Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2635/2020 08.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh1 iştirakları ilə açıq məhkəmə iclasında Şabran Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(031)-540/2020 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şabran Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(031)-540/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Çingiz İsgəndərov) iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinin xeyrinə 011R********** saylı kredit razılaşması üzrə 204,54 manat məbləğində kredit borcu, 011R********** saylı kredit razılaşması üzrə 179,63 ABŞ dolları (milli manat ekvivalentində) məbləğində kredit borcu və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmiş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada cəmiyyətin xeyrinə 011R********** saylı kredit razılaşması üzrə 204,54 manat məbləğində kredit borcunun, 011R********** saylı kredit razılaşması üzrə 179,63 ABŞ dolları məbləğində kredit borcunun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh1 “Access Bank” qapalı səhmdar cəmiyyəti ilə bağladığı xx.xx.2013-cü il tarixli, 11L000001598 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 “Access Bank” qapalı səhmdar cəmiyyəti ilə bağladığı xx.xx.2015-ci il tarixli, 011R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2500 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli, 011R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələblərini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 2295,46 manat ödəmiş, onun 204,54 manat məbləğində kredit borcu qalmışdır. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 “Access Bank” qapalı səhmdar cəmiyyəti ilə bağladığı xx.xx.2015-ci il tarixli, 011R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli, 011R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 götürdüyü kredit borcundan 1320,37 ABŞ dolları ödəmiş, onun 179,63 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razı deyildir. Belə ki, o, “Access Bank” qapalı səhmdar cəmiyyətindən götürdüyü kreditin çox hissəsini ödəmişdir. O, “Access Bank” qapalı səhmdar cəmiyyətinin yaxşı müştərilərindən biri olmuşdur. Dollar bahalaşdıqdan sonra o, “Access Bank” qapalı səhmdar cəmiyyətinə müraciət edərək borcunun krediti götürdüyü vaxt olan manat məzənnəsi ilə ödəməyini xahiş etmiş, lakin onun müraciəti nəzərə alınmamışdır. Həmçinin onun kiçik biznesi də iflasa uğramışdır. Hazırda o, İİ qrup əlildir, maddi vəziyyəti ağırdır. Cavabdeh1 apellyasiya şikayətində qətnaməyə dəyişiklik olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək borcunu ödəməkdən yayınmadığını, ancaq dollarla olan borcunun kredit götürdüyü vaxt olan məzənnə ilə tutulmasını xahiş etdi. İddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyəti, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı təşkilat nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, cavabdehlər isə məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə xx.xx.2015-ci il tarixli, 011R********** saylı kredit razılaşmasına aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığını xx.xx.2015-ci il tarixli, 011R********** saylı kredit razılaşmasına aid hissədə mübahisələndirdiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 11L000001598 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmış, müqaviləyə görə borcluya hissələrlə veriləcək kreditin məbləği və müddəti ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmalıdır. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 11L000001598 saylı kredit xətti müqaviləsi üzrə xx xxxx 2015-ci il tarixli, 011R********** saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 aylıq 1,8333% faiz dərəcəsi olmaqla, 18 ay müddətinə 2500 manat kredit verilmişdir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2016-cı il tarixli, 011R**********S saylı sazişdən görünür ki, xx xxxxxx 2013-cü il tarixli, 11L000001598 saylı kredit xətti müqaviləsi üzrə xx xxxx 2015-ci il tarixli, 011R********** saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmiş, kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olan xx xxx 2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 11L000001598 saylı kredit xətti müqaviləsi üzrə xx xxxx 2015-ci il tarixli, 011R********** saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 aylıq 1,8333% faiz dərəcəsi olmaqla, 18 ay müddətinə 1500 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 011R**********S saylı sazişdən görünür ki, xx xxxxxx 2013-cü il tarixli, 11L000001598 saylı kredit xətti müqaviləsi üzrə xx xxxx 2015-ci il tarixli, 011R********** saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmiş, kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx xxxxxx 2016-cı il tarixdən aylıq 1,2384% dərəcəsi ilə faizlər hesablanır və kredit alan bu sazişə əlavə olunan xx xxxxxx 2016-cı il tarixli ödəniş planına uyğun olaraq kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri banka ödəməlidir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 11S000002498 saylı, xx xxxxxx 2013-cü il tarixli və 11S000008099 saylı, xx xxxxxx 2013-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 11L000001598 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 011R********** saylı, xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə xx xxxxxx 2020-ci tarixə əsas borcu 204,54 manat təşkil edir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 011R********** saylı, xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə xx xxxxxx 2020-ci tarixə əsas borcu 179,63 ABŞ dollları təşkil edir. İş materiallarında olan “Access Bank” qapalı səhmdar cəmiyyəti tərəfindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 oğluna göndərilmiş 23 yanvar və xx xxxxxx 2018-ci il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə xəbərdar edilmişlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 11L000001598 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmış, müqaviləyə görə borcluya hissələrlə veriləcək kreditin məbləği və müddəti ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuş, xx xxxxxx 2013-cü il tarixli, 11L000001598 saylı kredit xətti müqaviləsi üzrə xx xxxx 2015-ci il tarixli, 011R********** saylı kredit razılaşmasına əsasən Cavabdeh1 aylıq 1,8333% faiz dərəcəsi olmaqla, 18 ay müddətinə 1500 ABŞ kredit verilmiş, xx xxxxxx 2016-cı il tarixli, 011R**********S saylı sazişlə xx xxxx 2015-ci il tarixli 011R********** saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi və hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar işdə iştirak edən şəxsin izahatı, apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitini qanunsuz saxlamaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalandığından, birinci instansiya məhkəməsi xx.xx.2015-ci il tarixli, 011R********** saylı kredit razılaşması üzrə düzgün olaraq iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. Cavabdeh1 apellyasiya şikayətində və məhkəmə kollegiyasının iclasında verdiyi izahatında dollarla olan borcunun kredit götürdüyü vaxt olan məzənnə ilə tutulmasını göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 11L000001598 saylı kredit xətti müqaviləsi üzrə xx xxxx 2015-ci il tarixli, 011R********** saylı kredit razılaşmasına əsasən Cavabdeh1 aylıq 1,8333% faiz dərəcəsi olmaqla, 18 ay müddətinə 1500 ABŞ dolları kredit verilmişdir. Həmin sazişdə kreditin onun götürüldüyü vaxtda olan məzənnə ilə ödənilməsi nəzərdə tutulmamışdır. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2015-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 439.2-ci maddəsi xarici valyutada olan pul öhdəliyinin manatla icrası zamanı öhdəliyin icrasının ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılmasını birmənalı müəyyən edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2015-ci il tarixli, 011R********** saylı kredit razılaşması üzrə olan hissədə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi xx.xx.2015-ci il tarixli, 011R********** saylı kredit razılaşmasına aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şabran Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(031)-540/2020 saylı qətnaməsi xx.xx.2015-ci il tarixli, 011R********** saylı kredit razılaşmasına aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2635/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2635/2020
08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver