Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2747/2021 09.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qərardadından dair iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qərardadı ilə (hakim İ.Ə.Xəlilov) iddiaçı LPO "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli 2(067)-2289/2020 saylı qətnaməsindən iddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi S.Muradzadə tərəfindən verilmiş apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçı LPO "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kreditor LPO "xxxx" ASC-nin xeyrinə 259 manat əsas borc, 611.70 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanmış 44.24 manat faiz borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli 2(067)-2289/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh iddiaçı LPO “Dəmirbank“ ASC-nin xeyrinə 259 (iki yüz əlli doqquz) manat əsas borc, 5 (beş) manat cərimə borcu və 5 (beş) manat ödənilmiş dövlət rüsumu tutulmuşdur. İddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi X5 Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli 2(067)-2289/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməsinə dair hissədə ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi S.Y.Muradzadə verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin ünvanına 01 aprel 2021-ci il tarixdə daxil olmuşdur. 01 may 2021-ci il tarixi bazar gününə düşdüyündən qətnamədən şikayət verilməsi üçün son gün 03 may 2021-ci il tarixidir. Apellyasiya şikayəti 23 aprel 2021-ci il tarixdə tərtib edilmiş, 29 aprel 2021-ci il tarixdə özəl poçt xidməti həyata keçirən şirkətə təhvil verilmişdir. Bunu məhkəmə işində olan yol qaiməsindən də müəyyən etmək mümkündür. Eyni zamanda poçt şirkəti 06 may 2021-ci il tarixdə apellyasiya şikayəti məhkəməyə təqdim etmişdir. Sənədin müəssisəyə təqdim olunma tarixinin poçt göndərişin həyata keçirən təşkilatın rəsmi möhürü ilə təstiq edilməməsi və sənədləri məhkəməyə nə zaman çatdırılması özəl poçt xidmətini həyata keçirən şirkətin məsuliyyətidir. Lakin birinci instansiya məhkəməsi bunları nəzərə almamışdır. Xaçmaz Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 2(067)- 605/2021 saylı qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Belə ki, mülki işin materiallarında olan qəbzdən müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli 2(067)-2289/2020 saylı qətnaməsinin surəti 01.04.2021-ci il tarixdə iddiaçının rəsmi qeydiyyat ünvanına çatmış, lakin apellyasiya şikayəti 07.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Apellyasiya şikayətinin göndərildiyi poçt qəbzində göndərən şəxsin imzası poçt göndərişini həyata keçirən təşkilatın rəsmi möhürü ilə təsdiq edilməmişdir. Buna görə də, apellyasiya şikayətinin nə vaxt poçt xidmətini həyata keçirən təşkilata təqdim edildiyi müəyyən edilmir. Azərbaycan Respublikası MPM-nin 135.1-ci maddəsinə əsasən Bu Məcəllənin 134cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. MPM-nin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. MPM-nin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. MPM-nin 135.5-ci maddəsinə əsasən Bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Xaçmaz Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 2(067)-605/2021 saylı qətnaməsindən şikayət vermə müddətini ötürmüşdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadıgından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçının nümayəndəsi X2 şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin iş üzrə 08 may 2021-ci il tarixli 2(067)-605/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır.
Məhkəmə qərarları › İş №2(105)-2747/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2747/2021
09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver