Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2647/2020 09.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respubikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X3 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2(060)-2612/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2(060)-2612/2020 saylı qətnaməsi ilə iddia təmin olunmuş, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, “Gorenje” markalı aspirator üçün 66 manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung” markalı LED TV üçün 1296 (bir min iki yüz doxsan altı) manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 1362 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1392 manat məbləğində pulun alınaraq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.(hakim G.Tanrıverdiyeva) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: «xxxxxxxxxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, “Gorenje” markalı aspirator üçün 66 manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung” markalı LED TV üçün 1296 (bir min iki yüz doxsan altı) manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 1362 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1392 manat məbləğində pulun Cavabdeh alınaraq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh “xxxxxxxxxxx” MMC ilə xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, “Gorenje” markalı aspirator və “Samsung” markalı LED TV almış, nəticədə ümumilikdə 1362 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 169 manat (11 ay x 15 manat + 4 manat ilkin ödəniş) olan “Gorenje” markalı aspirator üçün 66 manat ödənilməmiş hissə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1458 manat (18 ay x 81 manat + 0 manat ilkin ödəniş) olan “Samsung” markalı LED TV üçün 1296 manat ödənilməmiş hissə miqdarında borcu yaranmışdır. Cavabdehin bu mallar üçün cəmi ödədiyi məbləğ 265 manat təşkil edir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə iclası onsuz keçirilmiş, nəticədə mübahisə üzrə onun dəlilləri araşdırılmamışdır. Heç bir yerdə işləmir və maddi vəziyyəti pisdir. Bu səbəbdən də üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirə bilməmiş, borcu yaranmışdır. Göstərilənlərə əsasən qətnamə ləğv olunmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh əlavə etdi ki, borcunu etiraf edir, lakin onu bir dəfəyə deyil, hissə-hissə ödəməyə maddi imkanı çatar. Apelyasiya baxışı zamanı məhkəmə iclasında iddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 00437645 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC- dən 169 manatlıq “Gorenje” markalı aspirator almışdır. Müqaviləyə əlavədən görünür ki, ödəmə 11 ay ərzində hər ay 15 manat verilməklə icra ediləcəkdir. Yenə iş materiallarında olan iddiaçı «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00453520 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-dən 1458 manatlıq “Samsung” markalı LED TV almışdır. Müqaviləyə əlavədən görünür ki, ödəmə 18 ay ərzində hər ay 81 manat verilməklə icra ediləcəkdir. Mülki iş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli, 00437645 nömrəli müqavilə üzrə 66 manat, xx.xx.2019-cu il tarixli, 00453520 nömrəli müqavilə üzrə 1296 manat borcu vardır. Müqavilələr üzrə cavabdehə güzəşt edilərək heç bir cərimə hesablanmamışdır. İşdə olan xx.xx.2019-cu il tarixli bildirişldən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Mülki iş materiallarında olan AR Vergilər Nazirliyinin kommersiya hüquqi şəxslərin dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, “xxxxxxxxxxx” MMCkommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha-ki-min məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2(060)-2612/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki,Cavabdeh «xxxxxxxxxxx» MMC ilə xx.xx.2018-ci il tarixli, 00437645 nömrəli alqı-satqı müqaviləsi bağlamış, Cəmiyyətdən nisyə olaraq 169 manatlıq “Gorenje” markalı aspirator almışdır. Tərəflər arasında təkrarən xx.xx.2019-cu il tarixli, 00453520 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və Cavabdeh «xxxxxxxxxxx» MMC-dən yenə də nisyə olaraq 1458 manatlıq “Samsung” markalı LED TV almışdır. 1-ci müqavilə üzrə cavabdeh 11 ay ərzində hər ay 15 manat, 2-ci müqavilə üzrə isə 18 ay ərzində hər ay 81 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə aldığı mallar üçün cəmi 1362manat borcu yaranmışdır. Məhkəmə iddianı təmin etmiş, cavabdeh isə qətnamənin ləğv edilməsini xahiş etmişdir. Verilmiş apellyasiya şikayəti əsasında işin hallarını bir daha araşdıran məhkəmə kollegiyası nəzərə alır ki, tərəflər arasında bağlanmış nisyə satış müqavilələrinin şərtləri hər iki tərəfin razılığı ilə imzalanmışdır, onların iradəsinin ziddinə heç bir qanun pozuntusuna yol verilməmişdir. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Yenə həmin Məcəllənin 601.1-ci madəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materiallarından aydın olur ki, tərəflər arasında bağlanmış müqavilələrdə müddət 11 və 18 ay müəyyən edilmiş və əşyaların qiymətlərinin hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən, Cavabdeh həmin müqavilələrdə müəyyən edilmiş əmlakları iddiaçıdan almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında onların dəyərini iddiaçıya ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh müqavilələr əsasında iddiaçıdan müqavilə predmetlərini almasına dair hüququndan istifadə etmiş, lakin onların dəyərini ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. AR Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Yenə həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşdə olan xx.xx.2018-ci və xx.xx.2019-cu tarixli bildirişlərdən görünür ki, Cavabdeh qeyd edilən malları tam qüsursuz halda təhvil aldığını təsdiq etmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya müqavilələr üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə cəmi 1362 manat borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, maliyyə arayışı və tərəflərin izahatları ilə də təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə dair apelyasiya şikayətinin dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onların apelyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. AR MPM-in 404-1-ci madəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti iki min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.3, 393, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2(060)- 2612/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Fuad Məmmədov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2647/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2647/2020
09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver