Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2619/2020 30.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1194/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1194/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 11971,62 ABŞ dolları kredit borcunun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, eləcə də 10 manat dövlət rüsumunun tutulub dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. (hakim İ.Xəlilov) Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1194/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 15810 ABŞ dolları əsas borcun, 1181,48 ABŞ dolları faiz borcunun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 27% olmaqla, 15810 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh borcu ödəmədiyinə görə bank tərəfindən Xaçmaz Rayon Məhkəməsinə əmr çıxarılması ilə bağlı müraciət olunmuşdur. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(0367)-1018/2016 saylı məhkəmə əmrinə əsasən 15810 ABŞ dolları əsas və 1181,48 ABŞ dolları məbləğində faiz borcunun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulması qərara alınmışdır. Borclu Cavabdeh2 məhkəmə əmrinə etiraz etdiyinə görə əmr ləğv olunmuş, mübahisə üzrə materiallar iddia icraatına keçirilmişdir. Məhkəmə əmri çıxarılandan sonar, cavabdehlər borcun bir hissəsini ödəyiblər və hazırda banka 11971,62 ABŞ dolları əsas borc qalmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 bank qarşısında Cavabdeh1 öhdəliklərinin icrası üçün zamin kimi öz üzərilərinə məsuliyyət götürüblər və kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə bank qarşısında məsuliyyət daşıyırlar. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi İlqar Mirzəyev Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 11971,62 ABŞ dolları məbləğində borcun tutulmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini əsassız hesab edir. Belə ki, onun məhkəmə iclasında iştirakı təmin edilməmiş, etirazlarını təqdim etməyə şərait yaradılmamış, bununla da çəkişmə prinsipi pozulmuş, mübahisə məhkəmə tərəfindən ətraflı araşdırılmamışdır. Göstərilənlərə əsasən qətnamə ləğv olunmalıdır. Cavabdeh2 apelyasiya şikayətini əsaslandırmaq üçün AR MPM-nin 165, 217, 385, 357 və 384-cü maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək izahatında göstərdi ki, apelyasiya şikayətindəki dəlillər məhkəmə qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Apelyasiya şikayəti formal xarakter daşıyır və məhkəmə qətnaməsinin icrasını yubatmaqdan ötrü verilmişdir. Sonda o, apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına təkrar gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan İddiaçı-nin “Xaçmaz” filialı ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli, RF/47581/53/19 saylı kredit müqaviləsindən (saziş) görünür ki, Cavabdeh1 60 ay müddətinə illik 27 % ödəmək şərtilə 15810ABŞ dolları məbləğində kredit verilmiş, kredit öhdəliklərinin təminatı kimi Cavabdeh2 və Cavabdeh3 isə zamin kimi bank qarşısında maddi məsuliyyət daşımaları barədə öhdəlik götürmüşlər. İşdə olan xx.xx.2015-ci il tarixli, XMZ-RF-47581/53/19-ÖT saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh1 xx xxxxxxxx 2015-ci il tarixli, RF/47581/53/19 saylı kredit müqaviləsi üzrə İddiaçı-dən 15810 ABŞ dolları məbləğində pul vəsaitini şəxsən almışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli arayışdan görünür ki, Cavabdeh1 İddiaçı-yə 15810 ABŞ dolları məbləğində əsas borcu və 1181,48 ABŞ dolları məbləğində faiz borcu vardır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha-ki-min məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, lakin hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1194/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi borcun xarici valyuta ilə tutulması hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Yenə həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Yenə həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, Cavabdeh1 iddiaçıdan xx xxxxxxxx 2015-ci il tarixli, RF/47581/53/19 saylı kredit müqaviləsinə (sazişə) əsasən illik 27 faizlə 60 ay müddətinə 15810 ABŞ dolları məbləğində kredit almışdır. Krediti almasına baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh1 həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilələrlə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, müqavilə üzrə faizləri ödəsə də, lakin kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə zaminlərlə birlikdə yerinə yetirməmişdir. İş materiallarından və işin faktiki hallarından göründüyü kimi borclu Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh1 İddiaçı-dən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh1 müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Eləcə də digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 bank qarşısında Cavabdeh1 öhdəliklərinin icrası üçün zamin kimi öz üzərilərinə məsuliyyət götürdüklərindən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə bank qarşısında məsuliyyət daşıyırlar İşdən göründüyü kimi, cavabdehlərin iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə əsas borcu yaranmışdır, belə ki müqavilə üzrə faizlər artıq banka ödənilmişdir. Kredit müqaviləsi üzrə əsas kredit borcunun 11971,62 ABŞ dolları məbləğində olması işin faktiki halları ilə təsdiq olunur. Yuxarıda qeyd olunduğu kimi, cavabdehlər kredit müqaviləsi üzrə bank qarşısında öhədliklərini tam icra etməmiş, nəticədə iddiaçı qarşısında onun borcu yaranmışdır və buna görə də İddiaçı-nin yaranmış borcun qaytarılması barədə iddia tələbi əsaslıdır. Buna görə də birinci instansiya məhkəməsi düzgün nəticəyə gələrək tərəflərin hüquq münasibətlərinə maddi hüquq normalarını düzgün tətbiq edərək iddianı təmin etməklə qanuni qətnamə qəbul etmişdir. Bununla belə işdən görünür ki, kredit müqaviləsi üzrə borcun mövcudluğu barədə düzgün nəticəyə gələn birinci instansiya məhkəməsi, cavabdehlərdən tutulmalı olan pul məbləğini milli valyuta ilə deyil, ABŞ dolları ilə tutmuşdur. Halbuki, AR Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə həmin hissədə dəyişdirilməli, cavabdehlərdən iddiaçının xeyrinə kredit müqaviləsi üzrə əsas borc kimi 11971,62 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutulmalıdır. Birinci instansiya məhkəməsi işüzrə bu hala düzgün qiymət verməmiş, cavabdehdən tutulmalı olan borcu xarici valyuta ilə tutmuşdur ki, bu da qanunla qadağandır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə həmin hissədə dəyişdirilməli, cavabdehlərdən tutulmalı olan kredit borcu manatla tutulmalıdır. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmiş, Cavabdeh2 isə iddia tələbinin rədd edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə dair məhkəməyə lazımi mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə borcun ABŞ dolları ilə tutulması hissəsində qətnamə dəyişdirilməli, qeyd olunan borc Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı-nin xeyrinə ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutulmalıdır. Məhkəmə kollegiyası həmçinin belə hesab edir ki, Azərbaycan Respublikası MPMnin 119.1, 119.5-ci maddələrinin tələblərinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu Cavabdeh2 özünə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh2 apelyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1194/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi borcun ABŞ dolları ilə tutulması hissəsində dəyişdirilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 11971,62 ABŞ dolları kredit borcu ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutulsun. Qətnamə cavabdehlərdən 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, 10 manat dövlət rüsumunun dövlət büdcəsinə tutulub ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu Cavabdeh2 özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2619/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2619/2020
30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver