Məhkəmə qərarları › İş №2(105)-274/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-274/2024

22.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-274/2024 22.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(060)-3462/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 18500 manatın və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 145,5 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri 4 saylı notariat ofisində iddiaçıya məxsus **-GS-*** dövlət qeydiyyat nişanlı, FORD KUQA markalı avtomobilə dair cavabdehə reyestrdə 7E-13777 nömrə ilə qeydə alınmış etibarnamə vermişdir. Etibarnamə verərkən aralarında həmin avtomobili 18500 manata alqı-satqı etməyə razılaşmışlar. İddiaçı ürək əməliyyatı keçirtdiyinə görə avtomobili özü bazara aparıb satmağa, gedib-gəlməyə, nəzarət etməyə imkanı olmamışdır. Bu səbəbdən cavabdeh öhdəsinə götürmüşdür ki, avtomobili satıb pulu iddiaçıya ödəyəcəkdir. Bu günə qədər dəfələrlə şifahi və yazılı tələb etməyinə baxmayaraq avtomobili və ya pulu verməkdən imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət edir. Birinci instansiya məhkəməsində İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, 2022-ci ilin mart ayının 27-də cavabdehə “Ford Kuga” minik markalı avtomobili 18500 manata satmasına görə cavabdehə baş etibarnamə vermişdir ki, avtomobili satıb pulunu gətirsin. Lakin bu vaxta qədər şifahi və yazılı qaydada tələb etməyimə baxmayaraq, cavabdeh avtomobili və ya pulu ona verməmişdir. Cavabdeh və onun ailəsi ilə ailəvi tanışlıqları var və onlara dəfələrlə köməklik etmişdir. 10300 manata dair yazılmış qəbzlə bağlı qeyd edir ki, həmin qəbz cavabdehin atası Namiqlə özü arasında olan borc məsələsinə dair yazılmışdır, avtomobillə heç bir əlaqəsi yoxdur. Həmin qəbzin yazılmasında cavabdehin özü də iştirak etmişdir. Özü cavabdehin atası Namiqə etibar etmədiyi üçün ona verdiyi borc pula görə qəbz yazdırmışdır, cavabdehin özünə isə etibar etdiyindən avtomobilə dair 18500 manata dair qəbz yazdırmamışdır. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onunla iddiaçı arasında avtomobilə dair hər hansı bir danışıq və ya razılaşma olmamışdır. İddiaçı bütün danışıqları onun atası ilə aparmışdır. Belə ki, iddiaçı avtomobilini 18300 manata nisyə olaraq onun atasına satmağa razılaşmışdır. Həmin zaman atasının başqa məsələyə görə iddiaçıya 2000 manat borcu olmuşdur. Atası iddiaçı ilə razılaşmışdır ki, 18300 manat avtomobilin dəyəri və 2000 manat digər borc, ümumilikdə 20300 manat borcdan 10000 manat ödəməklə, avtomobil onlara satılsın, iddiaçı bununla razılaşmış və atası 10000 manat iddiaçıya nağd vermiş, 10300 manata hazırda məhkəməyə təqdim etdiyi qəbzi yazmışdır. Bundan sonra iddiaçı onun adına etibarnamə vermişdir. Həmin zaman ailələrinin başqa işlə əlaqədar pula ehtiyacları olduğu üçün, atası iddiaçıya demədən avtomobili X13 adlı şəxsə satmışdır. Atasının iddiaçıya verdiyi 10000 manat məhz avtomobili Əliyə satılmasından əldə edilmiş vəsait hesabına olmuşdur. İddiaçının 10300 manata dair qəbz yazdırdığı halda, 18500 manata dair qəbz yazdırmaması sual doğurur. Hazırda atasının 10300 manat borcdan iddiaçıya 100 manat borcu qalmışdır ki, həmin pulu da verməyə razıdırlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X13 ifadə verərək bildirmişdir ki, Cavabdeh atası Namiqlə yaxın münasibətləri olmuşdur. İddiaçı da Namiqin yanında görmüşdür. “FORD KUGA” markalı avtomobili Namiqdən almışdır. Avtomobili alan zaman həmin avtomobilin İddiaçı məxsus olduğunu bilmişdir. Avtomobilin qiyməti 18300 manat müəyyən olunmuşdur. Namiqin ona 5000 manat borcu olduğu üçün Namiqə ümumi 13300 manat pul vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(060)-3462/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh 18500 manatın və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 145,5 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsi barədə iddiası təmin edilməmişdir (hakim Elmir Hüseynov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(060)-3462/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun Cavabdeh qarşı 18.500 manat və dövlət rüsumunun əvəzi 145,50 manat alınaraq ona ödənilməsi barədə iddia ərizəsi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3462/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmişdir. O, qətnamədən narazıdır. Hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, o, iddia tələbini aşağıdakılarla əsaslandırmışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri 4 saylı notariat ofisində ona məxsus 90-GS 056 dövlət qeydiyyat nişanlı, FORD KUQA markalı avtomobilə dair cavabdehə reyestrdə 7E13777 nömrə ilə qeydə alınmış etibarnamə vermişdir. Etibarnamə verərkən aralarında həmin avtomobili 18.500 manata alqı-satqı etməyə razılaşmışlar. O, ürək əməliyyatı keçirdiyinə görə avtomobili özü bazara aparıb satmağa, gedib-gəlməyə, nəzarət etməyə imkanı olmamışdır. Bu səbəbdən cavabdeh öhdəsinə götürmüşdür ki, avtomobili satıb pulunu ona ödəyəcəkdir. Bu günə qədər dəfələrlə şifahi və yazılı tələb etməyinə baxmayaraq avtomobili və ya pulu verməkdən imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsin tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlrlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) basqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Cavabdeh iddia tələbini qəbul etməyərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə onun arasında avtomobilə dair hər hansı bir danışıq və razılaşma olmamışdır. İddiaçı bütün danışıqları atası ilə aparmış, avtomobili 18300 manata nisyə olaraq atasına satmağa razılaşmış, həmin zaman atasının iddiaçıya 2000 manat borcu olmuşdur. İddiaçı atası ilə razılaşmışdır ki, avtomobilin dəyəri 18300 manat və 2000 manat borc-20300 manatdan 10.000 manat nəğd ödəyərək, 10300 manat hazırda məhkəməyə təqdim etdiyi qəbzi yazmışdır. Bundan sonra etibarnamə vermiş, pula ehtiyac olduğundan avtomobili X2. Atasının iddiaçıya verdiyi 10.000 manat həmin avtomobilin Əliyə satılmasından əldə edilən vəsait hesabına olmuşdur. İddiaçının 10300 manata dair qəbz yazdığı halda 18300 manata dair qəbz yazdırmaması sual doğurur. Hazırda atasının 10300 manat borcdan iddiaçıya 100 manat borcu qalmışdır. Məhkəmə qətnaməsini aşağıdakılarla əsaslandırmışdır: 1. İddiaçı ilə cavabdeh və ailə üzvləri əvvəldən tanışdırlar və dost münasibətlərində olmuşlar. Cavabdehin atasının iddiaçıya 2000 manat borclu olmuşdur. İddiaçı özünə məxsus “Ford Kuqa” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq qərarına gəlmiş və bu barədə cavabdehin atasına bildirmişdir. Cavabdehin atası ilə iddiaçı arasında həmin avtomobili 18300 manata satmağa razılaşma əldə edilmiş, etibarnamə vermiş, atasına pul lazım olduğu üçün avtomobili Əli Rəhimov adlı şəxsə satmış və 2000 manat borc nəzərə alınmaqla 10.000 manat iddiaçıya ödəniş etmişdir. Avtomobilin dəyərindən qalan 10300 manatı 2022-ci ilin iyul ayınadək ödəyəcəyi barədə qəbz yazmışdır. Lakin ödəyə bilmədiyinə görə etibarnaməni ləğv etdirmişdir. İddiaçıya məlum olmuşdur ki, artıq avtomobil satılmışdır. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Halbuki, hazırki işdə cavabdehin iddiaçı qarşısında öhdəliyi olmamışdır. Məhkəmənin gəldiyi bu qənaət səhvdir. Belə ki, həqiqətən cavabdeh və onun ailəsi ilə əvvəlldən tanışlığı vardır, 2022-ci ilin mart ayının 27-də “Ford Kuga” minik markalı avtomobilinin 18500 manata satılmasına cavabdehlə razılaşmışlar və onun adına etibarnamə vermişdir ki, avtomobili satıb pulunu gətirsin. Lakin bu vaxta qədər şifahi və yazılı qaydada tələb etməyinə baxmayaraq, cavabdeh nə avtomobili qaytarmamış, nə də ki, pulu ona verməmişdir. 10300 manata dair yazılmış qəbzin avtomobilə heç bir aidiyyatı yoxdur. Belə ki, cavabdehin ailəsi ilə tanışlığı olmuş, bir neçə dəfə onlara köməklik göstərmişdir. Cavabdehin atasının ona 2000 manat borcu olmamışdır. Həmin qəbz cavabdehin iştirakı ilə atasına 10300 manat verərək aralarında imza olunmaqla tərtib olunmuşdur. Əvvəllər cavabdehin atası ilə normal münasibəti olsa da, sonradan etibarını itirmişdir, bəzi hallarda sözünə əməl etmədiyindən ona etibarı azaldığı səbəbdən verdiyi borc pula dair qəbz almışdır. Cavabdehlə isə normal münasibəti olduğundan və ona etibarı daha güvənli olduğundan razılaşdıqları qiymətə avtomobilin onun tərəfindən satılmasına razı olmuşdur. Çünki sağlamlığı ona imkan vermədiyindən avtomobilin satılmasını ona həvalə etmişdir. Satışdan əldə olunan məbləğdən ona ödənc vermək barədə razılığa gəlmişlər. Bu səbəbdən cavabdehdən qəbz tələb etməmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi diskdəki danışıqlar da onun yuxarıda göstərdiklərini bir daha təsdiq edir. xx.xx.2022-ci il tarixdə cavabdeh, atası və onun imzası ilə tərtib olunan qəbz aşağıdakı qaydada tərtib edilmişdir. “O, X8 verir həmin qəbzi ondan ötəri ki, o, şəxsən ondan 10.300 (on min üç yüz) borc pul almışdır. 05 iyul 2022-ci il tarixdə tam məbləği qaytaracaqdır. Əgər pulu qaytarmasa 2000 (iki min) cərimə verəcəkdir. Qəbzi verərkən oğlu Anar onun yanında olmuş, həmin məbləği (on min üç yüzü) 10300 sayaraq qəbul etmişdir. Qəbzin doğruluğunu imzası ilə təsdiq edir”. Hər üçü imzası ilə pulun verilməsi və alınması əməliyyatını təsdiq etmişlər. Bu halda həmin məbləği məhkəmənin cavabdehə satmaq üçün verdiyi avtomobillə əlaqəndirməsi, həmin qəbzin avtomobillə bağlı verildiyi qənaətə gəlməsi nə qanuna, nə də ədalətlilik prinsipinə üyğun gəlmir. Bir daha bildirmişdir ki, cavabdehin atası 10300 manatı oğlunun yanında ondan sayıb aldığını öz əli ilə yazdığı qəbzdə təsdiq etmişdir. Əgər tək olsaydı və digər şəkildə onun üçün əlverişsiz şərait olsaydı bu halda məhkəmənin gəldiyi qənaətlə bəlkə də razılaşmaq olardı. Hesab edir ki, məhkəmənin gəldiyi qənaət səhvdir. Onunla cavabdehin arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. Belə ki, cavabdehlə aralarında olan razılaşmaya əsasən cavabdeh onun qarşısında öhdəlik götürərək ona təvil verdiyi avtomobili satb, əldə olunan pulu ona gətirəcək, o da cavabdehin qarşısında öhdəlik götürmüşdür ki, avtomobilin satışından əldə olunan puldan cavabdehə pul ödəyəcəkdir. Bununla da onların arasında şifahi razılıq əsasında öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin aqd bağlaması üçün yazılı vəkaləti bilavasitə üçüncü şəxsə təqdim edilə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərərkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərərkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərərkət etməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, 18300 manat və ödənilmiş dövlət rüsumunun 120 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İş materiallarında olan nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında xx.xx.2022-ci il tarixdə verilmiş etibarnamədən görünür ki, İddiaçı **-GS-*** dövlət qeydiyyat nişanlı, “FORD KUGA” mikin markalı avtomobilə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini Cavabdeh etibar etmişdir. İş materiallarında olan İddiaçı ünvan 1 ünvanladığı **********640 saylı ərizədən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh reyestrdə 7E-13777 nömrə ilə qeyd olunmuş etibarnamə vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri 4 saylı Notariat ofisində **-GS-*** dqn-lı “FORD KUQA” markalı avtomobilə dair verdiyi etibarnaməni xx.xx.2023-cü il tarixdə birtərəfli qaydada ləğv etdirdiyini bildirmişdir. Adı çəkilən avtomobili kimə satması və ya etibarnamə ilə verməsindən asılı olmayaraq 18500 manat pulun və eyni zamanda adı çəkilən ləğv edilmiş etibarnamənin geri qaytarılması barədə Cavabdeh xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri 4 saylı Notariat ofisində **-GS-*** dqn-lı “FORD KUQA” markalı avtomobilə dair verdiyi etibarnaməni xx.xx.2023-cü il tarixdə birtərəfli qaydada ləğv etdirdiyini bildirmişdir. Adı çəkilən avtomobili kimə satması və ya etibarnamə ilə verməsindən asılı olmayaraq 18500 manat pulun və eyni zamanda adı çəkilən ləğv edilmiş etibarnamənin geri qaytarılması barədə Cavabdeh xəbərdar edilmişdir. İş materiallarında olan “Ford KUGA” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə etibarnamə verilmiş şəxslər barədə məlumatların kompüter çıxarışından görünür ki, “Ford KUGA” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. Həmin avtomobil etibarnamə ilə istifadə edilmək üçün xx.xx.2022-ci ildən-xx.xx.2022-ci il tarixədək X6, nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququ əsasında etibarnamə ilə xx.xx.2022-ci il tarixdən-xx.xx.2023-cü il tarixədək Cavabdeh verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı adından “Ford KUGA” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X4 12000 manata satılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əlyazmadan görünür ki, Cavabdeh atası X1 Məzahət Maksud oğlundan 10300 manat pul almışdır. Həmin pulu xx.xx.2022-ci il tarixədək tam qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. Qaytarmayacağı təqdirdə 2000 manat cərimə ödəyəcəkdir. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, xx.xx.2022-ci il tarixində 500 manat, xx.xx.2022-ci il tarixində 1111 manat, xx.xx.2022-ci il tarixində 3000 manat, xx.xx.2023-cü il tarixində 1500 manat, xx.xx.2023-cü il tarixində 1000 manat, xx.xx.2023-cü il tarixində 2500 manat İddiaçı ödəniş edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, iş materiallarında olan cavabdeh tərəfindən dəftərxana vasitəsilə məhkəməyə təqdim edilmiş diskə baxış keçirilmişdir. Diskə baxış keçirilməsi nəticəsində məlum olmuşdur ki, diskdə 2 səs yazısı mövcuddur. Cavabdeh səs yazılarının iddiaçıya aid olduğunu bildirir. İddiaçı səs yazılarının özünə aid olduğunu qəbul edir. Həmin səs yazısında iddiaçı cavabdehin atası tərəfindən oktyabr ayının sonuna qədər pulun tam şəkildə ödənilmədiyi təqdirdə, həmin puldan 100 manat da qalmış olsa, 1000 manat da qalmış olsa, etibarnaməni ləğv edəcəyini, cavabdehin atasının ona (iddiaçıya) göndərməli olduğu pulun 10500 manat olduğunu, cavabdehin atası maşını cavabdeh üçün aldığına görə, cavabdehin xətrinə 10500 manatdan 200 manat güzəştə getdiyini, cavabdehin atasının maşını kiməsə satacağını bilmədiyini, cavabdehin atasının maşını cavabdeh üçün almadığını, onu (iddiaçını) aldatdığını, cavabdehin atası maşını cavabdeh üçün almış olsaydı, yenə də 200 manat güzəştə gedə biləcəyini bildirir, cavabdehin atasının 10500 manatdan borcdan 700 manat, sonra 500 manat və bank vasitəsilə 1000 manat göndərdiyini, cavabdehin atası oktyabr ayının sonunadək 10500 manatı tam şəkildə ödəmədiyi təqdirdə borcdan 100 manat da qalmış olsa belə, etibarnaməni ləğv edəcəyini, bundan sonra aralarında problem yaranacağını deyir. Birinci instansiya məhkəməsi araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh və ailə üzvləri əvvəldən tanışdırlar və dostluq münasibətində olmuşlar. Cavabdehin atası müəyyən vaxtlarda iddiaçıdan borca pul almış və qaytarmışdır. 2022-ci ilin mart ayına cavabdehin atasının iddiaçıya 2000 manat borcu olmuşdur. Həmin zaman iddiaçı özünə məxsus “Ford KUGA” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq qərarına gəlmiş və bu barədə cavabdehin atasına bildirmişdir. Cavabdehin atası qeyd edilən avtomobili cavabdeh üçün almaq istədiyini iddiaçıya demiş və sonuncu avtomobili onlara 18300 manata satmağa razılaşmışdır. Bundan sonra iddiaçı cavabdehin adına etibarnamə vermişdir. Həmin zaman cavabdehin bacısının xeyir işi vaxtına təsadüf etdiyi üçün və cavadehin atasına pul lazım olduğu üçün, cavabdehin atası həmin avtomobili Əli Rəhimov adlı şəxsə 18300 manata sataraq, əldə edilmiş vəsaitdən iddiaçıya əvvəlki 2000 manat borcu nəzərə alınmaqla 10000 manat ödəniş etmişdir. Yəni avtomobilin dəyərindən 8000 ödəniş edərək qalan 10300 manata dair iddiaçıya qəbz yazmış və 2022-ci ilin iyul ayınadək ödəyəcəyi öhdəliyi götürmüşdür. Qalan vəsaiti isə qızının toyuna xərcləmişdir. Cavadehin atası 10300 manatı 2022-ci ilin iyul ayınadək ödəyə bilməmiş, və bu zaman iddiaçı cavabdeh və atasına müraciət edərək pulu ödəməyəcəkləri təqdirdə avtomobilə dair verdiyi etibarnaməni ləğv etdirəcəyini onlara bildirmişdir. Bir müddət sonra iddiaçı etibarnaməni ləğv etdirmiş, bu zaman ona məlum olmuşdur ki, ondan nisyə olaraq cavabdehin atası tərəfindən oğluna alınmış avtomobil əslində elə həmin zaman digər şəxsə satılmşdır. Qeyd edilənlər, həmçinin qalan 10300 manatın vaxtında ödənilməməsi iddiaçıya mənfi təsir göstərmiş və nəticədə, iddiaçı iddia ilə məhkəməyə müraciət etmişdir, halbuki hazırkı iş üzrə cavabdehin iddiaçı qarşısında hər hansı bir öhdəliyi olmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçı qarşısında hazırki tələb üzrə öhdəliyinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş –müqavilə, əsassız varlanma, delikt və ya hər hansı başqa əsaslar mövcud deyildir. Cavabdehin atası aldığı maşına görə pulu ödəməyi barədə öhdəlik götürmüş, həmin öhdəlik lazımınca icra edilmişdir. Qeyd olunanlara əsasən birinci məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehə borc pul verdiyini sübuta yetirə bilmədiyindən, habelə bu hal işin faktiki halları və sübutlarla təsdiqlənmədiyindən iddia əsassızdır. Belə ki, cavabdehin iddiaçı qarşısında öhdəliyi mövcud olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən düzgün olmayan nəticəyə gəlmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı nəqliyyat vasitəsini idarə etmək, onun barəsində sərəncam vermək və digər hərəkətlərin edilməsi ilə əlaqədar cavabdehə notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixdə etibarnamə vermişdir. Cavabdehin atası X8 tərəfindən 10.300 manat məbləğində borcun alınmasına dair qəbz isə xx.xx.2022-ci il tarixdə tərtib olunmuşdur. Həmin qəbzdə borcun avtomobilin alınması ilə əlaqədar yaranmasına dair hər hansı qeyd edilməmişdir. Bununla əlaqədar Cavabdeh məhkəmə kollegiyasının iclasında həmin qəbzin məzmununun İddiaçı öz xətti ilə yazıldığını bildirmiş, lakin iddiaçı buna qəti etiraz edərək həmin qəbzin cavabdehin atası X5 öz xətti ilə yazıldığını qeyd etmiş və bundan sonra cavabdeh həmn qəbzin atası tərəfindən yazıldığını mübahisə etməmişdir. Bundan başqa yuxarıda qeyd olunduğu kimi iddiaçı tərəfindən cavabdehə avtomobilə sərəncam verilməsinə dair etibarnamə xx.xx.2022-ci il tarixdə verilmiş, cavabdehin atası tərəfindən 10.300 manat məbləğində borcun sayılmaqla qəbul edilməsinə dair qəbz xx.xx.2022-ci il tarixində verilmişdir. Cavabdeh atasının iddiaçıya əvvəlcədən 2000 manat borcu olduğunu, atası ilə iddiaçının avtomobilin 18300 manata satılmasına razılaşmalarını, avtomobilin satılması ilə əlaqədar 10.000 manatın qaytarılmaqla, ümumilikdə atasının buna görə 10300 manat borcu olmasına dair qəbz yazıldığını bildirmişdir. İddiaçı isə bununla əlaqədar cavabdehin həmin dəlilini əsassız saymış, cavabdehin atasının əvvəlcədən ona 2000 manat borclu olduğunu tam təkzib etmiş, cavabdehin atası ilə qəbzə əsasən aralarındakı borc münasibətlərinin avtomobilin satılmasına dair cavabdehlə olan münasibətlərinə heç bir aidiyyatının olmamasını, cavabdehə daha çox inandığından və ürək əməliyyatı ilə əlaqədar ona pul vəsaiti lazım olduğundan avtomobilin satılmasına dair ona etibarnamə verdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli iddiaçıya məxsus səs yazısına istinad etməklə, həmin səs yazısını digər sübutlarla qiymətləndirərək iddianı rədd etmişdir. İş materiallarından göründüyü kimi iddiaçı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə xx.xx.2023-cü il tarixdə müraciət etmiş və həmin iddia tələbi üzrə cavabdehin atası ilə olan borc münasibətlərinin avtomobilin satılması ilə əlaqədar cavabdehlə olan münasibətlərinə heç bir aidiyyatı olmamasını təkidlə bildirmiş, bundan sonra məhkəmə mübahisəsi getdiyi vaxt səs yazısı əsas götürülməklə iddia tələbinin dəlillərinin birbaşa əsassız olması məntiqə uyğun deyildir. Bundan əlavə birinci instansiya məhkəməsinin istinad etdiyi iddiaçıya məxsus səs yazısı cavabdehin atası ilə olan borc münasibətlərinin məhz avtomobilin satılması ilə əlaqədar yarandığını təsdiq etmir. Bundan əlavə iddiaçıya məxsus avtomobilin birinci instansiya məhkəməsində şahid kimi dindirilmiş X3 əvvəlcədən iddiaçıya məlum olması iş materiallarına əsasən təsdiq olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, əsassız olaraq iddiaçı ilə cavabdehin atası arasında olan borc münasibətlərinin iddiaçıya məxsus avtomobilin satılması ilə əlaqədar yaranmış münasibətlərə aid etmiş, işin 60-cı vərəqində olan yazılı qəbz üzrə borc münasibətlərinin məzmumunu nəzərə almamışdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçı cavabdehə avtomobilin satılması ilə əlaqədar etibarnamə vermiş, həmin avtomobil faktiki olaraq X10 18300 manata satılsa da, cavabdeh tapşırıq müqaviləsinin tələblərinə əsasən öz öhdəliyini yerinə yetirməyərək 18300 manat məbləğində pulu iddiaçıya verməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçıya məxsus avtomobil 18500 manata deyil, 18300 manata satıldığından iddia qismən təmin edilməlidir. Həmçinin bununla əlaqədar ödənilmiş dövlət rüsumunun 120 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(060)-3462/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 18300 (on səkkiz min üç yüz) manat və ödənilmiş 120 manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(060)-3462/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 18300 (on səkkiz min üç yüz) manat və ödənilmiş dövlət rüsumunun 120 manat hissəsi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar