Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2592/2022 19.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli qərardadı ilə (hakim E.T.Məmmədov) İddiaçı Cavabdeh qarşı “alinmentin artırılması” tələbi barəsində iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması, iddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı “alinmentin artırılması” tələbi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 06 avqust 2011-ci il təvəllüdlü X2 və 31 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat pul məbləğinin və ödənilmiş mediasiya rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri araşdırmamışdır. Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli e-2(012)-6145/2022 saylı qərardadını ləğv edərək, mülki işin icraata götürülməsi ilə bağlı qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçini dinləyərək, hesab edir ki, şikayət təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsində qeyd edilmişdir ki, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytardıqda, iddia ərizəsinin “xahiş etdi” hissəsini təşkil edən məlumatların dairəsini elə olmasını qeyd etmişdir ki, onlar iddianın predmetini, yəni iddiaçının cavabdehə qarşı konkret maddi hüquqi tələbini və yaxud əsasını müəyyənləşdirməyə imkan versin. Lakin iddiaçı tələbində 06 avqust 2011-ci il təvəllüdlü X2 və 31 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat pul məbləğində olmasını xahiş etsə də, iddia ərizəsinin xahiş edirəm hissəsində artırılması tələb olunan qətnaməni (adını, tarixini və nömrəsini) və həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarını göstərməmişdir. Ona görə də, məhkəmə yuxarıda qeyd olunan bütün bunları ərizəçi tərəfindən ərizənin məzmununa riayət etməməsi kimi qiymətləndirərək və Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü və 152.1.1-ci maddələrinə istinad edərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alinmentin artırılması” tələbi barəsində iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. İddia ərizəsindən müəyyən olunur ki, İddiaçı məhkəməyə müraciət edərək, alimentin artırılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və formal əsaslara görə iddia ərizəsini geri qaytarmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olduğundan, şikayət təmin edilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 10.8.1 və 397.2-ci maddələrinə əsasən qərardaddan verilmiş şikayətə yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 15 noyabr 2022-ci il tarixli e-2(012)-6145/2022 nömrəli qərardadı ləğv edilsin və mülki iş mahiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2592/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2592/2022
19.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver