Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2697/2021 19.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, iddiaçı "xxxx" ASCnin cavabdeh X7 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(060)-3310/2021 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(060)-3310/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Aynur Behbudova). Qətnamədən iddiaçı "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilərək Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(060)-3310/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edilmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Həsənli Minayə Səməd qızı arasında bağlanmış 02.04.2018-ci il tarixli, 1921- 02.04.********** №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 51 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə hesablanmaqla, 1800 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 12.2-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X17 Səməd qızı 10.09.2018-ci il tarixdə vəfat etmişdir. Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 20.08.2020-cu il tarixli 2943 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum Həsənli Minayə Səməd qızınun adına vərəsəlik işi açılmış və X13 qanun üzrə X11 şəhadətnamə əldə etmək üçün müraciət etmişdir. Bank tərəfindən təqdim edilmiş 22.01.2021-ci il tarixli maliyyə arayışına əsasən, Həsənli Minayə Səməd qızının vəfat etdiyi tarixə Banka ödənilməmiş 1699.64 manat əsas, 5.90 manat faiz borcu olmaqla, cəmi 1705.54 manat borcu qalmışdır. Cavabdeh X13 mərhum Həsənli Minayə Səməd qızından qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən mərhum Həsənli Minayə Səməd qızının vərəsəsi X4 iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə 1699.64 manat əsas, 5.90 manat faiz borcu olmaqla, cəmi 1705.54 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, məhkəmə prosesi zamanı sorğuda qeyd olunan mirasin qəbulu üçün müraciət etmiş X14 və X15 barədə hakim tərəfindən məlumat verilməmiş, qətnamə qəbul edildikdən sonra Banka məlum olmuşdur. Bank tərəfindən verilmiş sorğuya Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 20.08.2020-cu il tarixli 2943 saylı cavabı ilə müəyyən edilmişdir ki, mərhum Həsənli Minayə Səməd qızının adına vərəsəlik işi açılmış və X13 qanun üzrə X11 şəhadətnamə əldə etmək üçün müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair 16.10.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Bu qərara əsasən, notariat ofisindən əldə edilən məlumata əsasən hazırki cavabdeh X7 qarşı borcun ödənilməsi tələbi ilə məhkəməyə iddia verilmiş, həmin dövrdə isə, miras əmlakında payların müəyyən edilməsinə dair digər şəxslərin müraciətləri barədə iddiaçı olaraq bankda məlumat olmamışdır. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur, miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Beləliklə, mirasın formal və qeyriformal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04.06.2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Qeyd edilənlərdən də, göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə səhv nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarından da aydın olur ki, vərəsələr kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hesab edir ki, hazırkı mərhələdə iddia tələbi təmin edilməli və gələcəkdə digər vərəsələr müəyyən edildiyi halda cavabdeh X7 həmin vərəsələrə qarşı reqres qaydasında iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Eyni zamanda bildirir ki, iddia tələbində cavabdehin soyadı texniki səhv olaraq Səfərov yazılmışdır, belə ki, cavabdehin soyadı Səfərovdur. Bu səbəbdən cavabdehin soyadının Səfərov kimi göstərilməsini xahiş edir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(060)-3310/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Cavabdeh X13 oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak etmiş şəxsin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(060)- 3310/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 22 yanvar 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Həsənli Minayə Səməd qızının 02.04.2018-ci il tarixli kredit müqaviləsi üzrə 22.01.2021-ci il tarixə 1699.64 manat əsas borc, 5.90 manat faiz borcu, cəmi 1705.54 manat borcu vardır. İş materiallarında olan iddiaçı "xxxx" ASC ilə Həsənli Minayə Səməd qızı arasında bağlanmış 02.04.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Həsənli Minayə Səməd qızına illik 27 faiz ödənilməsi şərti ilə 51 ay müddətində 1800 manat məbləğində kredit verilmiş, borcalan krediti müəyyən olunmuş müddətdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materallarında olan ödəniş cədvəlindən görünür ki, Həsənli Minayə Səməd qızı ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni 02.05.2018-ci il tarixdən başlayaraq hər ay banka 59.7. manat, sonuncu ay 58.79 manat, ümumilikdə 3043.79 manat ödəməklə qaytarmalıdır. İş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" ASC-nin cavabdeh X7 ünvanladığı 14.01.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehə bank tərəfindən mərhum Həsənli Minayə Səməd qızının 02.04.2018-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin cavabdeh, ona edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. İş materiallarında olan Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin iddiaçının sorğusuna 20.08.2020-ci il tarixli cavab məktubundan görünür ki, 10.09.2018-ci ildə ölmüş Həsənli Minayə Səməd qızının vərəsəsi X13 müraciət etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Həsənli Minayə Səməd qızı 10 sentyabr 2018-ci ildə ölmüşdür. Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisi 07 aprel 2021-ci il tarixdə məhkəmənin 19.03.2021-ci il tarixli 2(060)-3310/2021 nömrəli müraciətinə cavab olaraq bildirmişdir ki, 10.09.2018-ci ildə ölmüş Həsənli Minayə Səməd qızının oğlu-X14 və oğlu-X13 mirasın qəbulu üçün ərizə ilə müraciət etmişlər. Digər vərəsəsi oğlu - X5 vərəsələr sırasına daxil edilməsi barədə X6 ərizəsi işə əlavə edilmişdir. Eyni zamanda bildirilmişdir ki, 07.04.2021-ci il tarixədək Həsənli Minayə Səməd qızının vərəsələrinə Qanun üzrə X11 Şəhadətnamə verilməmişdir. Məhkəmə sorğusu əsasında Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisindən alınıb iş materiallarına əlavə edilmiş 10.09.2018-ci ildə ölmüş Həsənli Minayə Səməd qızının vərəsəlik işinin surətindən görünür ki, X14, oğlu-X13 və X15 mirasın qəbulu üçün ərizə ilə müraciət etmişlər və mərhum Həsənli Minayə Səməd qızının vərəsələri sırasına daxil edilmişdir. X18 Səməd qızının vərəsələrinə Qanun üzrə X11 Şəhadətnamə verilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı "xxxx" ASC Həsənli Minayə Səməd qızı arasında bağlanmış 02.04.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Həsənli Minayə Səməd qızına 51 ay müddətinə illik 27 % dərəcəsi ilə 1800 manat məbləğində kredit verilmiş, Həsənli Minayə Səməd qızı 10.09.2018-ci il tarixdə vəfat etdiyindən kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirə bilməmiş, nəticədə 22.01.2021ci il tarixə iddiaçı "xxxx" Bankı ASC-nə 02.04.2018-ci il tarixli kredit müqaviləsi üzrə 1699.64 manat əsas borc, 5.90 manat faiz borcu, cəmi 1705.54 manat məbləğində borcu yaranmış, 10.09.2018-ci il tarixdə ölmüş Həsənli Minayə Səməd qızının miras qalmış əmlakına dair X11 şəhadətnamə verilməmiş, M.S.Həsənlinin miras qalmış əmlakının idarə və faktiki sahiblik edilməsi cavabdeh X6 öhdəlik daşıması iş materialları ilə öz təsdiqini tapmamışdır. Birinci instansiya qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, M.S.Həsənlinin miras qalmış əmlakının idarə və faktiki sahiblik edilməsi cavabdeh X6 öhdəlik daşımasının öz təsdiqini tapmaması barədə gəldiyi nəticədə haqlı olmamışdır. Azərbaycan Respublikasının MM-nin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair 16.10.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. İş materiallarından müəyyən edilir ki, 10.09.2018-ci ildə ölmüş Həsənli Minayə Səməd qızının oğlu-X14 və oğlu-X13 mirasın qəbulu üçün ərizə ilə müraciət etmişlər. İş materiallarında olan 10.09.2018-ci ildə ölmüş Həsənli Minayə Səməd qızının vərəsəlik işinin surətindən görünür ki, X14, oğlu-X13 və X15 mirasın qəbulu üçün ərizə ilə müraciət etmişlər və mərhum Həsənli Minayə Səməd qızının vərəsələri sırasına daxil edilmişdir. X18 Səməd qızının vərəsələrinə Qanun üzrə X11 Şəhadətnamə verilməmişdir. Qanunvericiliyə əsasən mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur, miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04.06.2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Hazırki işdən də görünürki, 10.09.2018-ci ildə ölmüş Həsənli Minayə Səməd qızının oğlu X13 mirasın qəbulu üçün ərizə ilə müraciət etmiş, Həsənli Minayə Səməd qızının vərəsəsi sırasına daxil edilmişdir. Bununla da öz iradə ifadəsini göstərərək Həsənli Minayə Səməd qızının vərəsəsi olmasını qəbul etmişdir. Bu səbbədən məhkəmə kollegiyası hesab edir ki, X1 Minayə Səməd qızının vərəsəsi kimi qəbul edilməli, Həsənli Minayə Səməd qızının öhdəliyi onun tərəfindən ödənilməlidir. İş materiallarında olan 22 yanvar 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Həsənli Minayə Səməd qızının 02.04.2018-ci il tarixli kredit müqaviləsi üzrə 22.01.2021-ci il tarixə 1699.64 manat əsas borc, 5.90 manat faiz borcu, cəmi 1705.54 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd edilən qanunvericilik normalarına istinadən hesab edir ki, iddiaçı təşkilat cavabdeh 10.09.2018-ci ildə ölmüş Həsənli Minayə Səməd qızının vərəsəsi X4 yaranmış borcu tələb etməkdə haqlıdır. Belə ki, borcalan Həsənli Minayə Səməd qızı öldüyündən, onun vərəsəsi X13 müəyyən edildiyindən Azərbaycan Respublikasının MM-nin 1151.1-ci maddəsinə əsasən bankın tələbi üzrə cavabdeh X9r və belə olan halda, tələb olunan borc ondan tutulmalıdır. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mirasın qəbulu ilə bağlı X6 notariat kontoruna müraciət edərək mirası qəbul etməsi istəyini nəzərə almamış, X11 şəhadətnamənin alınmaması əsası ilə X10 vərəsə kimi qəbul etməməklə qanunvericilik normalarına zidd qərar qəbul etmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunan pozuntuları qətnamənin ləğvi üçün əsas hesab edir. Çünki Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli iddia tələbinə iddia həddində hüquqi qiymət verilməklə, yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik normasından göründüyü kimi, vərəsə miras qoyanın öldüyü məqamədək malik olduğu həm aktiv, həm də passiv əmlaka vərəqəsidir. Məhkəmə kollegiyası hesab edir ki, borcalanın vərəsəsi olan şəxs onun bank qarşısında olan borcuna da cavabdehdir. Yəni, mərhum Həsənli Minayə Səməd qızı kredit müqaviləsini öz riski ilə bağladığından öldüyü tarixədək həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Çünki iddiaçı ilə mərhum Həsənli Minayə Səməd qızı arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddiaçı qarşısında cavabdehlik daşımışdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırki işdən görünür ki, iddiaçı bank cavabdehdən Həsənli Minayə Səməd qızının vərəsəsi kimi onun 02.04.2018-ci il tarixli kredit müqaviləsi üzrə 22.01.2021-ci il tarixə 1699.64 manat əsas borc, 5.90 manat faiz borcu, cəmi 1705.54 manat borcunu tələb edir. Qeyd edilən borc məbləği iş materiallarında olan maliyyə arayışı ilə təsdiq edilir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı bank iddia ərizəsi verilərkən 30,40 manat məbləğində pul da cavabdeh X4 tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbində cavabdeh Səfərov Şamil Almaz oğlu Cavabdeh kimi qeyd edilmişdir. Bu barədə iddia bank ərizə ilə müraciət edərək notariat kontorunun bankın sorğusuna verdiyi cavabda Həsənli Minayə Səməd qızının vərəsəsi kimi Cavabdeh müracitə etməsini gəstərdiyini, bu səbəbdən cavabdehin soyadının Həsənov kimi qeyd etdiklərini, hazırda iş materialları ilə Həsənli Minayə Səməd qızının vərəsəsi kimi X6 müraciət etməsinin müəyyən edilməsini göstərərək cavabdehin X2 göstərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı ASC-nə Sumqayıt Regioanl “Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən göndərilmiş 20.08.2020-ci il tarixli, 2943 saylı məktubunda Həsənli Minayə Səməd qızınının vərəsəsi kimi Cavabdeh müraciət etməsi göstərilmişdir. BU səbəbdən iddiaçı təşkilat iddia ərizəsində cavabdehin soyadını Səfərov əvəzinə Həsənov kimi qeyd etmişdir. Bu hal iş materiallarında olan Sumqayıt Regioanl “Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən göndərilmiş 07.04.201-ci il tarixli, 952 saylı məktubu və vərəsəlik işi ilə müəyyən edilir. Həmçinin notariat işində olan ərizə və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Həsənli Minayə Səməd qızının vərəsəsi kimi Səfərov Şamil Almaz oğlu müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(060)-3310/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, cavabdeh Səfərov Şamil Almaz oğlundan iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borca görə 1699.64 manat faiz borcuna görə 5.90 manat, cəmi 1705.54 manat borc və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392-393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti təmin olunsun. Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(060)-3310/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh X4 iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borca görə 1699.64 manat, faiz borcuna görə 5.90 manat, cəmi 1705.54 manat borc və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pul tutulsun. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2697/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2697/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver