Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2610/2020 10.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə,İddiaçı və Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1040/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1040/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdehdan İddiaçı xeyrinə 11000 (on bir min) ABŞ dolları manat ekvivalenti ilə 18689 (on səkkiz min altı yüz səksən doqquz) manat və 4300 manat (dörd min üç yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir (hakim Habil Əhmədov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)- 1040/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi,iddianın rədd edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh borclu olduğu 11.000 ABŞ dolları (manat ekvivalenti ilə 18.689 manat) və 4.300 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alnaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 apelyasiya şikayətinin dəlillərini müdafiə edib göstərdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1040/2020 saylı, xx.xx.2020- ci il tarixli qətnaməsi qanunsuz və əsassızdır. Ona görə ki, bütün dünya bu pandemiyadan ciddi şəkildə əziyyət çəkir. Koronavirus fors- major hal kimi qiymətləndirilə bilər. Ümumi qəbul edilmiş tərifə görə, fors-major müqavilədə və ya sazişdə nəzərdə tutulmuş öhdəliklərin, şərtlərin yerinə yetirilməsini qeyri-mümkün edən fövqaladə və qaçılmaz hallardır. Yəni yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlmək olur ki, iqtisadi böhran şəraitində, restoranların fəaliyyət göstərmədiyi şəraitdə Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirə bilməzdi. İddiaçının özü belə qeyd edib ki, cavabdeh şadlıq sarayının sahibidir. Əgər şadlıq sarayı fəaliyyət göstərmirsə, cavabdeh pul qazanmırsa 23.000 pulu iddiaçıya necə ödəsin. koronavirus infeksiyasının fors-major hal olması nəzərə alınmalı və bu dövrdə iddiaçının qaldırdığı iddia rədd edilməlidir. Fors-major hallar tərəfi fövqaladə hallar'"zamanı mülki məsuliyyətdən azad edir. İddiaçı hazırki iddiasını fors-major halın baş verdiyi vaxtda qaldırmışdır. İddia ərizəsindəki dəlillərin əsassız olduğunu göstərən faktlardan biri də ondan ibarətdir ki, iddiaçı iddia edir ki, onlar cavabdehlə belə razılığa gəlmişlər ki, guya 1 ay ərzində borcunu qaytaracaqdır. Ancaq aralarında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, borc alan krediti 09 /01/ 2020 tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. Fors-major hadisə öhdəliyin icrasını qeyri müəyyən edir. Əgər pandemiya müqavilə öhdəliklərinin icrasını mümkünsüz etməsə belə, çox ağır şərtlərlə həyata keçirməsinə səbəb olmuşsa onda tərəflər məhkəmədən müqavilənin ləğvini və ya dəyişdirilməsini istəyə bilərlər. İş materiallarından görünür ki, şadlıq saraylarının fəaliyyəti tam olaraq məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 556.1. maddəsinə əsasən icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığn haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. Həmin Məcəllənin 556.2. maddəsinə əsasən borclunun öhdəliyi yerinə yetirməsi kreditorun təqsirli hərəkətləri nəticəsində mümkün olmadıqda, kreditor öhdəlik üzrə özünün icra etdiklərini qaytarmağı tələb edə bilməz Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair qərarında qeyd olunmuşdur ki, xx xxxxxxxx 2018-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Ancaq epidemiya-pandemiya tamamilə fors-major hal hesab edilməlidir. Bundan başqa Abşeron Rayon Məhkəməsinin 2(012)-1040/2020 saylı, xx.xx.2020-ci il tarixli qətriaməsi ona görə qanunsuz və əsassızdır ki, Cavabdeh bir dəfə öz oğlu vasitəsilə 1020 manat, bir dəfə iddiaçının qardaşı olan Nofəl adlı şəxs vasitəsilə 1020 manat, 2 dəfə də özü şəxsən 1020 manat-cəmi 4080 manat pulu iddiaçıya ödəmişdir. Lakin birinci instansiya məhkəməsində iddiaçı cavabdehin ona ödədiyi bu borcları etiraf etməmişdir. Tərəflərin səmimi münasibətindən sui-istifadə edərək hətta kredit müqaviləsində 11.000 ABŞ dolları və 4300 manat borc pul məbləği göstərilməsinə nail olmuşdur. Cavabdeh iddiaçıya inanaraq müqaviləni oxumamış imzalamışdır. Düzdür hər bir vətəndaş bağladığı istənilən bir müqaviləni diqqətlə oxumalıdır. Ancaq bu əsas vermir ki, qarşı tərəfin bundan sui-istifadə etsin və vicdanlı davranmasın. Cavabdeh qadın olmasına rəğmən etiraf edir ki, notariusda bağlanmış müqaviləyə əsasən cəmi ona 10.000 dollar pul verilmişdir. Bu da manat ekvivalenti ilə 17.000 manat pul edirdi. Həmin puldan da 4080 manat ödəmişdir. Yəni ümumilikdə 12.920 manat iddiaçıya pul borcu vardır. Göründüyü kimi cavabdeh iddiaçıya olan borcundan imtina etmir. İddiaçı cavabdehdən verdiyi pulun iki qatını istəyir. Yəni, cavabdehin ona 22.989 manat pul borcu olduğunu iddia edir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin 3. bəndinə əsasən tərəflər kreditin faizsiz verilməsini şərtləndirirlər. Ancaq faktiki olaraq iddiaçı hüquqdan sui-istifadə edilərək 6000 manat müqavilədə faiz yazılmışdır. əslində iddiaçı cavabdehə 10.000 Dollar borc pul vermişdir. Yəni əslində 1000 dollar və 4300 manat müqavilədə faiz məbləğini təşkil edir. 1000 dollar manat ekvivalenti ilə 1700 manat pul edir. 43xx xxxxxxx 1700 manatın cəmi isə 6000 manat edir. Göründüyü kimi faiz məbləği yuvarlaq bir rəqəm almır. Həmin 6000 manat da 6 ay müddətində verilmişdir. Fərz edilsə ki, 6000 manat faiz məbləğidir. İddiaçının kredit müqaviləsinə əsasən 6 ay müddətinə 6000 manat pul istəməsi illik faiz dərəcəsinə görə 210 % edir. Bu da bankların tətbiq etdiyi faiz dərəcəsindən 20 dəfə çoxdur. Özü də borc 1 il müddətinə yox, 6 ay müddətinə verilmişdir. Qeyd etməyi zəruri hesab edir ki, verdiyi kreditə görə faizi yalnız lisenziyası olan təşkilatlar və banklar tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1. maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Göründüyü kimi iddiaçı cavabdehin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüquq həyata keçirmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq apelyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, cavabdehi qardaşı Nofəlin vasitəsi ilə tanımışdır. Cavabdeh Bakı şəhəri, 9-cu mkr da. Leyla şadlıq sarayını işlədirdi. X1 da bu şadlıq sarayında işləyirdi Belə ki, 2019-cu ilin yayında qardaşı Nofəl Cavabdeh onunla tanış edərək bildirdi ki, Tamella xanım Leyla şadlıq sarayının sahibidir və ona 20-25 min manat pul lazımdır ki, şəxsi problemlərini həll etsin və bu pulu 1 ay müddətində geri qaytaracaqdır. O, da öz növbəsində qardaşı Nofəlin məsləhəti və Tamella xanımın imkanlarını (müntəzəm fəaliyyətdə olan şadlıq sarayı) nəzərə alıb cavabdehə borc vermək qərarına gəlmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh 6 (altı) ay müddətinə qaytarmaq şərti ilə 11.000 ABŞ dolları (manat ekvivalenti ilə 18.689 manat) və 4.300 manat məbləğində borc vermişdir. Cavabdeh ilə aralarında bağlanmış borc müqaviləsi xx.xx.2019-cu il tarixdə notariat qaydasında təsdiq olunmuşdur. Ancaq Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və bu günədək pulunu əsassız bəhanələr gətirərək geri qaytarmamışdır. Bu səbəbdən cavabdehi üzərinə düşən öhdəliyin yerinə yetirilməsinə məcbur etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-1040/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasıiş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətitəmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-1040/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş, Reyestrdə 3M-1567 № ilə qeyd edilmiş xx xxxx 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, «borc verən» «borc alana» 11000 USD (on bir min ABŞ dolları 00 sent) manat ekvivalenti ilə 18689 (on səkkiz min altı yüz səksən doqquz) və 4300 manat 00 qəpik (dörd min üç yüz manat sıfır qəpik) məbləğində pul borc verir. «Borc alan» krediti xx/xx/2020.(doqquz yanvar iki min iyirmi il) tarixədək «borc verənə» qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 6-cı bəndinə əsasən «borc verən» müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. Həmin müqavilənin 8-ci bəndinə əsasən borc alan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Həmin müqavilənin 9-cu bəndinin tələbinə əsasən isə tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Birinci instansiya məhkəməsi qeyd edilən edilən müqaviləyə istinad edərək iddia tələbini yuxarıda göstərilən qaydada təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hallarına uyğundur. Belə ki, işin mübahisələndirilməyən hallarından görünür ki, tərəflər arasında borc münasibəti olmuş, iddiaçı cavabdehə 1800 manat borc verməsini bildirsə də bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki, AR Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Eyni zamanda iş materiallarında olan İddiaçı Cavabdeh arasında bağlanmış xx xxxx 2019cu il tarixli kredit müqaviləsindən görünür ki, «borc verən» «borc alana» 11000 USD (on bir min ABŞ dolları 00 sent) manat ekvivalenti ilə 18689 (on səkkiz min altı yüz səksən doqquz) və 4300 manat 00 qəpik (dörd min üç yüz manat sıfır qəpik) məbləğində pul borc verir. «Borc alan» krediti xx/xx/2020.(doqquz yanvar iki min iyirmi il) tarixədək «borc verənə» qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, cavabdehin iddiaçıdan 11000 (on bir min) ABŞ dolları manat ekvivolenti ilə 18689 (on səkkiz min altı yüz səksən doqquz) manat və 4300 manat (dörd min üç yüz) manat borc pul alması iş materiallarında olan müqavilə ilə sübuta yetirilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. X7 Məhkəməsinin «X3rşı” xx xxxx 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə sübuta yetirmişdir. Bundan başqa, iddiaçının istinad etdiyi borc müqaviləsi hazırda qüvvədədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməmişdirsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Cavabdeh tərəf şikayətində aldığı borcdan 4080 manat qaytarılmasını bildirsə də, buna dair hər hansı sübutu təqdim etməmişdir.Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki işdən görünür ki, Bununla da cavabdeh iddiaçıya 4080 manat ödəniş etməsini sübuta yetirə bilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə haqlı olaraq dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun da cavabdehdən tutulması qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə də məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki,apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-1040/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1040/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2610/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2610/2020
10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver