Məhkəmə qərarları › İş №2(105)-257/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-257/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-257/2025 19.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X8 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-600/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9069 (doqquz min altmış doqquz) manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, o, 15 dekabr 2021-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə X7 ilə evlənmiş, birgə nikahdan onların 15 avqust 2022-ci il tarixdə X6 adlı bir uşaqları doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün Arzu Hacəliyeva ilə boşanmış və nikahları Qusar Rayon Məhkəməsinin 2(029)-602/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. X7 ilə birgə nikahda olduğu və birgə təsərrüfat apardığı dövrdə həmin şəxsin həyat yoldaşının atası onun isə keçmiş qaynatası olan Cavabdeh adına ipoteka ilə ev alınmışdır. Alınmış ev hazırda ləğv prosesində olan "xxxx" ASC-dən kredit vəsaiti götürülməklə alınmış və ev bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Rəsmi sənədlərə əsasən həmin ev keçmiş qaynatası Cavabdeh məxsus olsa da bankın kredit borclarını faktiki olaraq o ödəmişdir. Belə ki, həmin şəxs tərəfindən onun adına 10 noyabr 2021-ci il tarixli, reyestrdə 7E-18757 nömrəsi ilə qeyd edilmiş etibarnamə verilmiş və həmin etibarnamə əsasında onun tərəfindən "xxxx" ASC-nin **********00006AZM03 saylı hesabına 06 dekabr 2021-ci il tarixdə 973 (doqquz yüz yetmiş üç) manat, 07 yanvar 2022ci il tarixdə 973(doqquz yüz yetmiş üç) manat, 08 fevral 2022-ci il tarixdə 973 (doqquz yüz yetmiş üç) manat, 09 mart 2022-ci il tarixdə 800 (səkkiz yüz) manat, 11 mart 2022-ci il tarixdə 970 (doqquz yüz yetmiş) manat, 07 aprel 2022-ci il tarixdə 990 (doqquz yüz doxsan) manat, 08 iyun 2022-ci il tarixdə 800 (səkkiz yüz) manat, 16 iyul 2022-ci il tarixdə 900 (doqquz yüz) manat, 22 avqust 2022-ci il tarixdə 990 (doqquz yüz doxsan) manat və 20 sentyabr 2022-ci il tarixdə 700 (yeddi yüz) manat olmaqla, ümumilikdə 9069 (doqquz min altmış doqquz) manat məbləğində pul köçürülmüşdür. Həmin pul vəsaitlərini o, alınmış evi keçmiş həyat yoldaşı Arzu ilə özünün şəxsi əmlakı zənn etməklə ödəmişdir. Çünki ailədaxili razılaşmaya əsasən həmin ev məhz onun ailəsinin yaşaması məqsədi ilə alınmışdır. Lakin, Arzu Hacəliyeva ilə aralarında mübahisələr yarandığından və daha sonra isə onunla boşandığından keçmiş qaynatası alınmış həmin evin ona heç bir aidiyyətinin olmadığını, evdən ona hər hansı pay verməyəcəyini bildirmişdir. Bundan sonra o, cavabdehə həmin evin alınması üçün "xxxx" ASC-dən götürülmüş kreditə görə ümumilikdə 9069 (doqquz min altmış doqquz) manat məbləğində pul köçürüldüyünü bildirərək həmin pulun qaytarılmasını tələb etsə də həmin şəxs bundan imtina etmişdir. Bununla da o, keçmiş qaynatası Cavabdeh özünün üstün mövqeyindən, yəni evə dair rəsmi sənədlərin özünün adına olmasından istifadə etməsi nəticəsində həm nəzərdə tutduğu evdən, həm də ödədiyi pul vəsaitlərindən məhrum olmuşdur. Göründüyü kimi Cavabdeh onun qızı Arzu Hacəliyeva ilə ailə münasibətlərinin pozulmasından sui-istifadə etməklə ipoteka ilə alınmış evə görə onun əvəzinə banka ödədiyi pulları qaytarmamaqla heç bir qanuni əsas olmadan onun hesabına əsassız olaraq varlanmış və bununla da həmin şəxsin onun qarşısında öhdəliyi əmələ gəlmişdir. Odur ki, onun tərəfindən Cavabdeh adına olan kreditin qaytarılması məqsədi ilə ödənilmiş 9069 (doqquz min altmış doqquz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq ona qaytarılmalıdır.

3. Cavabdeh etiraz ərizəsi təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, həqiqətən də iddia ərizəsində göstərildiyi kimi cavabdehin qızı X7 İddiaçı ilə faktiki olaraq 2021-ci ilin avqust ayında evlənərək, nikahlarını da rəsmi qaydada 15 dekabr 2021-ci il tarixdə rəsmiləşdirmiş və birgə nikahdan onların 15 avqust 2022-ci ildə X6 adında bir qız uşaqları doğulmuş, sonra da münasibətləri pozulduğu üçün ayrılmış, Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-602/2023 nömrəli qətnamə əsasında da nikahları pozulmuşdur. Həmin dövrdə də Cavabdeh tərəfindən bir valideyn kimi yeni ailə qurmuş qızına kömək məqsədilə, gələcəkdə onlara vermək üçün "xxxx" ASC-dən kredit götürərək Abşeron rayonun Xırdalan şəhərində 2 otaqlı ev alınmış, özü Qusar rayonunda yaşadığına görə bank ödənişlərinin həyata keçirilməsi məqsədilə 10 noyabr 2021-ci il tarixdə, keçmiş kürəkəni-hazırkı iş üzrə İddiaçı adına etibarnamə verilmiş, həmin etibarnamə əsasında da İddiaçı tərəfindən 2021-2022-ci illərdə Cavabdeh adından "xxxx" ASC-nə bir neçə dəfə ödənişlər həyata keçirilmişdir. İddia ərizəsində göstərilən, İddiaçı tərəfindən Cavabdeh adından "xxxx" ASC-nə edilmiş 9069 manat dəyərində ödənişlərdən təxminən 5000 manat pul, həmin dövrdə bank ödənişlərinin həyata keçirilməsi məqsədilə Cavabdeh tərəfindən özünə məxsus Kapital Bankdakı birbank kartlarından İddiaçı Paşa Bankdakı **********767770 №-li kart hesabına köçürülmüşdür. Evin ipoteka ödənişləri kimi Banka köçürülmüş qalan təxminən 4000 manat pul da qızı Arzu Hacəliyeva ilə İddiaçı birgə nikah dövründə qazandıqları puldur ki, bunun da əhəmiyyətli hissəsi Cavabdeh tərəfindən müxtəlif vaxtlarda qızına köməklik məqsədilə verilmiş puldur. Ona görə də İddiaçı tərəfindən Cavabdeh yalnız, X7 ilə birgə nikah dörvündə əldə etdikləri pulun yarısı yəni, 2035 manat pul tələb oluna bilər və Cavabdeh da həmin 2035 (iki min otuz beş) manat məbləği iddiaçıya ödəməyə hazırdır və həmin hissədə iddia tələbini qəbul edir. Ona görə də hazırkı iş üzrə İddiaçı iddiası, Cavabdeh 2035 (iki min otuz beş) manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi hissəsində təmin olunmalı və qalan hissədə isə rədd edilməlidir. Hazırkı iş üzrə İddiaçı iddiası, Cavabdeh 2035 (iki min otuz beş) manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi hissəsində təmin olunması və qalan hissədə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

4. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-600/2024 nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddia təmin edilmiş, Cavabdeh 9069 (doqquz min altmış doqquz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Yüzbəyov X1 Arzu Şəmsi qızı ilə birgə nikahda olduğu və birgə təsərrüfat apardıqları dövrdə X2 atası iddiaçının keçmiş qaynatası olan iş üzrə Cavabdeh adına ipoteka ilə ev alınmışdır. Alınmış ev hazırda ləğv prosesində olan "xxxx" ASC-dən kredit vəsaiti götürülməklə alınmış və ev bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Rəsmi sənədlərə əsasən həmin ev Cavabdeh məxsus olsa da bankın kredit borclarını faktiki olaraq İddiaçı ödəmişdir. İddiaçı tərəfindən "xxxx" ASC-nin **********00006AZM03 saylı hesabına 06 dekabr 2021-ci il tarixdə 973 (doqquz yüz yetmiş üç) manat, 07 yanvar 2022-ci il tarixdə 973 (doqquz yüz yetmiş üç) manat, 08 fevral 2022ci il tarixdə 973 (doqquz yüz yetmiş üç) manat, 09 mart 2022-ci il tarixdə 800 (səkkiz yüz) manat, 11 mart 2022-ci il tarixdə 970 (doqquz yüz yetmiş) manat, 07 aprel 2022-ci il tarixdə 990 (doqquz yüz doxsan) manat, 08 iyun 2022-ci il tarixdə 800(səkkiz yüz) manat, 16 iyul 2022-ci il tarixdə 900(doqquz yüz) manat, 22 avqust 2022-ci il tarixdə 990 (doqquz yüz doxsan) manat və 20 sentyabr 2022-ci il tarixdə 700 (yeddi yüz) manat olmaqla, ümumilikdə 9069 (doqquz min altmış doqquz) manat məbləğində pul köçürülmüşdür.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-600/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, ondan 2035 manat pulun tutulub iddiaçıya ödəməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 8.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun qızı Arzu İddiaçı ilə faktiki olaraq 2021-ci ilin avqust ayında evlənməklə, nikahlarını da rəsmi qaydada 15 dekabr 2021-ci il tarixdə rəsmiləşdirmiş və birgə nikahdan onların 15 avqust 2022-ci ildə X6 adında bir qız uşaqları doğulmuş, sonra da münasibətləri pozulduğu üçün ayrılmış, Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-602/2023 №-li qətnamə əsasında da nikahları pozulmuşdur. Həmin dövrdə də onun tərəfindən bir valideyn kimi yeni ailə qurmuş qızına kömək məqsədilə, gələcəkdə onlara vermək üçün "xxxx" ASC-dən kredit götürərək Abşeron rayonun Xırdalan şəhərində 2 otaqlı ev alınmış, özü Qusar rayonunda yaşadığına görə bank ödənişlərinin həyata keçirilməsi məqsədilə 10 noyabr 2021-ci il tarixdə, İddiaçı adına etibarnamə verilmiş, həmin etibarnamə əsasında da İddiaçı tərəfindən 2021-2022-ci illərdə onun adından "xxxx" ASC-nə bir neçə dəfə ödənişlə həyata keçirilmişdir. Həmin dövrdə İddiaçı tərəfindən onun adından "xxxx" ASC-yə 9069 manat dəyərində ödəniş edilmiş, həmin pulun da təxminən 5000 manatı bank ödənişlərinin həyata keçirilməsi məqsədilə onun tərəfindən özünə məxsus Kapital Bankdakı birbank kartlarından İddiaçı Paşa Bankdakı **********767770 №-li kart hesabına köçürülmüşdür. Evin ipoteka ödənişləri kimi Banka köçürülmüş qalan təxminən 4000 manat pul da qızı Arzu Hacəliyeva ilə İddiaçı birgə nikah dövründə qazandıqları puldur ki, bunun da əhəmiyyətli hissəsi, yenə də onun tərəfindən müxtəlif vaxtlarda qızına köməklik məqsədilə verilmiş puldur. İddiaçı tərəfindən ondan yalnız, X7 ilə birgə nikah dörvündə əldə etdikləri pulun yarısı – yəni, 2035 manat pul tələb oluna bilər və həmin 2035 (iki min otuz beş) manat məbləği iddiaçıya ödəməyə hazırdır və həmin hissədə iddia tələbini qəbul edir. Azərbaycan Respublikasının qanunvericiliyinə görə də birgə nikah dövründə ər-arvadın əldə etdikləri əmlak da onların ümumi birgə mülkiyyəti sayılır və hazırkı iş üzrə İddiaçı tərəfindən ondan tələb olunan pul da X7 ilə birgə nikah dörvündə əldə etdikləri vəsait olduğundan həmin məbləğin yarısı X3 məxsusdur ki, həmin hissədə İddiaçı iddiası təmin oluna bilməz. Əks halda da bu X2 hüquq və vəzifələrinə təsir edə biləcək bir haldır. Birinci instansiya məhkəməsi isə iş üzrə X4 iş üzrə üçüncü şəxs qismində cəlb etməmiş və bu barədə iddiaçı tərəfindən verilmiş vəsatəti də təmin etməmişdir. Bundan başqa məhkəmə tərəfindən onun tərəfindən, özünə məxsus Kapital Bankdakı birbank kartlarından İddiaçı Paşa Bankdakı **********767770 №-li kart hesabına köçürülmüş pul vəsaitlərinin araşdırılması üçün heç bir hərəkət edilməmiş və onun bu barədə məlumat alınması üçün "xxxx" İdarə Heyətinə məhkəmə sorğusu göndərilməsinə dair vəsatətlər də əsassız olaraq təmin edilməmişdir. İddiaçı tərəfindən ondan tələb olunan pul da, X7 ilə birgə nikah dörvündə əldə etdikləri vəsait olduğundan həmin məbləğin yarısı X3 məxsusdur ki, həmin hissədə İddiaçı iddiası təmin oluna bilməz. Əks halda da bu X2 hüquq və vəzifələrinə təsir edə biləcək bir haldır. "xxxx" İdarə Heyətinə vəkil tərəfindən müvafiq sorğu göndərilmiş, Bankın sorğuya cavab olaraq göndərdiyi xx.xx.2024-cü il tarixli, PB-OUT-04969-2024/3 saylı məktubundan da görünür ki, Azərbaycan Respublikasının “Banklar haqqında” Qanunun 41.2 maddəsinə əsasən bank sirrini təşkil edən məlumatlar müştərinin özünə və səlahiyyətli nümayəndəsinə, habelə müştərinin yazılı razılığı ilə üçüncü şəxslərə verilir. Müştərinin yazılı razılığı olmadan bank sirrini təşkil edən məlumatlar bank tərəfindən digər şxslərə yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda verilir. Bununla əlaqədar iş üzrə tərəfindən, özünə məxsus Kapital Bankdakı birbank kartlarından 2021-ci ilin noyabr ayından 2022-ci ilə kimi olan dövrdə İddiaçı Paşa Bankdakı **********767770 №-li kart hesabına köçürülmüş pul vəsaitləri barədə məlumat alınması üçün "xxxx" İdarə Heyətinə məhkəmə sorğusu göndərilməsi barədə xx.xx.2024-cü il tarixdə məhkəmədə yenidən vəsatət qaldırılaraq Bankın cavab məktubu təqdim olunsa da, həmin vəsatət də məhkəmə tərəfindən təmin olunmamışdır. Halbu ki, iddiaya etirazında, eləcə də məhkəmədə verdiyi izahatında göstərilmişdir ki, İddiaçı tərəfindən onun adından ödənilmiş 9000 manat pulun yarısı, təxminən 5000 manatı onun tərəfindən iddiaçının kartına göndərilmişdir. Bu faktın dəqiq araşdırılması üçün də Banka müvafiq sorğu göndərilməli idi ki, məhkəmə bu barədə vəsatəti təmin etməmişdir. Göründüyü kimi hazırkı işə baxan birinci instansiya məhkəməsi tərəfindən yuxarıda sadalanan prosessual-nüquq normalarının tələblərini pozaraq, iş üzrə üçüncü şəxs qismində cəlb olunmalı olan X4 işə cəlb edilməmiş, cavabdeh tərəfindən müstəqil əldə etmək imkanı olmayan sübutları tələb etmək barədə vəsatət təmin olunmamış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmiş, işin baxılmasının yekununa dair qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmamış və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmamışdır ki, həmin maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi də məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı ilə övladı ailə qurduqdan sonra iddiaçının atası bildirmişdir ki, övladları kirayə ev tutub yaşasınlar. Ona razı olmamış, evin ilkin ödənişi edərək ev almışdır. İddiaçıya etibarnamə vermişdir ki, onun adından kredit müqaviləsi üzrə borcu ödəsin. İddiaçının özünün ödədiyi ödənişlərlə yanaşı, onun göndərdiyi pullar üzrə də ödənişlər edilmişdir.

12. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, təmsil etdiyi şəxs Qusar rayonunda yaşayır, hər dəfə pul ödəmək üçün uzaq məsafəyə getməmək üçün kürəkəninə etibarnamə vermiş, ödənişi onun vasitəsilə həyata keçirmişdir. Cavabdeh bank hesabından çıxarışın əldə olunması ilə əlaqədar "xxxx" ASC-yə müraciət etmiş, lakin ona çıxarış təqdim olunmamış, eyni zamandan bu məsələ ilə əlaqədar rəsmi cavab alınmamışdır. "xxxx" ASC-dən imtina ilə bağlı rəsmi cavab almışdır. Cavabdeh birbank vasitəsilə ödəniş etdiyini bildirir. Cavabdeh iddiaçının kart hesabına pul göndərmiş, amma hansı bank hesabı vasitəsilə göndərdiyini xatırlamamışdır. Ona görə də "xxxx" ASC-yə sorğu verməmişdir. Təmsil etdiyi şəxsin bir neçə bank hesabı var, hansı ilə ödədiyini xatırlamır. İddiaçı tərəfindən cavabdehin əvəzinə 4000 manat pul ödənilib, onun da 2000 manat hissəsi cavabdehin qızı ilə iddiaçının birgə nikah dövründə əldə edilmiş əmlak hesabına ödənilib, üçüncü şəxs kimi cəlb edilmiş cavabdehin qızı özünə düşən payı atasından tələb etmir, bu səbəbdən cavabdehdən 2000 manat tutulmasına etiraz etmirlər.

13. Məhkəmə kollegiyasının iclasında İddiaçı bildirdi ki, evin ilkin ödənişini cavabdeh edib. Razılşamışlar ki, ilkin ödənişi o verəcək, ödəniş bitdikdən sonra evi onun adına keçirəcəkdir. Boşanmaya qədər kredit ödənişlərini etibarnamə əsasında hər ay 975 manat ödənişi özü edib. Həmin vaxtlar Ələt qəsəbəsində dəniz limanında işləmiş, bonusla birgə 600-700 manat əmək haqqı almışdır. Həmçinin, hər ay atası 300 manat kömək üçün pul göndərib. Yaşayış üçün ərzaq, digər bazarlıq məhsulları onun və ya üçüncü şəxsin valideynləri tərəfindən rayondan göndərilmişdir. Bunun əsasında da ödənişləri etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iddiaçınn nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, qətnamə qanuni və əsaslıdır. Cavabdehin vəkilinin X2 üçüncü şəxs qismində işə cəlb edilməsi ilə bağlı vəsatəti əsassızdır və təmin olunmamalıdır. Cavabdeh mübahisəni həmin vəsaitin birgə nikah dövründə aid olması ilə əlaqələndirmişdir. Pul vəsaiti iddiaçı tərəfindən birbaşa etibarnamə ilə öz adından köçürülmüş, banka və Əmanətlərin Sığortalanması Fonduna sorğu ünvanlanmış, təsdiq olunmuşdur ki, həqiqətən də iddiaçı 9609 manat pul vəsaitini cavabdeh tərəfindən verilmiş etibarnamə əsasında təmsil etdiyi şəxs öz adından köçürmüşdür. Birinci instansiya məhkəməsində cavabdeh bunu etiraf etmiş, razılaşmadığı məqam ondan ibarət olmuşdur ki, məbləğin müəyyən hissəsini cavabdeh ödəsə də işi iddiaçı icra etmişdir. Məhkəməyə təqdim etdiyi sənədlərdə konkret müqavilə və təyinat qeyd olunmuşdur. Cavabdeh "xxxx" vasitəsilə iddiaçıya müəyyən məbləği göndərdiyini bildirsə də, bu halda belə hansı məqsədlə göndərdiyi qeyri-müəyyən qalmışdır. Birgə nikah dörvündə əldə edilən pulun yarısının tələb olunması ilə bağlı iddiaya münasibətdə onu deyə bilər ki, qarşı tərəf bu barədə yalnız vəsatət vermiş, birinci instansiya məhkəməsində qarşılıqlı iddia qaldırmamış, həminin qeyd oluna məbləğin birgə nikah dövründə əldə olunmasına dair hər hansı sübut təqdim olunmamışdır. Cavabdeh tərəfindən təmsil etdiyi şəxsə hər hansı bir məbləğdə ödəniş edilmiş olsa da onun konkret hansı məqsədlə ödənildiyi məlum deyil, çünki qarşı tərəf qızının ailəsinə maddi yardım məqsədilə də pul göndərdiyini bildirib. Cavabdehin vəsatətində qeyd edlənlərlə izahatında ziddiyyətlər var. Vəsatətdə kart vasitəsi ilə 5000 manat göndərildiyini, izahatında isə 4000 manat göndərdiyini bildirir. Təmsil etdiyi şəxsin atası hər ay kömək üçün 300 manat pulu ona məxsus karta göndərmişdir. Həmin pul da kreditin ödənişinə istifadə edilib. Sorğuya verilmiş cavabda da hər hansı məbləğdə pulun köçürülməsi təsdiqini tapmır. İddiaçı tərəfindən 9069 manat ödəniş edilib, ev cavabdehə məxsusdur. Bu səbəbdən həmin məbləğ də cavabdehdən tələb edilir. Həmin məbləğin yarısının cavabdehin qızına məxsus olması barədə tələb irəli sürülməyib. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş edir.

15. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 bildirdi ki, evin krediti ilə bağlı ödənilmiş məbləğlər iddiaçı ilə birgə nikahda olduğu dövrdə olduğundan həmin məbləğlərin yarısı ona məxsusdur. Həmin hissənin atasından tələb edilməməsini istəyir.

İşdə olan sübutlar

16. AZ-İ 472681 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X5 nikahları 17 yanvar 2024-cü il tarixdə pozulmuşdur.

17. Ödəniş qəbzlərinin surətlərindən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin **********00006AZM03 saylı hesabına 06 dekabr 2021-ci il tarixdə 973(doqquz yüz yetmiş üç) manat, 07 yanvar 2022-ci il tarixdə 973(doqquz yüz yetmiş üç) manat, 08 fevral 2022ci il tarixdə 973 (doqquz yüz yetmiş üç) manat, 09 mart 2022-ci il tarixdə 800 (səkkiz yüz) manat, 11 mart 2022-ci il tarixdə 970 (doqquz yüz yetmiş) manat, 07 aprel 2022-ci il tarixdə 990 (doqquz yüz doxsan) manat, 08 iyun 2022-ci il tarixdə 800(səkkiz yüz) manat, 16 iyul 2022-ci il tarixdə 900(doqquz yüz) manat, 22 avqust 2022-ci il tarixdə 990 (doqquz yüz doxsan) manat və 20 sentyabr 2022-ci il tarixdə 700 (yeddi yüz) manat olmaqla, ümumilikdə 9069 (doqquz min altmış doqquz) manat məbləğində pul köçürülmüşdür.

18. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, PB-OUT-00526-2025/2 nömrəli məktubdan görünür ki, qərardadda qeyd olunan kart hesabı İddiaçı Sarvan oğluna məxsus deyildir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi

385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarılmalıdır.

20. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

Maddə 32. Ər-arvadın birgə mülkiyyəti 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

21. Mülki Prosessual Məcəllə

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

22. Məhkəmə kollegiyası tərəfindən Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-600/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən, yəni cavabdehdən tutulan pulun məbləği hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-600/2024 nömrəli qətnaməsi Cavabdeh 9069 (doqquz min altmış doqquz) manat məbləğində pul vəsaitinin alınması hissəsində dəyişdirilməli, cavabdehdən tutulan pulun məbləği 4534,5 manat müəyyən edilməlidir.

24. Belə ki, iddiaçı ilə cavabdehin qızının birgə nikah dövründə kredit müqaviləsi üzrə götürülmüş borcla cavabdehin mülkiyyətinə keçməklə mənzilin alınması və nikah dövründə iddiaçı tərəfindən mənzilə görə ümumilikdə 9069 manat kredit müqaviləsi üzrə ödənişin edilməsi işin mübahisəsiz halıdır.

25. Cavabdeh qeyd edilən məbləğin 5000 manat hissəsinin özü tərəfindən iddiaçıya məxsus karta köçürülməsini bildirsə də qeyd edilən halı təsdiq edəcək sübutlar təqdim etməmişdir. Eyni zamanda cavabdehin vəsatəti əsasında pulun göndərildiyi bank kartının iddiaçıya məxsus olub-olmaması barədə məhkəmə tərəfindən sorğu verilmiş, lakin bank tərəfdən verilmiş cavaba əsasən cavabdehin pul göndərdiyini qeyd etdiyi **********767770 nömrəli kart hesabı İddiaçı Sarvan oğluna məxsus olmamışdır. Belə olan halda ödənilmiş ümumi məbləğin 5000 manat hissəsinin cavabdeh tərəfindən iddiaçıya göndərilməsi öz təsdiqini tapmadığından ödənilmiş 9069 manatın cavabdehin öz vəsaiti hesabına aparılması təsdiq edilmişdir.

26. Bununla yanaşı məhkəmə kollegiyasının iclasına müəyyən edilmişdir ki, iddiaçı tərəfindən banka ödənilmiş 9069 manat məbləğ cavabdehin qızı, üçüncü şəxs qismində işə cəlb edilmiş X7 ilə birgə nikah dövründə, onların ümumi qazancları hesabına əldə edilmiş pul vəsaiti olmuşdur. Belə ki, iddiaçı ödəniş etdiyi məbləğin təxminən 600-700 manatını aldığı əmək haqqı, 300 manatının isə atasının ona, dolayısı ilə ailəsinə bağışladığı pul vəsaiti hesabına həyata keçirdiyini bildirmişdir. Ailə Məcəlləsinin 32-ci maddəsinən tələbləri baxımından isə məbləğin yarısı üçüncü şəxs X3 məxsus olduğundan, eləcə də üçüncü şəxs ödənilmiş məbləğdən ona aid hissəsinin atasından tutulmamasını bildirdiyindən, birinci instansiya məhkəməsinin ödənilmiş pul məbləğinin hamısının cavabdehdən tutulmalı olması ilə bağlı gəldiyi nəticə əsassız olmuşdur. Hərçənd ki, həmin məbləğin yarı hissəsi, yəni 4534,5 manat hissəsi birgə nikah dövründə əldə edilmiş gəlir qismində üçüncü şəxsə məxsus olmuşdur.

27. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-600/2024 nömrəli qətnaməsi Cavabdeh 9069 (doqquz min altmış doqquz) manat məbləğində pul vəsaitinin alınması hissəsində dəyişdirilməli, cavabdehdən tutulan pulun məbləği 4534 ( dörd min beş yüz otuz dörd) manat, 50 (əlli) qəpik müəyyən edilməlidir.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-600/2024 nömrəli qətnaməsi dəyişdirilsin. İddia qismən təmin edilsin. Cavabdeh 4534,50 manat (dörd min beş yüz otuz dörd manat, 50 qəpik) manat və ödənilmiş dövlət rüsumunun 55 (əlli beş) manatı alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar