Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2659/2020 27.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, X1,cavabeh Cavabdeh iştirakı ilə, X1 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2334/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən X2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2334/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Rəşad Qoşqarlı) Qətnamədən X12 qızı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11500 (on bir min beş yüz) ABŞ dollar məbləğində pul, dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını və cavabdehin əməlinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxararaq X10 göndərilməsini xahiş etmişdir. X2 iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə verərək, Cavabdeh 11500 (on bir min beş yüz) ABŞ dollar məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında X2 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, Cavabdeh 2011-ci ildə ev- alqı satqısına görə tanımışdır. Həmin vaxtı Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 28, mənzil 33-də yaşayırdı. Ona ipoteka ilə mənzil düzəldə biləcəyini deyən Sabir bu məqsədlə Corat qəsəbəsində ona 2-3 yerdə mənzil də göstərmişdir. Danışıqları zamanı əvvəlcədən beh verməli idi və müəyyən məbləğdə beh də vermişdir. 2011-ci ildə mart-aprel aylarında Cavabdeh zəng edərək bildirmişdir ki, onunla danışılan məbləği hazır etsin. Danışılan məbləğ 11500 ABŞ dolları idi və həmin məbləği cavabdehə ipoteka ilə mənzil məsələsini həll etmək üçün verəcəkdi. Bu minvalla Sabir o vaxt yaşadığı 12-ci mikrorayonda yerləşən mənzilinə gəlmiş və oğlu Rövşənin iştirakı ilə onlardan 10000 ABŞ dolları pul götürmüşdür. Yerdə qalan 1500 ABŞ dollarını sonradan Sabirə vermişdir. Sabir ona narahat olmamağı və müəyyən şəxslərlə danışıb məsələni həll etdiyini bildirmişdir. Cavabdeh pul verəndən sonra bir müddət əlaqə saxlasa da sonradan telefona cavab verməmişdir. Sumqayıt şəhər 1-ci Polis bölməsinə müraciət etmişdir. Müraciətindən sonra müəyyən olunmuşdur ki, Cavabdeh İlham İslamzadə adlı öz tanışının da 19000 ABŞ dollar pulunu mənimsəmişdir. 2011-ci ildən X20 və prokurorluq orqanlarına dəfələrlə etdiyi müraciətlərə baxmayaraq Cavabdeh qarşı dələduzluq maddəsi ilə cinayət işi açılmamışdır. Polisdə verdiyi izahatında Sabir ondan 11500 ABŞ dolları aldığını etiraf etmişdir. 2011-ci ildən başlayaraq 2012, 2014, 2015, 2019- cu illərdə etdiyi şikayətlər ardıcıl olaraq davam etmiş, lakin Cavabdeh haqqında heç bir tədbir görülməmişdir. Lakin bu faktla əlaqədar məhkəməyə mülki qaydada müraciət etmək hüququnun olduğunu bildirmişdir.2020- ci ilin sentyabr ayında Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. x xxxxxx 2020- ci ildə onun xeyrinə qiyabi qətnaməqəbul edilmiş, daha sonra qiyabi qətnamələğv edilmişdir. Həmin qətnaməni qanunsuz sayır. Belə ki,1-ci olaraq qətnamədə qeyd edir ki, Mülki Məcəllənin 373.2-ci bəndinə uyğun olaraq müqavilə tələbləri üzrə iddia müddətləri 3 və 6 il olaraq dəyişir. Lakin göründüyü kimi ortada heç bir müqavilə olmamışdır və söhbət cavabdehin dələduzluqedərək pulunu mənimsəmədən gedir. 2-cisi hakim qətnamədə qeyd edir ki, Mülki Pıosesual Məcəllənin 14.2-cibəndinə müvafiq olaraq yalnız sübutları əsas gətirməli və onlara əsaslanmalıdır. Lakin məhkəməyə təqdim etdiyi X18 müstəntiqinin cavabdehin həqiqətəndə dələduzluq edərək onun və digər bir şəxsin pulunu mənimsəmə faktını, dələduzluq əlamətlərinin olması kimi təsdiq edici sənədi sübut kimi saymaması qanunazidd sayılmalıdır. 3-cüsü qətnamədə qeyd edilir ki,iş materiallarından görünürki, X15 və digərləri guyaki, öz imzaları ilə təsdiq etmişlər ki, pulu geri qaytarılıb və cavabdehə haqq qazandırır. Lakin X18n qərarında aydın görünür ki, Cavabdeh istinaqda işi olarkən və müstəntiq həqiqətən dələduzluq faktlarının olmasını təsdiq etdiyi qərarda göstərilir ki, Cavabdeh X5 və X8rşı dələduzluq etmişdir. Bu 2019-cu il də verilən rəsmi qərardı və sübut edir ki, guya imzaları ilə təsdiqlənən sənəd saxta sənəddir. 4-cüsü qətnamədə qeyd edilir ki,güya ki, məhkəmədən kənar hakim digər şahidləri dinləmiş və iddiasının əsassız olduğu qənaətinə gəlmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, makler həmkarı İlham ona müraciət edərək tanışının ipoteka yolu ilə ev almaq istədiyini bildirmişdir. O, isə X14 adlı sürücü dostunun olduğunu və onun tanışının ipoteka işinə baxdığını və həmin məsələni həll edə biləcəyini İlhama bildirmişdir. İlham 2011-ci il tarixdə Rövşəndən anası Gülnarənin iştirakı ilə 8000 (səkkiz min) manat götürüb ona vermişdir. İlham Corat maklerləri Ağagülov Sabir və İmanquliyev Heybətin sayəsində 2 otaqlı evi Coratdan tapmışdır. Rövşən və onun anası Gülnarə xanımla gedib Coratdakı 2 otaqlı evə baxmışlar və onlar evi bəyənmişdilər. Ev sahibi Aytən xanıma 1500 dollar beh verilib və Aytən xanım pulu götürməsi ilə bağlı qəbz yazılıb, 5 nəfərin şahidliyi ilə Qəbzə hamı imza atmışdır. İlham onunla Corat maklerləri Heybət və Sabirlə görüşərək, Aytən xanımın evə görə 3000 dollar əlavə pul istədiyini onlara bildirmişdir. O, öz tanışı Tamaşa xanımdan 4000 dollar borc pul almışdır ki, bu məsələni həll etsin. Onlar 3000 dolları Aytən xanıma vermişlər. 1000 dollar isə öz aralarında hərəyə 250 dollar olmaq şərti ilə bölmüşlər. 3000 dolları satıcı Aytən xanıma verəndə Aytən xanım aldığını təsdiq edən qəbz yazmış və o qəbzə onlar imza atmışlar. Həmin qəbzi özündə saxlamışdır. Belə ki, 3000 dolları borc alıb vermişdır. Hazırkı vaxta qədər 3000 dollar hələ də ona qaytarılmamışdır. Bir müddətdən sonra Gülnarə xanımın oğlu Rövşən pulunu geri tələb edərək, onun Rauf adlı bankda işləyən tanışının olduğunu və məsələni bank yolu ilə həll edəcəyini demişdir. Onlar bir gün sonra, İlham, Müsənnif, Heybət, Ağagülov Sabir Rövşənlə görüşərək pulunu qaytarmışlar. İlham bu barədə qəbz yazaraq onun borcunun olmamasını təsdiq etmişdir. İlhamdan aldığı 8000 manat pulu qaytarmışdır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçı və cavabdehin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş İsgəndərov Rövşən Kəlpaşa oğlu bildirmişdir ki, iddiaçı anasıdır. 2011-ci ildə ev almaq üçün Sabir adlı maklerə müraciət etmişlər. Sonradan Corat qəsəbəsində Sabir onlar üçün bir ev tapmışdır. Onlar həmin evi bəyənmişlər və beh olaraq Sabir onlardan 8500 ABŞ dolları məbləğində pul almışdır. Sonradan Sabirlə aralarında mübahisələri olduğu üçün onlar, pulunu geri tələb etmiş, amma Sabir müxtəlif bəhanələr gətirərək evin sənədlərini düzəldəciyini bəhanə gətirmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətindən müəyyən edilir ki, X3 müraciəti əsasında toplanmış material üzrə Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan X15, X16 və X9 ərizəsindən görünür ki, Cavabdeh İlham İslamzadədən aldığı 8000 manat pulu qaytardığını öz imzaları ilə təsdiq etmişlər. Birinci instansiya məhkəməsi iş materaiallarına istinadən iddiaçının iddianın əsasını təşkil edən halların sübuta yetirilməməsi əsası ilə, eyni zamanda iddia müddətinin keşməsi əsasl ilə iddianı təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan şahid ərizələrindən və cavabdehin izahatından da görünür ki, Sabir ev alqısı üçün beh pulunu iddiaçıdan deyil İlham adlı makler tanışından almış və həmin pulu da İlhamın özünə qaytararaq bu barədə yazılı ərizə də almışdır. Göründüyü kimi iddiaçı tərəfindən iddiasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. X23 Məhkəməsinin «X4rşı” xx xxxx 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini əsası kimi istinad etdiyi halları, sübuta yetirə bilməmişdir. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında olan şifahi razılaşmanln müddəti 2014-cü ildə başa çatmışdır və iş üzrə X2 hazırki iddia ilə məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələbi baxımından 3(üç) illik iddia müddətini 5 (iki) il ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsinə dair nəticəyə gələrkən haqlı olmuşdur. Məhkəmə kollegiyası iddia müddətinin keçməməsi ilə bağlı iddiaçının dəlilinə qiymət verərək qeyd edir ki, Azərbacyan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Qanunun tələbinə görə iddia müddətinin axımı o hallarda kəsilir ki, yalnız məhkəmədə iddia qaldırılmış olsun. Bu səbəbdən də iddiaçının polis orqanlarına müraciət etməsi iddia müddətinin axımını dayandırmır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin qeyd edilən hissədə apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2334/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. X1 apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2659/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2659/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver