Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2740/2020 27.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlundan və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)- 58/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Zəngilan Rayon Məhkəməsinin 2(034)-58/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Zəngilan Rayon Məhkəməsinin 2(034)-241/2010 saylı, xx xxxxxx 2010-cu il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək Cavabdeh xx xxxxxx 2002-ci il təvəllüdlü X1 və xx.xx.2007-ci il təvəllüdli X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 (yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir(hakim Gülsarə İmanova) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, alimentin miqdarının azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək, Cavabdeh onun xeyrinə tutulacaq alimentin miqdarını dəyişdirərək, xx xxxxxx 2002-ci il təvəllüdlü X1 və xx.xx.2007-ci il təvəllüdli X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün qanunda nəzərdə tutulduğu miqdarda sabit pul məbləğində hər ay hər uşağa 160 manat olmaqla, cəmi 320 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və P R O S E S İ Ş T İ R A K Ç İ L A R İ N İ N İ Z A H A T L A R İ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, Zəngilan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(034)- 58/2020 saylı qətnaməsi ilə razı deyil və qətnamənin qanunsuz və ədalətsiz hesab edir.Əvvəla məhkəmə iclasında iştirak etməmişdir və məhkəmə tərəfindən qeyd edilən alimentin miqdarı təyin edilən vaxt ona qarşı öz fikirlərini və xəstəliyi, hazırda müalicəsinin davam etdirməsi barədə sənədləri təqdim edə bilməmişdir.Hal-hazırda da müalicələrimi davam etdirir. Heç bir yerdə işləmir yeganə gəlir mənbəyi müharibə veteranı kimi 80 manat, xəstəliyilə əlaqədar 233 manat ikinci qrup əlil kimi aldığı pensiyadır. Bu məbləğ isə həm ehtiyaclarının ödənilməsinə, həm də qətnamə ilə təyin olunmuş alimenti ödəməyinə kifayət etmir. Ümumi gəliri 310 manatdır. Gəlirinin yarısını aliment kimi ödəyə bilər.Odur ki, qeyd edilənləri nəzərə alaraq apelyasiya şikayətinin təmin edilməsini, Zəngilan Rayon Məhkəməsinin xx xxxxxx 2020- ci il tarixli, 2(034)- 58/2020 saylı qətnaməsinin ləğv edilməsi və alimentin miqdarının azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı göstərdi ki, Cavabdeh ilə xx xxxxxxxx 2005-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, birgə nikahdan xx xxxxxx 2002-ci il tarixdə X4 xx.xx.2007-ci il təvəllüdlü X5 adlı uşaqları doğulub. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(034)-241/10 saylı qətnaməsi ilə nikahları pozulmuş və nikahları pozulduqdan sonra uşaqlar onun yanında saxlanılmışdır, saxlanması üçün hər ay hər uşağa 29 manat aliment kəsilmişdir. Cəmi 58 manat alimentlə uşaq saxlamaq çox çətindir. Hər uşaq üçün 100 manat aliment tutulmasına etiraz etmir. Odur ki, qeyd edilənləri nəzərə alaraq apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətiqismən təmin edilməli,Zəngilan Rayon Məhkəməsinin 2(034)-58/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə hər uşağa görə 160 (yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması hissəsində tutulması hissəsində dəyişdirilməli, artırılmış alimentin miqdarı hər uşaq üçün 100 manat müəyyən edilməli, eyni zamanda artırılmış alimentin miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2011-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-241/2010 saylı, xx xxxxxx 2010-cu il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından olan xx xxxxxx 2002-ci il təvəllüdlü X1 və xx.xx.2007-ci il təvəllüdli X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 29 manat olmaqla, cəmi 58 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı tam təmin etmiş, gəldiyi nəticəni də Ailə Məcəlləsinin 75, 78-ci maddələri və “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Qanunla əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olmaqla qismən qanuni və əsaslı hesab edir. Belə ki, uşaqları saxlamaq valideynlərin borcudur. Cavabdeh də uşağın atası olduğu üçün onun AR Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşağı saxlamaq öhdəliyi vardır. Belə ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. İşə apelyasiya məhkəməsində baxılarkən Cavabdeh aylıq 310 manat gəliri olduğunu, həmin məbləğin yarısının ödəyə biləcəyini, eyni zamanda İddiaçı hər uşaq üçün 100 manat aliment ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Buna görə də məhkəmə kollegiyası tərəflərin qarşılıqlı razılığını nəzərə alaraq hesab edir ki, qətnamə artırılmış alimentin məbləği hissəsində dəyişdirilməli, alimentin məbləği hər uşaq üçün 100 manat müəyyən edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğinin artırılması nəticəsinə gəlsə də, artırılmış alimentin miqdarının tutulması vaxtını müəyyən etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbi alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması (dəyişdirilməsi) barədə olduğu üçün, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsi verilərkən iddiaçının dövlət rüsumu ödəməkdən azad olduğundan dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun cavaddehdən tutularaq dövlət büdcəsinə kpöçürülməsi barədə gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qeyd edilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli,Zəngilan Rayon Məhkəməsinin 2(034)-241/2010 saylı, xx xxxxxx 2010-cu il tarixli qətnaməsi Cavabdeh xx xxxxxx 2002-ci il təvəllüdlü X1 və xx.xx.2007-ci il təvəllüdli X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 (yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması hissəsində dəyişdirilməli, cavabdehdən tutulan alimentin məbləği hər uşaq üçün 100 (yüz) manat müəyyən edilməli, alimentin artırılmış (dəyişdirilmiş) miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 384.0.3 və 392-393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-241/2010 saylı, xx xxxxxx 2010-cu il tarixli qətnaməsi Cavabdeh xx xxxxxx 2002-ci il təvəllüdlü X1 və xx.xx.2007-ci il təvəllüdli X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 (yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması hissəsində dəyişdirilsin. Cavabdeh tutulan alimentin məbləği hər uşaq üçün 100 (yüz) manat müəyyən edilsin. Alimentin artırılmış (dəyişdirilmiş) miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2740/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2740/2020
27.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver