Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2680/2020 12.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X6, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əliyev Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(012)-2146/2019 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əliyev Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(012)-2146/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı cavabdeh Əliyev Cavabdeh qarşı pulun qaytarılması barədə ilk iddia təmin edilmiş, Əliyev Cavabdeh 56000 manat məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi, Əliyev Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmiş, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əliyev Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)- 4546/2019 saylı qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əliyev Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-2146/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh Əliyev Cavabdeh qarşı pulun qaytarılması tələbinə dair ilk iddiası təmin edilməmiş, qarşılıqlı iddia üzrə iddiaçı Əliyev Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiasının təmin edilməsi, Abşeron rayon 2 saylı notariat kontoru tərəfindən Abasov Rasim Ağasəlıim oğlu ilə Əliyev Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2010-cu il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)- 3149/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Əliyev Cavabdeh 56000 manat miqdarında pulun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 2010-cu il tarixdə Abşeron rayon 2 saylı notariat kontorunda atası Abasov X19 ilə Əliyev Cavabdeh arasında borc müqaviləsi bağlanmışdır. Borc müqaviləsinə görə atası Abasov X5 Cavabdeh 6 il müddətinə qaytarmaq şərti ilə 56000 manat borc pul vermişdir. Əliyev Cavabdeh borclu olduğu pulu Abasov X16 2016-cı ildə qaytarmalı olduğu halda, hazırki vaxta kimi borcu qaytarmamışdır və qaytarmaq istəmir. O, atası Abasov X14 yeganə vərəsəsi olaraq Əliyev Cavabdeh borcun ödənilməsini tələb etsə də, cavabdeh pulu qaytarmayaraq borc müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmişdir. Atası Abasov X19 ilə anası X3 arasında bağlanmış nikahı pozulmuşdur. Atası Abasov X19 xx xxxxx 2014-cü il tarixdə ölmüşdür. Abasov X14 digər övladı olan onun qardaşı X15 atasından miras qalmış bütün əmlakdan onun xeyrinə vərəsəlik payından imtina etmişdir. Əliyev Cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək Abasov X19 ilə aralarında xx xxxxxxxx 2010-cu il tarixdə bağlanmış borc müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 2010-cu il tarixli borc müqaviləsi üzrə borclu olduğu 56000 manat məbləğində pulu hissə-hissə olmaqla Abasov X16 qaytarmış, lakin müqavilə ləğv edilməmişdir. İddiaçı borcun tam olaraq qaytarılmasından məlumatsızdır. Əliyev Cavabdeh qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Abasov X19 ilə aralarında xx xxxxxxxx 2010-cu il tarixdə bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 2010-cu il tarixli borc müqaviləsində göstərilən borc Abasov X16 deyil, onun iddiaçının əmisi X9 olan borcudur. Belə ki, X17 mənzilini ona nisyə satmış, X17 2010-cu ildə öldüyündən qardaşı Abasov X19 ilə borc müqaviləsi bağlanmışdır. xx xxxxxxxx 2010-cu il tarixli müqavilə əslində başqa əqdi pərdələmək üçün bağlanmış bir müqavilədir, borc müqaviləsi bağlansa da, faktiki olaraq ona pul verilməmişdir, yəni əhəmiyyətsiz əqddir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əliyev Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz və əsassız hesab edir, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. İşin faktiki hallarından, şahid ifadələrindən və iddiaçının etiraflarından görünür ki, Abasov X19 ilə onun arasında xx xxxxxxxx 2010-cu il tarixli yazılı borc müqaviləsinin imzalanmasına baxmayaraq Azərbaycan Respublikası MM-nin 739-cu maddəsində göstərilən hərəkətlər faktiki yerinə yetirilməmiş və tərəflərin borc müqaviləsindən irəli gələn öhdəlikləri yaranmamışdır. Əslində mərhum Rasim Abasov xx xxxxxxxx 2010-cu il tarixdə ona 56000 manat məbləğində borc verməmişdir, Rasim Abasov qardaşının evinin alqı-satqısının müqabilində olan borcun nəticəsində borc müqaviləsi bağlanmışdır. Birinci instansiya məhkəməsi qeyd edilən halı müəyyən etməsinə baxmayaraq maddi hüquq normalarını pozaraq onun Rauf Abasova olan borcunun ölümü ilə əlaqədar borcun etirafı olaraq qardaşı Rasim Abasovla müqavilə bağlanaraq rəsmiləşdirilməsinin mülki qanunvericiliyin tələblərinə zidd olmadığını göstərmişdir. Məhkəmənin gəldiyi bu nəticə Azərbaycan Respublikası MM-nin 340.2-ci maddəsinə ziddir. Belə ki, həmin maddənin tələbinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq olunur. Göründüyü kimi, Abasov X19 ilə onun arasında xx xxxxxxxx 2010-cu il tarixdə bağlanmış borc müqaviləsi əslində digər şəxslə bağlanmış alqı-satqı müqaviləsini pərdələmişdir. Göstərdiyi xüsusatlar işin halları və məhkəmənin özü tərəfindən də müəyyən olunmasına baxmayaraq, məhkəmə maddi hüquq normasını pozaraq qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməyən qətnamə qəbul etmişdir. Əslində Abasov X19 ilə onun arasında xx xxxxxxxx 2010cu il tarixdə bağlanmış borc müqaviləsi başqa bir əqdi pərdələmək məqsədi ilə bağlanmışdır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əliyev Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək, ilk iddia tələbinin rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əliyev Cavabdeh nümayəndəsi X4 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X10 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əliyev Cavabdeh, Abşeron rayonu 2 saylı notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materialarında olan Abşeron rayon 2-ci dövlət notariat kontorunda təsdiq edilmiş xx xxxxxxxx 2010cu il tarixli borc müqaviləsinin surətindən görünür ki, Abasov X5 Cavabdeh 56000 manat borc pul vermiş, Əliyev Cavabdeh həmin məbləği Abasov X16 xx xxxxxxxx 2016-cı il tarixinə qədər qaytarmağı öz üzərinə götürmüşdür. İş materialarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Abasov X19 ilə X3 arasında bağlanmış nikahın pozulması xx xxxxxx 2003-cü il tarixdə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində 24 sayla qeydə alınmışdır. İş materialarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Abasov X19 xx xxxxx 2014-cü il tarixdə ölmüşdür. İş materialarında olan xx xxxxxxx 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxx 2014-cü il tarixdə ölmüş Abasov X14 vərəsələri-uşaqları İddiaçı və X15 miras əmlakdan bərabər payda irs almalıdırlar. İş materialarında olan X7 imzası notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, xx xxxxx 2014-cü il tarixdə vəfat etmiş atası - Abasov X11 miras qalmış əmlakdan ona düşən vərəsəlik payından qardaşı İddiaçı xeyrinə imtina etmiş və gələcəkdə mülkiyyətə dair heç bir iddia qaldırmayacaqdır. İşdən görünür ki, kassasiya instansiyası məhkəməsi öz qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi apellyasiya qaydasında yenidən baxılmağa qaytararkən, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməsinə istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşdən görünür ki, Abşeron rayon 2-ci dövlət notariat kontorunda təsdiq edilmiş xx xxxxxxxx 2010-cu il tarixli borc müqaviləsinə əsasən Abasov X5 Cavabdeh 56000 manat borc pul vermişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Abasov X19 ilə Əliyev Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2010-cu il tarixli borc müqaviləsinin 2-ci bəndinə əsasən Əliyev Cavabdeh 56000 manatı Abasov X16 xx xxxxxxxx 2016-cı il tarixinə qədər qaytarmağı öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası MM-nin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdeh borc aldığı 56000 manatı xx xxxxxxxx 2016-cı il tarixinə qədər qaytarmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əliyev Cavabdeh qarşılıqlı iddiası ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İşdən görünür ki, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra Əliyev Cavabdeh nümayəndəsi xx xxxxx 2019-cu il tarixdə iddia ərizəsinə etirazla məhkəməyə müraciət etmiş, etirazda Əliyev Cavabdeh borcu iddiaçının atasına hissə-hissə tam ödədiyini göstərmişdir. Etirazda Əliyev Cavabdeh ilə Rauf Abasov arasında evə görə borc münasibətinin yaranması və Rasim Abbasovla olan müqavilənin həmin əqdin pərdələnməsi məqsədi ilə bağlanması barədə heç bir məlumat verilməmişdir. xx xxx 2019-cu il tarixdə Əliyev Cavabdeh nümayəndəsi tərəfindən xx xxxxxxxx 2010-cu il tarixli borc müqaviləsinin ləğvinə dair qarşılıqlı iddia verilmiş, qarşılıqlı iddia ərizəsində də Əliyev Cavabdeh borcu iddiaçının atasına hissə-hissə tam tam ödədiyini, lakin müqavilənin ləğv edilmədiyini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qanunun tələblərinə əməl edilməklə notariatda təsdiq olunmuş müqavilə ən mötəbər və etibarlı sübut hesab olunur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mərhum Rasim Abasovla Əliyev Cavabdeh arasında bilavasitə onların iştirakı ilə borc müqaviləsi bağlanmış, müqavilə onun iştirakçıları tərəfindən imzalanmış, müqavilədə tərəflərin öhdəlikləri müəyyən olunmuş və notariatda təsdiq olunmuşdur. Tərəflər müqaviləni imzalamaqla orada göstərilənlərin həqiqiliyini təsdiq etmişlər. Əliyev Cavabdeh qarşılıqlı iddia tələbini xx xxxxxxxx 2010-cu il tarixli borc müqaviləsinin yalan əqd olması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası MM-nin 337.1 və 337.2-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İşdən görünür ki, borc müqaviləsi xx xxxxxxxx 2010-cu il tarixdə bağlandığı halda, Əliyev Cavabdeh əqdin etibarsızlığı barədə qarşılıqlı iddia tələbini xx xxxx 2019-cu il tarixdə, 9 ilə yaxın müddət keçdikdən sonra irəli sürmüşdür. Göründüyü kimi, Əliyev Cavabdeh yalan əqd kimi istinad etdiyi hal xx xxxxxxxx 2010-cu il tarixdə ona məlum idi, lakin hazırki iddia ilə 2019-cu ilin iyulunda məhkəməyə müraciət etmiş, bununla da Azərbaycan Respublikası MM-nin 354.1-ci maddəsində nəzərdə tutulmuş müddəti ötürmüşdür. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə də maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir, həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. İşdən görünür ki, Əliyev Cavabdeh nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək hazırki mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Abasov X19 ilə Əliyev Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2010-cu il tarixli borc müqaviləsinin 2-ci bəndinə əsasən Əliyev Cavabdeh 56000 manatı Abasov X16 xx xxxxxxxx 2016-cı il tarixinə qədər qaytarmağı öz üzərinə götürmüşdür. İşdən görünür ki, İddiaçı xx xxxxx 2019-cu il tarixdə hazlrki iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddia müddətinin axımı xx xxxxxxxx 2016-cı il tarixdən başlanmış və hazırki mübahisə üzrə iddia müddəti ötürülməmişdir. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əliyev Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(012)-2146/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-2680/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2680/2020
12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver