Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2686/2020 25.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-534/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-534/2020 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh 1642 (min altı yüz qırx iki) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət olunmuşdur (hakim İ.Xəlilov). Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək borcun hissə-hissə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti verilməsi üçün dövlət rüsumu tam ödənilmədiyindən, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin mümkünlüyü məsələsinin həllini məhkəmə kollegiyasının mülahisəzinə buraxdığını bildirdi. Cavabdeh məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəməyə teleqram vuraraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normalarını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apelyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108-ci maddəsinin tələblərinə əsasən məhkəməyə iddia ərizəsi verildikdə və məhkəmə aktlarından apelyasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası «Dövlət rüsumu haqqında» Qanunun 8.1.1 və 8.1.2-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsi ilə müraciət edildikdə, iddia qiyməti 500 (beş yüz) manatadək olduqda 20 (iyirmi) manat və iddia qiyməti 500 (beş yüz) manatdan çox olduqda isə 30 (otuz) manat dövlət rüsumu ödənilir. Qeyd edilən Qanunun 8.4 və 8.4.1-ci maddələrinə əsasən apelyasiya şikayəti verildikdə birinci instansiya məhkəməsinə müraciət edilərkən ödənilməsi tələb edilən dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. İddia ərizəsindən göründüyü kimi, İddiaçı Cavabdeh qarşı cəmi 2172 manat məbləğində pulun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilən iddia ərizəsi üçün qanunvericilik 30 manat, qətnamədən verilmiş apelyasiya şikayəti üçün isə bunun yarısı həddində, yəni 15 manat məbləğində dövlət rüsumu müəyyən etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-534/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əlavə edilmiş qəbzdən isə görünür ki, o, 10 manat dövlət rüsumu ödəmişdir. İş materiallarından müəyyən edilir ki, cavabdeh apelyasiya şikayəti verdikdə 15 manat dövlət rüsumu ödəməmiş, həmin məbləğin tam ödənilməsinə dair şikayətə qəbz əlavə etməmişdir. Bundna başqa, apelyasiya şikayətindən görünür ki, Cavabdeh şikayəti tərtib edərkən MPMnin 361.1.3 və 361.1.4-cü maddələrinin tələblərinə riayət etməmişdir. Belə ki, şikayətin nəticə hissəsində barəsində şikayət verilən qətnaməni qəbul etmiş məhkəmənin adı, qətnamənin tarixi, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi göstərilməmişdir. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə görə apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə görə əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-534/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə müəyyən olunmuş məbləğdə dövlət rüsumunun tam ödənilməsini təsdiq edən qəbz əlavə edilmədiyindən, habelə MPM-nin 361.1.3 və 361.1.4-cü maddələrinin tələblərinə riayət edilmədiyindən işə apelyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də, apelyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərərkən Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinin tələbinə əməl etməmiş və həmin maddənin tələbini pozaraq apelyasiya şikayətinə müəyyən olunmuş məbləğdə dövlət rüsumunun əlavə edilib-edilməməsini araşdırmamış və apelyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası eyni zamanda izah edir ki, Azərbaycan Respublikasının MPM-nin 363.4-cü maddəsinin mənasına görə Cavabdeh göstərilən nöqsanı aradan qaldırdıqdan sonra yenidən məhkəmə qətnaməsindən ümumi qaydada apelyasiya şikayəti vermək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub hesab edir ki, hazırki halda apelyasiya şikayəti üzrə işə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş sadalanan mülki prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 400 və 402-ci maddələrinirəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-534/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Apelaysiya şikayəti müzakirə edilərək prosessual qaydalara əməl edilməsi və yol verilmiş prosessual pozuntular aradan qaldırılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apell-----ya--si-ya Məhkə-mə-si vasitəsi ilə Azər-bayc-an Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şika--yəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2686/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2686/2020
25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver