Məhkəmə qərarları › İş №2(105)-2627/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2627/2022

21.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2627/2022 21.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(012)-1513/2022 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(012)-1513/2022 nömrəli qərardadı ilə (hakim Məlahət Abbasova) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi, avtomobilə görə çəkilən xərclərin, hüquqi yardıma görə ödənilmiş vəsaitin və əldən çıxmış faydanın qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(012)-1513/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Cavabdeh qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(012)-1513/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİNHALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi, avtomobilə görə çəkilən xərclərin, hüquqi yardıma görə ödənilmiş vəsaitin və əldən çıxmış faydanın qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, “Mercedes C-180” markalı, **-ZY-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinin satışına görə ödənilmiş 8550 manat, avtomobilin sazlaşdırılmasına görə xərclənən 1200 manat, hüquqi yardım üçün vəkilə ödənilən 461 manat pulun, onun əldə edəcəyi 2400 manat gəlirin (əldən çıxmış faydanın), məhkəmə üçün ödənilən 130 manat və 13 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 12754 manat pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(012)-1513/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilib, Cavabdeh1 maddi ziyana görə 8550 manat, hüquqi yardıma görə 300 manat və ödənilmiş dövlət rüsumu üçün 100 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prossesual müddətin bərpa edilməsi barədə ərizə vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİNDƏLİLLƏRİ Cavabdeh verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 21 oktyabr 2022-ci il tarixli qərardadı qəbul edərkən prosessual qanunverciliyin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə qərardadda “işin materiallarında müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1513/2022 nömrəli qətnaməsi cavabdehin yaşadığı ünvana göndərilmiş və M.Xeyriyyə adlı qohumu tərəfindən poçt xəbərnamənaməsi imzalanmaqla xx.xx.2022-ci il tarixində almışdır” kimi qeyd etmişdir. Məhkəmədə tərəfindən onun Xeyransa adlı nə yaxın nədə uzaq qohumunun olmadığı bildirilmiş, eyni zamanda iş materiallarında məhkəmə bildirişləri və qətnamə ünvan 1 ünvanına göndərilmişdir. Lakin məhkəməyə təqdim edilmiş arayışlardan eyni zamanda komunal qəbzlərdən də məlum olur ki, o, ünvan 2 ünvanında deyil, ünvan 3 ünvanında yaşayır və həmin ünvan onun daimi yaşayış yeridir. Onun həmin ünvanda yaşaması Abşeron rayon 1 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 1667 saylı, xx.xx.2022-ci il saylı arayışı, Abşeron rayon Mehdiabad qəsəbə Mənzil Kommunal İstismar Sahəsinin 1385 saylı, xx.xx.2015-ci il tarixli arayışı ilə, X1 üçün 464696 saylı, xx.xx.2022-ci il tarixli mədaxil qəbzlə, "xxxx" ASC-nin hesab fakturası ilə, 595 saylı, xx.xx.2022-ci il tarixli Qaçqınlar və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Abşeron Rayon Bölməsinin arayışı və s. sənədlərlə təsdiq edilsə də təəssüflər olsun ki, məhkəmə təqdiyi etdiyi sübutları dəyərləndirməmiş, münasibət bildirməmiş və heç bir hüquqi qiymət verməmişdir. Bundan əlavə məhkəmə qətnaməsindən onun ümumilikdə xəbəri olmamış, Abşeron rayon İcra və probasiya şöbəsi tərəfindən icra vərəqəsi əsasında icraata başlanıldıqdan sonra məlumatlı olmuşdur. O, dərhal məhkəməyə müraciət etmiş və qətnaməni yalnız xx.xx.2022-ci ildə əldə etmişdir. Onun hüquqi savadı olmadığından ona qətnaməni əldə etmək üçün 10 manat dövlət rüsumu ödənilməli olduğu ona bildirilmiş və məhkəmə əməkdaşı tərəfindən ərizə yazdırılmışdır. O, bundan sonra qətnaməni əldə etmiş və həmin qətnamədən şikayət etmək qərarına gəlmişdir. Daha sonra məhkəmə xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak etdiyini qeyd etmişdir. Qeyd edilir ki, ona göndərilmiş məktubları almamış, məhkəmə iclasında istirak etməsinə səbəb isə ona ünvanlanmış SMS bildiriş olmuşdur. Həmçinin onun məhkəmə iclasında hansı ünvanda yaşaması dəqiqləşdirilməmiş və sual olunmamışdır. O məhkəmə bildirişlərini əldə etmədiyindən hüquq və vəzifələrindən də xəbərdar olmamışdır, ona məktubların çatmaması iş materialları ilə təstiq edilir. SMS bildirişdə isə hüquq və vəzifələr qeyd edilməmişdir. Bundan əlavə prosessual müddətin bərpa olunması barədə ərizənin yazılması prosessual müddətin ötürülməsi və apellyasiya şikayətinin qaytarılması kimi qiymətləndirilməməli, müddət ötmədiyi halda isə iş apellyasiya instansiyasına göndərilməli, ümumilikdə prosessual müddətin bərpa olunması barədə məhkəmə iclası təyin edilməməlidir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1513/2022 nömrəli qətnaməsi cavabdehin yaşadığı ünvana göndərilmiş və M.Xeyriyyə adlı qohumu tərəfindən poçt xəbərnaməsi imzalanmaqla xx.xx.2022-ci il tarixdə alınmışdır. Cavabdeh sonradan ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin təkrarən ona verilməsini xahiş etmiş, bunun üçün qanunla nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumu ödəmiş, qətnamə ona təkrarən xx.xx.2022-ci il tarixdə verilmişdir. Cavabdeh yaşayış yeri kimi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Abşeron Rayon Bölməsinin 12 saylı, xx.xx.2022-ci il tarixli arayışına istinad etmiş, bu arayışa əssən cavabdeh məcburi köçkün kimi ünvan 2 ünvanında yaşayır. İşdən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak etmiş, mübahisə üzrə izahat verərək iddianı tam şəkildə qəbul etdiyi barədə məhkəməyə ərizə vermişdir. Başqa sözlə, cavabdeh həmin tarixdə iş materialları ilə tanış olmaq, gələcəkdə çıxarılacaq məhkəmə aktının və ya bildirişlərinin onun faktiki yaşayış ünvanına göndərilməsini tələb etmək imkanı olmuşdur. Mülki Prosessual Məcəllənin Maddə 134.1.5. Məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Madə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Mülki Prosessual Məcəllə Maddə 135.1. Bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünü idarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Maddə 146. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İşdə olan poçt göndərişinin xəbərnaməsindən görünür ki, cavabadehə ünvanlanmış qətnamənin surəti xx.xx.2022-ci il tarixdə “M.Xeyriyyə adlı qohumu” qeydi ilə qəbul edimişdir. İcra vərəqəsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(012)-1513/2022 nömrəli qətnaməsi əssında verilmiş icra sənədi 01 avqust 2022-ci il tarixdə icra olunması üçün Ağdam rayonu üzrə İcra və probasiya şöbəsində göndərilmişdir. Cavabdeh 19 sentyabr 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edib, Abşeron Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(012)-1513/2022 nömrəli qətnaməsinin surətinin təkrar ona verilməsini xahiş etmiş və ərizəyə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əlavə etmişdir. Bundan sonra cavabdeh qətnamənin surətini təkrar 19 sentyabr 2022-il tarixdə qəbzə imza etməklə qəbul etmiş və elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti 17 oktyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə kollegiyası işin yuxarıda şərh olunanlara əsasən hesab edir ki, cavabdehin şikayətində göstərdiyi dəlillər əsassızdır və birinci instansiya məhkəməsi prosessual müddətin bərpasına dair ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiya məhkəməsinin səlahiyyətidir. MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(012)-1513/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar