Məhkəmə qərarları › İş №2(105)-2658/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2658/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2658/2020 28.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(059)-115/2018 saylı qətnaməsindən İddiaçı QSC-nin verdiyi apelyasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(059)-115/2018 saylı qətnaməsi ilə (hakim F.B.Mirzəquliyev) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia qismən təmin edilib, İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 11L000000149 saylı kredit xətti müqaviləsinə, xx.xx.2012-ci il tarixli 149 saylı, xx.xx.2014-cü il tarixli 149 saylı sazişlərə, xx.xx.2015-ci il tarixli 011R********** saylı kredit razılaşmasına, xx.xx.2016-cı il tarixli 011R**********S saylı sazişə, xx.xx.2016-cı il tarixli 011R********** saylı kredit razılaşmasına xitam verilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "İddiaçı" QSC-nin xeyrinə 011R********** saylı kredit razılaşmasına əsasən 20581,78 ABŞ dolları əsas, 6085,39 ABŞ dolları faiz, 700 ABŞ dolları cərimə olmaqla, cəmi 27367,17 ABŞ dollarının ödəniş günündə ekvivalent məbləğ, 011R********** saylı kredit razılaşmasına əsasən 13568,83 manat əsas, 3673,06 manat faiz, 500 manat cərimə olmaqla, cəmi 17741,89 manat borc, eləcə də, cəmi, 123 manat dövlət rüsumunun alınaraq, İddiaçı ASC-yə verilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan, ipotekaya qoyulmuş Xaçmaz rayonu Niyazoba kəndində olan 0,10 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 26,20 kv.m. ümumi sahəsi, 22,10 kv.m. yaşayış sahəsi, 4,10 kv.m. yardımçı sahəsi olan fərdi yaşayış evi, Xaçmaz şəhərində yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və ünvan 1 ünvanında yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində olan 3 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsilə satılması, əldə olunmuş pul vəsaiti hesabına, İddiaçı QSC-yə olan borcun ödənilməsi, borc və məhkəmə xərcləri ödənildikdən sonra qalan pul vəsaitinin cavabdehlərə qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı QSC apelyasiya şikayəti verib, Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(059)-115/2018 saylı qətnaməsinin qismən ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-136/2020 saylı qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilib, Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(059)-115/2018 saylı qətnaməsi Cavabdeh1 şikayəti üzrə mübahisələndirilən hissədə – Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "İddiaçı" QSC-nin xeyrinə 011R********** saylı kredit razılaşmasına əsasən 6085,39 ABŞ dolları faiz məbləği, 011R********** saylı kredit razılaşmasına əsasən 13568,83 manat əsas, 3673,06 manat faiz məbləğinin tutulması hissəsində dəyişdirilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 011R********** saylı kredit razılaşması üzrə 2.640,56 (iki min altı yüz qırx dollar əlli altı sent) ABŞ dolları faiz məbləği, 011R********** 10 saylı kredit razılaşması üzrə 13.554,83 (on üç min beş yüz əlli dörd manat səksəmn üç qəpik) manat əsas, 3.611,23 (üç min altı yüz on bir manat iyirmi üç qəpik) manat faiz məbləğinin tutulması, İddiaçı ASC-nin apelyasiya şikayətinin təmin edilməməsi, qətnamənin iddiaçının mübahisələndirdiyi hissədə – ipoteka predmeti olan əmlakların hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılması barədə iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılması, Xaçmaz rayonu, Niyazoba kəndində Cavabdeh2 mülkiyyətində olan 0,10 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı ümumi sahəsi 26,20 kv.m., yaşayış sahəsi 22,10 kv.m., 4,10 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 13.000 (on üç min) manat, Xaçmaz şəhərində yerləşən Cavabdeh1 mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin hərracda ilkin satış qiymətinin 40.000 (qırx min) manat, ünvan 1 ünvanında yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində olan 3 nömrəli mənzilin hərracda ilkin satış qiymətinin 32.000 (otuz iki min) manat müəyyən edilməsi qət edilmiş, iş üzrə aparılmış mühasibatlıq ekspertizasının dəyəri olaraq 150 manat pulun 50 (əlli) manatı İddiaçı ASC-dən, 100 (yüz) manat isə Cavabdeh1, alınaraq aşağıdakı Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesaba keçirilməsi qət edilmişdir. Qətnamədən İddiaçı QSC və Cavabdeh1 kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)-3344/2020 saylı qərarı ilə İddiaçı QSC-nin kasasiya şikayəti təmin edilib, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)- 136/2020 saylı qətnaməsi ipoteka predmetlərinə tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra həmin daşınmaz əmlaklardan Cavabdeh2 çıxarılmaqla onların boşaldılmasına dair iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılması və qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılmış, Cavabdeh1 kassasiya şikayəti təmin edilməmişdir. İŞİN HALLARİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış xx xxxx 2008-ci il tarixli kredit xətti müqaviləsinə əsasən bank ona 60 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Bankla cavabdehin imzaladıqları xx.xx.2012-ci il tarixli 149 saylı sazişlə kredit xəttinin müddəti 176 ay müəyyən edilmişdir. xx.xx.2014-cü il tarixli 149 saylı sazişlə kredit müddəti 197 ay, məbləği isə 500000 ABŞ dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1la bağlanılmış xx.xx.2015-ci il tarixli 011R********** saylı kredit razılaşması əsasında Cavabdeh1 18 ay müddətinə, aylıq 1,75 faizlə 52000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İmzalanmış xx.xx.2016-cı il tarixli 011R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 razılaşmanın 1.2-ci bəndinin tələblərini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 31418,22 ABŞ dolları ödəsə də, onun 20581,78 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit və faiz borcundan kreditora qaytarmadığı üçün xx.xx.2017-ci il tarixə 463 gün üçün hesablanmış faiz borcu 6085.39 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 faizi məbləğində cərimə ödəməlidir. xx.xx.2017-ci il tarixə 463 gün üçün hesablanmış cərimə 11055.35 ABŞ Dolları təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2016-cı il tarixli 011R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq 1.8333 faizlə 15000 (on beş min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit və faiz borcunu xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1431.17 manat ödəmiş, onun 13568.83 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 xx.xx.2017-ci il tarixə 412 gün üçün hesablanmış faiz borcu 3673.06 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 faizi məbləğində cərimə ödəməlidir. xx.xx.2017-ci il tarixə 412 gün üçün hesablanmış cərimə 5581.67 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1la birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka verən Cavabdeh2 iddiaçı ilə bağladığı xx.xx.2013-cü il tarixli 11R000003542 saylı ipoteka müqaviləsi əsasında Xaçmaz rayonu, Niyazoba kəndində xüsusi mülkiyyətində olan 0.10 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı ümumi sahəsi 26.20 kv.m, yaşayış sahəsi 22.10 kv. m, 4.10 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmışdır. xx.xx.2014-cü il tarixli 3542 saylı sazişə əsasən ipoteka müqaviləsinə əlavələr edilmişdir: kredit xəttinin məbləği 500000 (beş yüz min) ABŞ dolları, müddəti 197 (bir yüz doxsan yeddi) ay müəyyən edilmişdir. İpoteka müqaviləsinə edilmiş ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Bundan başqa, kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2014-cü il tarixli 11M000000354 saylı ipoteka müqaviləsi əsasında Xaçmaz şəhərində yerləşən xüsusi mülkiyyətində olan 0.04 ha torpaq sahəsini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka qeydiyyata alınmışdır. xx.xx.2014-cü il tarixli 354 saylı sazişə əsasən ipoteka müqaviləsinə əlavələr edilmişdir: kredit xəttinin məbləği 500000 (beş yüz min) ABŞ dolları, müddəti 197 (bir yüz doxsan yeddi) ay müəyyən edilmişdir. İpoteka müqaviləsinə edilmiş əlavələrlə ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Bundan başqa, kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2015-ci il tarixli 11M**********01 saylı ipoteka müqaviləsi əsasında ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyətində olan 3 nömrəli mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka qeydiyyata alınmışdır. İpoteka saxlayan olaraq İddiaçı QSC ipoteka saxlayanlara ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2017-ci il tarixdə bildirişlər göndərilmiş və bildirişlər xx.xx.2017-ci il tarixdə qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişlərin qeydə alınması haqqında ərizələr xx.xx.2017-ci il tarixdə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə təqdim olunmuş və idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün ümumilikdə 30 manat dövlət rüsumu və 63 manat xidmət haqqı ödəmişdir. Ona görə də, Cavabdeh1 ilə bağlanmış xx.xx.2008-ci il tarixli, 11L000000149 saylı kredit xətti müqaviləsinə, xx.xx.2012-ci il tarixli 149 saylı, xx.xx.2014-cü il tarixli 149 saylı sazişlərə, xx.xx.2015-ci il tarixli, 011R********** saylı kredit razılaşmasına, xx.xx.2016cı il tarixli 011R**********S saylı sazişə, xx.xx.2016-cı il tarixli 011R********** saylı kredit razılaşmasına xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 011R********** saylı kredit razılaşması üzrə 20581,78 ABŞ dolları məbləğində kredit borcu, 6085,39ABŞ dolları məbləğində faiz və 11055,35 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 37722,52 ABŞ dolları, 011R********** saylı kredit razılaşması üzrə 13568,83 manat kredit borcu, 3673,06 manat məbləğində faiz və 5581,67 manat məbləğində cərimə borcu olmaqla, cəmi 22823,56 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının tutulması, tələbin Xaçmaz rayonu, Niyazoba kəndində Cavabdeh2 xüsusi mülkiyyətində olan 0,10 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 26,20 kv.m ümumi sahəsi, 22,10 kv.m. yaşayış sahəsi, 4,10 kv.m. yardımçı sahəsi olan fərdi yaşayış evinə, Xaçmaz şəhərində yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və ünvan 3 ünvanında yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində olan 3 saylı mənzilə yönəldilməsinə, həmin əmlakların açıq hərracda satılması, cəmi 37.722,52 ABŞ dolları, 22.823,56 manat borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına "İddiaçı" QSC-yə ödənilməsi, hərracda əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə müştərək qaydada tutulması, Xaçmaz rayonu, Niyazoba kəndində Cavabdeh2 xüsusi mülkiyyətində olan 0,10 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 26,20 kv.m ümumi sahəsi, 22,10 kv.m. yaşayış sahəsi, 4,10 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması, həmin evin boşaldılaraq "İddiaçı" QSC-yə təhvil verilməsi, Xaçmaz şəhərində yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində olan 0,04 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin torpaq sahəsinin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi və ünvan 3 ünvanında yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində olan 3 nömrəli mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı QSC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ipoteka predmeti olan üç ədəd əmlaka tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra həmin əmlakların mülkiyyətçilərinin həmin əmlaklardan çıxarılmasının və əmlakların boşaldılmasının təmin edilməməsi hissələrində əsassızdır. Bu səbəbdən də apelyasiya qaydasında baxılaraq həmin hissələrdə iddia tələbi tam təmin edilməlidir. Ona görə də, birinci instnsiya məhkəməsinin qətnaməsinin Xaçmaz rayonu, Niyazoba kəndində Cavabdeh2 xüsusi mülkiyyətiqdə olan 0.10 ha torpaq sahəsi vçə üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılması, həmin evin boşaldılması – Xaçmaz şəhərində yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində olan 0.04 ha torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin torpaq sahəsinin boşaldılması, ünvan 1 ünvanında Cavabdeh1 xüsusi mülkiyyətində olan 3 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması hissəsində ləğv edilib, iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı QSC-nin nümayəndəsi X4 apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsi ipoteka predmetlərinə tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra həmin daşınmaz əmlaklardan Cavabdeh2 çıxarılmaqla onların boşaldılmasına dair iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılması və qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılmışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız mübahisələndirilən ipoteka predmetlərinə tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra həmin daşınmaz əmlaklardan Cavabdeh2 çıxarılmaqla onların boşaldılması hissəsində yoxlanılır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, iş materiallarında olan "İddiaçı" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2008-ci il tarixli kredit xətti müqaviləsinə əsasən bank Cavabdeh1 60 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Kredit xətti müqaviləsinə əlavələr edilməsi haqqında xx.xx.2012-ci il tarixli, 149 saylı sazişdən görünür ki, kredit xəttinin müddəti 176 ay müəyyən edilmişdir. Kredit xətti müqaviləsinə əlavələr edilməsi haqqında xx.xx.2014-cü il tarixli, 149 saylı sazişdən görünür ki, kredit xəttinin müddəti 197 ay, məbləği 500 000 ABŞ dolları müəyyən edilmişdir. xx xxxxx 2015-ci il tarixli, 011R********** saylı kredit razılaşmasından görünür ki, "İddiaçı" QSC Cavabdeh1 18 ay müddətinə, aylıq 1,75 faizlə, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 52000 ABŞ dolları məbləğində kredit vermişdir. xx xxxxxx 2016-cı il tarixli, 011R**********S saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. xx.xx.2016-cı il tarixli, 011R********** saylı kredit razılaşmasından görünür ki, "İddiaçı" QSC Cavabdeh1 18 ay müddətinə, aylıq 1.8333 faizlə, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat 5 məbləğində kredit vermişdir. Kredit xətti müqaviləsinin təminatı olaraq xx xxxxxxxx 2011-ci il tarixli 11S000001204 saylı zaminlik müqaviləsindən görünür ki, borclu Cavabdeh1 kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Cavabdeh2 bank qarşısında borclu ilə birlikdə məsuliyyət daşıyır. xx xxxxxx 2014-cü il tarixli, 11M000000354 nömrəli ipoteka müqaviləsindən görünür ki, Xaçmaz şəhərində yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində olan 0.04 ha torpaq sahəsi "İddiaçı" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2015-ci il tarixli, 11M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində olan 3 nömrəli mənzili "İddiaçı" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2013-cü il tarixli, 11R000003542 saylı ipoteka müqaviləsindən görünür ki, Xaçmaz rayonu, Niyazoba kəndində Cavabdeh2 xüsusi mülkiyyətində olan 0.10 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli 2 fərdi yaşayış evi "İddiaçı" QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində olan 3 nömrəli mənzilin ipoteka ilə yüklülüyü qeydiyyata alınmışdır. RX seriyalı, ******* №-li çıxarışdan görünür ki, Xaçmaz şəhərində yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində 0.04 ha torpaq sahəsinin ipoteka ilə yüklülüyü qeydiyyata alınmışdır. RX seriyalı, ******* №-li çıxarışdan görünür ki, Xaçmaz rayonu, Niyazoba kəndində Cavabdeh2 xüsusi mülkiyyətində olan 0.10 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin ipoteka ilə yüklülüyü qeydiyyata alınmışdır. “Heba Consulting” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxx 2018-ci il tarixli, 0528/18/AB, 0527/18/AB və 0526/18/AB saylı qiymətləndirilmə hesabatlarından görünür ki, ipoteka predmetini təşkil edən Xaçmaz şəhərində yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində olan **********96 reyestr nömrəli 0,04 ha torpaq sahəsinin bazar dəyəri 40.000 manat, Xaçmaz rayonu Niyazobad kəndində Cavabdeh2 mülkiyyətində olan 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 26,20 kv.m. ümumi, 22,10 kv.m. yaşayış və 4,10 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinin bazar dəyəri 13.000 manat, ünvan 1 ünvanındakı 1 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 99,5 kv.m. ümumi, 57,7 kv.m. yaşayış və 41,8 kv.m. yardımçı sahədən ibarət Cavabdeh1 məxsus mənzilin bazar dəyəri 32.000 manat təşkil edir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına istinadən cavabdehlərin müqavilə və sazişlər üzrə öhdəliklərini lazımınca icra etməməsini müəyyən edərək, iddianı yuxarıda qeyd edilən qaydada qismən təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 296.1, 279, 317.1, 319, 385.1, 386.1, 389.1, 421.1, 421.2, 442, 443.1, 448.1, 462.1, 465.2, 470.1, 472, 739, 741-ci, “İpoteka haqqında” Qanunun 33, 34.1.1, 39.3.3 və 59.3.1-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit sazişlərinə əsasən, Cavabdeh1 həmin razılaşmalar üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilələr ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Kreditin alınmasına baxmayaraq, cavabdeh kredit vəsaitinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmçinin, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İstinad olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyanın tutduğu yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi tutmanın həmin əmlaka yönəldilməsi və satışı ilə şərtləndirilir. Qeyd olunan qanunun 59.4-cü maddəsinə görə isə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə ipotekaya qoyulmuş əmlak satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və digər şəxslər ipoteka qoyulmuş əmlakdan çıxmadıqda həmin şəxslər əmlakdan məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər. Göründüyü kimi, qanunvercilik ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadığı halda, həmin şəxslərin evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan çıxarılması qaydasını müəyyən etmişdir. Bu baxımdan, ipoteka predmeti olan əmlakların hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması barədə ayrıca iddia verilməsinə də zərurət yoxdur”. Hüquqi müəyyənlik prinsipinə xüsusi əhəmiyyət verən X6 Məhkəməsi “Brumeresku Rumıniyaya” qarşı işdə qeyd etmişdir ki, hüququn aliliyinin fundamental aspektlərindən biri hüququn müəyyənliyi prinsipidir, hansıki digərlərlə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən iş üzrə yekun qərar qəbul olunarkən bu qərar şübhə altına qoyulmasın. Bu prinsipdən uzaqlaşma yalnız o halda mümkündür ki, ədalət mühakiməsinin səhvlərinin və boşluqlarının aradan qaldırılması üçün mühüm və qeyri-müəyyən halların mövcudluğu olsun. (Avopa Məhkəməsinin “X3” qarşı, “X2” qarşı işlər üzrə qərarları). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi ipoteka predmetinə yönəldilmə hissəsində əsaslı hesab edilməli, Xaçmaz rayonu, Niyazoba kəndində Cavabdeh2 xüsusi mülkiyyətində olan 0,10 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 26,20 kv.m ümumi sahəsi, 22,10 kv.m. yaşayış sahəsi, 4,10 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılmalı, həmin ev boşaldılaraq "İddiaçı" QSC-yə təhvil verilməli, Xaçmaz şəhərində yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində olan 0,04 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin torpaq sahəsi boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməli və ünvan 3 ünvanında yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində olan 3 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı QSC apelyasiya şikayətinin dəlillərini mübahisələndirilən hissədə sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 387.2 və 387.2.2-ci maddələrinə əsasən işə işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməldir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbləri üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 386, 387,2.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı QSC-nin verdiyi apelyasiya şikayəti təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(059)-115/2018 saylı qətnaməsi qismən ləğv edilsin. Xaçmaz rayonu, Niyazoba kəndində Cavabdeh2 xüsusi mülkiyyətində olan 0,10 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 26,20 kv.m ümumi sahəsi, 22,10 kv.m. yaşayış sahəsi, 4,10 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılsın, həmin ev boşaldılaraq "İddiaçı" QSC-yə təhvil verilsin, Xaçmaz şəhərində yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində olan 0,04 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin torpaq sahəsi boşaldılaraq İddiaçı QSCyə təhvil verilsin və ünvan 3 ünvanında yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində olan 3 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılsın və həmin mənzil boşaldılaraq İddiaçı QSC-yə təhvil verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar