Məhkəmə qərarları › İş №2(105)-2675/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2675/2020

04.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2675/2020 04.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, Cavabdeh iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-219/2020 saylı qətnaməsindən İddiaçı və Cavabdeh verdikləri apelyasiya şikayətlərinə baxaraq, MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-219/2020 saylı qətnaməsi ilə (hakim E.T.Hümbətov) İddiaçı Hacıverdi oğlunun Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilib, Cavabdeh 726,35 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) pulun alınıb İddiaçı Hacıverdi oğluna verilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı apelyasiya şikayəti verib, Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-219/2020 saylı qətnaməsinin ləğv edilərək Cavabdeh “xxxxxxxxx” ASC-nin Şamaxı rayon filialından xx.xx.2015-ci il tarixdə götürmüş olduğu kreditə görə tərəfindən ödənilmiş 1726,35 ABŞ dolları məbləğində pulun və 4800 manat məbləğində pulun, həmin kreditə görə ödənilmiş kompensasiya məbləğinin, dövlət rüsumu kimi köçürdüyü 30 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayəti verib, Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-219/2020 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Hacıverdi oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh, onun keçmiş nişanlısı olmuş X1 atasıdır. O, xx.xx.2015-ci il tarixdə “xxxxxxxxx” ASC-nin Şamaxı filialından 24 ay müddətinə qaytarmaq şərti ilə illik 22 faizlə 6360 ABŞ dolları məbləğində kredit götürmüş və onun adına olan kredit müqaviləsi üzrə ödənişlər tərəfindən həyata keçirilmişdir. Həmin ödənişləri 2017-ci ilin sentyabr ayına kimi tərtib edilmiş qrafikə və kredit müqaviləsinə 1 nömrəli əlavəyə əsasən həyata keçirmiş, 2017-ci il sentyabr ayının 9-da cavabdehin qızı Aynurənin qız toyu olmuş və toy axşamı saat 01:00 radələrində Aynurə, X3 qoşularaq qaçmışdır. Həmin vaxtdan sonra banka ödənişləri dayandırmış və cavabdeh bankdan götürmüş olduğu krediti ona verdiyini bildirməklə məhkəmədə ona qarşı iddia qaldırmış və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-3562/2018 saylı qətnaməsi ilə onun iddiası təmin edilib, ondan 7000 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Həmin qətnamədən tərəfindən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Cavabdehin banka olan borclarına görə həm qəbzlə, həm də “Milli ön” ödəniş terminalı vasitəsi ilə ödənişlər həyata keçirmiş, həmin ödənişlər həm xarici valyutada ABŞ dolları ilə, həm də milli valyutada aparılmış, ümumilikdə tərəfindən banka 1726,35 ABŞ dolları və 4800 manat məbləğində vəsait ödənilmişdir. Cavabdehlə kredit müqaviləsi bağlanan zaman 1 ABŞ dolları 0,78 manat olmuş, lakin bu müddət ərzində 2 dəfə devalivasiya prosesi baş vermiş, nəticədə manat dəyərdən düşmüş, lakin ödənişlərin tərəfindən aparılmasına baxmayaraq cavabdeh Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı ilə devolivasiyalardan qabaq götürülmüş kreditlərə görə fiziki şəxslərə kompensasiyaların ödənilməsi qaydasına əsasən kompensasiya məbləğini almışdır. Odur ki, Cavabdeh “xxxxxxxxx” ASC-nin Şamaxı rayon filialından xx.xx.2015-ci il tarixdə götürmüş olduğu kreditə görə tərəfindən ödənilmiş 1726,35 ABŞ dolları və 4800 manat məbləğində pulun, həmin kreditə görə ödənilmiş kompensasiya məbləğinin, dövlət rüsumu kimi köçürdüyü 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsi xx xxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 60; 71-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Məıcəllənin 21, 157.5, 157.7, 385, 387, 439, 1091, 1092, 1093, 1096, 1097 və Azərbaycan Respublikası MPM-nin 8.1; 9.1; 14.1; 77; 78; 88-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, Cavabdeh “xxxxxxxxx” ASC-nin Şamaxı rayon filialından xx.xx.2015-ci il tarixdə götürmüş olduğu kreditə görə tərəfindən ödənilmiş 1726,35 ABŞ dolları məbləğində pulun və 4800 manat məbləğində pulun, həmin kreditə görə ödənilmiş kompensasiya məbləğinin, dövlət rüsumu kimi köçürdüyü 30 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsi xx xxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası MPM-nin 14.1; 77.1; 217.1-217.4; 218.1-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı ilə onun arasında kredit borcunun tutulması ilə bağlı məhkəmədə mübahisə olmuş və qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən iddiaçı tərəfindən onun kredit borcu üzrə 726,35 ABŞ dolları ödəniş etdiyi müəyyən edilmişdir. Məhkəmə bütün bu kimi halları nəzərə almış və yekun nəticədə aralarında olan borc məsələsiniu məhz iddiaçıdan onun xeyrinə 7000 ABŞ dollar tutulması kimi həll etmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edib, iddiaçının verdiyi apelyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada İddiaçı məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, tərəflərin verdiyi apelyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “xxxxxxxxx” ASC-nin Şamaxı filialı və Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh 24 ay müddətinə, illik 22 faiz hesablanmaqla 6360 ABŞ dolları məbləğində kredit verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)-3562/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı Hacverdi oğluna qarşı borcun qaytarılması tələbinə dair iddiası təmin edilib, İddiaçı Hacverdi oğlundan 7000 ABŞ dolları borc pulun və dövlət rüsumu üçün ödənilmiş 30 manat pul vəsaitinin tutulub Cavabdeh verilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)- 455/2019 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)-3562/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-4686/2019 saylı qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)- 455/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. “xxxxxxxxx” ASC-nin Sumqayıt filialının xx xxxxxxxx 2015-ci il tarixli, **********2 saylı kassa mədaxil qəbzindən görünür ki, Cavabdeh “xxxxxxxxx” ASC-yə olan borcu üzrə İddiaçı tərəfindən 279 ABŞ dolları ödəniş edilmişdir. “xxxxxxxxx” ASC-nin Sumqayıt filialının xx xxxxxx 2015-ci il tarixli, **********72 saylı kassa mədaxil qəbzindən görünür ki, Cavabdeh “xxxxxxxxx” ASC-yə olan borcu üzrə İddiaçı tərəfindən 447,35 ABŞ dolları ödəniş edilmişdir. Birinci instansiya məhkəməsini iddianı qismən təmin etdikdə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4; 1091.1; 1092.1 və 1092.2-ci maddələrinə istinad etməklə hesab etmişdir ki, “xxxxxxxxx” ASC-nin Şamaxı filialı və Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə, illik 22 faiz faiz dərəcəsi ilə 6360 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı xx xxxxxxxx 2015-ci il tarixli, **********2 saylı kassa mədaxil qəbzi ilə 279 ABŞ dolları və xx xxxxxx 2015-ci il tarixli, **********72 saylı kassa mədaxil qəbzi ilə “xxxxxxxxx” ASC-yə 447,35 ABŞ dolları olmaqla, ümumilikdə 726,35 ABŞ dolları məbləğində pulu Cavabdeh əvəzinə banka ödəmiş, nəticədə sonuncu ödənilmiş vəsait hesabına varlanmışdır. Yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinin hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edərək birinci instansiya məhkəməsi, cavabdehin xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi əsasən üzərinə götürdüyü öhdəliklər üzrə İddiaçı tərəfindən ümumilikdə 726,35 ABŞ dolları məbləğində pulun Cavabdeh əvəzinə banka ödəməsi işin mübahisəsiz halları olmaqla, həmin faktlar apelyasiya şikayətlərinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə Cavabdeh 726,35 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) pulun alınıb İddiaçı Hacıverdi oğluna verilməsi və iddianın qalan hissədə rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyıb, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətlərinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayətləri təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və Cavabdeh verdikləri apelyasiya şikayətləri təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-219/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar