Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2752/2020 27.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibiNəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə,İddiaçı Cavabdeh qarşı pul və miras qalmış 0,10 ha torpaq sahəsinin 1/2 hissəsini naturada ayrılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)- 556/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 2(027)-556/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, Cavabdeh 100 (yüz) manat ekspertiza xərcinun tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi,kod 210005,VÖEN **********,Müxbir hesab AZ41NABZ********************,SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÜEN ********** hesab AZ34OTRE **********002088501 hesabına ödənilməsi qət edilmişdir (İlqar Məmmədov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)- 556/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu maddi ziyana görə 15000 (on beş min) manat pulun alınıb ona verilməsi və mərhum anası X1 miras qalmış Quba rayonu, Paşa-oba kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin ona düşən 1/2 hissəsini naturada ayrılıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonrada iddiaçı ərizəyə dəqiqləşmə verərək, mərhum anası X1 miras qalmış Quba rayonu, Paşa-oba kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin ona düşən 1/2 hissəsini naturada ayrılıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini onunla əsaslandırdı ki, mərhum anası X3 rayonu, Paşa oba kəndində 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 78,2 kv.metr ümumi yaşayış sahəsi olan ev miras qalmışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə mərhum anası Sayad Əhmədovadan miras qalmış Quba rayonu, Paşa-oba kəndində yerləşən 78.2 kv.metr yaşayış sahəsi, 32,4 kv.metr, yardımçı sahəsi 45,8 kv.metr olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,10 ha torpaq sahəsinin miras qoyan Sayad Əhmədovanın ölümündən sonra onun və cavabdeh qardaşı Cavabdeh tərəfindən mirasın qəbul edilməsi faktı müəyyən edilmiş və mərhum anası Sayad Əhmədovadan miras qalmış Quba rayonu, Paşa oba kəndində yerləşən ümumi sahəsi 78.2 kv.metr yaşayış evinin və həmin evin yerləşdiyi 0,10 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə onun, 1/2 hissəsinə Cavabdeh vərəsəlik üzrə payları müəyyən edilmişdir. Miras əmlakda Cavabdeh yaşamış, sonuncu 2016-cı ildə evi yandırmış, sonradan dağıdıb yerində özünə ev tikmişdir. Payına düşən 1/2 hissəyə sahiblik etmək istəyir, cavabdeh onu söyüb təhqir edərək mülkiyyətinə sahiblik və istifadə etməyə imkan vermir, ona görə də payının naturada ayrılması barədə məhkəməyə müraciət etməli olmuşdur. Mərhum anası Sayad Əhmədovadan miras qalmış evi sığorta şirkəti 30000 manat qiymətləndirmişdir, həmin evin 1/2 hissəsinədə onun vərəsəlik payı müəyyən edilmiş və cavabdeh həmin evi qəsdən yandıraraq ona maddi ziyan vurmuşdur. Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən aşkar olur ki, mərhum anası X1 miras qalmış Quba rayonu, Paşa-oba kəndində yerləşən 78.2 kv.metr yaşayış sahəsi, 32,4 kv.metr, yardımçı sahəsi 45,8 kv.metr olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,10 ha torpaq sahəsinin 1/2 hissəsinə onun, 1/2 hissəsinə isə Cavabdeh vərəsəlik üzrə payları müəyyən edilmişdir. Lakin məhkəmə göstərilən halları nəzərə almadan qanunsuz qətnamə qəbul etmişdir. Əlavə olaraq qeyd edir ki, məhkəmə tərəfindən təyin edilən ekspertiza rəyində qeyd edilir ki, Quba rayonu, Paşa oba kəndində yerləşən ümumi sahəsi 78.2 kv.metr yaşayış evinin və həmin evin yerləşdiyi 0,10 ha həyətyanı torpaq sahəsinin ½ naturada ayrılması texniki cəhətdan mümkün olmamışdır. Ekspertin rəyi saxtadır. Belə ki, torpaq sahəsinə 2 tərəfdən giriş-çıxış mövcuddur və torpaq iki hissəyə bülünərsə, tərəflər ayrı-ayrılıqda hərə öz qapısından istifadə edə bilər. Odur ki, qeyd edilənləri nəzərə alaraq apelyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 2(027)-556/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)330/2018 saylı qətnaməsindən görünür ki, mərhum anası Sayad Əhmədovadan miras qalmış Quba rayonu, Paşa-oba kəndində yerləşən 78.2 kv.metr yaşayış sahəsi, 32,4 kv.metr, yardımçı sahəsi 45,8 kv.metr olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,10 ha torpaq sahəsinin miras qoyan Sayad Əhmədovanın ölümündən sonra iddiaçı və cavabdeh qardaşı Cavabdeh tərəfindən miras qəbul edilməsi faktı müəyyən edilmiş, mərhum Sayad Əhmədovadan miras qalmış Quba rayonu, Paşa-oba kəndində yerləşən ümumi sahəsi 78.2 kv.metr yaşayış evinin və həmin evin yerləşdiyi 0,10 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə onun, 1/2 hissəsinə Cavabdeh vərəsəlik üzrə payları müəyyən edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2019-ci il tarixli 2(105)933/2019 saylı qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)-330/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-4123/2019 saylı qərarından görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2019-ci il tarixli 2(105)933/2019 saylı qətnaməsi dəyişdirilmədən sazxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışdan görünür ki, Quba rayonu, Paşa-oba kəndində yerləşən 78.2 kv.metr yaşayış sahəsi, 32,4 kv.metr, yardımçı sahəsi 45,8 kv.metr olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,10 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (məhkəmə tikinti-texniki ekspertizası) xx.xx.2020-ci il tarixli 10/700 nömrəli rəyindən görünür ki, Quba rayonu, Paşa-oba kəndində yerləşən, X1 miras qalmış 0,10 ha torpaq sahəsinin 1/2 hissəsini naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına və ekspert rəyinə istinad edərək iddianı təmin etməmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, AR MM-nin 152.1, 220.1, 220.2,220.3, 223.3-cü maddələrinə istinad edərəl əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. İş materialları ilə müəyyən edilir ki, tərəflərin anası X3 rayonu, Paşa oba kəndində 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 78,2 kv.metr ümumi yaşayış sahəsi olan ev miras qalmış, məhkəmə qətnaməsi ilə Quba rayonu, Paşaoba kəndində yerləşən ümumi sahəsi 78.2 kv.metr yaşayış evinin və həmin evin yerləşdiyi 0,10 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh vərəsəlik üzrə payları müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində keçirilmiş ekspertizanın rəyinə əsasən müəyyən edilir ki, Quba rayonu, Paşa-oba kəndində yerləşən, X1 miras qalmış 0,10 ha torpaq sahəsinin 1/2 hissəsini naturada ayrılmasının texniki cəhətdən mümkün olmamışdır. Göründüyü kimi, mübahisəli torpaq sahəsinin naturada ayrılmasının mümkün olmaması keçirilmiş ekspertizanın rəyi ilə müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni haqlı hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğu üçün təmin oluna bilməz. Belə ki, iş materiallarından görünür ki, iddiaçının qətnamənin ləğv olunmaqla iddianın təmin olunmasını xahiş etmişdir. Lakin apelyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmişdir. Belə ki, mübahisəli torpaq sahəsinin naturada ayrılmasının mümkünsüzlüyü ekspert rəyi ilə təsdiq edilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Quba Rayon Məhkəməsinin 2(027)-556/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Telman Quliyev Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(105)-2752/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2752/2020
27.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver