Məhkəmə qərarları › İş №2(105)-2631/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2631/2020

21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2631/2020 21.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin bütün tərkibinə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə verdiyi etiraza apelyasiya qaydasında baxaraq MÜƏYYƏN ET Dİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X2 və Cavabdeh2 müştərək qaydada 8413 manat məbləğində əsas bocun və 30 manar ödənilmiş dövlət rüsmu olmaqla, cəmi 8443 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-656/2020 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı şikayət verib, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-656/2020 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilib, işə mahiyyəti üzrə baxılmasını xahiş edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-656/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)- 1485/2020 saylı qərardadı ilə şikayət qismən təmin edilib, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-656/2020 saylı qərardadı ləğv edilmiş, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə tərəflərin iştirakı təmin edilməklə baxılaraq məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Xaçmaz Rayon Məhkəməsinə qaytarılmışdır. İşə mahiyyəti üzrə baxılarkən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmənin bütün tərkibinə yazılı etiraz edərək göstərmişdir ki, hazırki iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət etdikdə hüquqlarını müdafiə etdiyi İddiaçı ərizəsi icraata qəbul edilməkdən imtina edilmiş və verilmiş şikayət əsasında Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi icraata qəbu edilərərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. Bu hal işə mahiyyəti üzrə baxan hakimin qərəzli olması göstərir. Ona görə də, məhkəmənin bütün tərkibinə etiraz vermək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası MPM-nin 19.2.2 və 19.2.3-cü maddələrinə əsasən hakim tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin qohumudursa və ya qohumu olmuşsa, hakim şəxsən, bilavasitə və dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da obyektivliyinə və qərəzliyinə şübhə doğuran kifayət qədər əsas varsa hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən məhkəməyə etiraz edən tərəf etirazının əsaslarını sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 23.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin bütün tərkibinə və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apelyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Məhkəmə kollegiyası hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin bütün tərkibinə etiraz etmək üçün göstərdiyi dəlil əsassızdır və həmin məhkəmənin bütün tərkibinin işin nəticəsi ilə maraqlı olmasına və ya obyektivliyinə, qərəzsizliyinə şübhə doğuran əsaslar yoxdur. Ona görə də iddiaçının nümayəndəsi və vəkili Nümayəndə verdiyi etiraz təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 19, 21-22 və 263- 264-cü maddələrini rəhbər tutaraq QƏRARAALİR: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Xaçmaz Rayon Məhkəməsinin bütün tərkibinə verdiyi etiraz təmin edilməsin. İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı pul tələbinə tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar