Məhkəmə qərarları › İş №2(105)-2668/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2668/2022

27.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2668/2022 27.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Rəhimov Elman Gülbaba oğlunun və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin 2(077)-415/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı vəkili-nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 6000 manat məbləğində borcun,150 manat vəkilin hesabına ödənilən xərc və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu olmaqla,cəmi 6250 manat məbləğində pulun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şuşa Rayon Məhkəməsinin 2(077)-415/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir (hakim Cəmilə Səfiyeva). xx.xx.2022-ci il tarixdə İddiaçı vəkili və nümayəndəsi Nümayəndə Şuşa Rayon Məhkəməsinin 2(077)-415/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından şikayət verərək, Şuşa Rayon Məhkəməsinin 2(077)-415/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Şuşa Rayon Məhkəməsinin 2(077)-415/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki,Şuşa Rayon Məhkəməsinin 2(077)-415/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı qanunsuz və əsassızdır.Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 10-cu bəndinə əsasən tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə,belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Bildirir ki, mübahisə predmeti olan borc mübahisəsiz qaydada alınası olsaydı iddiaçı məhkəməyə müraciət etməzdi. Tərəflər arasında artıq mübahisə vardır və bu mübahisə məhkəmə qaydasında həll olunmalıdır. Həmçinin qeyd edir ki, cavabdeh artıq 3 aydır ki,kredit müqaviləsinin tələblərini pozur və öhdəliklərini yerinə yetirmir. Odur ki, Şuşa Rayon Məhkəməsinin 2(077)-415/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şuşa Rayon Məhkəməsinin 2(077)-415/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinin 8-ci bəndinə görə ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən 20 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinin 8-ci bəndinə görə ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən 20 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Göründüyü kimi, müqavilə üzrə pulun ödənilməməsi halında iddiaçı ilk əvvəl borcluya yazılıb bildiriş göndərməli, öhdəlik icra edilmədiyi təqdirdə bildiriş göndərməsindən 20 gün sonra borcun ödənilməsi üçün icra qeydinin verilməsi üçün müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilərsə, iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Yuxarıda sadalanan qanunvericilik normalarına istinadən məhkəmə kollegiyası qeyd edir ki, hazırki işə məhkəmə qaydasında baxılmalı deyil və məhkəmə haqlı olaraq iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi nəticəsinə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, şikayətind əlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Şuşa Rayon Məhkəməsinin 2(077)-415/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin 2(077)-415/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar