Məhkəmə qərarları › İş №2(105)-2601/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2601/2021

08.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2601/2021 08.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Zaur İkram oğlu Məmmədov və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X5, iddiaçı "xxxx" X4 nümayəndəsi X7, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(012)-144/2021 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili N.Ə.Əliyevin verdiyi apelyasiya şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(012)-144/2021 saylı qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddiaçı "xxxx" X4 Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia təmin edilib, Cavabdeh dəymiş maddi ziyana görə 2294 manat və ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" X6 ödənilməsi və Cavabdeh 100 manat məhkəmə ekspertizası xərcinin tutulub Məhkəmə Ekspertizası Mərkəzinin X3nin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(012)-144/2021 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 05.04.2019-cu il tarixdə ünvan 1 ünvanda ayıq sürücü kimi idarə etdiyi “Vaz 21150” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla "xxxx" X4 balansında olan 1 ədəd “Polermo” tipli işıq dirəyini vurub sıradan çıxarmış və nəticədə müəssisəyə 6394 manat dəyərində maddi ziyan yetirmişdir. Yetirilmiş ziyanın 4100 manatı dövlət sığorta kommersiya şirkəti tərəfindən ödənilmiş, qalan 2294 manat isə ödənilməmişdir. Cavabdeh qalan məbləğin ödənilməsi üçün müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. Ona görə də, Cavabdeh ona vurulmuş maddi ziyana görə 2294 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" X4 xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh nümayəndəsi və vəkili N.Ə.Əliyev verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 09 aprel 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili N.Ə.Əliyev apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" X4 nümayəndəsi R.Ə.Hüseynov apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia qismən təmin olunmalıdır. X11 haqqında 02.07.2019-cu il tarixli, ******* №-li qərardan görünür edilir ki, Cavabdeh 05.04.2018-ci il tarixdə, saat 01:00-da Xanlar küçəsində “Vaz 21150” minik markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağından çıxmadan manevr edərək nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun barəsində “40 manat” məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. 14.06.2019-cu il tarixli hesabdan çıxarışdan görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən "xxxx" X4 hesabına 4100 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2020-ci il tarixli, 9/973 saylı və 16 fevral 2021-ci il tarixli, 9/5524 nömrəli ekspert rəylərindən görünür ki, Respublikada yerləşən ticarət şəbəkələrində mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara, eləcə də "xxxx" X8 tərəfindən tərtib edilmiş 05.04.2019-cu il tarixli akta əsasən 1 ədəd 2015-ci il istehsallı “Palermo” markalı işıq dirəyinin təzə vəziyyətdə orta bazar qiyməti 6695 manat, köhnəlmə dərəcəsi nəzərə alınmaqla (6%) qalıq qiyməti 6293,30 manat müəyyən edilir. Birinci instansiya məhkəməsi iddia ərizəsini qismən təmin etdikdə gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, cavabdeh ayıq sürücü kimi idarə etdiyi avtomobillə iddiaçı müəssisənin balansında olan 1 ədəd “Palero” tipli işıq dirəyini vuraraq sıradan çıxarmış və nəticədə müəssisəyə 6394 manat dəyərində maddi ziyan vurmuş, həmin məbləğin 4100 manat hissəsi dövlət sığorta kommersiya şirkəti tərəfindən iddiaçı müəssisəyə ödənilsə də, qalan 2294 manat cavabdeh tərəfindən ödənilmədən qalmaqdadır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini qeyd olunan məzmunda təmin etdikdə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. X11 haqqında 02.07.2019-cu il tarixli, ******* №-li qərara əsasən Cavabdeh 05.04.2018-ci il tarixdə, saat 01:00-da Xanlar küçəsində “Vaz 21150” minik markalı **-EU- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağından çıxmadan manevr edərək nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, onun barəsində “40 manat” məbləğində cərimə haqqında tənbeh növünün tətbiq edilməsi və hadisə zamanı "xxxx" X4 balasında olan 1 ədəd 2015-ci il istehsallı “Palermo” markalı işıq dirəyini yararsız vəziyyətə salması işin mübahisəsiz halıdır. Vurulmuş ziyan məbləğinin müəyyən edilməsi üçün birinci instnansiya məhkəməsi tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2020-ci il tarixli və 16 fevral 2021-ci il tarixli, 9/5524 nömrəli ekspert rəyləri ilə 1 ədəd 2015-ci il istehsallı “Palermo” markalı işıq dirəyinin təzə vəziyyətdə orta bazar qiymətinin 6695 manat, köhnəlmə dərəcəsi nəzərə alınmaqla (6%) qalıq qiymətinin 6293,30 manat olması müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci madəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. İş materiallarında olan ekspert rəyləri ilə müəyyən edilir ki, Cavabdeh hüquqazidd əməli nəticəsində "xxxx" X4 balasında olan 1 ədəd 2015-ci il istehsallı “Palermo” markalı işıq dirəyini yararsız vəziyyətə salması nəticəsində o, iddiaçı müəssəyə ümumilikdə 6293,30 manat ziyan vurmuşdur. Həmin məbləğin 4100 manat hissəsi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən "xxxx" X6 ödənilmiş, (6293,30- 4100=2193,30) qalan məbləğ ödənilmədən qalmaqdadır. İddiaçı bu məbləğin 2294 manat olmasını göstərmiş, lakin birinci instansiya məhkəməsi ekspert rəyini maddi sübut kimi qəbul edib, iş materialları ilə yanaşı tədqiq etsə də, rəy ilə müəyyən edilmiş ziyan məbləğinə əhəmiyyət vermədən iddia tələbini tam təmin etmişdir. Bununla yanaşı iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2020-ci il tarixli, 9/973 saylı və 16 fevral 2021-ci il tarixli, 9/5524 nömrəli ekspert rəylərinin hər birinin verilməsi üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat məbləğində xərcin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına köçürülməsi nəzərdə tutulsa da, birinci instansiya məhkəməsi iş üzrə yekun məhkəmə aktı qəbu etdikdə qeyd olunan məbləğin yalnız 100 (bir yüz) manat məbləğ hissəsini tərəflərə aid etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək hesab edir ki, vurulmuş ziyan nəticəsində cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmış, cavabdeh bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbləri üzrə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia ərizəsi qismən təmin edilib, Cavabdeh dəymiş maddi ziyana görə 2190,30 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" X6 ödənilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat pulun 8,78 manat hissəsi iddiaçı "xxxx" X2 və 191,22 manat hissəsi isə Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 386, 387,2.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh nümayəndəsi və vəkili N.Ə.Əliyevin verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(012)-144/2021 saylı qətnaməsi qismən ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 2193 (iki min doxsan üç) manat 30 (otuz) qəpik ziyan məbləği tutub, iddiaçı "xxxx" X6 ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pulun 8,78 (səkkiz manat yetmiş səkkiz qəpik) manat hissəsi iddiaçı "xxxx" X2 və 191,22 (yüz doxsan bir manat iyirmi iki qəpik) manat hissəsi isə Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamə – «Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" X6 ödənilsin» hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar