Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2705/2020 14.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Heyran Mehman qızı Mürsəlovanın katibliyi, İddiaçı iştirakı ilə, Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-274/2020 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-274/2020 saylı qətnaməsi ilə (hakim R.İ.Kazımov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia qismən təmin edilib, Cavabdeh Qusar rayon notariat ofisində təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli borc müqaviləsi üzrə 5000 (beş min) manat və xx xxxxx 2019-cu il tarixli borc müqaviləsi üzrə 5500 (beş min beş yüz) manat, cəmi 10500 (on min beş yüz) manat borc pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı verilməsi və iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-274/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə bir yerdə işləmişlər və yaxşı münasibətləri olmuşdur. Cavabdeh maddi vəziyyətinin ağır olması səbəbindən ondan 5000 (beş min) manat borc pul istəmişdir. Münasibətləri yaxşı olduğu üçün cavabdehin səmimiyyətinə inanmış və xx xxxxxx 2019-cu il tarixdə Qusar rayon notariat ofisində borc müqaviləsi bağlamaqla cavabdehə 5000 (beş min) manat borc pul vermişdir. Cavabdeh təkrarən ondan borc pul istəmiş və xx xxxxx 2019-cu il tarixdə Qusar rayon notariat ofisində borc müqaviləsi bağlamaqla cavabdehə 5500 (beş min beş yüz) manat borc pul vermişdir. Aralarında olan razılaşmaya əsasən birinci dəfə verilən pulu, göstərilən məbləği cavabdeh xx xxxx 2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Bu barədə aralarında borc müqaviləsində də qeyd olunmuşdur. İkinci dəfə verilən borcu isə cavabdeh müqavilədə qeyd edildiyi kimi xx xxxx 2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh göründüyü kimi ümumilikdə cəmi 10500 (on min beş yüz) manat borc pul vermiş, cavabdeh isə öz üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Dəfələrlə cavabdehə yazılı və şifahi müraciətlər olunsa da cavabdeh hər dəfə müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən də onun maddi vəziyyəti əhəmiyyətli dərəcədə pisləşmiş və ağır maddi vəziyyətə düşmüşdür. Ona görə də Cavabdeh reyestrdə 3M-15 nömrə ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş borc müqaviləsinə əsasən verilmiş 5000 (beş min) manat, reyestrdə 3M-77 nömrə ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş borc müqaviləsinə əsasən verilmiş 5500 (beş minbeş yüz) manat, cəmi 10500 (on min beş yüz) manat əsas borcun, 5000 (beş min) manat mənəvi zərərin, 5000 (beş min) manat əldən çıxmış faydanın və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 20530 (iyirmi min beş yüz otuz) manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qusar Rayon Məhkəməsi xx xxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq noromalarının tələbləri pozulmuş və işin faktiki hallarına hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı ilə bir yerdə işləmiş və yaxşı münasibətləri olmuşdur. İş qurmaq istədiyi üçün ona pul lazım olmuş və münasibətləri yaxşı olduğu üçün bu barədə İddiaçı müraciət edərək ondan borc pul istəmişdir. İddiaçı xx xxx 2018-ci il tarixdə ona 4000 (dörd min) manat borc pul vermişdir. Lakin onunla iddiaçı arasında 5000 (beş min) manat borc pul alınmasına dair xx xxxxxx 2019-cu il tarixdə borc müqaviləsi bağlanmışdır. O, 7 (yeddi) ay hər ay 434 (dörd yüz otuz dörd) manat olmaqla, cəmi 3038 (üç min otuz səkkiz) manat iddiaçıya həmin borcdan qaytarmışdır. Lakin iddiaçıya etibarı olduğu üçün, dost olduqları üçün verdiyi pula görə iddiaçıdan qəbz almamışdır. Birinci borc müqaviləsi üzrə iddiaçıya 1962 (bir min doqquz yüz altmış iki) manat borcu qalmışdır. İkinci dəfə maddi vəziyyəti yenidən pisləşmiş, işləri yaxşı getmədiyi üçün iddiaçıdan borc pul istəmişdir. xx xxxxx 2019-cu il tarixdə iddiaçı ona 3500 (üç min beş yüz) manat borc pulu müqavilədə 5500 (beş min beş yüz) manat göstərmək şərtilə verə biləcəyini demiş və çıxılmaz vəziyyətdə olduğu üçün iddiaçı ilə razılaşmış və 5500 (beş min beş yüz) manatlıq borc müqaviləsinə imza edərək iddiaçıdan 3500 (üç min beş yüz) manat borc pul almış və həmin pulun 1000 (bir min) manatını elə həmin gün oradaca iddiaçıya qaytarmışdır, ikinci müqavilə üzrə isə onun iddiaçıya 2500 (iki min beş yüz) manat borcu qalmışdır. Ümumilikdə onun iddiaçya qaytarmalı olduğu borcu 4462 (dörd min dörd yüz altmış iki) manat təşkil edir. O, iddiaçıya borcundan pul məbləğləri qaytararkən qəbz almasa da, pulları şahidlərin iştirakı ilə qaytarmışdır. Lakin o, həmin pul məbləğlərin qaytarılması ilə əlaqədar iddiaçıdan qəbz almamışdır və borc müqavilələri iddaçıda qalmışdır. İddiaçının tələb etdiyi məbləğlərin onun öhdəlikləri ilə heç bir aidiyyatı yoxdur və tələb olunan borc real borcdan dəfələrlə soxdur. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və iddiaçının izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin verdiyi apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixdə Qusar rayon notariat ofisində təsdiq edilmiş borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh xx xxxx 2019-cu il tarixədək qaytarmaq şərti ilə 5000 (beş min) manat borc pul vermişdir. xx xxxxx 2019-cu il tarixdə Qusar rayon notariat ofisində təsdiq edilmiş borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh xx xxxx 2019-cu il tarixədək qaytarmaq şərtilə 5500 (beş min beş yüz) manat borc pul vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Sadalanan maddi hüquq normalarının və tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli və xx xxxxx 2019-cu il tarixli kredit müqavilələrinin şərtlərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il 7 №li Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenumun qərarında məhkəmələrə izah edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Hazırki iş üzrə İddiaçı Cavabdeh tərəfindən ona 5000 manat məbləğində mənəvi ziyanın vurulması və 5000 manat əldən çıxmış faydanın tutulması barədə məhkəməyə heç bir sübut təqdim etməmiş və qeyd olunan hallar iş materialları sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbinin qismən təmin edilib, Cavabdeh Qusar rayon notariat ofisində təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli borc müqaviləsi üzrə 5000 (beş min) manat və xx xxxxx 2019-cu il tarixli borc müqaviləsi üzrə 5500 (beş min beş yüz) manat, cəmi 10500 (on min beş yüz) manat borc pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı verilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsi apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh E.N.Behbytovun verdiyi apelyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-274/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-2705/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2705/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver