-ci il tarixli, 02R000034105SG saylı sazişlərə xitam verilməsi, cavabdehlər “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyətindən, X7, X2, X13 müştərək qaydada cəmiyyətin xeyrinə 1419499,88 ABŞ dolları məbləğində kredit borcu, 436351,58 ABŞ dolları məbləğində faiz borcu və 807769,43 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi ******* ABŞ dolları 89 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqqlarının tutulması, tələbin ünvan 1 ünvanında yerləşən X8 mülkiyyətində olan 27 nömrəli mənzilə, ünvan 2ndə X15 mülkiyyətində olan 0,6001 ha torpaq sahəsinə, Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən X3 mülkiyyətində olan 1,74757 ha torpaq sahəsi və onun üzərində yerləşən 14 A saylı əmlak kompleksi kimi müəssisəsinə və Sumqayıt şəhəri, Azadlıq prospektində yerləşən X8 mülkiyyətində olan 2 girişli, 92.05 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına yönəldilməsinə, həmin əmlakların açıq hərracdan satılması və ******* ABŞ dolları 89 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqqlarının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına cəmiyyətə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyətindən, X7, X2, X13 cəmiyyətin xeyrinə müştərək qaydada tutulması, ünvan 1 ünvanında yerləşən X8 mülkiyyətində olan 27 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X8 və X9 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və cəmiyyətə təhvil verilməsi, ünvan 2ndə X15 mülkiyyətində olan 0,6001 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və cəmiyyətə təhvil verilməsi, Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən X3 mülkiyyətində olan 1,74757 ha torpaq sahəsi və onun üzərində yerləşən 14 A saylı əmlak kompleksi kimi müəssisəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və cəmiyyətə təhvil verilməsi, Sumqayıt şəhəri, Azadlıq prospektində yerləşən X8 mülkiyyətində olan 2 girişli, 92,05 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və cəmiyyətə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, “Access Bank” qapalı səhmdar cəmiyyəti ilə bağladığı 14.08.2014-cü il tarixli, 02L000012240 saylı kredit xətti müqaviləsinə əsasən “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyətinə 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə 25.08.2014-cü il tarixli, 02R000034105 saylı kredit razılaşması əsasında “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyəti “Access Bank” qapalı səhmdar cəmiyyətindən 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1,125% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə ******* ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 30.04.2015-ci il tarixli, 02R000034105S saylı, 30.10.2015-ci il tarixli, 02R000034105SA saylı, 30.11.2015-ci il tarixli, 02R000034105SB saylı, 26.02.2016-cı il tarixli, 02R000034105SC saylı, 29.09.2016-cı il tarixli, 02R000034105SD saylı, 18.11.2016-cı il tarixli, 02R000034105SE saylı, 28.11.2016-cı il tarixli, 02R000034105SF saylı, 07.04.2017-ci il tarixli, 02R000034105SG saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyəti kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 19.06.2017-ci il tarixdən banka qaytarmamışdır. “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyəti götürdüyü kredit borcundan 230500,12 ABŞ dolları ödəmiş, onun 1419499,88 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyəti kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 26.02.2018-ci il tarixə 252 gün üçün hesablanmış faiz borcu 436351,58 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. 26.02.2018-ci il tarixə 252 gün üçün hesablanmış cərimə 807769,43 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyəti öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər X16, X12 və X21 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdehlə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyətin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka verən X8 iddiaçı ilə bağladığı 10.09.2014-cü il tarixli, 02M000001949 saylı ipoteka müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən X8 mülkiyyətində olan 27 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, mənzilin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, kredit xətti müqaviləsi üzrə “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyətinin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka verən X15 cəmiyyətlə bağladığı 20.08.2014-cü il tarixli, 02M000001947 saylı sonrakı ipoteka müqaviləsi əsasında ünvan 2ndə X15 mülkiyyətində olan 0,6001 ha torpaq sahəsi cəmiyyətin xeyrinə ipoteka ilə yüklü edilmiş, 0,6001 ha torpaq sahəsinin cəmiyyətin xeyrinə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, kredit xətti müqaviləsi üzrə “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyətinin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka verən X3 cəmiyyətlə bağladığı 20.08.2014-cü il tarixli, 02M000001948 saylı sonrakı ipoteka müqaviləsi əsasında Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən X3 mülkiyyətində olan 1.74757 ha torpaq sahəsi və onun üzərində yerləşən 14 A saylı əmlak kompleksi kimi müəssisə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, 1,74757 ha torpaq sahəsi və onun üzərində yerləşən 14 A saylı əmlak kompleksi kimi müəssisənin cəmiyyətin xeyrinə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, kredit xətti müqaviləsi üzrə “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyətinin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka verən X8 cəmiyyətlə bağladığı 20.08.2014-cü il tarixli, 02M000001946 saylı sonrakı ipoteka müqaviləsi əsasında Sumqayıt şəhəri, Azadlıq prospektində yerləşən X8 mülkiyyətində olan 2 girişli 92.05 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası cəmiyyətin xeyrinə ipoteka ilə yüklü edilmiş, qeyri yaşayış binasını cəmiyyətin xeyrinə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka saxlayan cəmiyyət tərəfindən cavabdehlər- ipoteka verən X16, X12, X19 “İpoteka haqqında” qanunun 36.2-ci maddəsinə uyğun olaraq ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlər göndərilmiş və bildirişlər sonuncular tərəfindən qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişlərin qeydə alınması haqqında ərizələr Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə təqdim olunmuş və idarədə qeydə alınmışdır. Cəmiyyət ipoteka bildirişlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün ümumilikdə 40 manat dövlət rüsumu və 84 manat xidmət haqqı ödəmişdir. Sumqayıt şəhəri, İH-nin MTKİB 5 saylı MİS tərəfindən verilmiş 10.09.2014-cü il tarixli, 1174 saylı arayışa əsasən ünvan 1 ünvanında yerləşən X8 mülkiyyətində olan 27 nömrəli mənzildə qeydiyyatda olan cavabdeh X17 həmin mənzilini cəmiyyətə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin evin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə və satıldıqda həmin əmlakı qeyd-şərtsiz tərk edəcəyini barədə öhdəlik götürmüşdür. “Access Bank” qapalı səhmdar cəmiyyəti iddia tələblərinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cəmiyyətlə “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanılmış 14.08.2014-cü il tarixli, 02L000012240 saylı kredit xətti müqaviləsinə, 25.08.2014-cü il tarixli, 02R000034105 saylı kredit razılaşmasına, 30.04.2015-ci il tarixli 02R000034105S saylı, 30.10.2015-ci il tarixli 02R000034105SA saylı, 30.11.2015-ci il tarixli 02R000034105SB saylı, 26.02.2016-cı il tarixli 02R000034105SC saylı, 29.09.2016-cı il tarixli, 02R000034105SD saylı, 18.11.2016-cı il tarixli, 02R000034105SE saylı, 28.11.2016-cı il tarixli, 02R000034105SF saylı, 07.04.2017-ci il tarixli 02R000034105SG saylı sazişlərə xitam verilməsi, cavabdehlər “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyətindən, X7, X2 və X13 müştərək qaydada cəmiyyətin xeyrinə 1419499,88 ABŞ dolları məbləğində kredit borcu, 537845,82 ABŞ dolları məbləğində faiz borcu və 1091667,93 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi ******* ABŞ dolları 63 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqqlarının tutulması, tələbin ünvan 1 ünvanında yerləşən X8 mülkiyyətində olan 27 nömrəli mənzilə, Sumqayıt şəhəri, Azadlıq prospektində yerləşən X8 mülkiyyətində olan 2 girişli, 92.05 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına, ünvan 2ndə X15 mülkiyyətində olan 0,6001 ha torpaq sahəsinə və Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən X3 mülkiyyətində olan 1,74757 ha torpaq sahəsi və onun üzərində yerləşən 14 A saylı əmlak kompleksi kimi müəssisəsinə və yönəldilməsinə, həmin əmlakların açıq hərracdan satılması və ******* ABŞ dolları 63 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqqlarının ipoteka predmetlərinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına cəmiyyətə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyətindən, X7, X2, X13 cəmiyyətin xeyrinə müştərək qaydada tutulması, ünvan 1 ünvanında yerləşən X8 mülkiyyətində olan 27 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X8 və X9 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və cəmiyyətə təhvil verilməsi, ünvan 2ndə X15 mülkiyyətində olan 0,6001 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və cəmiyyətə təhvil verilməsi, Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən X3 mülkiyyətində olan 1,74757 ha torpaq sahəsi və onun üzərində yerləşən 14 A saylı əmlak kompleksi kimi müəssisəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və cəmiyyətə təhvil verilməsi, Sumqayıt şəhəri, Azadlıq prospektində yerləşən X8 mülkiyyətində olan 2 girişli, 92,05 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və cəmiyyətə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “Access Bank” qapalı səhmdar cəmiyyəti iddia tələblərinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cəmiyyətlə “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanılmış 14.08.2014-cü il tarixli, 02L000012240 saylı kredit xətti müqaviləsinə, 25.08.2014-cü il tarixli, 02R000034105 saylı kredit razılaşmasına, 30.04.2015-ci il tarixli 02R000034105S saylı, 30.10.2015-ci il tarixli 02R000034105SA saylı, 30.11.2015-ci il tarixli 02R000034105SB saylı, 26.02.2016-cı il tarixli 02R000034105SC saylı, 29.09.2016-cı il tarixli, 02R000034105SD saylı, 18.11.2016-cı il tarixli, 02R000034105SE saylı, 28.11.2016-cı il tarixli, 02R000034105SF saylı, 07.04.2017-ci il tarixli 02R000034105SG saylı sazişlərə xitam verilməsi, cavabdehlər “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyətindən, X7, X2 və X13 müştərək qaydada cəmiyyətin xeyrinə 1419499,88 ABŞ dolları məbləğində kredit borcu, 619861,37 ABŞ dolları məbləğində faiz borcu və 1318786,43 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi ******* ABŞ dolları 68 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqqlarının tutulması, tələbin ünvan 1 ünvanında yerləşən X8 mülkiyyətində olan 27 nömrəli mənzilə, Sumqayıt şəhəri, Azadlıq prospektində yerləşən X8 mülkiyyətində olan 2 girişli, 92.05 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına, ünvan 2ndə X15 mülkiyyətində olan 0,6001 ha torpaq sahəsinə və Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən X3 mülkiyyətində olan 1,74757 ha torpaq sahəsi və onun üzərində yerləşən 14 A saylı əmlak kompleksi kimi müəssisəsinə yönəldilməsinə, həmin əmlakların açıq hərracdan satılması və ******* ABŞ dolları 68 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqqlarının ipoteka predmetlərinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına cəmiyyətə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyətindən, X7, X2, X13 cəmiyyətin xeyrinə müştərək qaydada tutulması, ünvan 1 ünvanında yerləşən X8 mülkiyyətində olan 27 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X8 və X9 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, ünvan 2ndə X15 mülkiyyətində olan 0,6001 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən X3 mülkiyyətində olan 1,74757 ha torpaq sahəsi və onun üzərində yerləşən 14 A saylı əmlak kompleksi kimi müəssisəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Sumqayıt şəhəri, Azadlıq prospektində yerləşən X8 mülkiyyətində olan 2 girişli, 92,05 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyəti qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək cəmiyyətlə “Access Bank” qapalı səhmdar cəmiyyəti arasında bağlanmış 25.08.2014-cü il tarixli, 02R000034105 saylı kredit razılaşmasının, hesablanmış faiz və cərimənin ləğv edilməsi, şəraitin əhəmiyyətli dərəcədə dəyişdiyi 21.02.2015-ci il tarixdən ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və qarşılıqlı iddia tələblərini onynla əsaslandırmışdır ki, “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyəti 2014-cü ilin avqust ayında “Access Bank” qapalı səhmdar cəmiyyətindən Azərbaycan manatı ilə kredit götürmək üçün müraciət etmişdir. Lakin bank əməkdaşlarının tərtib etdiyi 02R000034105 saylı kredit razılaşması ilə tanış olarkən məlum olmuşdur ki, kreditin Azərbaycan manatı ilə deyil, ABŞ dolları ilə verilməsi nəzərdə tutulmuşdur. Bankın “Babək” filialından götürmüş olduqları kreditin ABŞ dolları ilə rəsmiləşdirilməsinə razı olmaları, həmin ərəfədə kredit məbləğinin cəmiyyətə çox vacib olması və bank tərəfindən başqa seçim imkanı verilməməsi ilə bağlı olmuşdur. Belə ki, “Access Bank” qapalı səhmdar cəmiyyətinin “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı 14.08.2014-cü il tarixli, 02L000012240 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyətinə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə cəmiyyətlə “Access Bank” qapalı səhmdar cəmiyyəti arasında bağlanmış 25.08.2014-cü il tarixli, 02R000034105 saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1,125% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə ******* ABŞ dolları məbləğində kredit götürülmüşdür. Kredit razılaşmasına əlavə olunmuş qrafik üzrə ödənişlər cəmiyyət tərəfindən 2016-cı ilin sonlarınadək vaxtlı-vaxtında və artıqlaması ilə həyata keçirilmişdir. Cəmiyyətlə “Access Bank” qapalı səhmdar cəmiyyəti arasında 60 ay müddətinə bağlanmış 25.08.2014-cü il tarixli, 02R000034105 saylı kredit razılaşmasının müddəti 25 avqust 2019-cu ildə bitir. İlk iddiadan göründüyü kimi, “Access Bank” qapalı səhmdar cəmiyyəti kredit razılaşması üzrə əsas kredit borcunu, bundan əlavə 60 ay müddətinə bağlanmış kredit müqaviləsi üzrə 60 ay üçün faizləri və hər gecikdirilən gün üçün cərimə tələb edir. Cəmiyyətlə “Access Bank” qapalı səhmdar cəmiyyəti arasında müqavilə imzalanarkən 1 dollar 0,78 manat idi, yəni cavabdeh müqavilə öhdəliklərini yerinə yetirmək üçün müqaviləni imzalayarkən həmin vaxt mövcud olan bazar şərtlərini nəzərə almışdı və həmin şərtlər daxilində borcu qaytarmaqda heç bir problem yox idi. Sonradan 21 fevral və 22 dekabr 2015-ci il tarixlərdə baş vermiş iki devalvasiya nəticəsində ABŞ dollarının dəyəri birdən-birə 100 faizdən çox qalxmış, daxili bazarda isə malların və xidmətlərin qiymətləri həmin faiz dərəcəsinə uyğunlaşdırılmamışdır. Rəsmi dövlət orqanları isə qiymətin qaldırılmaması ilə bağlı dəfələrlə kütləvi informasiya vasitələri ilə əhaliyə xəbərdarlıq etmişdilər. Mərkəzi bankın Azərbaycan manatının 9 ay ərzində 100 faizdən artıq devalvasiya edilməsi haqqında qərarı cəmiyyətin öz öhdəliklərini yerinə yetirmək vəzifəsinin icrasını mümkünsüz etmişdir. Başqa sözlə, həmin kredit müqaviləsi bağlanarkən, onların əsas götürdükləri şərait əhəmiyyətli dərəcədə dəyişmiş və həmin müqaviləni bağlayarkən ümid etməyə haqları çatanlardan tamamilə məhrum olmuşlar. Cavabdeh bankın əməkdaşları tərəfindən qanunvericiliyə uyğunlaşdırılmadan tərtib edilən müqaviləyə görə onlar nəinki həmin müqavilə imzalanarkən ehtimal edilən gəliri əldə etmişlər, əksinə çox böyük ziyana düşmüşlər. Belə ki, 25.08.2014-cü il tarixli, 02R000034105 saylı kredit razılaşmasından sonra, 21 fevral 2015-ci ildə birinci 34 faizlik devalvasiya nəticəsində borcunu yeni məzənnə ilə, yəni 0,78 dollarla yox, 1,05 dollar məzənnəsi ilə ödəməli olmuşlar və nəticədə büdcələrinə xeyli ziyan dəymişdir. Lakin buna baxmayaraq banka olan borclarını mümkün qədər ödəmişlər. Sonradan isə Mərkəzi Bank tərəfindən manatın 100 faizdən artıq devalvasiya edilməsi haqqında qərarı nəticəsində 22 dekabr 2015-ci ildəki devalvasiyadan sonrakı borclarını 1,05 dollar məzənnəsi ilə yox, hazırda daha yüksək məzənnə ilə ödəməlidir. Hazırda ölkədə mövcud olan qanunvericiliyin və iradələrinin ziddinə olaraq bank əməkdaşları tərəfindən tərtib olunmuş həmin müqavilə üzrə ******* ABŞ dolları məbləğində kreditin ödənişlərini, müqavilədə göstərilən qaydada ödəməyə məcbur edilsələr də, hazırki mövcud durum cəmiyyətin müqavilə üzrə öhdəliklərini yerinə yetirməyini qeyri-mümkün etmişdir. Qanunun onlara verdiyi imkanlardan istifadə edərək həmin kredit müqaviləsi üzrə öhdəliklərini icra etməkdən imtina edə bilərlər. Çünki MM-nin 557-ci maddəsinə uyğun olaraq əslində Mərkəzi Bank tərəfindən manatın 9 ay ərzində 100 faizdən artıq devalvasiya edilməsi haqqında qərarı həmin müqavilə üzrə öhdəliklərinin icrasını qeyri-mümkün etmişdir. Bu isə fors-major haldır. Cəmiyyətlə “Access Bank” qapalı səhmdar cəmiyyəti arasında 60 ay müddətinə bağlanmış 25.08.2014-cü il tarixli kredit razılaşması üzrə öhdəliyə xitam verilməsi, hesablanmış faiz və cərimənin ləğv edilməsinə dair banka müraciət olunmuş, lakin bankla razılıq əldə edilməsi mümkün olmamışdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz olduğundan ləğv olunmalıdır. Belə ki, cəmiyyət 2014-cü ilin avqust ayında “Access Bank” qapalı səhmdar cəmiyyətinə Azərbaycan manatı ilə kredit götürmək üçün müraciət etmişdir. Lakin bank əməkdaşlarının tərtib etdiyi 02R000034105 saylı kredit razılaşması ilə tanış olarkən məlum olmuşdur ki, kreditin Azərbaycan manatı ilə deyil, ABŞ dolları ilə verilməsi nəzərdə tutulub. Həmin ərəfədə kredit məbləğinə cəmiyyətin çox ehtiyacı olması və bank tərəfindən başqa seçim imkanı verilməməsi səbəbindən bankın “Babək” filialından götürülən kreditin ABŞ dolları ilə rəsmiləşdirilməsinə razı olmuşdular. Cəmiyyətlə “Access Bank” qapalı səhmdar cəmiyyəti arasında bağlanımış 14.08.2014-cü il tarixli, 02L000012240 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə ******* ABŞ dollar kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Lakin bu müqavilədə veriləcək kreditin faiz dərəcəsi göstərilməmişdir. Bundan sonra X12, X16 və X21 ilə “Access Bank” qapalı səhmdar cəmiyyəti arasında hər biri ilə ayrı-ayrılıqda 19.08.2014-cü il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə görə X12, X16 və X21 “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyəti ilə “Access Bank” qapalı səhmdar cəmiyyəti arasında 14.08.2014-cü il tarixdə bağlanmış kredit xətti müqaviləsinin icrasına zamin olmuşlar. Lakin qeyd olunan kredit xətti müqaviləsində şərtlər göstərilərkən həmin məbləğ çərçivəsində vəsaitin cəmiyyətə hansı faiz dərəcəsi ilə veriləcəyi göstərilməmişdir. X12, X16 və X21 zamin olduqları üçün kredit götürülərkən, faiz dərəcəsi müəyyən edilərkən onların fikrlərinin öyrəniləcəyini gözləmişlər. Kredit xətti müqaviləsi üzrə “Access Bank” qapalı səhmdar cəmiyyəti ilə bağladığı 25.08.2014-cü il tarixli, 02R000034105 saylı kredit razılaşması əsasında “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyəti 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1,125% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə ******* ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit razılaşmasına əlavə olunmuş qrafik üzrə ödənişlər cəmiyyət tərəfindən 2016-cı ilin sonlarınadək vaxtlı-vaxtında və artıqlaması ilə həyata keçirilmişdir. Həmin müqavilə bağlanan zaman X3, X8 və X15 razılığı alınmamış, onların bu barədə, ümumiyyətlə, məlumatları olmamışdır. Kredit xətti müqaviləsində isə faiz dərəcəsi göstərilmədiyindən onların zamin kimi götürdükləri risk də yalnız gələcəkdə bağlanacaq müqavilələrdə onlara bildirilməli idi. Buna görə də X3, X8 və X15 məlumatı olmadan “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyəti ilə “Access Bank” qapalı səhmdar cəmiyyəti arasında bağlanılmış 14.08.2014-cü il tarixli, 02L000012240 saylı kredit xətti müqaviləsi üzrə X3, X8 və X15 zaminlik müqavilələrinin əsaslılığına qanunvericiliyin tələbləri çərçivəsində hüquqi qiymət verilməlidir. “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyətinin “Access Bank” qapalı səhmdar cəmiyyəti ilə 60 ay müddətinə bağladığı 25.08.2014-cü il tarixli, 02R000034105 saylı kredit razılaşmasının müddəti 25 avqust 2019-cu ildə bitir. İlk iddiadan göründüyü kimi, “Access Bank” qapalı səhmdar cəmiyyəti kredit razılaşması üzrə əsas kredit borcunu, bundan əlavə 60 ay müddətinə bağlanmış kredit müqaviləsi üzrə 60 ay üçün faizləri və hər gecikdirilən gün üçün cərimə tələb edir. Cəmiyyətlə “Access Bank” qapalı səhmdar cəmiyyəti arasında müqavilə imzalanarkən 1 dollar 0,78 manat idi, yəni cavabdeh olaraq müqavilə öhdəliklərini yerinə yetirmək üçün, müqaviləni imzalayarkən həmin vaxt mövcud olan bazar şərtləri nəzərə alınmışdı və həmin şərtlər daxilində borcu qaytarmaqda heç bir problem yox idi. Sonradan 21 fevral və 22 dekabr 2015-ci il tarixlərdə baş vermiş iki devalvasiya nəticəsində ABŞ dollarının dəyəri birdən-birə 100 faizdən çox qalxmış, daxili bazarda isə malların və xidmətlərin qiymətləri həmin faiz dərəcəsinə uyğunlaşdırılmamışdır. Rəsmi dövlət orqanları isə qiymətin qaldırılmaması ilə bağlı dəfələrlə kütləvi informasiya vasitələri ilə əhaliyə xəbərdarlıq etmişdilər. Mərkəzi bankın Azərbaycan manatının 9 ay ərzində 100 faizdən artıq devalvasiya edilməsi haqqında qərarı cəmiyyətin öz öhdəliklərini yerinə yetirmək vəzifəsinin icrasını mümkünsüz etmişdir. Başqa sözlə, həmin kredit müqaviləsi bağlanarkən onların əsas götürdükləri şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. Bankın əməkdaşları tərəfindən qanunvericiliyə uyğunlaşdırılmadan tərtib edilən müqaviləyə görə nəinki həmin müqavilə imzalanarkən ehtimal edilən gəliri əldə etmiş, əksinə çox böyük ziyana düşmüşlər. Belə ki, 25.08.2014-cü il tarixli, 02R000034105 saylı kredit razılaşmasından sonra 21 fevral 2015-ci ildə birinci 34 faizlik devalvasiya nəticəsində borcu yeni məzənnə ilə, yəni 0,78 dollarla yox, 1,05 dollar məzənnəsi ilə ödəməli olmuşlar və nəticədə “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyətinin büdcəsinə xeyli ziyan dəymişdir. Lakin buna baxmayaraq banka olan borcunu mümkün qədər ödəmişdir. İndi isə Mərkəzi Bank tərəfindən manatın 100 faizdən artıq devalvasiya edilməsi haqqında qərarı nəticəsində 22 dekabr 2015-ci ildəki devalvasiyadan sonrakı borcunu 1,05 məzənnəsi ilə yox, hazırda daha yüksək məzənnə ilə ödəməlidir. Hazırda ölkədə mövcud olan qanunvericiliyə zidd olaraq bank əməkdaşları tərəfindən tərtib olunmuş həmin müqavilə üzrə ******* ABŞ dolları məbləğində kreditin ödənişlərini müqavilədə göstərilən qaydada ödəməyə məcbur edilsə də, hazırki mövcud durum cəmiyyətin müqavilə üzrə öhdəliklərini yerinə yetirməyini qeyri-mümkün etmişdir. Qanunun cəmiyyətə verdiyi imkanlardan istifadə edərək həmin kredit müqaviləsi üzrə öhdəliklərini icra etməkdən imtina edə bilər. Çünki MM-nin 557-ci maddəsinə uyğun olaraq əslində Mərkəzi Bank tərəfindən manatın 9 ay ərzində 100 faizdən artıq devalvasiya edilməsi haqqında qərarı həmin müqavilə üzrə öhdəliklərinin icrasını qeyri-mümkün etmişdir. Bu isə fors-major haldır. Cəmiyyətlə “Access Bank” qapalı səhmdar cəmiyyəti arasında 60 ay müddətinə bağlanmış 25.08.2014-cü il tarixli kredit razılaşması üzrə öhdəliyə xitam verilməsi, hesablanmış faiz və cərimənin ləğv edilməsinə dair banka müraciət olunmuş, lakin bankla razılıq əldə edilməsi mümkün olmamışdır. Bundan başqa, müəssisə hazırda müflis olmuş və fəaliyyətini dayandırmışdır. Hətta müəssisə rəhbərliyi işçilərin əmək haqlarını belə ödəyə bilməmişdir. Bundan başqa, kredit müqaviləsi üzrə faiz və cərimə borcu həddən artıq çox hesablanmışdır, faiz və cərimə borcu məhkəmə tərəfindən azaldılmalıdır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyəti apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin ləğv edilməsi və iş üzrə ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Access Bank” qapalı səhmdar cəmiyyətinin nümayəndəsi X14 qətnaməyə əsas borca aid hissədə dəyişiklik edilməsini, qətnamənin iddianın təmin edilmiş qalan hissələrində və qarşılıqlı iddiaya aid hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyəti, ilk iddia üzrə cavabdehlər X16, X17, X12 və X21 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, ilk iddia üzrə cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsinə əsas borca aid hissədə dəyişiklik edilməli, qətnamə ilk iddianın təmin edilmiş qalan hissələrində və qarşılıqlı iddiaya aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Babək filialı ilə bağlanmış 14 avqust 2014-cü il tarixli, 02L000012240 saylı kredit xətti müqaviləsinə əsasən “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyətinə 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmış, müqaviləyə və kredit razılaşmasına görə istənilən məbləğ 14.08.2024-cü il tarixdən gec olmayaraq verilməlidir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Babək filialı ilə bağlanmış 14 avqust 2014-cü il tarixli, 02L000012240 saylı kredit xətti müqaviləsi üzrə 25 avqust 2014-cü il tarixli, 02R000034105 saylı kredit razılaşmasından görünür ki, “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyətinə aylıq 1,125 faiz dərəcəsi olmaqla, 60 ay müddətinə ******* ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Babək filialı ilə “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 30 aprel 2015-ci il tarixli, 02R000034105S saylı sazişdən görünür ki, 14.08.2014-cü il tarixli, 02L000012240 saylı kredit xətti müqaviləsi üzrə 25.08.2014-cü il tarixli, 02R000034105 saylı kredit razılaşmasının ayrılmaz hissəsi olan 25.08.2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan 30.04.2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Babək filialı ilə “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 30 oktyabr 2015-ci il tarixli, 02R000034105SA saylı sazişdən görünür ki, 14.08.2014-cü il tarixli, 02L000012240 saylı kredit xətti müqaviləsi üzrə 25.08.2014-cü il tarixli, 02R000034105 saylı kredit razılaşmasının ayrılmaz hissəsi olan 25.08.2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan 30.10.2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Babək filialı ilə “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 30 noyabr 2015-ci il tarixli, 02R000034105SB saylı sazişdən görünür ki, 14.08.2014-cü il tarixli, 02L000012240 saylı kredit xətti müqaviləsi üzrə 30.10.2015-ci il tarixdə bağlanmış 02R000034105SA saylı kredit razılaşmasının ayrılmaz hissəsi olan 30.10.2015-ci il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan 30.11.2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Babək filialı ilə “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 26 fevral 2016-cı il tarixli, 02R000034105SC saylı sazişdən görünür ki, 14.08.2014-cü il tarixli, 02L000012240 saylı kredit xətti müqaviləsi üzrə 25.08.2014-cü il tarixli, 02R000034105 saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 25 iyul 2016-cı il tarixdən aylıq 1 faiz dərəcəsi, 25 may 2017-ci il tarixdən aylıq 1,0833 faiz dərəcəsi ilə faizlər hesablanır və kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 26.02.2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Babək filialı ilə “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 29 sentyabr 2016-cı il tarixli, 02R000034105SD saylı sazişdən görünür ki, 14.08.2014-cü il tarixli, 02L000012240 saylı kredit xətti müqaviləsi üzrə 25.08.2014-cü il tarixli, 02R000034105 saylı kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 29.09.2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Babək filialı ilə “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 18 noyabr 2016-cı il tarixli, 02R000034105SE saylı sazişdən görünür ki, 14.08.2014-cü il tarixli, 02L000012240 saylı kredit xətti müqaviləsi üzrə 25.08.2014-cü il tarixli, 02R000034105 saylı kredit razılaşması əsasında kredit alanın həmin günə olan kredit qalığına 6 ay ərzində aylıq 1,8333 faiz olaraq hesablanacaq, bu sazişə əsasən kredit alan kreditin qalığını və hesablanmış faizləri 18.11.2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Babək filialı ilə “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 28 noyabr 2016-cı il tarixli, 02R000034105SF saylı sazişdən görünür ki, 14.08.2014-cü il tarixli, 02L000012240 saylı kredit xətti müqaviləsi üzrə 25.08.2014-cü il tarixli, 02R000034105 saylı kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 28.11.2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Babək filialı ilə “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 07 aprel 2017-ci il tarixli, 02R000034105SG saylı sazişdən görünür ki, 14.08.2014-cü il tarixli, 02L000012240 saylı kredit xətti müqaviləsi üzrə 25.08.2014-cü il tarixli, 02R000034105 saylı kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 07.04.2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Babək filialı ilə X16, X21 və X12 arasında bağlanmış 02S000025259 saylı, 02S000025260 saylı və 02S000025261 saylı, 19 avqust 2014-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Babək filialı ilə “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış 14.08.2014-cü il tarixli, 02L000012240 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan 10 sentyabr 2014-cü il tarixli, 02M000001949 saylı ipoteka müqaviləsindən görünür ki, 14.08.2014-cü il tarixli, 02L000012240 saylı kredit xətti müqaviləsi və bu kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün X8 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzil ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti 72155 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan sonrakı ipoteka haqqında 20 avqust 2014-cü il tarixli, 02M000001947 saylı ipoteka müqaviləsindən görünür ki, 14.08.2014-cü il tarixli, 02L000012240 saylı kredit xətti müqaviləsi və bu kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün X15 mülkiyyətində olan ünvan 2ndə 0,6001 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti 199974 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan sonrakı ipoteka haqqında 20 avqust 2014-cü il tarixli, 02M000001948 saylı ipoteka müqaviləsindən görünür ki, 14.08.2014-cü il tarixli, 02L000012240 saylı kredit xətti müqaviləsi və bu kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün X3 mülkiyyətində olan Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən 1,74757 ha torpaq sahəsi və onun üzərində yerləşən 14 A saylı əmlak kompleksi ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti 899885 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan sonrakı ipoteka haqqında 20 avqust 2014-cü il tarixli, 02M000001946 saylı ipoteka müqaviləsindən görünür ki, 14.08.2014-cü il tarixli, 02L000012240 saylı kredit xətti müqaviləsi və bu kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün X8 mülkiyyətində olan Sumqayıt şəhəri, Azadlıq prospektində yerləşən 2 girişli, 92,05 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası (istehsal sexi) ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti 169977 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 30-cu məhəllə, 5/13 saylı evin 27 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X8 adına 09.09.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 250 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Azərbaycan prospektində istifadəsində olan 0,35 torpaq sahəsində yerləşən 2 girişli, 92,05 kv.metr ümumi, 89,58 kv.metr əsas, 2,47 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası (istehsal sexi) tam mülkiyyət hüququ üzrə X8 adına 01.08.2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 1,74757 ha torpaq sahəsi və onun üzərində yerləşən əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ üzrə X3 adına 08.10.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2ndə yerləşən 0,6001 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X15 adına 15.07.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, X10 məxsus Sumqayıt şəhəri, 30-cu məhəllə, 5/13 saylı evin 27 saylı mənzilinin ipoteka ilə yüklü edilməsi 11.09.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 250 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, X15 mülkiyyətində olan ünvan 2ndə yerləşən 0,6001 ha torpaq sahəsinin sonrakı ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilməsi 22.08.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, X3 mülkiyyətində olan Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən 1,74757 ha torpaq sahəsi və onun üzərində yerləşən 14 A saylı əmlak kompleksinin sonrakı ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilməsi 22.08.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, X8 mülkiyyətində olan Sumqayıt şəhəri, Azərbaycan prospektində yerləşən 92,05 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasının sonrakı ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilməsi 22.08.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin 5927 saylı, 24.04.2018ci il tarixli arayışından görünür ki, “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyətinin 25.08.2014-cü il tarixli, 02R000034105 saylı kredit razılaşması üzrə 26.02.2018-ci il tarixə əsas borcu 1419499,88 ABŞ dolları, faiz borcu 436351,58 ABŞ dolları, cərimə borcu 807769,43 ABŞ dolları, cəmi borcu 2663620,89 ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyəti tərəfindən “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyətinə, X10, X6 və X19 göndərilmiş 10.01.2018-ci il tarixli məktubların surətlərindən görünür ki, borcun ödənilməsi barədə xəbərdar edilmişlər. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyəti tərəfindən X10, X6 və X19 göndərilmiş 15 fevral 2018-ci il tarixli bildirişlərin surətindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə başlanıldığı barədə xəbərdar edilmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından çıxarışdan görünür ki, X3 mülkiyyətində olan Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən 1,74757 ha torpaq sahəsi və onun üzərində yerləşən 14 A saylı əmlak kompleksinə tutmanın yönəldilməsi haqqında bildiriş 27.02.2018-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından çıxarışdan görünür ki, X8 mülkiyyətində olan Sumqayıt şəhəri, Azərbaycan prospektində yerləşən 92,05 kv.metr ümumi sahədən ibarət qeyri yaşayış binasına tutmanın yönəldilməsi haqqında bildiriş 27.02.2018-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından çıxarışdan görünür ki, X15 mülkiyyətində olan ünvan 2ndə yerləşən 0,6001 ha torpaq sahəsinə tutmanın yönəldilməsi haqqında bildiriş 01.03.2018-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından çıxarışdan görünür ki, X10 məxsus Sumqayıt şəhəri, 30-cu məhəllə, 5/13 saylı evin 27 saylı mənzilinə tutmanın yönəldilməsi haqqında bildiriş 15.11.2017-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin 12544 saylı, 13.09.2018-ci il tarixli arayışından görünür ki, “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyətinin 25.08.2014-cü il tarixli, 02R000034105 saylı kredit razılaşması üzrə 12.09.2018-ci il tarixə əsas borcu 1419499,88 ABŞ dolları, faiz borcu 537845,82 ABŞ dolları, cərimə borcu 1091667,93 ABŞ dolları, cəmi borcu 3049013,63 ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin 3827 saylı, 19.02.2019cu il tarixli arayışından görünür ki, “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyətinin 25.08.2014-cü il tarixli, 02R000034105 saylı kredit razılaşması üzrə 19.02.2019-cu il tarixə əsas borcu 1419499,88 ABŞ dolları, faiz borcu 619861,37 ABŞ dolları, cərimə borcu 1318786,43 ABŞ dolları, cəmi borcu 3358147,68 ABŞ dolları təşkil edir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 14.08.2019-cu il tarixli, 8731 nömrəli rəyindən görünür ki, iş materiallarında olan bank tərəfindən təqdim olunmuş maliyyə arayışı məlumatları, cari hesabdan çıxarış məlumatları və İddiaçı qapalı səhmdar cəmiyyəti ilə “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyəti (“Borcalan”) arasında bağlanılmış 25 avqust 2014-cü il tarixli, 02R000034105 saylı kredit razılaşması və həmin razılaşmanın əsasında imzalanmış sazişlərin qeyd edilən şərtləri əsas götürülməklə cavabdeh “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyətinin iddiaçı tərəf İddiaçı qapalı səhmdar cəmiyyətinə 19.02.2019-cu il tarixə (sualda soruşulan tarixə) olan cəmi borcu 1.773.428,13 ABŞ dolları məbləğində, o cümlədən, əsas borc üzrə 1.421.403,08 ABŞ dolları, faiz borcu üzrə 352.025,04 ABŞ dolları müəyyən edilir. Hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 25 avqust 2014-cü il tarixli, 02R000034105 saylı kredit müqaviləsi üzrə bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün cavabdeh “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyətinə sualda soruşulan tarixə cərimə borcu hesablanmadı. İş materiallarında olan “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin 07/03-20/E-03-S saylı, 18.03.2020-ci il tarixli ekspert rəyindən görünür ki, ipoteka predmetləri olan Sumqayıt şəhəri, 30-cu məhəllə 5/13 saylı evin, 27 nömrəli mənzilinin bazar qiyməti 95.000 manat, ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 0,6001 ha torpaq sahəsinin bazar qiyməti 425.000 manat, Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində xüsusi mülkiyyətində olan 1,74757 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 2174.3 kv.m-dən ibarət olan 14 A nömrəli əmlak kompleksinin bazar qiyməti 1.300.000 manat və Sumqayıt şəhəri, Azərbaycan prospekti ünvanında xüsusi mülkiyyətdə olan ümumi sahəsi 92.05 kv.m-dən ibarət olan qeyri-yaşayış binasının bazar qiyməti isə 100.000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.03.2021-ci il tarixli, 2(103)-1964/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı X8 cavabdeh “Access Bank” qapalı səhmdar cəmiyyətinə qarşı zaminlik müqaviləsinə xitam verilməsi tələbinə dair iş üzrə iddiaçı X16 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14.10.2020-ci il tarixli, 2(004)- 4508/2020 saylı qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 01.07.2021-ci il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.03.2021-ci il tarixli, 2(103)-1964/2021 saylı qətnaməsi qanuni qüvvəyə minmişdir. İş materiallarına əlavə edilmiş “Access Bank” qapalı səhmdar cəmiyyətinin 28.10.2021-ci il tarixli ərizəsindən görünür ki, cavabdehlər “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyətinin, X8, X3 və X15 25.08.2014-cü il tarixli, 02R000034105 saylı kredit razılaşması üzrə “Access Bank” qapalı səhmdar cəmiyyətinə olan əsas borcu 1005891,87 ABŞ dolları, faiz borcu 352025,04 ABŞ dolları, cərimə borcu 10000 ABŞ dolları olmaqla, ümumilikdə 1367916,91 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Babək filialı ilə bağlanmış 14.08.2014-cü il tarixli, 02L000012240 saylı kredit xətti müqaviləsinə əsasən “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyətinə 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmış, həmin kredit xətti müqaviləsi üzrə 25.08.2014-cü il tarixli, 02R000034105 saylı kredit razılaşmasına əsasən “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyətinə aylıq 1,125 faiz dərəcəsi olmaqla, 60 ay müddətinə ******* ABŞ dolları kredit verilmiş, həmin razılaşmaya 30.04.2015-ci il tarixli, 02R000034105S saylı, 30.10.2015-ci il tarixli, 02R000034105SA saylı, 30.11.2015-ci il tarixli, 02R000034105SB saylı, 26.02.2016-cı il tarixli, 02R000034105SC saylı, 29.09.2016-cı il tarixli, 02R000034105SD saylı, 18.11.2016-cı il tarixli, 02R000034105SE saylı, 28.11.2016-cı il tarixli, 02R000034105SF saylı, 07.04.2017-ci il tarixli, 02R000034105SG saylı sazişlərlə dəyişiklik edilmişdir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı qapalı səhmdar cəmiyyətinin Babək filialı ilə X16, X12 və X21 arasında bağlanmış 19.08.2014-cü il tarixli zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra edilməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MM-nin 269.1, 269.2 və 269.4-cü maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə görə girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsində göstərilir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” qanunun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2.faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi. 4.1.4.ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1, 34.1.1, 34.1.2-ci maddələrinin mənasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı-əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması və sair hallarda yaranır. “İpoteka haqqında” qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanunun 59-cu maddəsi “İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi” adlanır. Bu baxımdan ipoteka predmeti olan yaşayış sahəsinin boşaldılması ipoteka predmetinə tutma yönəldilməsi prosedurunun ayrılmaz hissəsi kimi nəzərdən keçirilməli və ipoteka saxlayanın müvafiq tələbi olduğu halda bir icraatda həll edilməlidir. Qeyd olunan tələbin ipoteka predmetinə tutma yönəldilməsi prosedurundan ayrılması və yalnız yeni mülkiyyətçinin belə bir iddia tələbi olduğu halda təmin olunması qanunvericiliyin məqsədlərinə zidd olardı. Qanunun 59.4-cü maddəsindən də görünür ki, qanunvericilik həmin maddədə göstərilən halda və müddətdə müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında yaşayış sahəsinin boşaldılması qaydasını müəyyən edir. Göründüyü kimi istinad olunan maddə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini bir ay ərzində tərk etmədikdə yeni məhkəmə aktının qəbul olunmasını istisna edir və məhz tutma yönəldilməsi barədə məhkəmə qərarını həmin şəxslərin yaşayış sahəsindən məcburi çıxarılması əsası kimi müəyyən edir. Qanunun mənasına görə ipoteka predmetinə tutma yönəldilməsi barədə qətnamədə ayrıca göstərilmədiyi halda belə, həmin məhkəmə aktı yaşayış evi satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə onların məcburi çıxarılması üçün əsasdır. “İpoteka haqqında” Qanunun 59-cu maddəsinin yeni redaksiyasına əsasən də həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası MM-nin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyəti ilə “Access Bank” qapalı səhmdar cəmiyyəti arasında bağlanmış 14.08.2014-cü il tarixli, 02L000012240 saylı kredit xətti müqaviləsinə, 25.08.2014-cü il tarixli, 02R000034105 saylı kredit razılaşmasına, 30.04.2015-ci il tarixli, 02R000034105S saylı, 30.10.2015-ci il tarixli, 02R000034105SA saylı, 30.11.2015-ci il tarixli, 02R000034105SB saylı, 26.02.2016-cı il tarixli, 02R000034105SC saylı, 29.09.2016-cı il tarixli, 02R000034105SD saylı, 18.11.2016-cı il tarixli, 02R000034105SE saylı, 28.11.2016-cı il tarixli, 02R000034105SF saylı və 07.04.2017-ci il tarixli, 02R000034105SG saylı sazişlərə xitam verilməsi, cavabdehlər “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyətindən, X7, X2, X13 müştərək qaydada iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinin xeyrinə 352025,04 ABŞ dolları faiz borcunun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 84 manat xidmət haqqının tutulması, tələbin X8 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzilə, X8 mülkiyyətində olan Sumqayıt şəhəri, Azərbaycan prospektində yerləşən 2 girişli, 92,05 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına, X15 mülkiyyətində olan ünvan 2ndə yerləşən 0,6001 ha torpaq sahəsinə, X3 mülkiyyətində olan Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən 1,74757 ha torpaq sahəsi və onun üzərində yerləşən 14 A saylı əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitdən borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 84 manat xidmət haqqının ödənilməsi, ipoteka predmetləri olan Sumqayıt şəhəri, 30-cu məhəllə, 5/13 saylı evin 27 nömrəli mənzilinin ilkin satış qiymətinin 95000 manat, ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 0,6001 ha torpaq sahəsinin ilkin satış qiymətinin 425000 manat, Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində xüsusi mülkiyyətdə olan 1,74757 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 2174.3 kv.metrdən ibarət olan 14 A nömrəli əmlak kompleksinin ilkin satış qiymətinin ******* manat və Sumqayıt şəhəri, Azərbaycan prospekti ünvanında xüsusi mülkiyyətdə olan ümumi sahəsi 92,05 kv.metrdən ibarət olan qeyri-yaşayış binasının ilkin satış qiymətinin isə 100000 manat məbləğində müəyyən edilməsi, açıq hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyətindən, X7, X2, X13 iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinin xeyrinə müştərək qaydada tutulması, X8 mülkiyyətində olan Sumqayıt şəhəri, 30-cu məhəllə, 5/13 saylı evin 27 nömrəli mənzilinə, X15 mülkiyyətində olan ünvan 2ndə 0,6001 ha torpaq sahəsinə, X3 mülkiyyətində olan Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən 1,74757 ha torpaq sahəsi və onun üzərində yerləşən 14 A saylı əmlak kompleksi kimi müəssisəsinə və X8 mülkiyyətində olan Sumqayıt şəhəri, Azərbaycan prospektində yerləşən 2 girişli 92,05 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakların boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, ilk iddia tələbinin qalan hissədə və “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyətinin “Access Bank” qapalı səhmdar cəmiyyətinə qarşı 25.08.2014-cü il tarixli, 02R000034105 saylı krediti razılaşmasının ləğv edilməsi tələbinə dair qarşılıqlı iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cərimənin miqdarını tənasübsüz surətdə yüksək kimi qiymətləndirərək həmin məbləği azaltmışdır. İş materiallarına əlavə edilmiş “Access Bank” qapalı səhmdar cəmiyyətinin 28.10.2021-ci il tarixli ərizəsi ilə müəyyən olunur ki, cavabdehlər “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyətinin, X8, X3 və X15 25.08.2014-cü il tarixli, 02R000034105 saylı kredit razılaşması üzrə “Access Bank” qapalı səhmdar cəmiyyətinə olan əsas borcu 1005891,87 ABŞ dolları təşkil edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə əsas borc məbləğinə aid hissədə dəyişiklik edilməli, cavabdehlər “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyətindən, X7, X2, X13 müştərək qaydada iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinin xeyrinə 1005891,87 ABŞ dolları məbləğində əsas borc tutulmalıdır. İşdən görünür ki, “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyəti qarşılıqlı iddia tələbini Azərbaycan Respublikasının pul vahidi olan manatın ABŞ dollarına nisbətdə məzənnəsinin dəyişməsinə istinad etməklə, bunu şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi və fors major halı olması ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPMnin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, şəraitin dəyişməsinə bərabər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 7 sentyabr 2018-ci il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyətinin qarşılıqlı iddia ərizəsində göstərdikləri fors major halı da deyildir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətində faiz borcunun həddən artıq çox hesablandığını göstərərək azaldılmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Babək filialı ilə bağlanmış 14 avqust 2014-cü il tarixli, 02L000012240 saylı kredit xətti müqaviləsi üzrə 25 avqust 2014-cü il tarixli, 02R000034105 saylı kredit razılaşmasına əsasən “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyətinə ******* ABŞ dolları aylıq 1,125 faiz dərəcəsi olmaqla verilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 14.08.2019-cu il tarixli, 8731 nömrəli rəyi ilə faiz borcunun 352.025,04 ABŞ dolları olduğu müəyyən edilmişdir. Faiz borcunun məhkəmə tərəfindən azaldılması isə qanunvericilikdə nəzərdə tutulmamışdır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətinin digər dəlilləri qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14.10.2020-ci il tarixli, 2(004)-4508/2020 saylı qətnaməsi ilə təkzib olunur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətinin digər dəlillərini əsassız hesab edir. Digər cavabdehlər qətnamə ilə razılaşaraq apellyasiya şikayəti verməmişlər. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsinə əsas borca aid hissədə dəyişiklik edilməli, qətnamə ilk iddianın təmin edilmiş qalan hissələrində və qarşılıqlı iddiaya aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamədə texniki səhv edərək X8 mülkiyyətində olan qeyri yaşayış binasının ünvanını Sumqayıt şəhəri, Azadlıq prospekti kimi göstərmişdir. Həmin qeyri yaşayış sahəsi Sumqayıt şəhəri, Azərbaycan prospektində yerləşir. Buna görə də qətnamədə qeyri yaşayış binasının ünvanı kimi Sumqayıt şəhəri, Azərbaycan prospekti göstərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2(060)-1030/2020 saylı qətnaməsinə əsas borca aid hissədə dəyişiklik edilsin. Cavabdehlər “Azər Süngər” məhdud məsuliyyətli cəmiyyətindən, X7, X2 və X13 müştərək qaydada iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinin xeyrinə 1005891,87 (bir milyon beş min səkkiz yüz doxsan bir dollar 87 sent) ABŞ dolları məbləğində əsas borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutulsun. X1 mülkiyyətində olan qeyri yaşayış binasının ünvanı Sumqayıt şəhəri, Azərbaycan prospekti kimi göstərilsin. Qətnamə ilk iddianın təmin edilmiş qalan hissələrində və qarşılıqlı iddiaya aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-257/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-257/2021
11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver