Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2637/2020 07.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), X2 və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Heyran Mehman qızı Mürsəlovanın katibliyi, iddiaçı «xxxxxxx» KB ASC-nin nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, Şabran Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(031)-183/2020 saylı qətnaməsindən cavabdeh N.N.İskəndərovun verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Şabran Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(031)-183/2020 saylı qətnaməsi ilə (hakim C.Ə.İsgəndərov) iddiaçı «xxxxxxx» KB ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia təmin edilib, Cavabdeh 101.93 USD əsas borc, 51.91 USD faiz borcu, 26,41 USD cərimə olmaqla, cəmi 180.25 USD (milli manat ekvivalentində) və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsait «xxxxxxx» KB ASC-nin xeyrinə tutulması, Cavabdeh 120 (bir yüz iyirmi) manat ekspertiza xərcinin tutularaq kod 210005, VÖEN **********, müxbir hesab AZ 41NABZ******************** İFİFT BİK STREAZ22, məhkəmə ekpertizə mərkəzi, VÖEN **********, hesab AZ34CTRE**********002088501 hesaba ödənilməsi qət edilmişdir. Cavabdeh N.N.İskəndərov apelyasiya şikayəti verib, Şabran Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(031)-183/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı «xxxxxxx» KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddianı onunla əsaslandırmışdır ki, «xxxxxxx» KB ASC və Cavabdeh arasında 24 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə 392 USD məbləğində xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Daha sonra kreditor (satıcı) X7-zadə ilə yeni reditor adlandırılan «xxxxxxxxxxx» lizinq şirkəti MMC arasında bağlanmış «Tələbin güzəşt edilməsi» haqqında xx.xx.2014-cü il tarixli müqavilə ilə alıcı X1 qarşı bütün tələblər yeni kreditora keçmişdir. «xxxxxxx» KB ASC və «xxxxxxxxxxx» lizinq şirkəti MMC arasında bağlanan xx.xx.2013-cü il tarixli «Faktorinq Müqaviləsi»nə xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən «xxxxxxxxxxx» lizinq şirkəti MMC lizinq müqavilələrindən irəli gələn pul tələbini «Faktor»a güzəşt etmiş və həmin Sazişlə «Tələb hüququnun keçməsi barədə» arayış vermək hüququ «xxxxxxxxxxx» lizinq şirkəti MMC-dən “xxxxxxx” KB ASC-yə verilmişdir. Eyni zamanda, tələb hüququnun “xxxxxxx” KB ASC-yə keçməsi barədə lizinq alana müvafiq bildiriş göndərilmişdir. Müqaviləyə əsasən alıcı ödənişlərini vaxtında ödəmədikdə, hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin illik 180-360%-dək miqdarında dəbbə pulu ödəməlidir. Ona görə də , Cavabdeh 15-0067897 saylı daxili liznq müqaviləsi üzrə «xxxxxxx» Kommersiya Bankı ASCnin xeyrinə 284,54 USD əsas, 51.91 USD faiz borcu, 26,41 USD cərimə olmaqla, cəmi 362,86 USD və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin iddiaçı «xxxxxxx» KB ASC iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edib, Cavabdeh 15-0067897 saylı daxili liznq müqaviləsi üzrə «xxxxxxx» Kommersiya Bankı ASC-nin xeyrinə 101.93 USD əsas borc, 51.91 USD faiz borcu, 26,41 USD cərimə olmaqla, cəmi 180.25 USD və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Cavabdeh N.N.İskəndərov apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şabran Rayon Məhkəməsi xx xxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, «xxxxxxx» KB ASC ilə aralarında 24 ay müddətinə, illik 28 faiz ödəməklə 392 ABŞ dolları məbləğində xx.xx.2015-ci il tarixli, 15-0067897 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Sonra isə xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən «xxxxxxxxxxxyə» tələbin güzəşti edilmişdir. Bundan sonra ABŞ dollarının manata olan məzənnəsi qalxdığından, o banka olan borcunu tam olaraq ödəməmiş, bu barədə ona 15-0067897 saylı alqı-satqı müqaviləsi üzrə borcunun bağlanması barədə xx xxx 2019-cu il tarixli arayış verilmişdir. Azərbaycan Respublikas Prezidentinin Azərbaycan Respublikasında fiziki şəxslərin promlemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən aldığı 15-00677897 saylı, 10 aprel xx xxxxx 2015-ci il tarixli kreditə görə 636,76 manat kompensasiya verilmişdir. Həmin kompensasiyanın məbləği borcun azaldılmasına yönəldilmiş, yerdə qalan borcu da bağlamışdır. Lakin bank buna baxmayaraq illik olaraq 326,86 ABŞ dolları pul tələb etmiş, iş üzrə ekspertiza keçirilməsini tələb etmiş, ekspertizaya onda olan sənədlər təqdim edilməmiş, ekspertiza onun borcunun məbləğinin cəmi 180,25 ABŞ dolları olduğunu qeyd etmiş, bank bundan sonra iddia tələbinin həcmini azaltmışdır. O, yenidən əlində olan sənədlərə əsasən ekspertiza keçirilməsini xahiş etsə də, məhkəmə vəsatətini nəzərə almadan bankın iddiasını təmin etmişdir. İş üzrə məhkəmə həqiqəti üzə çıxarmamış, sübutlara qiymət verməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh N.N.İskəndərov apelyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı «xxxxxxx» KB ASC-nin nümayəndəsi A.Ə.Tağızadə apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli 15-0067897 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh 24 ay müddətinə, illiik 28 % ödəmək şərti ilə 392 USD məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 9/395 saylı ekspert rəyi ilə hesabdan çıxarışlardan və “xxxxxxx» KB ASC və Cavabdeh arasında xx xxxxx 2015-ci il tarixli, 15-0067897 saylı alqı-satqı müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: -əsas borc üzrə -281,16 ABŞ dolları, faiz borcu üzrə - 50,95 ABŞ dolları təşkil edir. xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh FC15-0067897 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixə olan borcu - əsas məbləğ üzrə 101.93 USD, faiz borcu üzrə 51.91 USD cərimə məbləği üzrə 26,41 USD, cəmi 180.25 USD təşkil edir. Tələb hüququnun keçməsi qaydasında “xxxxxxx» KB ASC-nin müştərisi olan Cavabdeh üçün xx.xx.2015-ci il tarixli, 15-0067897 saylı “Alqı-Satqı Müqaviləsi” üzrə hesablanaraq köçürülmüş 101,93 USD, xx.xx.2015-ci il tarixli, 15-0067895 saylı “X5” üzrə hesablanaraq köçrülmüş 272,63 USD kompensasiya məbləğləri səhv hesablama nəticəsində yaranıb köçürüldüyü üçün Bankdan geri tələb edilmiş və Bank tərəfindən qaytarılmışdır. xx.xx.2019-cu il tarixdə hər iki kredit müqaviləsi üzrə köçürülmüş kompensasiya məbləğləri əsas borcun ödənilməsinə yönəldilmiş, hesablanmış faiz və cərimə məbləğləri isə silinmişdir. Bu səbəbdən də, həmin zaman müştəriyə borcun olmaması barədə arayış verilmişdir. Sonradan alqı-satqı və lizinq müqavilələri üzrə borcların “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, 551 saylı Fərmanının təsir dairəsinə düşmədiyi dəqiqləşdirilmiş və həmin müqavilələr üzrə dövlət orqanı tərəfindən hesablanaraq köçürülmüş həmin məbləğlər geri tələb olunduğu üçün Bank tərəfindən geri qaytarılmış və buna müvafiq olaraq silinmiş əsas, faiz və cərimə borcları bərpa olunmuşdur. Çünki qeyd olunan Fərman fiziki şəxslərin yalnız kredit borclarını əhatə etmişdir. Müştəridə isə borcun yaranma əsası kredit müqavilələri yox, alqı-satqı və lizinq müqavilələri olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kollegiyası toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək hesab edir ki, kredit müqaviləsinə əsasən cavabdehin bank qarşısında öhdəliyi yaranmış, cavabdeh öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və o bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmişdir və birinci instnsiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi hallarını sübuta yetirə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(031)-183/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Elman Rəhimov Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-2637/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2637/2020
07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver