Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2581/2022 19.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daimi istifadədə olan boruya mülkiyyət hüququn tanınması, həmin boruya digər şəxslər tərəfindən müdaxilələrin aradan qaldırılması tələbinə dair iş üzrə Quba Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qərardadından cavabdeh E.H.Nəmətovun nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qərardadı ilə (hakim R.T.Həsənov) cavabdeh X4 və onun nümayəndəsi vəkili Vəkil Quba Rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli 2(027)-983/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, İİ Nügədi Sovxozu AİK-nın 02 oktyabr 1998-ci il tarixli 69 saylı qərarı ilə İİ Nügədi kəndinin «palasa» adlanan sahəsindəki özəl torpaqlarının əkinçilik və bağçılıqla məşğul olmadıqları ilə əlaqədar olaraq Qaraçayın «maday» adlanan bəndindən təsərrüfatlarına qədər təxminən 8.0 kv.m uzunluğunda olan 500.00 mm boruya mülkiyyət hüquqlarının tanınması və boruya kənar müdaxilələrin aradan qaldırılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli 2(027)-983/2020 saylı qətnaməsi iddia qismən təmin edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 sahibliyində olan Quba rayonu, İİ Nügədi Sovxozu AİK-nın 02 oktyabr 1998-ci il tarixli, 69 saylı qərarı ilə İİ Nügədi kəndinin «palasa» adlanan sahəsindəki özəl torpaqlarının əkinçilik və bağçılıqla məşğul olmaqları ilə əlaqədar olaraq Qaraçayın «maday» adlanan bəndindən təsərrüfatlarına qədər təxminən 8.0 km uzunluğunda olan 500.00 mm boruya cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qərara alınmışdır. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil qətnamədən narazı qalaraq apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə vermişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Cavabdeh1 verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qətnamənin mövcudluğundan bu il məlumat aldıqdan sonra məhkəməyə 25 aprel 2022-ci il tarixli ərizə ilə müraciət etmiş və 26 aprel 2022-ci il tarixdə rəsmi qaydada almışdır. Həmin qətnamədən şikayətini də müddət keçmədən apellyasiya şikayəti vermişdir. Hər bir halda o buraxılmış müddətin üzrlü səbəbdən başqa verməsinə və müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bu hissədə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilən hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduguna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Quba Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(027)-983/2020 saylı qərardadının ləğv edib, apellyasiya şikayətinin verilməsi üçün müddətin burazılmasının səbəbini üzrlü hesab etməklə, qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli 2(027)-983/2020 saylı qətnaməsi iddia qismən təmin edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 sahibliyində olan Quba rayonu, İİ Nügədi Sovxozu AİK-nın 02 oktyabr 1998-ci il tarixli, 69 saylı qərarı ilə İİ Nügədi kəndinin «palasa» adlanan sahəsindəki özəl torpaqlarının əkinçilik və bağçılıqla məşğul olmaqları ilə əlaqədar olaraq Qaraçayın «maday» adlanan bəndindən təsərrüfatlarına qədər təxminən 8.0 km uzunluğunda olan 500.00 mm boruya cavabdehlər X7 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. Göstərilən qətnamə tərəflərə 22 iyul 2020-ci il tarixdə 2(027)-983/2020 saylı məktubu ilə tərəflərə yaşadıqları ünvana göndərilmişdir və 12 avqust 2020-ci il tarixli reyestrlə tərəfə göndərilmişdir. İş materiallarında olan cavabdeh E.H.Nəmətov tərəfindən Quba Rayon Məhkəməsinin hakiminə 25 aprel 2022-ci il tarixli ərizəsindən görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-983/2020 saylı qətnaməsini almadığını göstərmiş və qətnamənin ona rəsmi qaydada verilməsini xahiş etmişdir. Bundan sonra cavabdeh apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Ədalət Mühakiməsinin həyata keçirilməsi zamanı İnsan Hüquqları və X2 haqqında Avropa Konvensiyasının müddəaları və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarına əsasən «İnsan hüquqları və X2 haqqında» Avropa Konvensiyasının iştirakcısı və onu ratifikasiya etmiş bir dövlət kimi 2002-ci ili aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan İnsanların Konvensiyada nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. İş materiallarında olan "xxxx" MMC-nin Nuba poçt filialının 27 may 2022-ci il tarixli məktubundan görünür ki, vətəndaş E.H.Nəmətova ünvanlanmış SP002708361AZ saylı məktub 12 sentyabr 2020-ci il tarixində Nügədi-2 poçt şöbəsinin müdiri X3 tərəfindən vətəndaşa çatdırılmışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən buraxılmış prosessual müddətinin üzürlü sayılmamasını düzgün hesab edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 10.8.1 və 397.2-ci maddələrinə əsasən qərardaddan verilmiş şikayətə yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cavabdeh X4 nümayəndəsi və vəkili Vəkil şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin iş üzrə 29 sentyabr 2022-ci il tarixli 2(027)-983/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2581/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2581/2022
19.12.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver