Məhkəmə qərarları › İş №2(105)-2592/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2592/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2592/2021 27.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2(012)-992/2021 saylı qərardadından iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə kredit müqaviləsi üzrə 280,60 manat əsas, 418,62 manat faiz, 593,76 manat cərimə, 43,08 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 1336,06 manat borcun və 30 manat dövlət rüsumunun əvəzinin tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli, 2(012)-992/2021 saylı qətnaməsinə əsasən iddia rədd edilmişdir. İşə baxılarkən Abşeron Rayon Məhkəməsinin 06.04.2021-ci il tarixli, 2(012)- 992/2021 saylı qərardadına əsasən İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi Departamentinin Azərbaycan Respublikası MPM-nin 78.4-cü maddəsinə əsasən 200 (iki yüz) manat miqdarında cərimə olunması, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14.10.2014-cü il tarixli 90007003 ssuda hesablı kredit müqaviləsinin əslinin, cavabdeh tərəfindən 924 manat kreditin bankdan götürülməsini təsdiq edən məxaric orderinin və 19.04.2016-cı il tarixdə 643,68 manat pul vəsaitinin banka ödənilməsini təsdiq edən sənədin Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru vasitəsilə götürülməsi, qərardadın icra olunmasının Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ərizə ilə məhkəməyə müraciət edərək Abşeron Rayon Məhkəməsinin 06.04.2021-ci il tarixli, 2(012)-992/2021 saylı qərardadına əsasən ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi Departamentinin üzərinə qoyulmuş cərimənin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 06.04.2021-ci il tarixli, 2(012)-992/2021 saylı qərardadı 19.04.2021-ci il tarixdə bankın ünvanına daxil olmuşdur. Qərardad onunla əsaslandırılmışdır ki, Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin baxılması ilə əlaqədar zərurət yarandığından, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14.10.2014-cü il tarixli, 90007003 ssudaa hesablı kredit müqaviləsinin əslinin, cavabdeh tərəfindən 924 manat kreditin bankdan götürülməsini təsdiq edən məxaric orderinin və 19.04.2016-cı il tarixdə 643,68 manat pul vəsaitinin banka ödənilməsini təsdiq edən sənədin 06.04.2021-ci il tarixədək məhkəməyə təqdim olunması barədə 11.03.2021-ci il tarixli sorğu poçt vasitəsilə Ləğv prosesində olan İddiaçı ASC-yə göndərilmiş, lakin həmin sorğuya cavab verilməmişdir. 11.02.2021-ci il tarixli ilk məhkəmə baxış iclasında bankın nümayəndəsi tərəfindən iş üzrə qeyd olunan sənədlərin mövcud olmadığı şifahi şəkildə məhkəməyə bildirilmişdir. Lakin Cavabdeh nümayəndəsi və vəkili cavabdehin borcunu ödəməyə razı olduğunu, lakin hara və hansı qaydada ödəyə bilmədiyini bildirərək, banka müraciət etmək üçün məhkəmə iclasını təxirə salmağı xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili tərəfindən borcun etirafı və eyni zamanda mübahisəni məhkəmədənkənar həll etmə təklifi həm tərəflər arasında, həm də məhkəmə üçün qeyd olunan sənədlərin zəruriliyini aradan qaldırmışdır. Məhkəmə sorğusu banka daxil olduğu zaman həm məhkəməyə bu barədə şifahi şəkildə məlumat verildiyindən, həm də cavabdehin ödəniş etməsindən sonra iddia ərizəsinin geri götürüləcəyi səbəbindən sorğuya cavab verilməmişdir. 06.04.2021-ci il tarixli məhkəmə iclasında bankın nümayəndəsi yenidən qeyd olunan sənədlərin bankda mövcud olmadığını bildirmişdir. Lakin bu zaman cavabdehin nümayəndəsi və vəkili ümumiyyətlə, cavabdehin bankdan kredit almadığını bildirmiş, sənədlərin olmamasını əsas gətirmişdir. Sadalananlardan da görünür ki, bütün bu qeyri-müəyyənliyin yaranmasına səbəb cavabdehin nümayəndə və vəkilinin izahatları, məhkəmə iclasını əsassız yerə təxirə saldırmağı olmuşdur. Çünki ilk iclasda sənədlərin olmaması şifahi şəkildə bildirilmiş və məhkəmə buna uyğun qərar qəbul etmə imkanında olmuşdur. Sorğuya cavab verilməsi üçün məhkəmə iclası yenidən təxirə salınmış və sorğunun cavabı 20.04.2021-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur. Göründüyü kimi, məhkəmə sorğusu bank tərəfindən yaranmış anlaşılmazlıqla əlaqədar olaraq üzürlü səbəbdən cavablandırılmamışdır və buna görə də ərizə təmin edilməlidir. Abşeron Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2(012)-992/2021 saylı qərardadına əsasən iddiaçının cərimənin götürülməsinə dair ərizəsi təmin edilməmişdir. (hakim H.Əhmədov) İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Abşeron Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli 2(012)-992/2021 saylı qərardadından şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli 2(012)-992/2021 saylı qərardadının ləğv edilməsi, cərimənin götürülməsi barədə qərardad qəbul edilməsini, əks halda şikayətin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli, 2(012)-992/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu şikayətini onunla əsaslandırmışdır ki, qeyd olunan qərardad qanun pozuntuları nəticəsində çıxarıldığından ləğv edilməlidir. Belə ki, həmin qərardadda göstərilmişdir ki, iddiaçı sorğunun banka daxil olduğu zaman məhkəməyə bu barədə şifahi şəkildə məlumat verildiyini, həm də cavabdehin ödəniş etməsindən sonra iddia ərizəsinin geri götürüləcəyi səbəbindən sorğuya cavab vermədiyini qeyd etmişdir. Lakin yazılı sorğu şifahi qaydada cavablandırılmır və bu, qanunvericilikdə də öz təsdiqini tapmışdır. Şifahi cavab verildikdə və bu, protokolda öz təsdiqini tapsa belə, sonradan iş üzrə tərəflər şifahi qaydada verdiyi cavabın qeyd olunmuş protokolda mübahisələndirildikdən sonra yuxarı instansiya məhkəməsində təkzib edir. Ona görə də məhkəmə iddiaçının ərizəsində göstərilənləri əsassız, məsuliyyətdən yayınmaq məqsədi kimi hesab edib ərizənin rədd edilməsi və cərimənin götürülməsindən imtina etmək qənaətinə gəlmişdir. Bununla əlaqədar, cərimənin götürülməsinə dair ərizədə sadalanan hallar cərimənin götürülməsi üçün kifayət qədər əsaslı hesab edilir. Belə ki, ərizədə də qeyd olunanlardan görünür ki, iddiaçının burada hər hansı məsuliyyətdən yayınmaq cəhdi olmamışdır. Çünki həm iddia ərizəsinin qoşma hissəsindən görünür ki, kredit müqaviləsi iddia ərizəsinə əlavə olunmamış, həm də məhkəmə iclasında bu barədə məlumat verilmişdir. Məhkəmə iclası da kredit müqaviləsinin tapılması üçün yox, cavabdehin ödəniş etməsi üçün təxirə salınmışdır, yəni burada vaxt qazanılması, iddiaçının müqavilənin olubolmamasını gələcəkdə təkzib etməsi üçün əsas olmamışdır. Buradan da görünür ki, baş vermiş anlaşılmazlıq cərimənin götürülməsi üçün üzürlü səbəb kimi nəzərə alına bilərdi. Ona görə də göstərilənlər nəzərə alınaraq şikayətin təmin olunması xahiş olunmuşdur. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə, tərəflərə məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyası 27.12.2017ci il tarixli 2- 1(103)-3194/17 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ərizəsi təmin edilmiş, İddiaçı ASC müflis elan edilmiş və iflas prosedurana başlanılmış, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Yenə işdə olan Abşeron Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14.10.2014cü il tarixli, 90007003 ssuda hesablı kredit müqaviləsinin əslinin, cavabdeh tərəfindən 924 manat kreditin bankdan götürülməsini təsdiq edən məxaric orderinin və 19.04.2016-cı il tarixdə 643,68 manat pul vəsaitinin banka ödənilməsini təsdiq edən sənədin 06.04.2021-ci ilədək təqdim edilməsi İddiaçı ASC-dən tələb edilmişdir. İş materiallarına əlavə edilmiş ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 16 aprel 2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14.10.2014-cü il tarixli 90007003 ssuda hesablı kredit müqaviləsinin əsli və məxaric orderi hazırda bankın arxivində mövcud deyil. Buna görə də tələb edilən sənədlərlə bağlı məktubun icrası mümkün deyil. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, 06.05.2021-ci il tarixli 2(012)-992/2021 saylı qərardadı ləğv olunmalı, cərimənin götürülməsi barədə ərizə təmin edilməlidir. Məhkəmə iddiaçını 200 manat cərimə edərkən, ona əsaslanmışdır ki, Qanunun 78.3 maddəsinin tələbindən göründüyü kimi, sübut tələb edilmiş şəxs həmin sübutu məhkəməyə təqdim edə bilmədikdə 5 gün müddətində məhkəməyə məlumat verməlidir. İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi Departamenti isə sübutların verilməsinin təşkil edilməməsindən əlavə, qanunun bu tələbinə biganə yanaşmış, hərəkətsizlik göstərərək məhkəmənin qanunla nəzərdə tutulmuş qaydada işə vaxtında baxıb qərar qəbul etməsini ləngitmişdir. İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ərizəsində məhkəmə sorğusunun banka daxil olduğu zaman məhkəməyə bu barədə şifahi şəkildə məlumat verildiyini, həm də cavabdehin ödəniş etməsindən sonra iddia ərizəsinin geri götürüləcəyi səbəbindən sorğuya cavab verilmədiyini əsas gətirmişdir. Məhkəmə qeyd etmişdir ki, hər hansı bir şəxsə məhkəmə qaydasında yazılı sorğu verilirsə həmin sorğu yazılı qaydada cavablandırılmalıdır. Yazılı sorğu şifahi qaydada cavablandırılmır və bu qanunvericilikdə də öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə Əmanətlərin Sığortalanması Fondunun ərizəsində göstərilənləri əsassız, məsuliyyətdən yayınmaq kimi hesab edib ərizənin rədd edilməsi və cərimənin götürülməsindən imtina etmək qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası mübahisə ilə bağlı bu nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir. Yenə həmin Məcəllənin 78.4-cü maddəsinə əsasən tələb olunan sübutu təqdim etmək vəzifəsi məhkəmə tərəfindən üzürsüz hesab edilən səbəblərə görə yerinə yetirilmədikdə, sübutların olduğu şəxs iki yüz iyirmi manatadək miqdarda cərimə olunur. Eyni Məcəllənin 78.5-ci maddəsinə görə maddəsinə əsasən cərimənin qoyulması tələb olunan sübuta malik şəxsi həmin sübutu məhkəməyə təqdim etmə vəzifəsindən azad etmir. İş materiallarından görünür ki, məhkəmə sorğusu banka 29 mart 2021-ci il tarixdə daxil olmuşdur. 06 aprel 2021-ci il tarixli məhkəmə iclasında hər iki tərəfin nümayəndəsi sorğuya cavab verilməsi məqsədilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişlər. Növbəti məhkəmə iclası 28 aprel 2021-ci il tarixə, saat 11:20-ə təxirə salınmış, bank tərəfindən məhkəmə sorğusu 16 aprel 2021-ci il tarixdə cavablandırılmışdır. Cavabdan görünür ki, tələb edilən sənədlər bankın arxivində yoxdur, yəni qeyd edilən sübut iddiaçıda deyildir. Belə olan halda, bank tələb olunan sübuta malik olan şəxs statusundan çıxır və MPM-nin 78.4-cü maddəsinə görə ona cərimə tətbiq edilə bilməz. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçıdan onda olan sübutu tələb etmək məntiqsizdir. Belə ki, sübutetmə yükü üzərinə düşən tərəf olaraq iddiaçı özü həmin sübutu təqdim etməlidir. Əks halda, sübut edilmədiyi üçün iddia rədd olunmalıdır. Belə olan halda, iddiaçıya sorğu verib, onda olması ehtimal olunan sənədləri tələb etmək və bunun nəticəsi olaraq iddiaçı təşkilatın ləğvedicisinin hansısa departamentinin cərimə edilməsi əsaslı sayıla bilməz. Bundan əlavə, işdən görünür ki, İddiaçı ASC-nin Ləğvedicisi Abşeron Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli 2(012)-992/2021 saylı qərardadından şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli 2(012)-992/2021 saylı qərardadının ləğv edilməsi xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli, 2(012)-992/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Halbuki, AR MPM-in 127.3-cü maddəsinin tələblərinə görə cəriməni götürməkdən və ya onun miqdarını azaltmaqdan imtina edilməsi barədə qərardaddan apelyasiya qaydasında şikayət verilə bilər. Başqa sözlə, işi apelyasiya şikayəti ilə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərmək əvəzinə yenidən ona baxıb qərar qəbul etməklə məhkəmə prosessual pozuntuya yol vermişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya cərimə tətbiq etməkdə haqlı olmamış və əsassız olaraq cərimənin götürülməsinə dair iddiaçının ərizəsini rədd etmişdir. Buna görə də şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2(012)- 992/2021 saylı qərardadı ləğv olunmalı, ərizə isə təmin edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 78, 263-264, 267, 395-396, 398, 399, 400, 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2(012)-992/2021 saylı və 24.06.2021-ci il tarixli, 2(012)-992/2021 saylı qərardadları ləğv edilsin. Cərimənin götürülməsinə dair iddiaçının ərizəsi təmin olunsun. Abşeron Rayon Məhkəməsinin 06.04.2021-ci il tarixli, 2(012)-992/2021 saylı qərardadına əsasən İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi Departamentinin Azərbaycan Respublikası MPMnin 78.4-cü maddəsinə əsasən edilmiş 200 (iki yüz) manat miqdarında cərimə götürülsün. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar