Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2723/2021 23.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-656/2018 saylı, 25 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şamaxı Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2(074)-656/2018 saylı qətnaməsi ilə (hakim E.Hümbətov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 53000 (əlli üç min) manat məbləğində pulun alınıb İddiaçı verilməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2019-cu il tarixli, 2(105)-1140/2019 saylı qətnaməsi ilə (sədrlik edən - məruzəçi hakim G.Tağızadə, hakimlər T.Quliyev və E.Rəhimov) Şamaxı Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2019-cu il tarixli, 2(102)-6112/2019 saylı qərarı ilə (sədrlik edən məruzəçi hakim Ə.Əliyev, hakimlər Ə.Mirzəliyev və V.İbayev) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abbasov (sədrlik edən, məruzəçi), A.Abbasov və T.Məmmədov, 2(105)- 453/2020 saylı mülki iş) Şamaxı Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 3000 manatın tutularaq İddiaçı ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 iyul 2020-ci il tarixli, 2(102)-3242/2020 saylı qərarı ilə (sədrlik edən məruzəçi hakim İ.Xəlilov, hakimlər Ə.Əhmədov və M.Əhmədova) İddiaçı kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırkı iş üzrə 17 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işə apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 noyabr 2020-ci il taricxli, 2(105)-2578/2020 saylı qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən, məruzəçi), E.Əhmədov və Z.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 may 2021-ci il tarixli, 2(102)-3388/2020 saylı qərarı ilə (sədrlik edən məruzəçi hakim Ə.Nurməmmədov, A.Hüseynov və İ.Xələfov) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ: İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən iddiaçının xeyrinə 58.000 manat pulun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən iddiaçının xeyrinə həm də 12.000 ABŞ dolları məbləğində pulun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci ildə Rasim və İnqilab qardaşları iddiaçını evdən çağırıb ona demişlər ki, Rasim evini satır. Həmin evi onun alıb-almamağını soruşmuşlar. Belə ki, Rasim Tahirə, Raqibə, Xaliqə pul borcu olmuşdur. Rasimin borcunun məbləği 58000 manat idi. Rasimin evini almağa razılaşmış, evin qiyməti onun tərəfindən alınmasına 70000 manata razılaşmışlar. Rasimə onun ümumi borcu olduğu, yəni 58000 manatı Rasimə vermişdir. Aralarında 58000 manatın Rasim tərəfindən alınması ilə bağlı 24.08.2015-ci il tarixdə qəbz yazılmışdır. Bu qəbzi Rasimin qardaşı İnqilab Rasimin razılığı ilə yazmışdı. Eyni zamanda da, qəbzin tərtibatında şahidlik edənlər Xalıq Xudaverdiyev, Əhməd Tarverdiyev və Arzu Mahmudova adlı şəxslər iştirak etməklə yanaşı, həmin qəbzi imzalamışlar. Həmin qəbzdə qeyd edilmişdir ki, “alınmış 58.000 manat pulu noyabr ayının axırına qədər borc kimi almışam, əgər pulu qaytarmasam ya evimi pulun yerinə verəcəm, ya da öz obyektimi pulun əvəzinə verəcəm, bunları mən Rasim qardaşımın razılığı ilə yazdım.” Bununla yanaşı Rasim qəbzi imzalamaqla qəbzdə “yazılanları qardaşım yazdı mənim şahidliyimlə” sözləri ilə qeyd edilmişdir.Bütün bunlardan sonra Rasimə verdiyi 58.000 manat pulun qarantı kimi Rasim Şamaxı şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 35 saylı evini onun adına keçirmişdir. Bankdan pulu götürüb Rasimin borclarını vermiş, bunun əvəzində isə bəhs etdiyi qəbz ona verilmişdir. Bir müddət sonra Rasimgil ondan Azərbaycan Respublikası DİN-nə şikayət etmişdir. Sonra barəsində cinayət işi başlanmış və nəticə etibarı ilə barəsində olan şikayət əsassız olduğundan istintaq tərəfindən cinayət işinin icraatına xitam verilmişdir. Barəsində olan böhtan xarakterli şikayətlər nəticəsində mənəvi və maddi sarsıntılar keçirdiyini bildirdi. Eyni zamanda iddiaçı bildirmişdir ki, cavabdehlər həmin məbləğdən 5000 manatını qaytarmışlar və hal-hazırda 53000 manat borcları vardır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 Şamaxı rayon məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etmiş olduğu əlyazısı cavabdehlər tərəfindən yazılmamış, iddiaçıdan borc alınmamış, iddiaçı uydurma və yalan bir sənədi birinci instansiya məhkəməsinə təqdim etmiş, iş üzrə keçirilən ekspertiza rəyi qeyri-obyektivdir, qətnamə qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Məhkəmə sırf formal mülahizələr əsasında qərar çıxarmış, iş üzrə ciddi əhəmiyyət kəsb edən sübutları araşdırmamışdır. Maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiysından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiysından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiysından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə Cavabdeh2 aid hissədə ləğv edilməli, iddia tələbi həmin cavabdehə aid hissədə təmin edilməməli, qətnamə Cavabdeh1 53000 (əlli üç min) manat məbləğində pulun alınıb İddiaçı verlməsinə dair hissədə dəyişdirilmədən saxlanılmalı, keçirilmş ekspertiza tədqiqatlarının dəyəri olaraq 142 manat və 260 manat, cəmi 402 manat Cavabdeh1 alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Belə ki, iddia tələbindən və iş materiallarından görünür ki, iddiaçı İddiaçı Cavabdeh1 58.000 manatı borc pul verdiyini, aralarında 58.000 manatın Rasim tərəfindən alınması ilə bağlı 24.08.2015-ci il tarixdə qəbz yazıldığını, bu qəbzi İnqilab qardaşı Rasimin razılığı ilə yazdığını, həmin qəbzdə “alınmış 58.000 manat pulu noyabr ayının axırına qədər borc kimi almışam, əgər pulu qaytarmasam ya evimi pulun yerinə verəcəm, ya da öz obyektimi pulun əvəzinə verəcəm, bunları mən Rasim qardaşımın razılığı ilə yazdım.”, bununla yanaşı Rasim qəbzi imzalamaqla qəbzdə “yazılanları qardaşım yazdı mənim şahidliyimlə” sözləri ilə qeyd edildiyini, bununla da cavabdehlərin onun qarşısında olan öhdəliyini lazımınca icra etmədiyini əsas gətirərək, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan birinci instansiya məhkəməsinin qərardadı əsasında keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 sentyabr 2018-ci il tarixli, 22177№-li tədqiqat rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 50-ci vərəqəsində yerləşən qəbzin üz tərəfində aşağı hissədə olan “Bunları qardaşım yazdı mənim şahidliyimlə arxa tərəfində isə “..öz imzamla yazdım təsdiq edirəm **********” yazıları və imza Cavabdeh2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 49-cu vərəqəsində olan yazılar, mülki işin 50-ci vərəqəsinin üz tərəfində olan yazılar “bunları qardaşım yazdı mənim şahidliyimlə...” yazılarından başqa), mülki işin 52-ci vərəqəsinin üz və arxa tərəfində olan yazılar- Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 50-ci vərəqəsinin üz tərəfində “Tarverdiyev Əhməd”, Xudaverdiyev Əli”, “Mahmudova Arzu”, yazıları qarşısında mülki işin 52-ci vərəqəsinin arxa tərəfində “Rasim”, “Cavabdeh1” və “Binyatov İnqlab” yazıları qarşısındakı imzaların - Cavabdeh2 tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Həmin rəyin 3-cü bəndində göstərilmişdir ki, tədqiq olunan imzaları Cavabdeh2 imza nümunələri ilə müqayisə etdikdə məlum oldu ki, tədqiq olunan imzalarda qrafik materialın azlığı, cizgilərin sadəliyi müqayisə vaxtı imkan vermir ki, qəti (müsbət və ya mənfi) bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun. Odur ki, tədqiq olunan imzaların Cavabdeh2 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin iş materiallarında olan apellyasiya instansiya məhkəməsinin qərardadı əsasında keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 aprel 2019-cu il tarixli, № 4818 saylı tədqiqat rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 49-50-ci vərəqəsində yerləşən 24 avqust 2015-ci il tarixli qəbzin 2-ci vərəqəsinin aşağı tərəfindəki “Bunları qardaşım yazdı mənim şahidliyimlə...”, arxa tərəfində isə “..öz imzamla yazdım təsdiq edirəm **********” yazıları Cavabdeh2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 49-50-ci vərəqələrində yerləşən 24 avqust 2015-ci il tarixli qəbzdəki yazılar (qəbzin 2-ci vərəqəsinin aşağı tərəfindəki «Bunları qardaşım yazdı mənim şahidliyimlə…» arxa tərəfində isə « öz imzamla təstiq edirəm **********» yazılarından başqa) və həmin qəbzin 2-ci vərəqəsinin orta hissəsində «İmza Rasi» yazıları qarşısındakı imza; mülki işin 52-ci vərəqəsinin üz tərəfində «X7 Qardaşım İnqlabla…» sözləri ilə başlayıb, arxa tərəfində «… X5 İnqlab» sözləri ilə bitən yazılar – Cavabdeh1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 49-50-ci vərəqələrində yerləşən 24 avqust 2015-ci il tarixli qəbzin 2-ci vərəqəsinin orta hissəsində «Mahmudova Arzu» yazıları qarşısındakı imza X4 tərəfindən icra olunmuşdur. İş materiallarında olan qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli, 2(105)-2362/2017 saylı qətnaməsi ilə Cavabdeh1 ilə İddiaçı arasında bağlanın Şamaxı şəhəri, Nəriman Nərimanov küçəsi, 35 saylı evə dair Şamaxı rayon Notariat Kontorunda təsdiq olunmuş 21 oktyabr 2015-ci il tarxli, AN-İ ******* saylı, reyestrdə 4Ə-643 sayla qeyd olunmuş alqı-satqı müqaviləsi etbarsız hesab edilmişdir. Həmin qətnamə ilə tərəflər arasında əvvəllər ev alqı-satqısına dair məhkəmə mübahisəsi olmuş və qüvvədə olan məhkəmə qətnaməsinə əsasən Cavabdeh1 ilə İddiaçı arasında bağlanan Şamaxı şəhəri Nəriman Nərimanov küçəsi 35 nömrəli evə dair Şamaxı rayon Notariat kontorunda təsdiq olunmuş 21.10.2015-ci il tarixli AN-İ ******* nömrəli, reyestrdə 4Ə-643 sayla qeyd olunmuş alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və həmin qətnamə ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi başqa əqdi pərdələmək şərti ilə, yəni borcun əvəzinə bağlanmış əqdir. İşin yuxarıda qeyd olunan müəyyən edilməsi hallarından, iddia ərizəsinin özünün məzmunundan, iş materiallarına əlavə edilmiş və ekspertiza tədqiqatının obyekti olmuş yuxarıda qeyd olunan qəbzin məzmunundan göründuyü kimi borc münasibətləri İddiaçıla Cavabdeh1 arasında mövcud olmuşdur. İddiaçı verdiyi 58000 manat borc məbləğindən yalnız ona 5000 manat qaytarıldığını bildirmişdir. Buna görə Mülki Məcəllənin 529.3-cü maddəsinin tələbinə görə yalnız Cavabdeh1 53000 manat tutulub İddiaçı verilməlidir. Həmin maddəyə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Buna görə birinci instansiya məhkəməsi iddia tələbi ilə bağlı digər cavabdeh olan Cavabdeh2 münasibətdə düzgün hüquqi nəticəyə gəlməmişdir. Buna görə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilməli, iddia tələbi ona aid hissədə təmin olunmamalıdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (Mülki Məcəllənin 385.1., 386.1. maddələri). Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (Mülki Məcəllənin 442, 448.1. və 448.2. maddələri). Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh1 keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 142 manat və 260 manat, cəmi 402 manat Cavabdeh1 alınıb X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE******************** saylı hesaba köçürülməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 385.1.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh1 oglunun apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə ləğv olunsun. İddia tələbi ona aid hissədə təmin olunmasın. Qətnamə Cavabdeh1 53000 (əlli üç min) manat məbləğində pulun alınıb İddiaçı verlməsinə dair hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 142 manat və 260 manat, cəmi 402 manat alınıb X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE******************** saylı hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2723/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2723/2021
23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver