Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2629/2020 27.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı İB-nin nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(074)-1189/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(074)-1189/2019 saylı qətnaməsi ilə ilk iddia təmin edilmiş, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4754,50 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 4784,50 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına köçürülməsi qət edilmişdir. (hakim E.Hümbətov) Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(074)-1189/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddi ərizəsi bununla əsaslandırılmışdır ki, İddiaçı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli, 07/3078 saylı müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00001 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1302AZ**********07 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh bu müqavilənin 2.3.2-ci yarımbəndinin və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı dəyərini ödəmədən istehlak etmişdir. İddiaçı” İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X4n pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2016-cı il tarixli 089720 saylı akt əsasında 423 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 234,80 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 345,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 863,40 manat, xx.xx.2018- ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 219,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat, xx.xx.2018- ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 604,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019- cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, cəmi 4059,20 manat İddiaçınə ziyan dəymişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 4059,20 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan əlavə, cavabdehin əvvəldən 695,30 manat borcu olmuş və karta keçirilmişdir. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 4754,50 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mübahisəni hər tərəfli araşdırmamışdır. Onun ailəsi genişdir (4 nəfərlikdir), maddi imkanları isə məhduddur. Bu məbləğdə borcu ödəməyə maddi imkanı yoxdur. Ayda 600 manat maaş alır və ailəsini güclə saxlayır. Bütün bu hallar iş materialları ilə sübut olunsa da, məhkəmə iddianı əsassız olaraq təmin etmişdir. Buna görə də qətnamə ləğv olunmalı, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı Cavabdeh apelyasiya şikayətini müdafiə edib eyni məzmunlu izahat verərək apelyasiya şikayətinin təmin edilməsini, Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(074)-1189/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə etdi ki, qazdan sayğacdan kənar istifadə etsə də, bu hal bir-iki dəfə olmuş, İddiaçıın əməkdaşlarının tərtib etdikləri aktda göstərilən sayda olmamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı İB-nin nümayəndəsi X5 apelyasiya şikayətinə etiraz edərək izahatında göstərdi ki, apelyasiya şikayətindəki dəlillər məhkəmə qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Apelyasiya şikayəti formal xarakter daşıyır. Sonda o, apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2017-ci il tarixli, 07/3078 saylı müqavilənin surətindən görünür ki, İddiaçı İB Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin müqaviləyə əsasən İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən Cavabdeh **********00001 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1302AZ**********07 nömrəli qaz sayğacı quraşdırılmışdır. Yenə iş materiallarında olan təbii X4nın pozulması haqqında xx.xx.2016-cı il tarixli, 089720 saylı aktdan görünür ki, Cavabdeh yaşadığı Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1302AZ**********07 nömrəli qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar rezin boru vasitəsilə istifadə etməsi halı aşkarlanmışdır. İşdə olan İddiaçı İB-nin xx xxxxx 2016-cı il tarixli qərarından görünür ki, təbii X4nın pozulması haqqında xx.xx.2016-cı il tarixli, 089720 saylı akta əsasən, Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz işlədicilərindən ceyran sobasının maksimal qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, 16 litrlik QSQ-nin maksimal saatlıq qaz sərfi 1.6 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 4230 m3 həcmində təbii qazın dəyərinin ödənilməsi barədə qərar qəbul edilmişdir. Yenə işdə olan təbii X4nın pozulması haqqında xx.xx.2016-cı il tarixli, ******* saylı aktdan görünür ki, Cavabdeh yaşadığı Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1302AZ**********07 nömrəli qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi halı aşkarlanmışdır. İşə əlavə olunmuş İddiaçı İB-nin xx xxxxxxx 2016-cı il tarixli qərarından görünür ki, təbii X4nın pozulması haqqında xx.xx.2016-cı il tarixli, ******* saylı akta əsasən, Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 saat, qış ayları üçün orta günlük iş rejimi 8 saat və hesabat müddəti 25 gün, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 65 gün, 16 litriik QSQ- nın maksimal saatlıq qaz sərfi 1,6 m3 saat, qış ayları üçün orta günlük iş rejimi 12 saat və hesabat müddəti 25 gün, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 65 gün, ceyran sobası maksimal saatlıq qaz sərfi 1.5 m saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 65 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 2348 m3 həcmindəki təbii qazın dəyərinin ödənilməsi barədə qərar qəbul edilmişdir İş materiallarında olan təbii X4nın pozulması haqqında xx.xx.2017-ci il tarixli, ******* saylı aktdan görünür ki, Cavabdeh yaşadığı Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1302AZ**********07 nömrəli qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi halı aşkarlanmışdır. İşdə olan İddiaçı İB-nin xx xxxxxx 2017-ci il tarixli qərarından görünür ki, xx.xx.2017-ci il tarixli, ******* saylı təbii X4nın pozulması haqqında akta əsasən, Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3 saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3 saat, orta günlük iş rejimi 8 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 1728 m3 həcmindəki təbii qazın dəyərinin ödənilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarındakı təbii X4nın pozulması haqqında xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, Cavabdeh yaşadığı Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1302AZ**********07 nömrəli qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi halı aşkarlanmışdır. İş materiallarında olan İddiaçı İB-nin xx xxxxxx 2018-ci il tarixli qərarından görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı təbii X4nın pozulması haqqında akta əsasən, Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 saat, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 92 gün, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 88 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3 saat, qış ayları üçün orta günlük iş rejimi 10 saat və hesabat müddəti 92 gün, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 88 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3 saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 92 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğ 4317 m3 həcmindəki təbii qazın dəyərinin ödənilməsi barədə qərar qəbul edilmişdir. Yenə iş materiallarında olan təbii X4nın pozulması haqqında xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, Cavabdeh yaşadığı Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1302AZ**********07 nömrəli qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar birləşmə ilə istifadə etməsi halı aşkarlanmışdır. Yenə də iş materiallarında olan İddiaçı İB-nin xx xxxxxx 2018-ci il tarixli qərarından görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı təbii X4nın pozulması haqqında akta əsasən, Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 saat, orta günlük iş rejimi 10 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğ 666 m3 həcmindəki təbii qazın dəyərinin ödənilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarındakı təbii X4nın pozulması haqqında xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, Cavabdeh yaşadığı Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1302AZ**********07 nömrəli qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar birləşmə ilə istifadə etməsi halı aşkarlanmışdır. Yenə iş materiallarındakı İddiaçı İB-nin xx xxxx 2018-ci il tarixli qərarından görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı təbii X4nın pozulması haqqında akta əsasən, Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz işlədicilərindən PQ4~ün maksimal saatlıq qaz sərfi 1,2 m3 saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3 saat, orta günlük iş rejimi 10 saat ve hesabat müddəti 30 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3 saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğ 1098 m3 həcmindəki təbii qazın dəyərinin ödənilməsi barədə qərar qəbul edilmişdir. Yenə də iş materiallarındakı təbii X4nın pozulması haqqında xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, Cavabdeh yaşadığı Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1302AZ**********07 nömrəli qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar birləşmə ilə istifadə etməsi halı aşkarlanmışdır. İş materiallarında olan İddiaçı İB-nin xx xxxxx 2018-ci il tarixli qərarından görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı təbii X4nın pozulması haqqında akta əsasən, Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğ 1008 m3 həcmindəki təbii qazın dəyərinin ödənilməsi barədə qərar qəbul edilmişdir. Yenə iş materiallarında olan təbii X4nın pozulması haqqında xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, Cavabdeh yaşadığı Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1302AZ**********07 nömrəli qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar birləşmə ilə istifadə etməsi halı aşkarlanmışdır. Yenə də iş materiallarında olan İddiaçı İB-nin xx xxx 2018-ci il tarixli qərarından görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı təbii X4nın pozulması haqqında akta əsasən, Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 saat orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğ 324 m3 həcmindəki təbii qazın dəyərinin ödənilməsi barədə qərar qəbul edilmişdir. İşdə olan təbii X4nın pozulması haqqında xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, Cavabdeh yaşadığı Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1302AZ**********07 nömrəli qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar birləşmə ilə istifadə etməsi halı aşkarlanmışdır. Yenə işdə İddiaçı İB-nin xx xxxx 2018-ci il tarixli qərarından görünür ki, xx.xx.2018ci il tarixli, ******* saylı təbii X4nın pozulması haqqında akta əsasən, Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 nr/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 10 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğ 666 m3 həcmindəki təbii qazın dəyərinin ödənilməsi barədə qərar qəbul edilmişdir. Yenə də işdə olan təbii X4nın pozulması haqqında xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, Cavabdeh yaşadığı Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1302AZ**********07 nömrəli qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar birləşmə ilə istifadə etməsi halı aşkarlanmışdır. İş materiallarında olan İddiaçı İB-nin xx xxxxxxxx 2018-ci il tarixli qərarından görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı təbii X4nın pozulması haqqında akta əsasən, Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 saat orta günlük iş rejimi 8 saat və hesabat müddəti 90 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğ 3024 m3 həcmindəki təbii qazın dəyərinin ödənilməsi barədə qərar qəbul edilmişdir. Yenə iş materiallarında olan təbii X4nın pozulması haqqında xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, Cavabdeh yaşadığı Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1302AZ**********07 nömrəli qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar birləşmə ilə istifadə etməsi halı aşkarlanmışdır. Yenə də iş materiallarında olan İddiaçı İB-nin xx xxxxxx 2018-ci il tarixli qərarından görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən, Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 60 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 8 saat və hesabat müddəti 60 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 60 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğ 2016 m3 həcmindəki təbii qazın dəyərinin ödənilməsi barədə qərar qəbul edilmişdir. İşdəki təbii X4nın pozulması haqqında xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, Cavabdeh yaşadığı Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1302AZ**********07 nömrəli qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar birləşmə ilə istifadə etməsi halı aşkarlanmışdır. İş materiallarındakı İddiaçı İB-nin xx xxxxxx 2018-ci il tarixli qərarından görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən, Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğ 1008 m3 həcmindəki təbii qazın dəyərinin ödənilməsi barədə qərar qəbul edilmişdir. Yenə də iş materiallarındakı təbii X4nın pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, Cavabdeh yaşadığı Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1302AZ**********07 nömrəli qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar birləşmə ilə istifadə etməsi halı aşkarlanmışdır. İş materiallarında olan İddiaçı İB-nin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən, Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3 saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğ 1008 m3 həcmindəki təbii qazın dəyərinin ödənilməsi barədə qərar qəbul edilmişdir. Yenə iş materiallarında olan təbii X4nın pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, Cavabdeh yaşadığı Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1302AZ**********07 nömrəli qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar birləşmə ilə istifadə etməsi halı aşkarlanmışdır. Yenə də iş materiallarında olan İddiaçı İB-nin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən, Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 saat, orta günlük iş rejimi 8 saat hesabat müddəti 30 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3 saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğ 1008 m3 həcmindəki təbii qazın dəyərinin ödənilməsi barədə qərar qəbul edilmişdir. İşdə olan təbii X4nın pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, Cavabdeh yaşadığı Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1302AZ**********07 nömrəli qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar birləşmə ilə istifadə etməsi halı aşkarlanmışdır. Yenə işdə olan İddiaçı İB-nin xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən, Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğ 1008 m3 həcmindəki təbii qazın dəyərinin ödənilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan təbii X4nın pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, Cavabdeh yaşadığı Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1302AZ**********07 nömrəli qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar birləşmə ilə istifadə etməsi halı aşkarlanmışdır. İşdəki İddiaçı İB-nin xx xxxxx 2019-cu il tarixli qərarından görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən, Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün, radiatorun maksimal saatlıq az sərfi 0,8 m3 saat orta günlük iş rejimi 18 saat və hesabat müüdəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğ 1008 m3 həcmindəki təbii qazın dəyərinin ödənilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş təbii X4nın pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, Cavabdeh yaşadığı Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1302AZ**********07 nömrəli qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar birləşmə ilə istifadə etməsi halı aşkarlanmışdır. İş materiallarında olan İddiaçı İB-nin xx xxx 2019-cu il tarixli qərarından görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən, Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğ 324 m3 həcmindəki təbii qazın dəyərinin ödənilməsi barədə qərar qəbul edilmişdir. Yenə iş materiallarında olan təbii X4nın pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, Cavabdeh yaşadığı Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1302AZ**********07 nömrəli qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar birləşmə ilə istifadə etməsi halı aşkarlanmışdır. Yenə də iş materiallarında olan İddiaçı İB-nin xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən, Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 saat orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğ 324 m3 həcmindəki təbii qazın dəyərinin ödənilməsi barədə qərar qəbul edilmişdir. İşdə olan təbii X4nın pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, Cavabdeh yaşadığı Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1302AZ**********07 nömrəli qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar birləşmə ilə istifadə etməsi halı aşkarlanmışdır. Yenə işdə olan İddiaçı İB-nin xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən, Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 saat orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğ 324 m3 həcmindəki təbii qazın dəyərinin ödənilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan abonentin saldosu sənədindən görünür ki, Cavabdeh yaşadığı Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1302AZ**********07 nömrəli qaz sayğacı üzrə 2019-cu il avqust ayının sonuna olan borc 4754,50 manat təşkil edir. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(074)-1189/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2017-ci il tarixli, 07/3078 saylı müqavilə əsasında İddiaçı İB Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00001 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1302AZ**********07 nömrəli qaz sayğacı quraşdırılmışdır. İddiaçının işçiləri tərəfindən cavabdehə məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman sayğacdan qanunsuz olaraq sayğacdan kənar istifadə edilməsi, bununla da iddiaçıya zərər dəydiyi aşkarlanmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X4n pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2016-cı il tarixli 089720 saylı akt əsasında 423 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 234,80 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 345,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 863,40 manat, xx.xx.2018- ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 219,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat, xx.xx.2018- ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 604,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019- cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat zərər hesablanmış, istehlak edilmiş, lakin dəyəri ödənilməmiş təbii qzın ümumi dəyərinin 4059,20 manat təşkil etdiyi məlum olmuşdur. Bundan əlavə, təbii qazdan istifadəyə görə cavabdehin əvvəldən 695,30 manat borcu olmuş və karta keçirilmişdir. Borcun ödənilməsi barədə Cavabdeh iddiaçı qurum tərəfindən xəbərdarlıq edilmişdir. Cavabdeh məhkəmə qətnaməsini mübahisələndirsə də, bir neçə dəfə qaz xəttinə sayğacdan kənar qoşularaq istifadə etdiyini etiraf etmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Qanunun qeyd edilən maddəsinin 8-ci və 9-cu bəndlərinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmi. “X4”nın 2.3.5-ci bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Həmin Qaydaların 2.2.5-ci bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüququdur. Eyni Qaydaların 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qayadaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İşdən göründüyü kimi, cavabdeh bir neşə dəfə qaz xəttinə sayğacdan kənar müdaxilə etmiş, əlavə xətt ilə qazdan istifadə edərək onun dəyərini ödəməmişdir. Dəyəri ödənilməmiş və istehlak edilmiş təbii qazın həcmi 40592 kub metr, dəyəri isə 4059,20 manat təşkil etmişdir. Bu halları işdə olan aktlar və bununla əlaqədar qəbul olunmuş qərarlar təsdiq edir. Bundan əlavə, təbii qazdan istifadəyə görə cavabdehin əvvəldən 695,30 manat borcu olmuşdur. Məhkəmə araşdırması nəticəsində vurulmuş zərərin məbləğinin ümimilikdə 4754,50 manat təşkil etdiyi məlum olmuşdur və həmin məbləğin cavabdehdən tutulması nəticəsinə gələrkən birinci instansiya məhkəməsi haqlı olmuşdur. İddiaçıya borcunun olmaması barədə isə Cavabdeh məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X6 Məhkəməsi "X1rşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, xx xxxx 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, xx xxxx 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən əsaslı borc hesablanmışdır. İddiaçı tərəfindən borcun cavabdehin günahı ucbatından yaranması sübut edilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin 4754,50 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması, yəni iddianın təmin edilməsi barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər əsasən formal mülahizələrdir və apelyasiya şikayətinin tələb edilən formada təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(074)-1189/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(074)- 1189/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2629/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2629/2020
27.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver