Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2677/2021 20.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X7 Tağızadənin sədrliyi və məruzəsi, X1 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kreditin, kredit faizlərin və cərimənin ödənilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi İ.C.Hacıyev tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şabran Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) iddianın qismən təmin edilməsi, cavabdeh X2 02 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 340.61 AZN əsas borc, 54.01 AZN faiz borcu olmaqla ümumilikdə cəmi 394.62 AZN, 21 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 530.8 AZN əsas borc, 103.81 AZN faiz borcu və 49.89 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 684.5 AZN borc və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, cavabdeh X2 50 manat ekspertiza xərci tutularaq kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı ASC məhkəmədə iddia qaldıraraq X2 İddiaçı ASC-nin xeyrinə 02 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 379.06 AZN əsas borc, 85.5 AZN faiz borcu və 93.25 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 557.81 AZN, 21 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 530.8 AZN əsas borc, 103.81 AZN faiz borcu və 49.89 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 684.5 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddiasını onunla əsaslandırmışdır ki, Z.A.Xaliqova 02 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən «FİNtrend» BOKT-dan illik 40 faizlə 12 ay müddətinə kart vasitəsilə 500 manat, 21 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən «FİNtrend» BOKT-dan illik 35 faizlə 24 ay müddətinə kart vasitəsilə 572 manat kredit verilmişdir. «FİNtrend» BOKT ilə "xxxx" İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 729№-li 10 may 2018-ci il tarixli 004 №-li müqaviləyə 07 avqust 2019-cu il tarixli və 761 №-li 10 may 2018ci il tarixli 004№-li müqaviləyə 27 avqust 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə «FİNtrend» Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ "xxxx" İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-ci il iyunun 09-dək Cavabdeh banka 02 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 379.06 AZN əsas borc, 85.5 AZN faiz borcu və 93.25 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 557.81 AZN, 21 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 530.8 AZN əsas borc, 103.81 AZN faiz borcu və 49.89 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 684.5 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi İ.Hacıyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə qətnaməsi qəbul olunarkən Bank tərəfindən təqdim olunmuş mötəbər sübutlar nəzərə almadan, heç bir normaya istinad edilmədən, əsassız olaraq yalnız ekspertizanın rəyini əsas götürərək, əsas və faiz borcu azaldılmışdır. Şabran Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(031)-79/2021 saylı qətnaməsinin qismən təmin edilməyən hissədə ləğv olunması və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə iddiaçının nümayəndəsi və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit müqaviləsinin olmasına və cavabdeh tərəfindən kredit müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi İ.Hacıyevin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşə əlavə edilmiş İddiaçı ASC ilə Z.A.Xaliqova arasında bağlanmış 02 avqust 2019cu il tarixli, 481-0***-******* saylı Kredit müqaviləsinə əsasən Z.Xaliqova illik 40 faizlə 12 ay müddətinə kart vasitəsilə 500 manat kredit verilmişdir. İşdə olan İddiaçı ASC ilə Z.A.Xaliqova arasında bağlanmış 21 avqust 2019-cu il tarixli, 55-0***-******* saylı əvvəlcədən ödənilmiş kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən Z.Xaliqova illik 35 faizlə 24 ay müddətinə kart vasitəsilə 572 manat kredit verilmişdir. İşə əlavə edilmiş 09 iyun 2020-ci il tarixli xəbərdarlıq məktubdan görünür ki, Z.A.Xaliqova kredit borcunun ödənilməsi barədə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xəbərdarlıq edilmişdir. İşə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 aprel 2021ci il tarixli 9/5711 saylı ekspert rəyindən görünür ki, Cavabdeh ilə «FİNtrend» BOKT arasında bağlanmış 02.08.2019-cu il tarixli, 481-0***-******* saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur6 16.02.2021-ci il tarixə, əsas borc üzrə – 340,61 manat, faiz borcu üzrə – 54,01 manat. 21.08. 2019-cu il tarixli, 55-0***-******* saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: 16.02.2021-ci il tarixə əsas borc üzrə – 566.38 manat, faiz borcu üzrə – 161.82 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən isə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığının tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən faiz borcu düzgün tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahmisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadıgından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi X8 apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin bu iş üzrə 19 may 2021-ci il tarixli 2(031)-79/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2677/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2677/2021
20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver