Məhkəmə qərarları › İş №2(105)-2733/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2733/2020

08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2733/2020 08.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi Gözəlov Adil Alxas oğlunun iştirakı ilə açıq məhkəmə iclasında, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-2182/2020 saylı qərardadından Maraqlı şəxs şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-2182/2020 saylı qərardadı ilə (sədrlik edən, hakim Azər İsmayılov) İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair mülki iş üzrə İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsi qismən təmin edilmiş,cavabdeh X1 adına rəsmiləşdirilmiş Ban- LNBMDLAF0HR903169, “BAİC M20” markalı, **-DP-*** (əvvəlki dövlət qeydiyyat nişanı **-PN-***) dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması və həmin avtomobilin Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X8 cərimə meydançasına yerləşdirilməsi qərara alınmış, Maraqlı şəxs qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərəkcavabdehlər Cavabdeh ilə X4 arasında Ban-LNBMDLAF0HR903169, “BAİC M20” markalı, **-DP-*** (əvvəlki dövlət qeydiyyat nişanı **-PN-***) dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlərdə olan Ban-LNBMDLAF0HR903169, “BAİC M20” markalı, **- DP-*** (əvvəlki dövlət qeydiyyat nişanı **-PN-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İddiaçı mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin iddianı təmin etmək tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X1 adına rəsmiləşdirilmiş “BAİC M20” markalı, **-DP-*** (əvvəlki dövlət qeydiyyat nişanı ** PN ***) dövlət qeydiyyat nişanlı avtomobilin başqa şəxslərin sahibliyinə verilməsi, özgəninkiləşdirilməsi və s. hərəkətlərin cavabdehlərə qadağan edilməsi, “BAİC M20” markalı, **-DP-*** (əvvəlki dövlət qeydiyyat nişanı ** PN ***) dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və Azərbaycan Respublikası DİN-nin X8 cərimə meydançasına yerləşdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-2182/2020 saylı qərardadı ilə İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsi qismən təmin edilmiş, cavabdeh X1 adına rəsmiləşdirilmiş Ban-LNBMDLAF0HR903169, “BAİC M20” markalı, **-DP-*** (əvvəlki dövlət qeydiyyat nişanı **-PN-***) dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması və həmin avtomobilin Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X8 cərimə meydançasına yerləşdirilməsi qərara alınmışdır. Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2020-ci il tarixli, 2(060)-2182/2020 saylı qərardadın ləğv edilməsini və mülkiyyət hüququ əsasında ona məxsus “BAİC M20” markalı, **- DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-2182/2020 saylı qərardadı ilə Maraqlı şəxs ərizəsi təmin edilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Maraqlı şəxs şikayətini onunla əsaslandırmışdır ki, qərardad əsassızdır. Belə ki, “BAİC M20” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil AD 716029 nömrəli, xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən mülkiyyət hüququ üzrə ona məxsusdur. Məhkəmə tərəfindən ona məxsus avtomobilin üzərinə həbs qoyulması konstitusiya ilə qorunan mülkiyyət hüquqlarına xələl gətirmiş, ona məxsus əmlaka dair istifadə və sərəncam hüquqlarını kobud şəkildə pozmuşdur. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Gözəlov Adil Alxas oğlu şikayətin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qərardadının dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh və X4, Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı iddia tələbi cavabdehlər Cavabdeh ilə X4 arasında Ban- LNBMDLAF0HR903169, “BAİC M20” markalı, **-DP-*** (əvvəlki dövlət qeydiyyat nişanı **-PN-***) dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlərdə olan Ban-LNBMDLAF0HR903169, “BAİC M20” markalı, **-DP-*** (əvvəlki dövlət qeydiyyat nişanı **-PN-***) dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin İddiaçı mülkiyyətinə verilməsi barədədir. İddiaçı həmçinin iddianı təmin etmək tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X1 adına rəsmiləşdirilmiş “BAİC M20” markalı, **-DP-*** (əvvəlki dövlət qeydiyyat nişanı **- PN-***) dövlət qeydiyyat nişanlı avtomobilin başqa şəxslərin sahibliyinə verilməsi, özgəninkiləşdirilməsi və s. hərəkətləri cavabdehlərə qadağan edilməsi, “BAİC M20” markalı, **-DP-*** (əvvəlki dövlət qeydiyyat nişanı **-PN-***) dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və Azərbaycan Respublikası DİN-nin X8 cərimə meydançasına yerləşdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin tədbiri barədə ərizəni təmin edərkən Azərbaycan Respublikası MPM-nin 157.1 və 158-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddianı təmin etmək tədbiri mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmək tədbirlərini tətbiq edərkən məhkəmə belə bir mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Məhkəmə kollegiyası yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, hesab edir ki, iddianın təmini tədbiri barədə ərizənin qismən təmin olunması barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb məhkəmə qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Maraqlı şəxs şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-2182/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Zaur Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar