Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2594/2020 15.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-4407/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 6312,24 manat əsas, 2015,23 manat faiz və 1585,53 manat cərimə olmaqla, cəmi 9913 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-4407/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6312,24 manat əsas, 2015,23 manat faiz və 50 manat cərimə olmaqla, cəmi 8377,47 manat (səkkiz min üç yüz yetmiş yeddi manat, qırx yeddi qəpik) məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir (hakim Elman Məmmədov) Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin 2(012)-4407/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, həmçinin ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətinin verilməsinə dair buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-4407/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair mülki iş üzrə Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin 2(012)-4407/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizəsinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-4407/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini, apelyasiya şikayəti vermək üçün buraxılan prosessual müddətin bərpa edilməsini və cavabdeh tərəfindən verilən apelyasiya şikayətinin apelyasiya məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-4407/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh1 şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4407/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6312,24 manat əsas, 2015,23 manat faiz və 50 manat cərimə olmaqla, cəmi 8377,47 manat (səkkiz min üç yüz yetmiş yeddi manat, qırx yeddi qəpik) məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. O, Abşeron Rayon Məhkəməsinin 2(012)-4407/2019 saylı iş üzrə çıxardığı xx xxxxxx 2019cu il tarixli qətnaməni vaxtında almamışdır. O, Yasamal rayonu, M.Fətəli küçəsi, 28 ünvanında rəsmi qeydiyyatda olsa da faktiki olaraq Nəsimi rayonu, Ş.Abdullayev küçəsi, 9A, mənzil 56 ünvanında yaşayır. Məhz bu səbəbdən o, sözügedən qətnaməni xx xxxxxx 2020-ci il tarixində əldə edə bilmişdir. Həmin tarixdə isə artıq apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddət keçmişdir. Eyni zamanda bu tarixdən sonra bir müddət o, səhhəti ilə əlaqədar ev şəraitində ambulator olaraq müalicə olunmuşdur. Onun səhhətində yaranmış problemlər, eləcə də 2020-ci ilin əvvəllərindən başlayaraq “Koronavirus” (COVİD-19) pandemiyası ilə əlaqədar məhkəmə orqanlarının işləməməsi səbəbindən bu dövr ərzində müddətin bərpası ilə əlaqədar müraciət etmək imkanından məhrum olmuşdur. Göstərilən səbəblərdən irəli gələrək onun tərəfindən sözügedən qətnamədən apellyasiya şikayəti vaxtında verilməmişdir. Bununla əlaqədar, onun tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə Abşeron Rayon Məhkəməsinə ərizə ilə müraciət edilmiş, lakin təəssüflər olsun ki, məhkəmə müddətin bərpa edilməsi ilə müraciəti rədd edərək, 2(012)-4407/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı qəbul etmişdir. O, Abşeron Rayon Məhkəməsinin 2(012)- 4407/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli iş üzrə qəbul etdiyi qərardadı əsassız və qanunsuz hesab edir. Belə ki, məhkəmə prossesual müddətin buraxılma səbəbini araşdırmadan, işin materiallarında qətnamənin xx xxxxxx 2020-ci il tarixindən tez alınması barədə sübutların olmamasına əhəmiyyət verməmiş və ərizəni əsassız olaraq rədd etmişdir. Məhkəmə onun ərizəsini rədd etməklə onun konstitusion hüquqlarını, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin (Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı), 71-ci maddəsinin (İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı) tələblərini pozmuşdur. Qeyd olunanlara əsasən o, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı bankın nümayəndəsi Anar Ağayev şikayətin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-4407/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə qeyd edilən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-4407/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə cavabdehin ərizəsinin yenidən müzakirə edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə Cavabdeh1 ərizəsinə buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi ilə bağlı hər hansı bir sübutun əlavə etməməsini müəyyən edərək apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə cavabdehin ərizəsi təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apelyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizəni qeyd edilən əsaslarla geri qaytararkən düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından müəyyən edilir ki, mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2019-cu il tarixdə qəbul edilmiş, qətnamə xx.xx.2019-cu il tarixdə iş üzrə tərəflərə göndərilmiş, iddiaçı təşkilata göndərilmiş məktub xx.xx.2019-xu il tarixdə xəbərnaməyə imza edilməklə alınmış, cavabdeh X2 göndərilmiş məktub “ünvan düzgün deyil” qeydi ilə geri qaytarlılmış, lakin Cavabdeh1 göndərilmiş məktubun çatıdırılması barədə hər hansı sübut mövcud deyildir. İş materiallarından görünür ki, qətnamə üzrə verilmiş icra sənədi üzrə icraata başlama haqqında qərar xx.xx.2020-ci il tarixdə qəbul edilmiş, Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli, 6894/2020-27-24 saylı icraata başlamaq haqqında qərar xx.xx.2020-ci il tarixd Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İş materiallarından görünür ki, cavadbeh Cavabdeh1 apelyasiya şikayəti və müddətin bərpası barədə ərizə ilə 05.02.220-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan Abşeron rayon Mərkəzi Poçtu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli teleqramdan görünür ki, məhkəmə tərəfindən göndərilmiş SS629436840Az saylı məktub xx.xx.2019-cu il tarixdə Xudaverdiyeva Validə tərəfindən alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh1 tərəfindən rəsmi qaydada alınmasına dair iş materiallarında sübut mövcud deyildir. Belə ki, qətnamənin cavabdeh tərəfindən hansı tarixdə alınması, eləcə də sorğu əsasında poçt xidməti tərəfindən göndərilən teleqramda məktubu alan Xudaverdiyeva Validənin cavabdehlə hansı bağlılığının olması iş materiallarından görünmür və birinci instansiya məhkəməsi qeyd edilən məsələləri aydınlaşdırmadan apelyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina etmişdir ki, məhkəmə bu nəticəni əsaslı saymır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməli, cavabdeh tərəfindən verilmiş müddətin bərpası barədə ərizə yenidən müzakirə edilməli, məhkəmə qətnaməsinin cavabdeh tərəfindən alınıb-alınmaması, eləcə də alınıbsa nə vaxt alınması, poçt xidmətinin məlumatına əsasən məktubu alan şəxsin kimliyi araşdırılmaqla müddətin bərpası barədə ərizəyə yenidən qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-4407/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-4407/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsinə dair buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəyə baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh X1 şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-4407/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-4407/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə ərizəyə baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2594/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2594/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver