Məhkəmə qərarları › İş №2(105)-2577/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2577/2020

23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2577/2020 23.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X4, iddiaçı Cavabdeh9 vəkili X8, Cavabdeh14 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(012)-350/2019 saylı qətnaməsindən X16 Əlövsət oğlu və cavabdehlər Cavabdeh10 Rafiq oğlu, Cavabdeh9, Cavabdeh14, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2, Cavabdeh15 və Cavabdeh7 verdiyi apelyasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ET Dİ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(012)-350/2019 saylı qətnaməsi ilə (hakim C.Səfiyeva) X16 Əlövsət oğlunun cavabdehlər AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə, Cavabdeh13, Cavabdeh9, Cavabdeh14, Cavabdeh8, Cavabdeh11, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh12, Cavabdeh10, Cavabdeh15, Cavabdeh8, Cavabdeh7, Cavabdeh17, Cavabdeh18, X9, Cavabdeh20 və maraqlı şəxslər Abşeron rayonu 1 saylı Notariat Kontoru, Abşeron rayonu 2 saylı Notariat Kontoruna qarşı “alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi, torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılaraq ona təhvil verilməsi” tələbinə dair iddia tələbi qismən təmin edilib, Azərbaycan Respublikası Əmlak Məsələlələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən X3 adına verilmiş xx xxxxxx 2013-cü il tarixli ******* saylı çıxarış qismən yəni iddiaçının mülkiyyətində olan torpaq sahəsinə düşən hissədə ləğv edilməsi, bu əsasla Cavabdeh13 ilə Cavabdeh9 arasında Abşeron rayonu 2 saylı Notariat Kontorunda bağlanmış xx xxxx 2013- cü il tarixli AN İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin qismən (X14 aid hissə istisna olunmaqla) etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh9 adına verilmiş çıxarışın (X14 aid hissə istisna olunmaqla) qismən ləğv edilməsi, Cavabdeh13 ilə Cavabdeh10 Rafiq oğlu arasında bağlanmış xx xxxx 2013-cü il tarixli AN–İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, Cavabdeh10 Rafiq oğlunun adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* saylı xx.xx.2013-cü il tarixli çıxarış və reyestr nömrəsi **********74 olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, Cavabdeh9 ilə Cavabdeh4 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsi etibarsız hesab edilməsi və Cavabdeh4 adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* saylı xx.xx.2014-cü il tarixli çıxarış və reyestr nömrəsi **********76 olan torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, Cavabdeh9 ilə Cavabdeh7 və X11 ilə Abşeron rayonu 2 saylı NK-da təsdiq edilən xx xxxxxx 2013-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X5 adına DƏDRX tərəfindən xx.xx.2014 tarixli ******* reyestr saylı və Cavabdeh5 adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* saylı xx.xx.2015-ci il tarixli çıxarış və reyestr nömrəsi **********78 olan Torpaq sahəsinin planı və ölçüsü sənədi, Cavabdeh7 xx.xx.2014 tarixli ******* reyestr saylı çıxarışın ləğv edilməsi, Cavabdeh7 ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh3 adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* saylı xx.xx.2015-ci il tarixli çıxarış və reyestr nömrəsi **********18 olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, Cavabdeh7 ilə Cavabdeh15 arasında bağlanan xx xxxxxx 2014-cü il tarixli, AN-İ ******* reyestr saylı Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinə alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh15 adına həmin torpaq sahəsinə DƏDRX tərəfindən xx.xx.2015-ci il tarixli, ******* saylı çıxarışın, plan sxemin ləğv edilməsi, X19 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən seriya RX ******* saylı xx.xx.2015-ci il tarixli çıxarış və reyestr nömrəsi **********15 olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, X11 ilə Cavabdeh12 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh12 adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* saylı xx.xx.2015-ci il tarixli çıxarış və reyestr nömrəsi **********17 olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, Cavabdeh9 ilə Cavabdeh6 arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsi etibarsız hesab edilməsi, Cavabdeh6 adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* saylı xx.xx.2013-cü il tarixli çıxarış və reyestr nömrəsi **********15 olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, Cavabdeh17, Cavabdeh18 və X9 ilə Cavabdeh11 və Cavabdeh20 Musurza qızı arasında bağlanan AN-İ № ******* saylı xx xxxx 2014-cü il tarixli alq-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh11 adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* saylı xx.xx.2014-cü il tarixli çıxarış və reyestr nömrəsi **********58 olan Torpaq sahəsinin planı və ölçüsü sənədi, Cavabdeh20 Musurza qızının adına DƏDRX-də aparılan sənədləşmənin ləğv edilməsi, Cavabdeh20 Musurza qızı ilə Cavabdeh8 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi və DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh8 adına verilmiş seriya RX ******* saylı xx.xx.2015-ci il tarixli çıxarış və reyestr nömrəsi **********59 olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, Yolçuyev Bəhram Əlövsət oğluna məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,67 ha torpaq sahəsində Cavabdeh8, Cavabdeh11, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh12, Cavabdeh10 və Cavabdeh9 tərəfindən aparılmış tikililərin onların öz vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətinin bərpa olunması və torpaq sahəsi boşaldılaraq Yolçuyev Bəhram Əlövsət oğluna təhvil verilməsi qət edilmişdir. Abşeron Rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindəki yanlışlığın aradan qaldırılması, iddiaçının ata adı Əlövsət yox, Qasım kimi, habelə qətnamənin giriş hissəsində iddia tələbinin digər hissələri ilə yanaşı “Cavabdeh9 ilə Cavabdeh7 arasında bağlanan alqı-satqı müqaviləsinin və onun nəticələrinin, Məmmədov X10 Arzu Arif qızı arasında bağlanan xx xxxxxx 2014-cü il tarixli, AN-İ ******* reyestr saylı Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinə alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, Cavabdeh15 adına həmin torpaq sahəsinə DƏDRX tərəfindən xx.xx.2015-ci il tarixli, ******* saylı çıxarış, plan sxemin ləğv edilməsini, Cavabdeh9 ilə Cavabdeh7 və X11 ilə Abşeron rayonu 2 saylı NK-da təsdiq edilən xx xxxxxx 2013-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilməsini, X6 adına DƏDRX tərəfindən xx.xx.2014-cü il tarixli ******* reyestr saylı və Cavabdeh5 adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* saylı xx.xx.2015-ci il tarixli çıxarış və reyestr nömrəsi **********78 olan torpaq sahəsinin planı və ölçüsü sənədi, Cavabdeh7 xx.xx.2014 tarixli, ******* reyestr saylı çıxarış ləğv edilməsini” hissəsi də göstərilməklə oxunması qərara alınmışdır. X16 Əlövsət oğlu apelyasiya şikayəti verib, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, iddia ərizəsinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh10, Cavabdeh9, Cavabdeh14, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2, Cavabdeh15 və Cavabdeh7 birgə qaydada apelyasiya şikayəti verib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsini xahiş etmişlər. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)- 2895Ə/2019 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilib, Cavabdeh13 adına verilmiş xx xxxxxx 2013-cü il tarixli ******* saylı çıxarışın qismən etibarsız hesab edilməsi, Cavabdeh13 ilə Cavabdeh9 arasında Abşeron rayonu 2 saylı Notariat Kontorunda bağlanmış xx xxxx 2013-cü il tarixli AN İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh9 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh13 ilə Cavabdeh10 Rafiq oğlu arasında bağlanmış xx xxxx 2013-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və Cavabdeh10 Rafiq oğlunun adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* saylı xx.xx.2013-cü il tarixli çıxarış və reyestr nömrəsi **********74 olan torpaq sahəsinin planı və ölçü sənədinin etibarsız hesab edilməsi, Cavabdeh9 ilə X20 arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli AN- İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və X12 adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* saylı xx.xx.2015-ci il tarixli çıxarış və reyestr nömrəsi **********75 olan torpaq sahəsinin planı və ölçü sənədinin etibarsız hesab edilməsi, Cavabdeh9 ilə Cavabdeh4 arasında bağlanmış xx xxxxx 2014- cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və Cavabdeh4 adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* saylı xx.xx.2014-cü il tarixli çıxarış və reyestr nömrəsi **********76 olan torpaq sahəsinin planı və ölçü sənədinin etibarsız hesab edilməsi, Cavabdeh20 Musurza qızı ilə Cavabdeh8 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh8 adına verilmiş seriya RX ******* saylı xx.xx.2015-ci il tarixli çıxarış və reyestr nömrəsi **********59 olan torpaq sahəsinin planı və ölçü sənədinin etibarsız hesab edilməsi, Cavabdeh7 ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və Cavabdeh3 adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* saylı xx.xx.2015-ci il tarixli çıxarış və reyestr nömrəsi **********18 olan torpaq sahəsinin planı və ölçü sənədinin etibarsız hesab edilməsi, Cavabdeh5 Fərman oğlu ilə Cavabdeh12 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və Cavabdeh12 adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* saylı xx.xx.2015-ci il tarixli çıxarış və reyestr nömrəsi **********17 olan torpaq sahəsinin planı və ölçü sənədinin etibarsız hesab edilməsi, Cavabdeh5 Fərman oğlunun adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* saylı xx.xx.2015-ci il tarixli çıxarış və reyestr nömrəsi **********78 olan torpaq sahəsinin planı və ölçü sənədi etibarsız hesab edilmiş, Cavabdeh15 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və Cavabdeh2 adına DƏDRXnin 4 saylı Ərazi İdarəsi tərəfindən seriya RX ******* saylı xx.xx.2015-ci il tarixli çıxarış və reyestr nömrəsi **********15 olan torpaq sahəsinin planı və ölçü sənədinin etibarsız hesab edilməsi, Cavabdeh9 ilə Cavabdeh7 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi və Cavabdeh7 adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış, torpaq sahəsinin planı və ölçüsü sənədi etibarsız hesab edilmiş, Cavabdeh7 ilə Cavabdeh15 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi və Cavabdeh15 adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış, torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi, Cavabdeh9, Cavabdeh7 və X11 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqavilələrinin və adlarına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış, torpaq sahəsinin planı və ölçü sənədlərinin etibarsız hesab ediləsi, Cavabdeh9 ilə Cavabdeh6 arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və Cavabdeh6 adına DƏDRXnin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* saylı xx.xx.2013-cü il tarixli çıxarış və reyestr nömrəsi **********15 olan torpaq sahəsinin planı və ölçü sənədinin etibarsız hesab edilməsi, Cavabdeh11 adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* saylı xx.xx.2014-cü il tarixli çıxarış və reyestr nömrəsi **********58 olan torpaq sahəsinin planı və ölçüsü sənədi və Cavabdeh20 adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış və torpaq sahəsinin planı və ölçü sənədinin etibarsız hesab edilməsi, X17 Əlövsət oğluna məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,67 ha torpaq sahəsində cavabdehlər Cavabdeh8, Cavabdeh11, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh12, Cavabdeh10, Cavabdeh15, X20 və Cavabdeh9 tərəfindən aparılmış tikililər onların öz vəsaiti hesabına sökülərək əvvəlki vəziyyəti bərpa olunması və torpaq sahəsi boşaldılaraq Yolçuyev Bəhram Əlövsət oğluna təhvil verilməsi, cavabdehlər Cavabdeh10, Cavabdeh9, X11, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh15 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22) hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən Cavabdeh9 kasssiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-3433/2020 saylı qərarı ilə Cavabdeh9 kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi kassatorun mübahisələndirdiyi hissədə (Cavabdeh13 adına verilmiş çıxarışın etibarsız hesab olunması, onun Cavabdeh9 satmış olduğu torpaq sahəsinə dair əqdin etibarsızlığı və həmin torpağa dair sonradan həyata keçirilmiş əqdlərin və çıxarışların etibarsızlığı, həmin torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi, əvvəlki vəziyyətə bərpa edilməsi, torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində) ləğv edilmiş və işə həmin hissədə apelyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. İŞİN HALLARİ: X17 Əlövsət oğlu cavabdehlər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi, Cavabdeh13, Cavabdeh9, Cavabdeh14, Cavabdeh8, Cavabdeh11, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh12, Cavabdeh10 qarşı maraqlı şəxslər: Abşeron rayonu 1 saylı Notariat Kontoru, Abşeron rayonu 2 saylı Notariat Kontoruna qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılaraq ona təhvil verilməsinə dair iddia ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələlələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh13 adına verilmiş xx xxxxxx 2013-cü il tarixli ******* saylı çıxarışın, Cavabdeh13 ilə Cavabdeh9 arasında Abşeron rayonu 2 saylı Notariat Kontorunda bağlanmış xx xxxx 2013-cü il tarixli AN İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh9 adına verilmiş çıxarışın, Cavabdeh13 adına verilmiş xx xxxxxx 2013-cü il tarixli ******* saylı çıxarış, Cavabdeh13 ilə Cavabdeh9 arasında Abşeron rayonu 2 saylı Notariat Kontorunda bağlanmış xx xxxx 2013-cü il tarixli AN İ № ******* saylı daşınmaz alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh9 adına verilmiş çıxarışın, Cavabdeh13 ilə Cavabdeh10 Rafiq oğlu arasında bağlanmış xx xxxx 2013-cü il tarixli AN – İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və Cavabdeh10 Rafiq oğlunun adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* saylı xx.xx.2013-cü il tarixli çıxarış və reyestr nömrəsi **********74 olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin, Cavabdeh9 ilə X20 arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və X12 adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* saylı xx.xx.2015-ci il tarixli çıxarış və reyestr nömrəsi **********75 olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin, Cavabdeh9 ilə Cavabdeh4 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və Cavabdeh4 adına DƏDRXnin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* saylı xx.xx.2014-cü il tarixli çıxarış və reyestr nömrəsi **********76 olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin, Cavabdeh20 Musurza qızı ilə Cavabdeh8 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və DƏDRXnin 4 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh8 adına verilmiş seriya RX ******* saylı xx.xx.2015ci il tarixli çıxarış və reyestr nömrəsi **********59 olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin, Cavabdeh7 ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsi və Cavabdeh3 adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* saylı xx.xx.2015-ci il tarixli çıxarış və reyestr nömrəsi **********18 olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin, Cavabdeh5 Fərman oğlu ilə Cavabdeh12 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və Cavabdeh12 adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* saylı xx.xx.2015- ci il tarixli çıxarış və reyestr nömrəsi **********17 olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin, Cavabdeh5 Fərman oğlunun adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* saylı xx.xx.2015-ci il tarixli çıxarış və reyestr nömrəsi **********78 olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin, Cavabdeh15 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsi və Cavabdeh2 adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən seriya RX ******* saylı xx.xx.2015-ci il tarixli çıxarış və reyestr nömrəsi **********15 olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin, Cavabdeh9 ilə Cavabdeh6 arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsi və Cavabdeh6 adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* saylı xx.xx.2013-cü il tarixli çıxarış və reyestr nömrəsi **********15 olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş özbaşına tikililər cavabdehlərin vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətinin bərpa olunması və mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələlələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh13 adına verilmiş xx xxxxxx 2013-cü il tarixli ******* saylı çıxarışın, Cavabdeh13 və Cavabdeh9 arasında Abşeron rayonu 2 saylı Notariat Kontorunda bağlanmış xx xxxx 2013-cü il tarixli AN İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh9 adına verilmiş çıxarışın, Cavabdeh13 ilə Cavabdeh10 Rafiq oğlu arasında bağlanmış xx xxxx 2013-cü il tarixli AN – İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və Cavabdeh10 Rafiq oğlunun adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* saylı xx.xx.2013- cü il tarixli çıxarış və reyestr nömrəsi **********74 olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin, Cavabdeh9 ilə X20 arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və X12 adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* saylı xx.xx.2015-ci il tarixli çıxarış və reyestr nömrəsi **********75 olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin, Cavabdeh9 və Cavabdeh4 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və Cavabdeh4 adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* saylı xx.xx.2014-cü il tarixli çıxarış və reyestr nömrəsi **********76 olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin, Cavabdeh20 Musurza qızı ilə Cavabdeh8 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və DƏDRXnin 4 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh8 adına verilmiş seriya RX ******* saylı xx.xx.2015ci il tarixli çıxarış və reyestr nömrəsi **********59 olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin, Cavabdeh7 və Cavabdeh3 arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və Cavabdeh3 adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* saylı xx.xx.2015-ci il tarixli çıxarış və reyestr nömrəsi **********18 olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin, Cavabdeh5 Fərman oğlu ilə Cavabdeh12 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və Cavabdeh12 adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* saylı xx.xx.2015-ci il tarixli çıxarış və reyestr nömrəsi **********17 olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin, Cavabdeh5 Fərman oğlunun adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* saylı xx.xx.2015- ci il tarixli çıxarış və reyestr nömrəsi **********78 olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin, Cavabdeh15 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və Cavabdeh2 adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən seriya RX ******* saylı xx.xx.2015-ci il tarixli çıxarış və reyestr nömrəsi **********15 olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin, Cavabdeh9 ilə Cavabdeh7 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi və Cavabdeh7 adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış, torpaq sahəsinin planı və ölçüsü sənədinin, Cavabdeh7 ilə Cavabdeh15 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi və Cavabdeh15 Arıf qızının adına DƏDRXnin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış, torpaq sahəsinin planı və ölçüsü sənədinin, Cavabdeh9, Cavabdeh7 və X11 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqavilələrinin və adlarına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış, torpaq sahəsinin planı və ölçüsü sənədlərinin, Cavabdeh9 ilə Cavabdeh6 arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və Cavabdeh6 adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* saylı xx.xx.2013-cü il tarixli çıxarış və reyestr nömrəsi **********15 olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin, Cavabdeh11 adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* saylı xx.xx.2014-cü il tarixli çıxarış və reyestr nömrəsi **********58 olan Torpaq sahəsinin planı və ölçüsü sənədi və Cavabdeh20 adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış və Torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi, torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş özbaşına tikililərin cavabdehlərin vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətinin bərpa olunması və mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: X16 Əlövsət oğlu verdiyi apelyasiya şikayətlərini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxx 2019-cu il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normaları pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, iddia ərizəsinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh10, Cavabdeh9, Cavabdeh14, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2, Cavabdeh15 və Cavabdeh7 birgə qaydada apelyasiya şikayəti verib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçı Cavabdeh9 vəkili X8 X16 Əlövsət oğlunun verdiyi apelyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh14 iddiaçının verdiyi apelyasiya şikayətinə etiraz edib, cavabdehlər tərəfindən birgə qaydada verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə X16 Əlövsət oğlu, AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi, Cavabdeh10, Cavabdeh9, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2, Cavabdeh15 və Cavabdeh7 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən X16 Əlövsət oğlu, AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi, Cavabdeh10, Cavabdeh9, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2, Cavabdeh15 və Cavabdeh7 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, X16 Əlövsət oğlu hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Azərbaycan Respublikası Əmlak Məsələlələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsini cavabdeh qismində cəlb edərək Cavabdeh13 adına verilmiş xx xxxxxx 2013-cü il tarixli ******* saylı çıxarışın etibarsız hesab olunması bundan sonra torpaq sahəsinə dair bütün əqdlərin etibarsız hesab olunmasını tələb etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh13 torpaq sahəsinə dair çıxarışı verən müvafiq icra hakimiyyəti orqanı torpağın kordinatlarını səhvən onun torpağının kordinatlarına işlənmişdir. Halbuki, Cavabdeh13 torpaq sahəsi həmin sahədən xeyli aralıda yerləşir. Bu hallar iş üzrə keçirilmiş ekspertiza rəyləri və digər sübutlarla təsdiq edildiyindən məhkəmə iddianı həmin hissədə qismən təmin etmiş, bunun hüquqi nəticəsi olaraq həmin torpaq sahəsinə dair balanmış bütün əqdləri və həmin əqdlər əsasında verilmiş çıxarışları etibarsız hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunverciliyin tətbiqində səhvə yol vermiş, məhkəmə aidiyyət qaydalarını pozmaqla səlahiyyətinə aid olmayan iddia tələbinə baxaraq yekun məhkəmə aktı qəbul etmişdir. Belə ki, iş materiallarında olan Sevil İskəndərovanın adına sənədləşdirilmiş 0,28 ha torpaq sahəsinin 0,25 ha hissəsi xx xxxx 2013-cü il tarixli AN İ № ******* saylı daşınmaz alqı-satqı müqaviləsi əsasında Cavabdeh9 satılmışdır. Cavabdeh13 həmin torpaq sahəsinin 0,03 ha hissəsini xx xxxx 2013-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh10 Rafiq oğluna satmış, satılmış torpaq sahəsinə dair sonuncunun adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən seriya RX ******* saylı xx.xx.2013-cü il tarixli çıxarış və reyestr nömrəsi **********74 olan torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Cavabdeh9 xx xxxxxxx 2015-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 0,03 ha hissəsini X2 və satılmış torpaq sahəsinə dair sonuncunun adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən seriya RX ******* saylı xx.xx.2015-ci il tarixli çıxarış və reyestr nömrəsi **********75 olan torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Cavabdeh9 xx xxxxx 2014-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 0,03 ha hissəsini Cavabdeh4 satmış və satılmış torpaq sahəsinə dair sonuncunun adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən seriya RX ******* saylı xx.xx.2014cü il tarixli çıxarış və reyestr nömrəsi **********76 olan torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Cavabdeh9 xx xxxxxxxx 2013-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 0,02 ha hissəsini Cavabdeh6 satmış və satılmış torpaq sahəsinə dair sonuncunun adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən seriya RX ******* saylı xx.xx.2013cü il tarixli çıxarış və reyestr nömrəsi **********15 olan torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Abşeron rayonu 2 saylı NK-da təsdiq edilən xx xxxxxx 2013-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsindən müəyyən edilir ki, Babayev X15 rayonu Mehdiabad qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinin 0,06 ha. hissəsini Cavabdeh7, 0,06 ha hissəsini isə X1. Bundan sonra, X5 adına DƏDRX tərəfindən xx.xx.2014 tarixli ******* reyestr saylı Cavabdeh7 xx.xx.2014 tarxli,0319864 reyestr saylı çıxarış verilmişdir. Abşeron rayonu 2 saylı NK tərəfindən təsdiq edilmiş xx xxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X11 mülkiyyətində olan torpaq sahəsinin 0,03 ha. hissəsini Cavabdeh12 satmışdır. Bundan sonra, Cavabdeh12 adına DƏDRX tərəfindən xx.xx.2015-ci il tarixli, ******* reyestr saylı çıxarış verilmişdir. Abşeron rayon 2 saylı NK tərəfindən təsdiq edilmiş xx xxxxxx 2014-cü il tarixli, AN-İ ******* reyestr saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh7 mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsinin 0,03 ha hissəsini Cavabdeh15 satmış, bundan sonra, Cavabdeh15 adına həmin torpaq sahəsinə DƏDRX tərəfindən xx.xx.2015-ci il tarixli, 07 10901 saylı çıxarış verilmişdir. 2 saylı NK tərəfindən təsdiq edilmiş xx xxxxxxx 2015-ci il tarixli AN-İ ******* reyestr saylı alqı-satqı müqaviləsindən müəyyən edilir ki, Cavabdeh7 Abşeron rayonu Mehdiabad qəsəbəsində olan 0,03 ha torpaq sahəsini Cavabdeh3 satmış, bundan sonra onun adına DƏDRX tərəfindən xx xxxxxxx 2015-ci il tarixli çıxarış verilmişdir. 2 saylı NK tərəfindən təsdiq edilmiş xx xxxxxx 2015-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsindən müəyyən edilir ki, Cavabdeh15 mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsini Cavabdeh2 satmışdır. Bundan sonra, Cavabdeh2 adına DƏDRX tərəfindən xx xxxxxx 2015-ci il tarixli,0720729 reyestr saylı çıxarış verilmişdir. Abşeron rayonu 2 saylı NK tərəfindən təsdiq edilmiş xx xxxxx 2014-cü il tarixli, AN-İ, ******* reyestr saylı alqı-satqı müqaviləsindən müəyyən edilir ki, Cavabdeh9 mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsindən 0,03 ha hissəsi Cavabdeh4 satmışdır. Bundan sonra, onun adına DƏDRX tərəfindən xx.xx.2014-cü il tarixli, ******* reyestr saylı çıxarış verilmişdir. xx xxxxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh9 torpaq sahəsinin 0,03 ha hissəsini X2, qalan 0,05 ha hissəsi isə hal-hazırda onun mülkiyyətindədir. Cavabdeh7 xx xxxxxxx 2015-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasında 0,03 ha torpaq sahəsini Cavabdeh3 satmış və satılmış torpaq sahəsinə dair sonuncunun adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən seriya RX ******* saylı xx.xx.2015ci il tarixli çıxarış və reyestr nömrəsi **********18 olan torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Cavabdeh5 Fərman oğlu xx xxxxx 2015-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasında 0,06 ha torpaq sahəsinin 0,03 ha hissəsini Cavabdeh12 satmış və satılmış torpaq sahəsinə dair sonuncunun adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən seriya RX ******* saylı, xx.xx.2015-ci il tarixli çıxarış və reyestr nömrəsi **********17 olan torpaq sahəsinin planı və ölçüsü sənədi verilmiş, qalan 0,03 ha torpaq sahəsinə isə Cavabdeh5 Fərman oğlunun adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən seriya RX ******* saylı, xx.xx.2015-ci il tarixli çıxarış və reyestr nömrəsi **********78 olan torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. X19 xx xxxxxx 2015-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasında 0,03 ha torpaq sahəsini Cavabdeh2 satmış və satılmış torpaq sahəsinə dair sonuncunun adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən seriya RX ******* saylı, xx.xx.2015-ci il tarixli çıxarış və reyestr nömrəsi **********15 olan torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Cavabdeh17, Cavabdeh18 və X9 ümumi paylı mülkiyyətlərində olan Abşeron rayonu, Mehdiabad qəzəsəbində yerləşən 0,5135 ha torpaq sahəsinin 0,035 ha hissəsini Cavabdeh11, 0,06 ha hissəsini isə Cavabdeh20 AN-İ № ******* saylı, xx xxxx 2014-cü il tarixli alq-satqı müqaviləsi əsasında satmışdır. DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən alıcıların adına çıxarış verilərkən həmin çıxarışlar iddiaçının mülkiyyətində olan torpaq sahəsinin üzərinə işlənmişdir. Cavabdeh20 Musurza qızı xx xxxxxx 2014-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasında 0,06 ha torpaq sahəsini Cavabdeh8 satmış və satılmış torpaq sahəsinə dair sonuncunun adına DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən seriya RX ******* saylı, xx.xx.2015-ci il tarixli çıxarış və reyestr nömrəsi **********59 olan torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, Cavabdeh13 və Azərbaycan Respublikası Əmlak Məsələlələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı yönələn tələbə inzibati icraat qaydasında baxılmalıdır. Çünki tələb Cavabdeh13 məxsus olan torpaq sahəsinin müvafıiq icra hakimiyyəti orqanı tərəfindən qanunsuz olaraq başqa əraziyə işlənməsindən gedir. Bu iddiaya cavab verməli olan orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən apelyasiya baxışına qaytarılması barədə nəticəyə gəldikdə göstərmişdir ki, Cavabdeh13 adına verilmiş xx xxxxxx 2013-cü il tarixli, ******* saylı çıxarışın etibarsız hesab edilməsi iddiasına inzibati məhkəmə icraatı qaydasında baxılması üçün əsaslar var. Elə həmin halın mövcudluğu kassasiya şikayətinin qismən təmin olunması üçün əsasdır. Cavabdeh9 satılmış və sonradan onun tərəfindən başqa əqdlər əsasında özgəninkiləşdirilmiş torpaq sahələrinin taleyi ilə bağlı mübahisənin həlli birbaşa Cavabdeh13 adına verilmiş xx xxxxxx 2013-cü il tarixli, ******* saylı çıxarışın etibarsız hesab edilməsindən asılıdır. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1 və 2.2.2-ci maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının MPM-nin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh13 adına verilmiş xx xxxxxx 2013-cü il tarixli ******* saylı çıxarışın etibarsız hesab edilməsi iddiasına inzibati məhkəmə icraatı qaydasında baxılması üçün əsaslar vardır. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, Mülki Prosesual Məcəllənin 261.0. 261.0.1-ci madələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətləri qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən «Cavabdeh13 adına verilmiş çıxarışın etibarsız hesab olunması, onun Cavabdeh9 satmış olduğu torpaq sahəsinə dair əqdin etibarsızlığı və həmin torpağa dair sonradan həyata keçirilmiş əqdlərin və çıxarışların etibarsızlığı, həmin torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi, əvvəlki vəziyyətə bərpa edilməsi, torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi» hissəsində ləğv edilsin və iddianın həmin hissəsi üzrə icraata xitam verilməli və iddiaçıya həmin tələblə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0, 261.0.1, 263-264, 365, 384.0.4, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: Apelyasiya şikayətləri qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxx 202019-cu il tarixli, 2(012)-350/2019 saylı qətnaməsi qismən «Cavabdeh13 adına verilmiş çıxarışın etibarsız hesab olunması, onun Cavabdeh9 satmış olduğu torpaq sahəsinə dair əqdin etibarsızlığı və həmin torpağa dair sonradan həyata keçirilmiş əqdlərin və çıxarışların etibarsızlığı, həmin torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi, əvvəlki vəziyyətə bərpa edilməsi, torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi» hissəsində ləğv edilsin və iddianın həmin hissəsi üzrə icraata xitam verilsin. İddiaçıya həmin tələblə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar