Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2606/2021 27.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi ilə, İddiaçı "X7" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, X1, Cavabdeh3 qarşı istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(012)-2722/2021 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin 08 may 2021-ci il tarixli qərardadı ilə (hakim E.Məmmədov) iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 qarşı istifadə hüququna xitam verilməsi və yaşayış evindən çıxarılmaqla mənzilin boşaldılması tələbinə dair mülki işə üzrə Cavabdeh2 mülki iş üzrə icraatın dayandırılması barədə ərizəsinin rədd edilməsi qərara alınmışdır. Cavabdeh2 qərardaddan şikayət vermişdir. Abşeron rayon məhkəməsinin 23 iyun 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron rayon məhkəməsinin 08.05.2021-ci il tarixli, 2(012)-2722/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılması, Cavabdeh2 Abşeron Rayon Məhkəməsinin 08.05.2021-ci il tarixli, 2(012)-2722/2021 saylı qərardadından verdiyi şikayət ərizəsi baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 qarşı “istifadə hüququna xitam verilməsi və yaşayış evindən çıxarılmaqla mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 4-cü küçə, 2-ci döngədə yerləşən 28 saylı evinə cavabdehlər Cavabdeh2 ailə üzvləri olan Cavabdeh3, Cavabdeh1, X2 və X3 istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh2 ailə üzvləri olan Cavabdeh3, Cavabdeh1, X2 və X3 Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 4-cü küçə, 2-ci döngədə yerləşən 28 saylı evindən çıxarılmaqla, həmin mənzilin boşaldıması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəməyə iş üzrə icraatın dayandırılmasına dair ərizə verərək, iddiaçı "xxxx" KV ASC-nin ona və ailə üzvlərinə qarşı “kredit borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və açıq hərracda satılması, onların fərdi yaşayış evindən çıxarılmaqları” barədə iddiası üzrə işə Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasında baxılıb yekun qərar qəbul edilənə qədər Abşeron rayon məhkəməsinin icraatında olan 2(012)-2722/2021 saylı mülki iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh Rəhimi X5 rayon məhkəməsinin 08 may 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını diqqətdən kənarda qoymuşdur. Belə ki, o, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsində kassasiya şikayəti vermiş, Kassasiya şikayəti icraata götürülmüş və yaxın vaxtlarda Ali Məhkəmənin Mülki Kollegiyasında baxılacaqdır. Belə olan halda Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almamışdır. Qanuni qüvvəsi olmayan qətnamə icraya yönəldilə bilməz. Məhkəmə işin mahiyyətindən kənara çıxmış, qanuni qüvvəsi olmayan qətnamənin icra edilməsini mümkün hesab etmişdir. Məhkəmənin istinad etdiyi normanın hazırkı mübahisə ilə birbaşa əlaqəsi yoxdur. Belə ki, qərardadda Mülki Prosessual Məcəllənin 254-cü maddəsinə istinad edilərək işin icraatının dayandırılmasının mümkün olmadığı qənaətinə gəlmişdir. Bildirməlidir ki, onun ərizəsi başqa işin baxılması ilə əlaqədar olmamışdır. Hazırkı şikayət məhz qanuni qüvvəyə minməmiş qətnamənin icraya yönəldilməsinin mümkün olmaması barədə olmuşdur. Hesab edir ki, məhkəmə yol verdiyi qanusuzluğu aradan qaldıraraq verdiyi ərizənin təmin edilməsi barədə qərardad qəbul edəcəkdir. Mülki Prosessual Məcəllənin 269.2-ci maddəsinin tələblərinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir.. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə tərəflərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. və 397.2 maddələrinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdıraraq, məruzəçini dinləyib, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron rayon məhkəməsinin 08 may 2021-ci il tarixli və onunla bağlı 23 iyun 2021-ci il tarixli qərardadları ləğv edilməli və ərizəyə yenidən baxılması üçün mülki iş Abşeron rayon məhkəməsinə göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). İşdən görünür ki, "xxxx" KB ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 qarşı istifadə hüququna xitam verilməsi və yaşayış evindən çıxarılmaqla mənzilin boşaldılması tələbi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh2 iş üzrə icraatın dayandırılmasına dair məhkəməyə ərizə verərək, mülki işin dayandırılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi ərizəni təmin etməmişdir. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırılmalıdır (Mülki Prosessual Məcəllənin 254.1.4. maddəsi). Mülki Prosessual Məcəllənin 256.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 254.1.4cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4. maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4. maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə, işə baxmaq mümkün olmazsa” müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Göründüyü kimi Mülki-Prosessual Məcəlləsinin 254.1.4. maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. İşdən görünür ki, iddiaçı cavabdehin istifadə hüququna xitam verilməsi və evdən çıxarılmaqla, həmin evin boşaldılmasını xahiş etdiyi mənzillə bağlı cavabdeh M.Rəhimovun ərizəsində istinad etdiyi Sumqayıt Apellyasiya Məhkəməsinin 23.02.2021-ci il tarixli qətnaməsi ilə (yaşayış sahəsindən çıxarılma tələbinə) qiymət verilmişdir. Lakin birinci instansiya məhkəməsi mülki işin icraatının dayandırılması barədə ərizəni rədd edərkən, işin və qanunvericiliyin yuxarıda qeyd olunan hallarına əhəmiyyət verməmiş, nəticədə düzgün olmayan qərardad qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron rayon məhkəməsinin 08 may 2021-ci il tarixli və onunla bağlı 23 iyun 2021-ci il tarixli qərardadları ləğv edilməli, ərizəyə yenidən baxılması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh2 şikayəti qismən təmin edilsin. Abşeron rayon məhkəməsinin 08 may 2021-ci il tarixli və onunla bağlı 23 iyun 2021ci il tarixli qərardadları ləğv edilsin və icraatın dayandırılmasına dair ərizəyə baxılması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2606/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2606/2021
27.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver