Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-263/2022 14.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Zəngilan Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(034)-354/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Zəngilan Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(034)-354/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Gülsarə İmanova) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.09.2021-ci il tarixli, 2(105)-3456/2021 saylı qərardadı ilə Zəngilan Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(034)-354/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. Zəngilan Rayon Məhkəməsi Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Zəngilan Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(034)-354/2021 nömrəli qərardadından şikayət verildiyindən və şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün 2(034)-354/2021 saylı mülki işin Zəngilan Rayon Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 362-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Həmin Məcəllənin 364-cü maddəsinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Zəngilan Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(034)-354/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti üzrə mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olsa da, Zəngilan Rayon Məhkəməsi Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Zəngilan Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(034)-354/2021 nömrəli qərardadından şikayət verildiyindən və şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün 2(034)-354/2021 saylı mülki işin Zəngilan Rayon Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddələrin tələblərini əsas tutub hesab edir ki, cavabdehlər Cavabdeh1 və Məmmədov X2 Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(034)-354/2021 saylı qərardadını mübahisələndirdiklərindən, onların Zəngilan Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(034)-354/2021 saylı qərardadından verdikləri şikayətinə qanunla müəyyən edilmiş qaydada Zəngilan Rayon Məhkəməsində baxılıb hüquqi qiymət verilmədən, işə baxılması mümkün olmadığından, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.09.2021-ci il tarixli, 2(105)-3456/2021 saylı qərardadı ləğv edilməli, mülki iş baxışdan çıxarılaraq Zəngilan Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263,264 və 402.2.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.09.2021-ci il tarixli, 2(105)-3456/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə mülki iş baxışdan çıxarılsın və Zəngilan Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-263/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-263/2022
14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver